Azərbaycan Respublikası Prezi dentinin 2014-cü IL 19 iyun tarixli Sərəncamı ilə hər IL 25 iyun Azər



Yüklə 455,17 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.06.2018
ölçüsü455,17 Kb.
#50258
1   2   3   4   5   6   7   8

(Əvvəli 1-ci səhifədə)

Məhz,  dəniz  nəqliyyatı  sahəsi  üzrə 

beynəlxalq  konvensiyaların  tələblə-

rindən  irəli  gələn  öhdəliklərin  icra  və-

ziyyətinin  qiymətləndirilməsi  məqsədi 

ilə  Beynəlxalq  Dəniz  Təşkilatının  Üzv 

Dövlətlərinin  Audit  Sxemi  (IMSAS) 

üzrə  adıçəkilən  Təşkilatın  10  dekabr 

2013-cü  il  tarixli  A.1070(28)  nömrəli 

və  A.1105(29)  nömrəli  qətnamələrinə 

əsasən Audit Ekspert  Qrupu bu  ilin 28 

may – 6 iyun tarixlərində Azərbaycanda 

səfərdə olub. Keçirilmiş audit yoxlaması 

zamanı Prezident cənab İlham Əliyevin 

rəhbərliyi altında dəniz nəqliyyatı sahə-

sində  formalaşdırılmış  siyasətə  uyğun 

olaraq  həyata  keçirilən  davamlı  isla-

hatlar  və  bu  məqsədlə  təsdiq  olunmuş 

mövcud normativ hüquqi aktlar, habelə 

dəniz üzgüçülüyünün təhlükəsizliyi, də-

nizdə insan həyatının və dəniz mühitinin 

mühafizəsi  sahəsində  məqsədyönlü  və 

ciddi tədbirlərin həyata keçirilməsi Au-

dit Ekspert Qrupu tərəfindən xüsusi rəğ-

bətlə qarşılanıb.

Dövlət  Dəniz  Administrasiyasının 

rəisi  Qüdrət  Qurbanov  xüsusi  olaraq 

vurğulayıb  ki,  audit  yoxlamasının  tam 

obyektivliyə əsaslanan nəticələrinə görə 

respublikamızın 172 dünya dəniz dövləti 

sırasında ən qabaqcıllar olan Avropa və 

Skandinaviya  dövlətlərini  geridə  qoya-

raq, statistika üzrə ön sırada yer tutması 

bir daha sübut edir ki, Azərbaycan Res-

publikasının Prezidenti cənab İlham Əli-

yev  tərəfindən  formalaşdırılmış  dövlət 

siyasətinə uyğun olaraq ölkənin dinamik 

inkişafı, tranzit potensialının artırılması, 

regionun  ən  böyük  nəqliyyat  mərkəzi 

kimi  mövqeyinin  möhkəmləndirilməsi, 

qədim dənizçilik tarixinə malik respub-

likamızın dəniz qüdrətinin daha da yük-

səldilməsi, eləcə də region dövlətləri ilə 

yanaşı, dünyanın qabaqcıl dəniz dövlət-

ləri ilə rəqabətədavamlı dəniz nəqliyyatı 

sahəsinin formalaşdırılması istiqamətin-

də gələcəkdə də uğurların əldə ediləcəyi 

şübhəsizdir.

Qüdrət  Qurbanov Azərbaycan  Res-

publikasının  4  mart  2016-cı  il  165-VQ 

nömrəli  Qanunla  “Birləşmiş  Millətlər 

Təşkilatının  Dəniz  hüququ  haqqında 

Konvensiyası”na  və  “Birləşmiş  Millət-

lər Təşkilatının Dəniz hüququ haqqında 

1982-ci il 10 dekabr tarixli Konvensiya-

sının XI Bölməsinin həyata keçirilməsinə 

dair Saziş”ə qoşulduğunu və adıçəkilən 

Konvensiyanın  iştirakçı  dövlətlərinin 

iclasında Respublikamızın  ilk dəfə təm-

sil  olunduğunu  qeyd  edərək,  prezident 

İlham  Əliyevin  rəhbərliyi  altında  ölkə-

mizin  dəniz  nəqliyyatı  sahəsinin  daha 

da  inkişaf  etdirilməsi  üçün  dənizçilərin 

fədakar  əməklərini  əsirgəməyəcəklərinə 

əminliyini ifadə edib.

“Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi”  Qapalı  Səhmdar  Cəmiyyətinin 

sədri Rauf Vəliyev çıxışında bildirib ki, 

yerli və beynəlxalq daşımaların səmərə-

liliyinin  artırılması,  ölkənin  rəqabət 

qabiliyyətinin  və  tranzit  potensialının 

gücləndirilməsi  məqsədilə  2013-cü  ilin 

oktyabrında  Prezident  İlham  Əliyevin 

Sərəncamına  əsasən  yaradılmış  “Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı 

Səhmdar Cəmiyyəti qarşıya qoyulan və-

zifələri yerinə yetirmək üçün Xəzərdə və 

Xəzərdənkənar  hövzələrdə  rəqabətəda-

vamlı və beynəlxalq standartlara uyğun 

dəniz xidmətləri göstərən nüfuzlu və çe-

vik gəmiçilik şirkəti qurmaq, kommersi-

ya baxımından səmərəli fəaliyyəti təmin 

etmək, Azərbaycanın beynəlxalq nəqliy-

yat və logistika mərkəzinə çevrilməsinə 

əhəmiyyətli  töhfə  vermək,  gəmiçilik 

sahəsində yüksək ixtisaslı yerli kadrların 

formalaşmasına nail olmaq əzmindədir. 

Bu istiqamətdə artıq xeyli iş görülüb.

  R.Vəliyev  qeyd  edib  ki,  Gəmi-

çiliyin  rəhbərliyi  ilk  növbədə  5  illik 

hədəfləri  müəyyənləşdirib.  Bunlar  

AXDG-nin Xəzərdə aparıcı mövqeyinin 

qorunub  saxlanılması  və  Xəzərdənkə-

nar fəaliyyətinin bərpası, donanmaların 

yenilənməsi,  beynəlxalq  idarəetmə  və 

maliyyə  sisteminin  tətbiqi,  fəaliyyətin 

beynəlxalq  auditinin  keçirilməsi,  mü-

vafiq beynəlxalq sertifikatların və kredit 

reytinqinin alınması, mövcud infrastruk-

turun və maddi-texniki təchizat bazası-

nın təkmilləşdirilməsi, işçilərin rifahının 

mütəmadi yaxşılaşdırılması, kadr hazır-

lığı və sair hədəflərdir.

 “Ulu öndər Heydər Əliyevin 1969-

cu  ildə  respublikamıza  rəhbər  təyin 

edilməsi  ilə  iqtisadiyyatımızın  bir  çox 

sahələri kimi, neft sənayesində də yeni 

inkişaf  dövrü  başladı.  Həmin  dövrdə 

neft-qaz  ehtiyatlarının  çox  hissəsinin 

yerləşdiyi  dəniz  yataqlarının  kəşf  edi-

lib istismara verilməsi xeyli sürətləndi. 

Dənizdə  bir-birinin  ardınca  çoxsaylı 

neft-qaz  yataqlarının,  o  cümlədən  zən-

gin “Günəşli” yatağının kəşfi məhz Ulu 

Öndərin  rəhbərlik  illərinə  təsadüf  edir. 

Dənizdəki  neft-qaz  yataqlarının  geniş-

miqyaslı  işlənməyə  cəlbi  Xəzər  Dəniz 

Neft Donanmasının da imkanlarını xey-

li  artırdı.  80-ci  illərdən  dənizin  dərin 

sahələrində yerləşən neft-qaz yataqları-

nın mənimsənilməsini təmin etmək üçün 

daha müasir və güclü gəmilərin tikilmə-

sinə ehtiyac duyuldu. Ona görə də 1980-

ci ildən bu donanmaya xarici ölkələrdə 

– Almaniya, Finlandiya, Norveç, Polşa, 

Yuqoslaviya,  Bolqarıstan  və  Fransada 

inşa edilmiş gəmilər alındı. Oxşar proses 

Xəzər  Dəniz  Gəmiçiliyində  də  gedirdi. 

Xorvatiyada sifariş verilmiş 8 gəmi-bərə 

keçmiş  SSRİ-nin  başqa  gəmiçiliklərinə 

verilmədi,  Moskvada  Nazirlər  Sove-

ti  sədrinin  birinci  müavini  vəzifəsində 

çalışan Heydər Əliyevin şəxsi göstərişi 

ilə Bakıya gətirildi. Belə faktlar çoxdur. 

Dənizçilər bunu yaxşı bilir, yüksək qiy-

mətləndirirlər”,  –  deyə  R.Vəliyev  vur-

ğulayıb.

Gəmiçiliyə  beynəlxalq  sertifikatla-

rın verilməsi və kredit reytinqinin alın-

ması  barədə  danışarkən  Rauf  Vəliyev 

deyib ki, “Ernst & Young” şirkəti bey-

nəlxalq  standartlara  uyğun  hazırlanmış 

maliyyə  hesabatlarının  və  Davamlı  in-

kişaf  haqqında  hesabatın  auditini  hə-

yata keçirərək müsbət rəy verib, “Fitch 

Rating”  şirkəti  ilə  Gəmiçiliyə  kredit 

reytinqinin  alınmasına  dair  əməkdaşlıq 

sahəsində uğurlu iş aparılıb.

Rauf  Vəliyev  gənclər  və  kadr  si-

yasətindən,  AXDG-nin  Xəzərdə  apa-

rıcı  mövqeyinin  qorunub  saxlanılma-

sı  istiqamətində  atılan  addımlardan, 

Xəzərdənkənar  fəaliyyətin  bərpası  və 

donanmaların  yenilənməsindən  ətraflı 

söhbət  açıb,  qarşıda  daha  mühüm  və-

zifələrin  durduğunu  vurğulayıb.  Qeyd 

edib ki, Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi  ilk  növbədə  dəniz  nəqliyyatı-

na dövlətimizin dəstəyinə, xüsusilə də 

Prezident İlham Əliyevin daimi diqqə-

tinə  güvənir.  Son  dövrdə  imzalanmış 

fərman və sərəncamlar strateji əhəmiy-

yət daşıyır. Belə ki, Xəzər Dəniz Gəmi-

çiliyinin inkişaf istiqamətlərinin müəy-

yən edilməsi, Prezident İlham Əliyevin 

Sərəncamı  ilə  “2016-2020-ci  illərdə 

Azərbaycan Respublikasında gəmiçili-

yin  inkişafına  dair  Dövlət  Proqramı”-

nın    qəbul  olunması  Gəmiçilik  qarşı-

sında  qlobal  vəzifələr  qoyur.  Bu  gün 

Xəzər  regionunda  bir  sıra  irimiqyaslı 

beynəlxalq  layihələr  həyata  keçirilir. 

Şərq-Qərb,  eləcə  də  Şimal-Cənub  is-

tiqamətlərində  nəqliyyat  dəhlizlərinin 

inkişafına yönəlmiş bu layihələr – Ba-

kı-Tbilisi-Qars  dəmir  yolu,  Azərbay-

canla  İran  arasında  dəmir  yolu  xətti-

nin  tikintisi,  Xəzərdə  ən  böyük  Bakı 

Beynəlxalq  Dəniz  Ticarət  Limanının 

tikintisinin  yekunlaşdırılması  Gəmiçi-

lik üçün yeni hədəflər müəyyənləşdirir. 

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi 

qarşıda  duran  bütün  məqsədlərə  nail 

olmaq  və  yeni  uğurlara  imza  atmaq 

üçün tam gücü ilə çalışır.

Ölkəmizdə həyata keçirilən irimiq-

yaslı infrastruktur layihələri  Xəzər də-

nizi  üzərindən  artması  gözlənilən  yük-

daşıma  həcmlərinin  qarşılanması  üçün 

Gəmiçiliyin  donanmasının    davamlı 

yenilənməsi çox vacibdir. Bu baxımdan, 

2013-cü ildə açılan  Bakı Gəmiqayırma 

Zavodu böyük əhəmiyyət kəsb edir. Bu 

zavod  tərəfindən  Gəmiçilik  üçün  in-

diyədək  dörd  gəmi  tikilərək  istifadəyə 

verilib. Bu yaxınlarda daha dörd gəmi-

nin-vaqon-TIR  və  sərnişin  daşınması 

üçün nəzərdə tutulan yeni nəsil iki uni-

kal Ro-Pax/Bərə və iki tankerin tikintisi 

üzrə yeni sifariş verilib.

Həmçinin, Rauf Vəliyev  son 3 il 17 

yeni gəminin alındığını bildirib.  Bunlar-

dan  1 ədəd Xəzərdə ən böyük yedək-tə-

chizat  gəmisi,  8  ədəd  5,500  ton  yük 

götürmə  qabiliyyətli  quru  yük  gəmisi, 

1 ədəd 13,000 tonluq tanker, 3 ədəd təc-

hizat gəmisi, 1 ədəd liman-yedək, 3 ədəd 

sərnişin gəmisidir.

Mərasimdə “Rusiya Dəniz Registri 

Azərbaycanda”  QSC-nin  sədri  Şaban 

Quliyev,  uzaq  səfərlər  kapitanı  Muxtar 

Axundov  və  başqaları  son  illərdə  də-

niz  nəqliyyatının  inkişafında  müşahidə 

edilən müsbət dəyişikliklərdən və müa-

sir  tendensiyalardan  danışıb,  peşə  bay-

ramını qeyd edən dənizçiləri və onların 

ailələrinin  hər  bir  üzvünü  təbrik  edib, 

zəngin təcrübəyə malik Azərbaycan də-

nizçilərinin onlara göstərilən yüksək eti-

madı layiqincə doğruldacaqlarına əmin-

liyini ifadə ediblər.

Əməkdə  fərqlənənlərə  “Dənizçi 

günü”  münasibətilə  “Dəniz  Donanma-

sının  fəxri  işçisi”  döş  nişanları  təqdim 

olunub.

Sonda  bütün  dənizçilər  adından 



Azərbaycan  Respublikasının  Prezidenti 

cənab İlham Əliyevə müraciət ünvanla-

nıb.

əzizli ələkbər əziz oğlu – “Azərbaycan Xəzər 

Dəniz  Gəmiçiliyi”  Qapalı  Səhmdar  Cəmiyyətinin 

Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf 

mühitin mühafizəsi departamentinin rəisi; 



hüseynov hikmət şəmməd oğlu – Dəniz Nəq-

liyyatı Donanmasının “Natəvan” gəmisinin kapitanı;



cəfərov yaşar yaqub oğlu – Dəniz Nəqliyya-

tı  Donanmasının  “Naxçıvan”  gəmisinin  dördüncü 

mexaniki;

pənahalıyev şəmil feyruz oğlu – Xəzər Dəniz 

Neft  Donanmasının  “Kapitan Ağasıyev”  gəmisinin 

kapitanı;

əsgərov yəhya ismayıl oğlu  –  Xəzər Dəniz 

Neft  Donanmasının  “General  Şıxlinski”  gəmisinin 

böyük mexaniki;

bağırov nərman tirman oğlu – “Bibiheybət” 

Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinin 

böyük ustası;

kərimov əlihəsən əlisa oğlu – “Zığ” Gəmi Tə-

miri Zavodunun Mexaniki təmir bölməsinin ustası;



abdullayev müslüm budaq oğlu  - İstis-

mar-kommersiya departamentinin dispetçeri



kərimov  taryel  Vaqif  oğlu  -  Dəniz  üz-

güçülüyünün  təhlükəsizliyi  departamentinin 

mühəndisi

bağırov toğrul nazimoviç - Dəniz üzgü-

çülüyünün təhlükəsizliyi departamentinin mü-

həndisi

əliyev  əyyam  əzizağa  oğlu  -  İnsan  re-

surslarının idarə edilməsi departamentinin rəis 

mavini

hüseynova  sevinc  əhəd  qızı  -  Maliyyə 

və uçot departamentinin mühasibi



hacıəliyev fuad sevdagər oğlu - Risklə-

rin idarə edilməsi və sığorta şöbəsinin rəisi



Quliyev elçin yusif oğlu - Təchizat depar-

tamentinin aparıcı mütəxəssisi



mikayılov rəhim fərail oğlu - Əsaslı ti-

kinti və təmir şöbəsinin mühəndisi



fərzəliyev zaur mişan oğlu - Sosial inki-

şaf və nəqliyyat şöbəsinin mühəndisi



əhədov isağ yasər oğlu - Audit departa-

mentinin auditoru



niyazov cabir akif oğlu - Hüquq depar-

tamentinin rəis müavini



bağırov Vaqif məşədi məmmədəli oğlu 

KSƏTƏMM  departamentinin mühəndisi



məmmədli eldar azad oğlu - İnformasi-

ya texnologiyaları departamentinin rəis müavi-

ni

hüseynov rəşad kamil oğlu - Məxfi re-

jim və hərbi səfərbərlik şöbəsinin rəisi



əlizadə sevinc ağa səlim qızı - İnzibatı 

işlər və ictimaiyyətlə əlaqələr departamentinin 

referenti

mirzəmətov Jora feyzulla oğlu - Xəzər 

Dəniz Neft Donanmasının böyük mexaniki



məmmədov hafiz şahniyar oğlu - Xəzər 

Dəniz Neft Donanmasının bosmanı 



Qubadov  mehti  əbülfəz  oğlu  -  Xəzər 

Dəniz Neft Donanmasının böyük motorçusu



zeynalov rauf məhəmməd oğlu -  Xəzər 

Dəniz Neft Donanmasının 1-ci dərəcəli matro-

su

rüstəmov ramiz məcnun oğlu - Xəzər 

Dəniz  Neft  Donanmasının  Texniki  istismarı 

xidmətinin hamiyəçi elektromexaniki

kazımova natalya Qennadyevna - Xəzər 

Dəniz Neft Donanmasının Mühasibat uçotu və 

hesabatı şöbəsinin Mühasibat qrupunun rəhbəri

əlişanova səmayə sultanəli qızı - Xəzər 

Dəniz Neft Donanmasının İcraya nəzarət, kar-

güzarlıq və təsərrüfat işləri şöbəsinin arxiv mü-

diri 


mirzəyev cahangir çərkəz oğlu - Xəzər 

Dəniz Neft Donanmasının Təchizat xidmətinin 

anbardarı

şahbazov seyran hüseyin oğlu - Dəniz 

Nəqliyyatı Donanmasının kapitanı



səlimov elmar fikrət oğlu - Dəniz Nəq-

liyyatı Donanmasının kapitanı



süleymanov  mirzə  hüsən  oğlu  -  Dəniz 

Nəqliyyatı Donanmasının böyük mexaniki



xanseyidov  nurməmməd  xasənməd 

oğlu - Dəniz Nəqliyyatı Donanmasının bosma-



əmiraslanov  rasim  faiq  oğlu  -  Dəniz 

Nəqliyyatı Donanmasının matrosu 

cavadov rəhman əziz oğlu - Dəniz Nəq-

liyyatı Donanmasının elektromexaniki



tağıyev etibar ayaz oğlu - Dəniz Nəqliy-

yatı Donanması rəisinin ümumi məsələlər üzrə 

müavini

ismayılzadə aydın ələkbər oğlu - Dəniz 

Nəqliyyatı  Donanmasının  Texniki  istismarı 

xidmətinin mühəndisi

cəlilov  arif  əbülfəz  oğlu  -  İstehsalat 

Xidmətləri İdarəsinin Mülki müdafiə və hərbi 

səfərbərlik şöbəsinin rəisi

abadov asif akif  oğlu  -  İstehsalat  Xid-

mətləri İdarəsinin Personalın idarə edilməsi və 

əmək haqqı şöbəsinin rəis müavini

hacıyev  ilqar  ağayar  oğlu  -  İstehsalat 

Xidmətləri  İdarəsinin  Nəqliyyat  bölməsinin 

sürücüsü

Qasımov  tahir  feyzi  oğlu  -  İstehsalat 

Xidmətləri  İdarəsinin  Tikinti-quraşdırma  böl-

məsinin suvaqçısı

ismayılov  zahid  Qiyas  oğlu  -  “Bibi-

heybət”  Gəmi  Təmiri  Zavodunun    Təmiz-

ləmə-rəngləmə bölməsinin rəisi

hacıyev tofiq niyətulla oğlu - “Bibihey-

bət”  Gəmi  Təmiri  Zavodunun  Gövdə-qaynaq 

bölməsinin böyük ustası

əliyev  Vidadi  əli  oğlu  -  “Bibiheybət” 

Gəmi Təmiri Zavodunun Elektrik quraşdırma 

bölməsinin 6-cı dərəcəli  gəmi elektrik quraş-

dırıcısı  



Vəliyev  sarvan  babaverdi  oğlu  -  “Bi-

biheybət” Gəmi Təmiri Zavodunun Mexaniki 

təmir bölməsinin Boruçəkmə sahəsinin böyük 

ustası


babayev  nizami  mevlan  oğlu  -  “Zığ” 

Gəmi Təmiri Zavodunun Personalın idarə edil-

məsi və əmək haqqı şöbəsinin rəisi

məmmədova  dilarə  əli  qızı  -  “Zığ” 

Gəmi  Təmiri  Zavodunun  Texniki  şöbəsinin 

mühəndis-konstruktoru

piriyev  çingiz  əmirşah  oğlu  -    “Zığ” 

Gəmi Təmiri Zavodunun Ağac emalı sahəsinin 

dülgəri 

əmirxanov  ilqar  fikrət  oğlu  -  Xəzər 

Dəniz  Nəqliyyat  Layihə-Axtarış  və  Elmi-Tə-

dqiqat İnstitutunun baş mühəndisi

əliyev sabir allahyar oğlu - Azərbaycan 

Dövlət Dəniz Akademiyasının Mexanika və ri-

yaziyyat kafedrasının dosenti

əsgərov  rafiq  xəlil  oğlu  -  Azərbaycan 

Dövlət Dəniz Akademiyasının Dəniz naviqasi-

yası fakültəsinin dekanı

avramenko  natalya  iqoryevna  -  Azər-

baycan  Dövlət  Dəniz  Akademiyasının  baş 

müəllimi

hacıyev hacı rasim oğlu - Sosial İnkişaf 

İdarəsinin 1 №-li Poliklinikasının Konsultativ 

şöbəsinin həkim-dermatoveneroloqu

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



30 iyun 2017-ci il   № 45-48 (9139)

www.seanews.az

2

t ə b r i k     e d i r i k !

25 iyun “Dənizçi günü” idi

dənizçilər peşə bayramlarını Qeyd etdilər

səmərəli  əmək  fəaliyyət-

lərinə  GÖrə  Və  “dənizçi  Günü”  

peşə bayramı  münasibətilə  

aşaĞıdakı  şəxslər azərbaycan  

respublikası  dÖVlət  dəniz  ad-

ministrasiyasının  rəisi  Qüdrət  

QurbanoVun  əmri  ilə  “donanma-

nın  fəxri  işçisi”  dÖş  nişanı  ilə  

təltif  edilmişlər   

Səmərəli əmək fəaliyyətlərinə görə və “Dənizçi günü” peşə  

bayramı münasibətilə aşağıdakı şəxslər Cəmiyyətin sədri  

Rauf Vəliyevin əmri ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  

Qapalı Səhmdar Cəmiyyətinin  Fəxri fərmanı ilə təltif edilmişlər: 


Yüklə 455,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə