Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin



Yüklə 233,85 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix31.08.2018
ölçüsü233,85 Kb.
#65765
1   2   3   4   5   6   7   8   9   10

Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri 

1.7.2. bank və xarici bankın yerli filialı dövlət qeydiyyatına alındıqdan sonra bank 

lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılmasını  əhatə edən ikinci 

mərhələ. 

1.8. Bank lisenziyaları və icazələrin alınması üçün müraciətlərə “Banklar haqqında” 

Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılır. 

 

2. Bank lisenziyasının alınması üçün ilkin müraciət 

 

2.1. Bank lisenziyasının alınması üçün ilkin müraciət (Əlavə N 1) bankın bütün təsisçiləri 

tərəfindən və ya onların müvafiq qaydada vəkil etdikləri şəxs tərəfindən imzalanır və imza 

(imzaları) notariat qaydasında təsdiq olunur. İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur: 

2.1.1. bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında 

təklif edilən hər bir səhmdarın payı haqqında məlumat; 

2.1.2. bankın səhmlərini əldə edəcək hər bir sahibi üçün: 

2.1.2.1. Həmin sahib hüquqi şəxs olduqda: 

2.1.2.1.1. onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, onun digər 

təşkilatlarda mühüm iştirak paylarını, habelə onun kapitalında digər şəxslərin mühüm iştirak 

paylarını göstərən məlumat (Əlavə N 4);  

2.1.2.1.2. nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə 

orqanının qərarı (protokoldan çıxarış və ya notariat qaydasında təsdiq edilmiş surəti);  

2.1.2.1.3. azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son 

maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarının 

(balansın, mənfəət və zərər haqqında hesabatın, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) 

və auditor rəyinin (rəylərinin) əsilləri və ya notariat qaydasında təsdiq edilmiş surətləri; 

2.1.2.2. Həmin sahib xarici hüquqi şəxs olduqda:  

2.1.2.2.1. bu Təlimatın 2.1.2.1-ci yarımbəndində nəzərdə tutulan məlumat (Əlavə N 4); 

2.1.2.2.2. onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə 

(əsasnamə), ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı 

(balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) və 

auditor rəyi; 

2.1.2.3. Həmin sahib fiziki şəxs olduqda: 

2.1.2.3.1. onun soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyət vəsiqəsinin və 

ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, daimi yaşayış yerini, məşğuliyyət 

növünü, habelə digər təşkilatlarda onun mühüm iştirak paylarını göstərən məlumat (Əlavə N 

5); 


2.1.2.3.2. şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin notariat 

qaydasında təsdiq edilmiş surəti; 

2.1.2.3.3. məşğuliyyət növünü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş 

surəti; 


2.1.2.4. Həmin sahib əcnəbi olduqda – bu Təlimatın 2.1.2.3-cü yarımbəndində nəzərdə 

tutulan sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının 

müsbət tövsiyələri (bu şəxslə hansı vaxtdan işgüzar münasibət yaratdığını və maliyyə 

vəziyyətini xarakterizə edən müsbət göstəriciləri əks etdirməlidir) və/və ya bank 

hesablarından çıxarışlar;  

2.1.2.5. bankda təklif edilən mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda: 

2.1.2.5.1. onun icra orqanlarının rəhbərlərinin siyahısı; 



Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri 

2.1.2.5.2. hər rəhbər üçün onun tərəfindən imzalanmış və imzası notariat qaydasında 

təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (Əlavə N 7); 

2.1.2.5.3. Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları 

tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;  

2.1.2.5.4. əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna 

daxildirsə bu qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda 

mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqqında məlumatlar (sərbəst 

formada ətraflı və dürüst şəkildə tərtib olunmalı, fiziki və hüquqi şəxslərin adları ixtisarsız 

yazılmalıdır); 

2.1.2.5.5. bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun 

tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş, vətəndaş qüsursuzluğuna 

dair ərizə (Əlavə N 7); 

2.1.2.5.6. Mühüm iştirak payının sahibi əcnəbi olduqda, rezidenti olduğu ölkənin 

müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı 

barədə verilmiş arayış; 

2.1.2.5.7. bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə 

orqanlarının formalaşdırılması haqqında bütün təsisçilər tərəfindən imzalanmış qərarın (Əlavə 

N 8) notariat qaydasında təsdiq edilmiş surəti və bankın təsisçiləri və ya onların səlahiyyətli 

nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi.  

2.1.2.5.8. bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati 

strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarını 

(balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında) 

müəyyənləşdirən biznes-plan (Əlavə N 9);  

2.1.2.5.9. bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə 

ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və  əmək fəaliyyəti 

haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş 

anket (Əlavə N 6), bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı 

və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş 

qüsursuzluğuna dair ərizə (Əlavə N 7);  

2.1.2.5.10. İnzibatçı  əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət 

orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş 

arayış;  

2.1.2.5.11. xarici bank və ya xarici bank holdinq şirkəti yerli törəmə bank təsis etdiyi 

halda bu Təlimatın 2.3-cü bəndində göstərilmiş sənədlər; 

2.1.2.5.12. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən 

sənəd. 

2.2. Xarici bankın yerli filialının açılmasına dair ilkin müraciətə (bankın səlahiyyətli şəxsi 



tərəfindən imzalanmalıdır) aşağıdakı sənədlər əlavə olunur: 

2.2.1. bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının 

qərarının notariat qaydasında təsdiq edilmiş surəti; 

2.2.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı; 

2.2.3. əgər bank şirkətlər qrupuna daxildirsə, bu qrup haqqında məlumatlar, o cümlədən 

qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin 

inzibatçıları haqqında məlumatlar (sərbəst formada ətraflı və dürüst şəkildə tərtib olunmalı, 

fiziki və hüquqi şəxslərin adları ixtisarsız yazılmalıdır); 




Yüklə 233,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə