Azərbаycаn Rеspublikаsı Milli Tеlеviziyа və Rаdiо Şurаsı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/29
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48407
  1   2   3   4   5   6   7   8   9   ...   29



 
 
 
 
Azərbаycаn Rеspublikаsı Milli Tеlеviziyа və Rаdiо 
Şurаsı 
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına 
Dilçilik İnstitutu 
 
 
 Elektron Mediaya Yardım Fondu ilə birgə KİV-in 
inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə 
“Azərbaycan Media məkanında ədəbi dilin qorunması” 
layihəsi əsasında aparılmış  monitorinqin nəticələri 
 
 
AMEA  Nəsimi  adına  Dilçilik  İnstitutunun   
aparıcı  elmi  işçiləri: 
                    Filologiya üzrə fəlsəfə doktoru, dosent  
AYTƏN BƏYLƏROVA 
Filologiya üzrə fəlsəfə doktoru  NƏZAKƏT 
QAZİYEVA 



 
 
 
ÜMUMİ MƏLUMAT 
 
Dil  ictimai-siyasi,  eləcə  də  sosial  hadisələri  özündə 
əks  etdirdiyindən  və  tarixi  kateqoriya  olduğundan  
bəhrələndiyi  mənbələr  əsasında  zənginləşir  və  dəyişir.  Dil 
mürəkkəb  bir  sistemə  malik  olduğu  üçün  nəinki  bir  dil 
səviyyəsi  daxilindəki  dəyişmələr,  hətta  dilin  müxtəlif 
səviyyələrindəki  dəyişmələr  zəncirvarı  şəkildə  bir-birinə 
təsir  edir,  bir  hadisə    digərini  şərtləndirir.  Odur  ki,  norma 
məsələsini  izlədikdə  də  bu  halı  diqqətdə  saxlamaq,  dilin 
daxili  qanunlarını  və  eləcə  də  onun  inkişafına  təkan  verən 
ekstralinqvistik  amilləri  nəzərə  almaq  lazımdır.  Dilin  bütün 
səviyyələrində,  müvafiq  olaraq,  müəyyənləşmiş  norma 
özünü  göstərdiyi  kimi,  normanın  pozulması  hallarına  da 
təsadüf  olunur.  İnkişafı  şərtləndirən  variantlılığı,  daha 
doğrusu, nitq istisnalarını nəzərə almasaq, norma pozuntusu 
dilin  daxili  təbiətinə  zidd  hadisə  olmaqla  yolverilməz  hal 
kimi qiymətləndirilməlidir. 
Müasir  dövrdə  hər  bir  millətin  kimliyinin  əksi  olan 
dilə  diqqət daha da artmışdır. Bu, təbii ki, elm və texnikanın 
sürətlə inkişafı, qloballaşma dövrü ilə bağlıdır. Qloballaşma 
dövrü  Azərbaycan  dilinin  istifadəsi  və  əsaslı  tədqiqi,  ana 
dilimizin 
zənginləşməsi 
və 
tətbiqi 
imkanlarının 
genişləndirilməsi  istiqamətində  aparılan  işlərin  yeni 



 
səviyyəyə  qalxmasını  tələb  edir.  Prezident  İlham  Əliyevin 
“Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın 
tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin 
inkişafına  dair  Dövlət  Proqramı”nın  təsdiq  edilməsi 
haqqında  sərəncamı  da  bu  zərurətdən  irəli  gəlmişdir.  Bu 
proqramın  icrasından  gözlənilən  nəticələr  Azərbaycan 
dilinin və dilçilik elminin inkişafına hesablanmışdır.   
Dövlət 
Proqramında 
kütləvi 
informasiya 
vasitələrində  Azərbaycan  dilinin  təbliği  ilə  bağlı  xüsusi 
bəndin  olması  (6.5.)  bu  məsələnin    əhəmiyyətini  bir  daha 
təsdiq  edir.  Qeyd  olunan  məsələlər  Milli  Televiziya  və 
Radio  Şurasının  daim  diqqətdə  saxladığı  məsələlərdəndir. 
Milli  Televiziya  və  Radio  Şurası  televiziya  və  radio 
yayımında  dövlət  dilindən  istifadənin  təmin  edilməsi  üçün 
 25  iyun  2003-cü  il  tarixdə  “Azərbaycan  Respublikası 
ərazisində  teleradio  yayımı  sahəsində  Dövlət  dilindən 
istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar” qəbul 
etmişdir. Bununla teleradio efirində dövlət dilinin həcminin 
75%  həddində  olması  müəyyənləşdirilmiş,  “Televiziya  və 
radio 
yayımı 
haqqında” 
Azərbaycan 
Respublikası 
Qanununun 
32.0.6-cı 
maddəsinin  və  “Azərbaycan 
Respublikasında  dövlət  dili  haqqında”  Azərbaycan 
Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə uyğun 
olaraq  mülkiyyət  formasından  asılı  olmayaraq,  Azərbaycan 
Respublikası  ərazisində  təsis  edilən  və  fəaliyyət  göstərən 
bütün televiziya və radio kanalları qarşısında dövlət dilindən 
istifadə  faizini  və  keyfiyyətini  daim  yüksəltmək  vəzifəsi 
qoyulmuşdur.  Şuranın  14  mart  2007-ci  il  tarixli  qərarına 
əsasən, 01 yanvar 2008-ci il tarixindən etibarən Azərbaycan 



 
Respublikası  ərazisində  təşkilati-hüquqi  formasından  asılı 
olmayaraq  bütün  telekanallarda  filmlərin  (bədii,  sənədli, 
cizgi  və  s.)  yalnız  Azərbaycan  dilində  səsləndirilməsinin 
təmin  olunması  barədə  qərar  qəbul  edilmişdir. 
11  yanvar 
2008-ci  il  tarixində
  Şura  tərəfindən  “Televiziya  və  radio 
yayımı  haqqında”  Qanunun  32.0.6-cı  maddəsinin  və 
 “Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında” 
Qanunun  6-cı  maddəsinin  tələblərinə  uyğun  olaraq 
Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət 
göstərən bütün teleradio yayımçılarının proqramlarının bəzi 
verilişləri  istisna  olmaqla  (xəbərlər  buraxılışı  (subtitrlərlə 
Azərbaycan dilində tərcüməsinin verilməsi şərti ilə), əcnəbi 
dillərin  öyrənilməsinə  xidmət  edən  tədris  proqramları  (30 
dəqiqədən  çox  olmamaq  şərti  ilə),   intellektual  verilişlər  və 
bəzi 
xüsusi 
buraxılışlar) 
Azərbaycan 
dilində 
yayımlanmasının  təmin  edilməsi  barədə  qərar  qəbul 
edilmişdir. Bununla da teleradio efirində tam həcmdə dövlət 
dilindən  istifadə  təmin  edilmişdir.  2011-2014-cü    illərdə 
Milli  Televiziya  və  Radio  Şurası  AMEA  Dilçilik  İnstitutu 
ilə  birgə  ədəbi  dil  normalarına  əməl  edilməsi  sahəsində 
monitorinqlər  təşkil  etmiş,  mövcud  nöqsanlarla  bağlı 
hesabatlar dərc edilmişdir. 
AMEA  Nəsimi  adına  Dilçilik  İnstitutu  ilə  birlikdə 
həyata  keçirilən  və  2015-cü  il  sentyabr-oktyabr  aylarını 
əhatə  edən  monitorinq  də  milli  telekanallarda  ədəbi  dil 
normalarına əməl olunması və dilin inkişafını nəzərdə tutan 
növbəti layihələrdəndir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə