Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci IL 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əlavələr və dəyişikliklər edilməsi



Yüklə 39,04 Kb.

tarix17.09.2018
ölçüsü39,04 Kb.
növüQaydalar


 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 

 

NAZİRLƏR KABİNETİ 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 

sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan 

Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları 

haqqında Təlimat»a əlavələr və dəyişikliklər edilməsi barədə 

 

 



 

«Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan 

Respublikasının bəzi  qanunvericilik  aktlarına  əlavələr və dəyişikliklər  edilməsi 

barədə»  Azərbaycan  Respublikasının  2009-cu  il  30  iyun  tarixli  856-IIIQD 

nömrəli  Qanununun  tətbiq  edilməsi  haqqında»  Azərbaycan  Respublikası 

Prezidentinin 2009-cu il 20 iyul tarixli 128 nömrəli Fərmanının 1.2-ci bəndinin 

icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

qərara alır

 

1.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr 

tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2000-ci  il,  №  9,  maddə  693;  2001-ci  il,  №  11,  maddə  722;  2002-ci  il,  №  3, 

maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003-cü il, № 10, maddə 629; 

2005-ci il, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 

977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006-cı il, № 3, maddə 

297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 

2008-ci il, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009-cu il, № 2, 

maddə  148)  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  notariat 

hərəkətlərinin  aparılması  qaydaları  haqqında  Təlimat”a  aşağıdakı  əlavələr  və 

dəyişikliklər edilsin: 



1.1.  6-cı bəndə aşağıdakı məzmunda “d” yarımbəndi əlavə edilsin: 

d)  “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və 




qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, 

verifikasiyası,  məlumatın  sənədləşdirilməsi,  saxlanılması  tələblərinə  və  həmin 

Qanunun  7.2-ci  maddəsində  nəzərdə  tutulmuş  əməliyyatlara  dair  məlumatların 

təqdim  edilməsi  ilə  bağlı  tələblərə  riayət  etməli,  bu  sahədə  Azərbaycan 

Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər  tədbirləri  həyata 

keçirməlidir.”; 



1.2.  7-ci  bəndin  üçüncü-onuncu  abzasları  müvafiq  olaraq  dördüncü  -  on 

birinci abzaslar hesab edilsin, aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: 

“Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və 

qaydada  notariat  hərəkətləri  ilə  bağlı  məlumatlar  maliyyə  monitorinqi  orqanına 

verilir.”; 

1.3.  13-cü  bəndə  aşağıdakı  məzmunda  dördüncü  abzas  əlavə  edilsin: 

“Notariat  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  42-1-ci  maddəsinin 

tələbinə  riayət  edilməsinə  nəzarətin  həyata  keçirilməsini  təmin  etmək  məqsədi 

ilə  notariuslar  hər  iş  günü  ərzində  aparılmış  notariat  hərəkətlərinə  dair 

məlumatları  “Notariat  Sənədlərinin  Elektron  Məlumat  Bankı”na  daxil 

etməlidirlər. 



1.4.  16-cı  bəndin  beşinci  abzası  altıncı  abzas  hesab  edilsin,  aşağıdakı 

məzmunda beşinci abzas əlavə edilsin: 

“Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən  şübhə  yaradan 

əməliyyatlarla  bağlı  aparılan  notariat  hərəkətlərinin  icrası  maliyyə  monitorinqi 

orqanı  tərəfindən  Qanunla  müəyyən  edilmiş  müddətdə  və  qaydada  dayandırıla 

bilər.”; 



1.5.  17-ci bənd üzrə: 

1.5.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin: 

“Azərbaycan  Respublikası  vətəndaşlarının  şəxsiyyəti  Azərbaycan 

Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.”;  

1.5.2. səkkizinci abzas çıxarılsın; 

1.5.3. aşağıdakı məzmunda səkkizinci-on birinci abzaslar əlavə edilsin: 

“Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı 

olmayan  şəxslərin  şəxsiyyəti  əcnəbinin  pasportu,  vətəndaşlığı  olmayan  şəxsin 

isə  daimi  qeydiyyatda  olduğu  digər  ölkədə  aldığı  vətəndaşlığı  olmayan  şəxsin 

şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edilir

Azərbaycan  Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan 

şəxslərin şəxsiyyəti müvafiq Qanunla təsdiq edilmiş xüsusi nümunəli şəxsiyyət 

vəsiqəsi əsasında müəyyən edilir; 

Azərbaycan  Respublikasında  müvəqqəti  yaşayan  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  şəxsiyyəti  əcnəbinin  pasportu,  vətəndaşlığı 

olmayan  şəxsin  isə  daimi  qeydiyyatda  olduğu  digər  ölkədə  aldığı  vətəndaşlığı 

olmayan  şəxsin  şəxsiyyətini  təsdiq  edən  sənədlə  birlikdə  təqdim  edilməklə, 




Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazə  vəsiqəsi  əsasında 

müəyyən edilir; 

Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan şəxslərin şəxsiyyəti Azərbaycan Respublikasında daimi yaşamaq üçün 

icazə vəsiqəsi əsasında müəyyən edilir.”; 

1.6.  aşağıdakı məzmunda 33-1-ci bənd əlavə edilsin: 

33-1.  Notariuslar  daşınmaz  əmlakın  alğı-satqısı,  pul  vəsaitlərinin, 

qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və ya digər əmlakın 

idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların idarə olunması və 

alğı-satqısı  ilə  əlaqədar  əməliyyatlarla  bağlı  notariat  hərəkətləri  aparılarkən 

əməliyyatın predmeti olan pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə 

əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə 

və  ya  belə  şübhə  üçün  kifayət  qədər  əsaslar  yaradan  hallarda,  həmçinin  bu 

əməliyyatlar  siyahısı  maliyyə  monitorinqi  orqanı  tərəfindən  müəyyən  edilmiş 

dövlətlərin  (ərazilərin)  vətəndaşları  ilə,  qeydiyyat,  yaşayış  və  ya  əsas  fəaliyyət 

yeri  həmin  dövlətdə  (ərazidə)  olan  şəxslərlə,  eləcə  də  göstərilən  dövlətlərdə 

(ərazilərdə)  qeydiyyatdan  keçmiş  bankda  hesaba  malik  olan  şəxslərlə  həyata 

keçirildikdə  və  ya  xarici  dövlətlərin  siyasi  xadimlərinin  bank  hesablarından 

həyata keçirildikdə, bu barədə məlumatı maliyyə monitorinqi xidmətinə təqdim 

etməlidir. 

Yuxarıda  qeyd  olunan  əməliyyatlarla  bağlı  notariat  hərəkətləri 

aparılarkən  notarius  eyniləşdirmə  üçün  təqdim  olunan  şəxsiyyəti  təsdiq  edən 

sənədin  surətini,  habelə  müvafiq  vergi  orqanı  tərəfindən  verilmiş 

şəhadətnamənin,  nümayəndənin  səlahiyyətlərini  təsdiq  edən  sənədin,  hüquqi 

şəxsin  nizamnaməsinin  və  dövlət  qeydiyyatına  alınması  haqqında  sənədin 

surətini  və  əməliyyatın  növündən  asılı  olaraq  təqdim  olunmuş  digər 

eyniləşdirmə sənədlərinin surətlərini təsdiq edərək saxlayır və: 

hüquqi  şəxslərin  verifikasiyası  üçün  aşağıdakı  tədbirlərdən  birini  və  ya 

bir neçəsini görür: 

 

hüquqi  şəxsin  təqdim  etdiyi  məlumatların  hüquqi  şəxslərin  dövlət 



reyestrinə daxil edilən məlumatlarla üzləşdirir; 

 



hüquqi  şəxsin  fəaliyyəti  barədə  kütləvi  informasiya  vasitələrindən, 

internet informasiya ehtiyatlarından və ya rəsmi nəşrlərdən məlumatlar əldə edir

 

əldə olunan yeni məlumatların əvvəllər təqdim edilmiş eyniləşdirmə 



məlumatları ilə üzləşdirir; 

fiziki  şəxslərinin  verifikasiyası  üçün  isə  aşağıdakı  tədbirlərdən  birini  və 

ya hər ikisini görür: 

 



doğum  haqqında  şəhadətnamə,  pasport,  sürücülük  vəsiqəsi  və  ya 

digər rəsmi sənəd əsasında fiziki şəxsin doğum tarixini təsdiqləyir; 

 

mənzil-kommunal xidməti və ya qeyri-yaşayış sahələrindən istismar 



haqqı üçün  mədaxil qəbzləri,  yaxud  mülkiyyət  hüququnun  dövlət qeydiyyatına 

alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və 

ya  kirayə  müqaviləsi  əsasında  fiziki  şəxsin  yaşayış  yeri  üzrə  qeydiyyatını 

təsdiqləyir.”; 




1.7.  160-1-ci bənd üzrə: 

1.7.1. birinci abzasda “müvafiq icra hakimiyyəti orqanı” sözləri “Nazirlər 

Kabineti” sözləri ilə əvəz edilsin; 



1.7.2.  ikinci  abzas  çıxarılsın,  üçüncü  abzas  ikinci  abzas  hesab  edilsin, 

aşağıdakı məzmunda üçüncü-səkkizinci abzaslar əlavə edilsin. 

“Tərəflər  müqavilə  ilə  bağlı  məbləğin  depozit  hesabı  vasitəsilə 

ödənilməsi barədə ərizə ilə müraciət etdikdən sonra notarius, təsdiq etdiyi əqdin 

məzmununun  qanuna  və  tərəflərin  həqiqi  niyyətinə  uyğunluğunu  yoxlayır, 

habelə  “Notariat  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  42-1-ci 

maddəsində  nəzərdə  tutulmuş  tədbirləri  görür  və  ərizəni  daxil  olan  sənədlərin 

qeydə alınması kitabında qeydə alır. 

Razılaşdırılmış  pul  məbləğinin  depozit  hesabına  mədaxil  edilməsi  üçün 

alıcıya  banka  ünvanlanmış  məktub  verir  və  depozit  hesabı  üzrə  aparılmış 

əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı 

tərəfindən  həmin  vəsaitin  hesabına  ödənilməsi  barədə  bank  qəbzi  təqdim 

etdikdən sonra müqavilə təsdiq edilir. 

Pulu ödəmiş şəxsin xahişi ilə bu barədə qəbzin surəti təsdiq edilərək ona 

verilir. 

Müqavilə  üzrə  pul  məbləği  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti  tərəfindən  müəyyən  edilmiş  aşağı  həddən  az  olduğu  hallarda  da 

notarius  müvafiq  notariat  hərəkətinin  aparılması  üçün  müraciət  etmiş  şəxsin 

xahişi  ilə  həmin  məbləğin  depozit  hesabı  vasitəsilə  ödənilməsi  barədə  tədbir 

görə bilər. 

Müqavilə  rəsmiləşdirildikdə  notarius  depozit  hesabına  mədaxil  edilmiş 

müqavilə  məbləğinin  götürülməsi  üçün  satıcıya  müştərinin  istəyindən  asılı 

olaraq  pul  çeki  və  ya  hesablaşma  çeki  (çek  kitabçaları  ilə  notariusu  müvafiq 

bank təmin edir) verir. Göstərilən işin düzgün və dəqiq qurulması üçün notariat 

kontorunda depozit hesaba mədaxil və məxaric edilən məbləğin, həmçinin onun 

qalığının uçotu aparılır. 

Hər  ay  başa  çatdıqda  növbəti  ayın  birinci  iş  günü  təsdiq  edilmiş 

müqavilələr  üzrə  depozit  hesabı  vasitəsilə  ödənilmiş  məbləğlər  barədə  bank 

hesabından  çıxarışla  üzləşmə  aparılır  və  rübdən  sonra  ayın  5-dək  Azərbaycan 

Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilir.” 



2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının 



 

           

Baş naziri 

 

 

 

 

 

A. Rasi–zadə 

 

Bakı şəhəri, 01 oktyabr 2009-cu il 



№ 160 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə