Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   2   3   4   5   6   7   8   9   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

10 



 

Cədvəl 1 və 2-də uyğun olaraq idxal və ixrac dəyişənləri  üçün panel kök testlərinin 

nəticələri  verilmişdir.  Cədvəl  1-in  sütun  (1)-(5)-də  istehlak  məhsulları  idxalı 

dəyişənindən başqa, ümumi idxal, kapital və aralıq məhsulları idxalı sıfır fərziyyəsi 

vahid kökün olmasını göstərən əksər testlərin nəticələrini rədd edir. (2) sütunda isə 

heç bir idxal dəyişəni vahid kökün  mövcudluğu fərziyyəsini rədd edə bilmir. (6)-cı 

sütunda  isə  sıfır  fərziyyəsi  stasionar  proses  olan  Hadri  testində  bütün  dəyişənlər 

üçün  sıfır  fərziyyəni  rədd  edir.  Yəni  (2)  və  (6)  sütunların  nəticələri  digər 

sütunlardakı nəticələrlə ziddiyyət təşkil edir.  

Qeyri-neft  ÜDM  və  neft  gəlirlərinin  transfertləri  üçün  uyğun  dəyişənlər  isə  əsasən 

vahid  kökün olması fərziyyələrini inkar etmirlər. Cədvəl 2-də həmçinin, istehlak və 

kapital məhsulları ixracından başqa, ümumi və aralıq ixrac dəyişənləri vahid kökün 

mövcudluğunu rədd edir. (2) sütunda isə real effektiv məzənnədən başqa dəyişənlər 

vahid  kökün  olmasını  inkar  etmir.  (6)-cı  sütunda  isə  bütün  dəyişənlər  stasionarlıq 

sıfır  fərziyyəsini  rədd  edir.  İdxal  və  ixrac  dəyişənləri  üçün  alınan  bu  əks  test 

nəticələri  bizim  verilənlər  bazasında  dövrlərin  sayının  nisbətən  az  olması 

səbəbindən  baş  verə  bilər.  Belə  məhdudiyyətin  olduğunu  unutmayaraq,  biz  Cədvəl 

3-6-də  dəyişənlərin  kointeqrasiya  əlaqələrinə  baxmışıq.  Cədvəl  3-də  ixrac 

dəyişənlərinin  kointeqrasiya  əlaqələrinə  ikitərəfli  məzənnə,  Cədvəl  4-də  isə  real 

effektiv məzənnə ilə baxılmışdır.  

Pedroninin  (1999)  təklif  etdiyi  bu  kointeqrasiya  testində  əsas  yeddi  statistikaya 

diqqət edilir. Cədvəl 3 və 4-dən də göründüyü kimi, əksər statistikalar kointeqrasiya 

əlaqələrini rədd etsələr də, bəziləri kointeqrasiyanı inkar edə bilmir. Cədvəl 5 və 6-

də  isə  analoji  kointeqrasiya  testləri  idxal  dəyişənləri  üçün  aparılmışdır.  Təqdim 

olunan  yeddi  statistikaya  baxarkən,  görünür  ki,  nəticələr  yenə  də  homogenlik 

nümayiş etdirmir. Biz bütün verilənlər bazasında çatışmazlıqları unutmayaraq, digər 

ekonometrik  modellərlə  yanaşı  müqayisə  üçün  FMOLS  reqressiya  nəticələrini  də 

əsas  cədvəllərdə  təqdim  etmişik.  Bu  modelin  tam  olaraq  dayanıqlı  nəticələr 

verəcəyini  fərz  etməsək  də,  nəticələrin  digər  modellərlə  müqayisəsini  təqdirəlayiq 

hesab edirik. 

Cədvəl  7-də  (1)  və  (2)  sütunları  idxalın  real  ikitərəfli  məzənnə  ilə  uyğun  olaraq 

ölkələrin və dövrlərin təsbit olunmuş effektləri üsulu ilə qiymətləndirmə nəticələrini 

əks  etdirir.  Hər  iki  üsulda  xarici  tələbin  böyük  həcmdə  və  statistik  əhəmiyyətli 

elastikliyə  malik  olduğunu  görürük.  Başqa  sözlə,  (1)-in  nəticəsinə  görə  xarici 

tələbin 10% artması xarici bazarlara ixracını 17.6% artırır.  



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

11 



 

(1)-ci  sütunda  real  ikitərəfli  məzənnə  gözlənilən  əhəmiyyətli  mənfi  elastiklik 

nümayiş etdirir.  Lakin, tənlikdə dövrlərin  effektlərinə  nəzarət etdikdə, sütun (2)-də 

ikitərəfli məzənnə öz gözlənilən işarəsini saxlayır, lakin, əhəmiyyətliliyini itirir.  

Sütun  (3)-dəki  tənliyi  real  effektiv  məzənnə  ilə  reqressiya  etmişik.  Bu 

modifikasiyada  da  ixrac  xarici  tələbə  müsbət  statistik  əhəmiyyətli  elastiklik 

nümayiş  etdirir.  Ancaq  sütun  (3)-də  ixracın  real  effektiv  məzənnəyə  əhəmiyyətli 

elastikliyini müşahidə etmirik. Regressiyalarda R-kvadratın nisbətən yüksək olması 

onu göstərir ki, model verilənlər bazasının əhəmiyyətli hissəsini izah edir.  

Cədvəl  7-dən  göründüyü  kimi,  real  ikitərəfli  məzənnənin  verilənlər  bazası  bəzi 

tərəfdaş ölkələr üçün olmadığından müşahidələrin sayı aşağıdır. (1)-(3) sütunlarının 

nəticələri  ölkələrin  və  dövrlərin  dəyişməyən  effektlərini  nəzərə  alsa  da,  tənliyin 

endogenlik problemini həll etmir.  

(4)-(5)  sütunlarda  FMOLS  reqressiya  nəticələri  əks  olunmuşdur.  FMOLS  ölkənin 

ümumi  ixracının  xarici  tələbə  olan  yüksək  və  statistik  əhəmiyyətli  elastikliyini 

nümayiş  etdirir.  Real  ikitərəfli  məzənnənin  artımının  isə  ixraca  əhəmiyyətli  mənfi 

təsir  etdiyi  görünür.  Real  effektiv  məzənnə  ilə  qiymətləndirmədə  isə  xarici  tələbə 

yüksək elastiklik qalsa da, effektiv  məzənnə əmsalı əhəmiyyətli deyil. (6)  və (8)-ci 

sütunlarda  GMM  reqressiyalarının  nəticələri  verilmişdir.  (6)  və  (7)-ci  sütunlardakı 

nəticələr digər modellərin nəticələri ilə ahənglik təşkil edir. Biz yenə də real ixracın 

xarici tələbə müsbət, məzənnə artımına isə mənfi elastikliyinin şahidi oluruq. Qeyd 

olunmalıdır  ki,  real  effektiv  məzənnə  artımının  ixraca  mənfi  təsiri  ikitərəfli  

məzənnənin analoji təsirindən miqyasca azdır.  

Sütun (8)-də isə real effektiv məzənnənin loqarifmik fərqi reqressiya edilmişdir. Bu 

modifikasiya da bizim əvvəlki nəticələrimizi təsdiq edir. Nəticədən görünür ki, real 

effektiv  məzənnənin  10%  artması  ixracı  1.5%  azaldır.  Xarici  tələbə  olan  elastiklik 

müsbət əhəmiyyətli olsa da, həcmcə nisbətən aşağıdır. GMM modelində dayanıqlığı 

göstərən  J-testin  nəticələri  instrumentlərin  yararlılığını  təsdiq  edir.  Həmçinin 

tənliyin qalıqlarında ikinci dərəcə serial korrelyasiya müşahidə edilmir.  

Cədvəl 8-də kapital məhsulları ixracının elastiklikləri əks olunmuşdur. Nəticələrdən 

görünür  ki,  dəyişməyən  effektlər  və  FMOLS  modelləri  kapital  ixracının  xarici 

tələbə  və  məzənnə  dəyişikliyinə  elastik  deyil.  Lakin,  GMM  modelinin  nəticələrini 

göstərən sütun (6) və (8)-də biz kapital ixracının xarici tələbə və məzənnə artımına 

müsbət  və  əhəmiyyətli  elastikliyini  müşahidə  edirik.  Bizim  modifikasiyada 

məzənnə  artımı  milli  valyutanın  möhkəmlənməsini  göstərir  və  alternativ  olaraq 

dolların  ucuzlaşması  anlamına  gəlir.  Ölkədən  ixrac  edilən  kapital  məhsulları  ixracı 

isə  əsasən  dollarda  ifadə  olduğundan,  kapital  ixracına  məzənnənin  müsbət 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə