Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   2   3   4   5   6   7   8   9   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

12 



 

elastikliyini  bununla  izah  etmək  olar.  Yəni  ucuzlaşan  dollar  ifadəsindəki  kapital 

məhsulları ölkədən ixraca səbəb olur. 

Cədvəl  9-da  istehlak  məhsulları  ixracının  elastikliyi  verilmişdir.  Biz  bütün 

modellərdə  ixracın  bu  növünün  xarici  tələbə  yüksək  elastikliyini  müşahidə  edirik. 

Sütun  (1),  (4)  və  (6)-da  istehlak  məhsulları  ixracının  real  ikitərəfli  məzənnəyə 

yüksək  mənfi elastikliyini müşahidə edirik. (7) və (8)-ci sütunlarda isə real effektiv 

məzənnənin  mənfi  elastikliyi  görünür.  Nəzəriyyəyə  uyğun  olaraq,  effektiv 

məzənnənin  elastiklik  əmsalı  təsir  effekti  baxımından  ikitərəfli  məzənnə 

elastikliyindən azdır.  

Cədvəl  10-da  aralıq  məhsulları  ixracının  elastiklik  əmsalları  əks  olunmuşdur.  Biz 

ixrac  məhsullarının  bu  növünün  yenə  də  xarici  tələbə  yüksək  elastikliyini  görürük. 

İstər  ikitərəfli,  istərsə  də  effektiv  məzənnə  artımı  aralıq  məhsullarının  ixracına 

mənfi  təsir  göstərir.  (8)-ci  sütunda  biz  həm  xarici  tələb,  həm  də  effektiv  məzənnə 

əmsallarının miqyasının kiçik olduğu müşahidə edirik. 

Cədvəl  11-də  ümumi  real  idxalın  tələb  və  məzənnə  elastikliyi  verilmişdir.  Qeyd 

etdiyimiz  kimi,  biz  ixracın  daxili  tələbə  və  məzənnənin  dəyişməsinə  elastikliyini 

tapmağa  çalışmışıq.  İlk  iki  sütunda  dəyişməyən  effektlər  modelinin  nəticələri 

göstərir  ki,  qeyri-neft  ÜDM  statistik  əhəmiyyətli  əmsala  malik  olsa  da,  neft 

gəlirlərinin transferi əhəmiyyətli deyil.  Biz həmçinin  ikitərəfli  və effektiv  məzənnə 

əmsallarının  statistik  əhəmiyyətli  olmadığını  görürük.  (3)  və  (4)-cü  sütunlarda  isə 

FMOLS  nəticələri  qeyri-neft  ÜDM-nin  əhəmiyyətli  olmadığını  göstərir.  (6)-(8) 

sütunlarda  olan  ÜMM  modelinin  nəticələri  isə  daha  maraqlıdır.  Belə  ki,  qeyri-neft 

ÜDM-i  müsbət  və  statistik  əhəmiyyətli  əmsallara  malikdir.  Neft  gəlirlərinin 

transferi  isə  statistik  əhəmiyyətli  deyil.  (8)-ci  sütunda  real  effektiv  məzənnənin 

əmsalından  görünür ki, real effektiv  məzənnənin 10% artması ölkənin real  idxalını 

2.6%  artıra  bilər.  Statistikadan  görünür  ki,  ÜMM  modelinin  instrumentləri  uyğun 

olaraq seçilmişdir  və tənliyin  qalıqları  ikinci dərəcədən serial korrelyasiyaya  malik 

deyil. 

Cədvəl  12-də  kapital  məhsulları  idxalının  elastiklikləri  verilmişdir.  Dəyişməyən 



effektlər  və  FMOLS  spesifikasiyaları  ilə  aparılan  qiymətləndirmələrdə  sütun  (2)-

dən  başqa,  daxili  tələb  əmsalının  və  bütün  məzənnə  əmsallarının  statistik 

əhəmiyyətli olmadığı müşahidə edilir. (6) və (7)-ci sütunlarda real effektiv məzənnə 

ilə  aparılan  ÜMM  reqressiyaları  kapital  məhsulları  idxalının  daxili  tələbə,  (7)-ci 

sütun isə məzənnə artımına olan müsbət elastikliyini əks etdirir.  



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

13 



 

Cədvəl 13-də ümumi idxal məhsullarının içində ən yüksək paya malik olan istehlak 

məhsulları  idxalının tələb  və  məzənnə elastikliyi  verilmişdir. Dəyişməyən effektlər 

modelinin  nəticələri  daxili  tələbə  yüksək  elastikliyi  əks  etdirir.  FMOLS 

spesifikasiyasında isə tələb əmsalı (3) və (4)-cü sütunlarda, məzənnə əmsalı isə (4)-

cü sütunda statistik əhəmiyyətli deyil. ÜMM  modelində  isə biz  istehlak  məhsulları 

idxalının  daxili  tələbə  və  məzənnəyə  müsbət  elastikliyini  görürük.  Həm  real 

ikitərəfli, həm də effektiv məzənnənin artımı idxalı daha ucuz edərək artırır.  

Aralıq  məhsulları  idxalının  elastiklik  əmsalları  Cədvəl  14-də  verilmişdir.  Yenə  də 

ən  maraqlı  nəticələr  ÜMM  modelinin  əmsallarıdır.  Qeyri-neft  ÜDM-in  qiymətləri 

müsbət  və  statistik  əhəmiyyətlidir.  Real  effektiv  məzənnə  elastikliyi  isə  mübətdir. 

Yəni,  artan  daxili  tələb  və  real  effektiv  məzənnə  aralıq  məhsulları  idxalını 

göstərilən əmsallar qədər artırır. 

Nəticə 

Nəticələrdən  görünür  ki,  ixrac  bazarlarında  tələbin  artması  ölkəmizin  həmin 

bazarlara ixracını əhəmiyyətli artıra bilər. Manatın əhəmiyyətli möhkəmlənməsi ilə 

müşayiət  olan  real  ikitərəfli  və  effektiv  məzənnənin  hiss  olunacaq  qədər  artımı  isə 

ixracı  məhdudlaşdıran  amillərdir.  Kapital  məhsulları  ixracının  artımına  isə  xarici 

bazarlarda  tələbin  artması  və  məzənnənin  möhkəmlənməsi  əhəmiyyətli  dərəcədə 

müsbət təsir edir. 

Ümumi  və  məhsul  kateqoriyaları  üzrə  idxal  göstəriciləri  daxili  tələbin  artımına 

elastikdir və artan daxili tələb məhsulların idxalını artırır.  Real ikitərəfli və effektiv 

məzənnənin  artımı  idxala  məhdud  təsirə  malikdir.  Bizim  spesifikasiyada  ən 

dayanıqlı  model olan ÜMM  nəticələrində  isə real effektiv  məzənnənin artım tempi 

idxalı artırır. Yalnız istehlak məhsullarının idxalı həm daxili tələbin artmasına, həm 

də məzənnə artımına kəmiyyətcə yüksək elastiklik nümayiş etdirir. 

Nəticələrimiz  onu  göstərir  ki,  istər  idxal,  istərsə  da  ixrac  istiqamətində  ən  çox 

dəyişkənliyə meyilli kateqoriya istehlak məhsullarıdır. Elastikliklərin nisbətən aşağı 

olduğu məhsul sinfi isə kapital məhsullarıdır. 



Ə

dəbiyyat  

1.

 

Arellano,  Manuel,  and  Stephen  Bond,  "Some  Tests  of  Specification  for  Panel 

Data:  Monte  Carlo  Evidence  and  an  Application  to  Employment  Equations," 

Review of Economic Studies 58 (April 1991), 277-297 



2.

 

Helkie, William H., and Peter Hooper, "The U.S. External Deficits in the 1980s: 

An  Empirical  Analysis,"  in  (NEED  FIRST  NAMES)  Bryant,  Holtman,  and 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə