1
Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyətinin
«26» dekabr 2011-ci il tarixli
qərarı ilə təsdiq edilmişdir
Protokol № 32
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ
PUL SİYASƏTİ DEPARTAMENTİ HAQQINDA
Ə
S A S N A M Ə
(19 avqust 2014-cü il tarixli 19 N-li Protokola əsasən dəyişikliklər edilib)
B a k ı – 2 0 14
2
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Azərbaycan Respublikası Mərkəzi Bankının Pul siyasəti departamenti
(bundan sonra - Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının
(bundan sonra – Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.
1.2.
Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının
qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ
xarakterli aktlarını, İdarə Heyətinin qərarlarını, Mərkəzi Bankın Pul Siyasəti
və Maliyyə Sabitliyi Komitəsinin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri,
sərəncamları və bu Əsasnaməni rəhbər tutur.
1.3.
Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyalarının yerinə
yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri ilə
fəaliyyətini əlaqələndirir.
1.4.
Departamentin ştat cədvəlini Mərkəzi Bankın Sədri təsdiq edir.
2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN
Ə
SAS MƏQSƏDİ
Departamentin fəaliyyətinin əsas məqsədi pul siyasətinin optimal çərçivəsini
formalaşdırmaq və onun realizasiyasının monitorinqini aparmaqdan ibarətdir.
3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI
Departamentin əsas funksiyaları aşağıdakılardır:
3.1.
Növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərinin
işlənməsini və rəhbərliyə təqdim olunmasını təmin etmək;
3.2.
Pul siyasətinin hökumətin yeritdiyi iqtisadi siyasət ilə əlaqələndirilməsi
sahəsində müvafiq işlər aparmaq;
3.3.
Tədqiqatların nəticələri və makroiqtisadi diaqnostika əsasında pul siyasəti
çərçivəsinin və əməliyyat prosedurlarının təkmilləşdirilməsinə dair təkliflər
hazırlamaq;
3
3.4.
Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi səmərəsini qiymətləndirmək
və bu alətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.5.
Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsində mütəmadi olaraq ötən
dövrün iqtisadi diaqnostikasını həyata keçirmək və siyasət təklifləri vermək;
3.6.
Optimal makro-fiskal çərçivə və bu əsasda makroiqtisadi siyasətə dair
təkliflər hazırlamaq;
3.7.
Pul və məzənnə siyasətinin orientirlərinə və operativ hədəflərinə dair
təkliflər hazırlamaq və onun yerinə yetirilməsinin monitorinqini həyata
keçirmək;
3.8.
Strateji və əməliyyat planlarının hazırlanmasında iştirak etmək, təsdiq
olunmuş planların icrasını təmin etmək;
3.9.
Pul və maliyyə siyasəti sferasını tənzimləyən hüquqi aktların layihələrinin
hazırlanmasında iştirak etmək, mövcud aktların təkmilləşdirilməsi üzrə
təkliflər vermək;
3.10.
Səlahiyyətinə aid məsələlər üzrə müxtəlif dövlət orqanlarından daxil olmuş
sənədlərə rəylərin hazırlanmasında iştirak etmək;
3.11.
Departamentə daxil olan müraciət və sorğulara cavablar hazırlamaq;
4.
DEPARTAMENTİN TƏŞKİLATİ STRUKTURU
VƏ İDARƏ OLUNMASI
4.1. Departamentin təşkilati strukturu aşağıdakılardan ibarətdir:
4.1.1. Makroiqtisadi təhlil və maliyyə proqramlaşması şöbəsi;
4.1.2. Pul və məzənnə siyasəti şöbəsi.
4.2.
Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Departament direktoru
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən
azad edilir. Departament direktoru öz fəaliyyətini Mərkəzi Bankın İdarə
Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.
4
4.3.
Departament direktorunun müavini və departamentin şöbə rəisləri Mərkəzi
Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad
olunurlar. Departament direktorunun müavini və departamentin şöbə rəisləri
öz fəaliyyətlərini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş
vəzifə təlimatına əsasən həyata keçirirlər.
4.4.
Departament direktoru hər hansı səbəbdən işdə olmadıqda, onun
səlahiyyətlərini departament direktorunun müavini, o da işdə olmadıqda
rəhbərliyin müvafiq əmri ilə həvalə edilmiş şöbə rəislərindən biri icra edir.
5.
DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ
5.1.
Makroiqtisadi təhlil və maliyyə proqramlaşması şöbəsi:
5.1.1.
Makroiqtisadi diaqnostika üzrə monitorinq sistemini təşkil edir, bu əsasda
makroiqtisadi prosesləri qiymətləndirir;
5.1.2.
İqtisadi sektorlarda baş verən proseslərin təhlilini aparır, əsas meylləri
qiymətləndirir və bu meyllərin pul siyasətinə faktiki və potensial təsirlərini
qiymətləndirir;
5.1.3.
İnflyasiya proseslərini təhlil edir və onun əsas faktorlarını qiymətləndirir;
5.1.4.
Mərkəzi Bankın yeritdiyi pul siyasətinin hökumətin iqtisadi siyasəti ilə
koordinasiyasının vəziyyətini qiymətləndirir və bu əsasda təkliflər verir;
5.1.5.
Ortamüddətli dövr üçün optimal makro-iqtisadi çərçivəyə dair təkliflər
hazırlayır və Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsinin müzakirəsinə
çıxarır;
5.1.6.
Dövlət büdcəsinin icrasının operativ monitorinqini aparır, büdcənin gəlir və
xərclərinin aylıq proqnozunu dəqiqləşdirir, bu parametrlərin pul sektoruna
təsirini təhlil edir və proqnozlaşdırır;
5.1.7.
Mərkəzi Bankın nəşrlərində, kütləvi informasiya vasitələrində, elmi-praktiki
konfranslarda, seminarlarda və Mərkəzi Bankın tədris proqramlarında
aidiyyəti mövzularda analitik elmi məqalələrlə və məruzələrlə çıxışlar edir.
5
5.2. Pul və məzənnə siyasəti şöbəsi:
5.2.1.
Mərkəzi Bankın növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas
istiqamətlərinin layihəsini hazırlayıb təqdim edir;
5.2.2.
Pul siyasətinin hədəflərinin yerinə yetirilməsinin monitorinqini və əsas
monetar göstəricilərin təhlilini aparır və rüblük pul siyasəti icmalını
hazırlayır;
5.2.3.
Pul siyasətinin makroiqtisadi səmərəliliyini artırmaq üçün onun aralıq və
son hədəflərə nail olunmasının təhlili əsasında hazırlanmış nəticə və
təklifləri müzakirə üçün aidiyyəti üzrə Pul Siyasəti və Maliyyə Sabitliyi
Komitəsinə təqdim edir;
5.2.4.
Məzənnə siyasətinin orta müddətli və operativ hədəflərinə dair təkliflər
hazırlayır;
5.2.5.
Pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə, o cümlədən faiz siyasətinə
dair təkliflər hazırlayır;
5.2.6.
Kommersiya
banklarının
Mərkəzi
Bankda
yerləşdirilən
məcburi
ehtiyatlarının hüquqi aktlara uyğun olaraq tənzimlənməsi və monitorinqini
təmin edir;
5.2.7.
Pul siyasətinin təkmilləşdirilməsi sahəsində Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı, digər beynəlxalq maliyyə institutları və ayrı-ayrı ölkələrin
mərkəzi bankları ilə əməkdaşlıq edir;
5.2.8.
Mərkəzi Bankın nəşrlərində, kütləvi informasiya vasitələrində, elmi-praktiki
konfranslarda, seminarlarda və Mərkəzi Bankın tədris proqramlarında
aidiyyəti mövzularda analitik elmi məqalələrlə və məruzələrlə çıxışlar edir.
Mərkəzi Bankın sədri E.Rüstəmov
Dostları ilə paylaş: |