Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin



Yüklə 233,85 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix31.08.2018
ölçüsü233,85 Kb.
#65765
1   2   3   4   5   6   7   8   9   10

Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri 

5. Xarici bankların yerli nümayəndəliklərinin açılmasına icazə almaq üçün müraciət 

 

5.1. Xarici bankın yerli nümayəndəliyinin açılmasına icazə almaq üçün müraciətə (Əlavə 

N 1) aşağıdakı sənədlər əlavə olunmalıdır: 

5.1.1. bankın nizamnaməsi və yerli nümayəndəliyin açılması barədə bankın səlahiyyətli 

idarəetmə orqanının qərarının surəti;  

5.1.2. bank, onun təşkilati strukturu və xarici bankın nümayəndəlik açmaq barəsində 

səlahiyyətli orqanı da göstərilməklə idarəetmə orqanları haqqında məlumat; 

5.1.3. bankın mühüm iştirak paylarının sahiblərinin onlara məxsus səsli səhmlərin payı 

göstərilməklə siyahısı; 

5.1.4. bankın son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı 

(balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) və 

auditor rəyi; 

5.1.5. yerli nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə bankın səlahiyyətli 

idarəetmə orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsi

5.1.6. nümayəndəliyə təyin edilməsi təklif olunan inzibatçıların peşəkar keyfiyyətləri və 

təcrübəsi, habelə məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış; 

5.1.7. xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın 

həmin ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək 

üçün icazəsinın olması, həmin tənzimləmə və nəzarət orqanının banka nəzarəti həyata 

keçirməsi barədə yazılı bildirişi və bu orqanın xarici bankın yerli nümayəndəliyinin açılmasına 

yazılı icazəsi. 

5.2. Xarici bankın yerli nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra icazə almaq 

üçün müraciətə aşağıdakı sənədlər əlavə olunur: 

5.2.1. xarici bankın yerli nümayəndəliyinin qanunvericiliyə müvafiq olaraq dövlət 

qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 

5.2.2. ilkin olaraq Mərkəzi Banka təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər 

olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi məlumat. 

 

6. Yekun müddəa 

 

Bankın fəaliyyəti dövründə onun nizamnamə kapitalında mühüm iştirak paylarının əldə 

edilməsi, digər hüquqi şəxslərin kapitalında bankın iştirak etməsi, nizamnamə kapitalının 

artırılması və ya azadılması, banka inzibatçıların təyin edilməsi üçün “Banklar haqqında” 

Azərbaycan Respublikası Qanununa uyğun olaraq Mərkəzi Banka müraciət olunduqda bu 

Təlimata əlavə olunmuş müvafiq nümunəvi formalardan istifadə edilir.  

 



Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri 

 

                                                           “Bank lisenziyalarının və icazələrin alınması üçün  



                                                            müraciət qaydaları haqqında Təlimat”a Əlavə № 1 

 

Azərbaycan Respublikasının  



Mərkəzi Bankına  

 

«___» ___________ 20__-ci il 



                                                                                    № __________________ 

 

Bank lisenziyasının alınması üçün  

İLKİN MÜRACİƏT  

*

 

_____________________________________________________________________________________ 



(bankın/ xarici bankın adı) 

 _________________________________________________________________ keçirilmiş iclasının   

(Səhmdarların ümumi yığıncağının/xarici bankın səlahiyyətli idarəetmə orqanının) 

 

«___» ___________ 20__-ci il tarixli _________ №-li qərarına uyğun olaraq 



____________________________________________________________________________________________ 

____________________________________________________________________________________________ 

 (bankın/xarici bankın yerli filialının adı və ünvanı) 

bank lisenziyasının alınmasına ilkin razılıq verilməsini xahiş edir. 

 

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin 

sayı).  


Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan 

məlumatların düzgünlüyünü təsdiq edirəm və  əmin edirəm ki, məndə olan məlumata 

görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər 

barədə Azərbaycan Respublikası Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə 

götürürəm. 

 

Bankın Muşahidə Şurası sədrinin / xarici bankın səlahiyyətli şəxsinin    



soyadı, adı, atasının adı  

və imzası _______________________________________________ 

 

 

*



 Xarici bankların yerli nümayəndəliklərinin açılmasına icazə alınması üçün ərizə bu nümunəvi formaya 

uyğun tərtib olunur. 

 



Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri 

 

 



                                                                     “Bank lisenziyalarının və icazələrin alınması  

üçün müraciət qaydaları haqqında Təlimat”a Əlavə № 2 

 

                                                                                          Azərbaycan Respublikasının  



                                                                                                       Mərkəzi Bankına  

                                                                                      «___» ___________ 20__-ci il 

                                                                                       № __________________ 

 

Bank lisenziyasının alınması üçün  

YEKUN MÜRACİƏT  

 

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından 



keçmiş (qeydiyyat nömrəsi və tarixi)  

_______________________________________________________________________________________ 

(bankın/ xarici bankın yerli filialının adı) 

 

bank lisenziyasının verilməsini xahiş edir. 



 

 

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin 

sayı).  


Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan 

məlumatların düzgünlüyünü təsdiq edirəm və  əmin edirəm ki, məndə olan məlumata 

görə onlar dəqiq və tamdır.  

Bank lisenziyasının alınması üçün ilkin müraciət olunarkən təqdim edilmiş 

məlumatlarda və sənədlərdə  əhəmiyyətli dəyişikliklər olmamışdır / Bank lisenziyasının 

alınması üçün ilkin müraciət olunarkən təqdim edilmiş məlumatlarda və sənədlərdə 

aşağıdakı əhəmiyyətli dəyişikliklər edilmişdir (həmin dəyişikliklərin müfəssəl şərh edildiyi 

məlumat və qoşulan sənədlərin siyahısı əlavə olunmalıdır). 

Bankın Muşahidə Şurası sədrinin / xarici bankın səlahiyyətli şəxsinin    

soyadı, adı, atasının adı və  

imzası    _______________________________________________ 

 

M.Y. 



 

 



Yüklə 233,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə