Azərbaycan Respublikası Prezi dentinin 2014-cü IL 19 iyun tarixli Sərəncamı ilə hər IL 25 iyun Azər


“Azərbaycan Xəzər Dəniz Gəmiçili-



Yüklə 455,17 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.06.2018
ölçüsü455,17 Kb.
#50258
1   2   3   4   5   6   7   8

“Azərbaycan Xəzər Dəniz Gəmiçili-

yi” QSC-də “TOTAL” şirkətinin nü-

mayəndələri ilə görüş keçirilib.

“AXDG”  QSC-nin  sədri  Rauf  Vəli-

yev  qonaqlara  rəhbərlik  etdiyi  qurumun 

fəaliyyəti barədə məlumat verib. Bildirib 

ki, tərkibində həm nəqliyyat, həm də neft 

donanması olan Gəmiçiliyin 300-ə yaxın 

gəmisi var. Rauf Vəliyev bir çox yerli və 

xarici şirkətlərə dənizdə neft və qaz hasi-

latında ofşor xidmətlər göstərən Gəmiçili-

yin “TOTAL”la əməkdaşlığının da uğurlu 

olcağına əminliyini ifadə edib.

“TOTAL”ın nümayəndəsi xanım Ka-

rine  Lafontaıne  təqdimatla  çıxış  edib. 

Təmsil  etdiyi  şirkətin  yaxın  vaxtlarda 

“Abşeron”  yatağında  qaz  hasilatına  baş-

lamaq üçün tərəfdaşları ilə birgə səylərini 

artırdıqlarını  vurğulayıb.  Xanım  Karine 

Lafontaıne  bildirib  ki,  “TOTAL”  “Ab-

şeron  yatağına  sualtı  boru  və  kabellərin 

çəkilməsi üçün tender elan edib və qalib 

şirkət  gələn  ay  məlum  olacaq.  Bundan 

sonra  “TOTAL”  və  tenderin  qalibi  olan 

şirkətin  nümayəndələri  2017-ci  ilin  iyul-

avqust aylarında Gəmiçiliyin neft donan-

masının layihəyə uyğun olacaq gəmilərinə 

baxış keçirəcəklər.

Qeyd  edək  ki,  görüşdə  “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin alyans 

partnyoru  olan  “Caspian  Marine  Servi-

ces”  şirkətinin  də  nümayəndələri  iştirak 

ediblər.

Danışıqlarda qarşılıqlı maraq doğuran 

digər  məsələlər  ətrafında  da  müzakirələr 

aparılıb.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


www.seanews.az

30 iyun 2017-ci il   № 45-48 (9139)

3

Bu gün Avropa ilə Asiya arasında 

yüklərin tez və təhlükəsiz daşınması 

üçün yeni nəqliyyat dəhlizinin və logis-

tik mərkəzlərin yaradılması istiqamə-

tində mühüm addımlar atılır.

Azərbaycan  beynəlxalq  daşınmalar 

üçün yeni nəqliyyat dəhlizinin və logis-

tik mərkəzlərin yaradılmasında çox fəal 

rol oynayır.

Bu  sözləri AZƏRTAC-a  müsahibə-

sində “Gürcüstan Dəmir Yolları” ASC-

nin  baş  direktoru  Mamuka  Baxtadze 

deyib.

Onun sözlərinə görə, bu gün Azər-



baycan  və  Gürcüstan  regionun  inki-

şafı,  təhlükəsizliyin  təmin  olunması, 

yeni  nəqliyyat  dəhlizlərinin  və  logistik 

mərkəzlərin  yaradılması  üçün  mühüm 

işlər görürlər. Burada Azərbaycanın rolu 

xüsusi  qeyd  olunmalıdır.  Bu  günlərdə 

Tbilisidə Azərbaycan, Gürcüstan və İra-

nın dəmir yolu rəhbərlərinin iştirakı ilə 

görüş oldu. Biz yeni logistik mərkəzlərin 

və nəqliyyat dəhlizinin açılması ilə bağlı 

çox mühüm məsələləri müzakirə etdik, 

yeni  qərarlar  qəbul  etdik.  Müzakirələ-

rimizi  Hindistanda  davam  etdirəcəyik. 

Bu gün Azərbaycan, İran və Gürcüstan 

Avropadan yüklərin Hindistana və digər 

ölkələrə daşınması üçün yeni bir dəhliz 

təklif edir. İnanırıq ki, Astara-Astara də-

mir yolunun, Azərbaycanda, Gürcüstan-

da və İranda yeni logistik mərkəzlərin ti-

kintisi vaxtında başa çatdırılacaq və biz, 

qarşımıza qoyduğumuz məqsədlərə nail 

olacağıq.

Mamuka  Baxtadze  deyib:  “Azər-

baycanın  və  Gürcüstanın  birgə  reallaş-

dırdıqları regional infrastruktur layihələ-

ri təkcə bu iki dövlətin iqtisadi inkişafına 

və ya təhlükəsizliyinə deyil, Avropa ilə 

Asiya arasında əlaqələrin, ticarət dövriy-

yəsinin genişlənməsinə, insanların rifah 

halının yaxşılaşmasına və sülhə xidmət 

edir”.

Xətayi Əzizov

azərbaycan yeni nəQliyyat dəhlizinin Və loGistik mərkəzlərin 

yaradılmasında çox fəal rol oynayır

Türkiyə Prezidenti admi-

nistrasiyasının himayədarlığı 

ilə iyulun 9-da İstanbulda 

22-ci Dünya Neft Konqresi işə 

başlayacaq.

Dünyanın  aparıcı  neft  və 

qaz  şirkətlərinin  rəhbərlərinin 

iştirakı ilə keçiriləcək konqresdə 

Azərbaycan da təmsil olunacaq.

Türkiyənin  ilk  dəfə  ev  sa-

hibliyi  etdiyi  konqresdə  neft-qaz 

yataqlarına aid kəşfiyyat işləri, kar-

bohidrogen ehtiyatların emalı, hazır 

məhsulların daşınması, onların alıcı 

tərəflərə  təhlükəsiz  çatdırılması  və 

digər  məsələlər  ətrafında  müza-

kirələr aparılacaq.

Yaponiyanın Xarici 

İşlər Nazirliyi mübahisəli 

Senkaku adaları yaxınlı-

ğında Çinin dörd gəmi-

sinin ona məxsus ərazi 

sularına daxil olmasına 

görə bu ölkəyə etirazı-

nı bildirib. Bu barədə 

NHK telekanalı məlumat 

yayıb.

Xatırladaq ki, şənbə günü səhər 

Çinin Sahil Mühafizəsinin gəmiləri 

Senkaku  adaları  yaxınlığında  Ya-

poniyanın ərazi sularına daxil olub. 

Yaponiya Sahil Mühafizəsi Xidmə-

tinin ərazini tərk etmək barədə ça-

ğırışlarına baxmayaraq, bu gəmilər 

iki saat orada qalıb.

Yaponiya Xarici İşlər Nazirliyi-

nin Asiya və Okeaniya departamen-

tinin direktoru Kenci Kanaşuqi Çin 

səfirliyinə  ölkəsinin  etirazını  tele-

fon vasitəsilə çatdırıb.

K.Kanaşuqinin  sözlərini  sitat 

gətirən telekompaniya yazır: “Sena-

kaku adaları Yaponiyanın ayrılmaz 

tərkib hissəsidir. Yaponiyanın ərazi 

sularına  qeyri-qanuni  giriş  ölkənin 

suverenliyini pozur və bu, tamamilə 

yolverilməzdir”.

Senkaku  adaları  Yaponiyanın 

nəzarəti altında olsa da, Çin və Tay-

van bu adalara iddialıdırlar.



Hörmətli həmkarlar!

Artıq  dördüncü  ildir  ki,  möh-

tərəm Prezidentimiz İlham Əliyevin 

19 iyun 2014-cü il tarixli Sərənca-

mı  ilə  təsis  olunan  və  bütün  dəniz 

nəqliyyatı  işçilərinə  ərməğanı  he-

sab  etdiyimiz    25  iyun  -  “Dənizçi 

günü” peşə bayramını böyük sevinc 

və dərin minnətdarlıq hissi ilə qeyd 

edirik. 


Sizi peşə bayramı münasibətilə 

səmimi-qəlbdən  təbrik  edir,  sizə 

uzun  ömür,  möhkəm  cansağlığı, 

müstəqil Azərbaycanımızın tərəqqi-

si naminə çətin və şərəfli fəaliyyə-

tinizdə  yeni-yeni  nailiyyətlər  arzu-

layıram.  

Hər il peşə bayramı ərəfəsində 

bir  qrup  əməkdaşın  Vətənin  yük-

sək  mükafatları  ilə  təltif  olunması 

dəniz nəqliyyatı işçilərinin fədakar 

əməyinin dövlət tərəfindən layiqin-

cə  qiymətləndirilməsinin  bariz  nü-

munəsidir. Möhtərəm Prezidentimiz 

2017-ci il iyunun 23-də imzaladığı 

Sərəncamlarla  bu  dəfə  də  bayram 

sevincimicə sevinc qatdı.

Dəniz  nəqliyyatında  səmərəli 

əmək  fəaliyyətlərinə  görə  Gəmiçi-

liyin 11 işçisinin “Tərəqqi” medalı 

ilə təltif edilməsi, 1 nəfərin “Əmək-

dar mühəndis” fəxri adına, 1 nəfə-

rin  isə  Azərbaycan  Respublikası 

Prezidentinin fərdi təqaüdünə layiq 

görülməsini Gəmiçiliyin bütün kol-

lektivinin  əməyinə  verilən  yüksək 

qiymət kimi dəyərləndiririk.

Bayramdan ötən bir il çoxmin-

li  kollektivimiz  üçün  uğurlu  oldu. 

Dinamik  inkişaf  edən  Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyinin  müa-

sir  şirkətə  çevrilməsi,  beynəlxalq 

standartlara  uyğun  fəaliyyəti, 

rəqabət  qabiliyyətinin  artırılma-

sı  istiqamətində  mühüm  addımlar 

atıldı.  Xəzərdə  aparıcı  mövqeyini 

möhkəmləndirən  AXDG    Xəzər-

dənkənar  fəaliyyətinin  genişləndi-

rilməsinə  də  nail  oldu.  Bildiyiniz 

kimi, Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyinin xarici sularda fəaliyyəti 

məhz  Cəmiyyət  yaranandan  sonra, 

2014-cü ildə “Üzeyir Hacıbəyli” və 

“Natəvan” gəmilərinin alınması ilə 

bərpa olunub. Sonrakı illər, o cüm-

lədən keçən il yeni alınan teploxod-

larla  müstəqil  Azərbaycanımızın 

üçrəngli  bayrağı  ilə  Qara  dəniz, 

Aralıq  dənizi  və  digər  hövzələrdə 

üzən gəmilərimizin sayı 10-a çatdı-

rıldı.

Donanmalarımızın 



dövlətin 

dəstəyi  və  Gəmiçiliyin    daxili  im-

kanları  hesabına  alınan  və  daha 

geniş texniki imkanlara malik  yeni 

gəmilərlə 

zənginləşdirilməsinin, 

Gəmiçilik üçün indiyədək dörd gəmi 

inşa edən Bakı Gəmiqayırma Zavo-

duna daha dörd gəminin-vaqon-TIR 

və sərnişin daşınması üçün nəzərdə 

tutulan  iki  unikal  Ro-Pax/Bərə  və 

iki tankerin tikintisinin sifariş edil-

məsinin sevincini də birgə yaşadıq.  

Gəmiqayırmanın son nailiyyət-

ləri  əsasında  inşa  olunan  hər  təzə 

gəmi  isə  donanmamızın  daha  da 

gücləndirilməsi  ilə  yanaşı,  həm  də 

dənizçilərimiz üçün  yeni iş yerləri 

deməkdir.

2016-cı il noyabrın 18-də Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyinin 

“Rəşid  Behbudov”  sürətli  sərnişin 

gəmisi, “Gəncə” tankeri və “Qafur 

Məmmədov”  quru  yük  gəmisinin, 

cari  il  mayın  31-də  isə  ”Qubadlı” 

və  “Cəbrayıl”  təchizat  gəmilərinin 

istismara verilməsi mərasimlərində 

dövlət  başçımızın  iştirakı  isə  bizə 

hədsiz sevinc bəxş etməklə yanaşı, 

həm  də  cavabdeh  olduğumuz  işlər 

üçün  məsuliyyət  hissimizi  qat-qat 

artırdı. 

“2016-2020-ci illərdə Azərbay-

can  Respublikasında  gəmiçiliyin 

inkişafına dair Dövlət Proqramı”nın 

təsdiq olunması da, “Fitch Ratings” 

şirkəti tərəfindən tarixində ilk dəfə 

Gəmiçiliyə kredit reytinqinin veril-

məsi də, Korporativ idarəetmə siste-

minin davamlı təkmilləşdirilməsinə 

xüsusi  diiqət  yetirən  Gəmiçilikdə 

fəaliyyətin  nəticələrinə  əsaslanan 

ödəniş  sisteminin  tətbiqi  də  iftixar 

doğuran hadisələrdir.

Əminəm  ki,  gündən-günə 

çiçəklənən  müstəqil  Azərbaycanı 

qətiyyətlə  daha  xoşbəxt  gələcəyə 

aparan dövlət başçımızın hər sahə-

də mütərəqqi siyasətini dəstəklədi-

yinizi bundan sonra da əməli işiniz-

lə sübut edəcək, müqəddəs üçrəngli 

bayrağımızı  yaxın-uzaq  ölkələrin 

sularında  böyük  iftixarla  dalğalan-

dıracaq,  yük  daşınmasında,  Xəzər-

də neft və qaz istehsalında yüksək 

dəniz  nəqliyyatı  xidmətləri  göstə-

rilməsində  çiyninizə  düşən  bütün 

vəzifələri  layiqincə  yerinə  yetirə-

cəksiniz.

Sizə aydın səma, uğurlu səfər-

lər arzulayıram.

Bayramınız mübarək olsun!

      

Rauf  Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin 

sədri

istanbulda 22-ci dünya neft 

konQresi keçiriləcək

etiraz edib

“total” şirkətinin nümayəndələri Gəmiçilikdə

Dövlət Dəniz Akademiyasının III 

kursda oxuyan altı tələbəsi “Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi” 

QSC-nin təşəbbüsü ilə Qara dənizdə 

təcrübə keçəcək. Onların üçü gəmi 

sürücüsü, üçü isə mexanik ixtisası 

üzrə təhsil alır. 

AXDG-nin  İnsan  resurslarının 

idarəedilməsi  departamentinin  tə-

lim və gənclərlə iş üzrə koordinatoru 

Cabir  Süleymanlı  tələbələrin  kamil 

mütəxəssis kimi yetişməsində bu  təc-

rübənin böyük rol oynayacağını bildi-

rir: “Biz bu layihəni ikinci ildir həyata 

keçiririk.  Keçən  il  dörd  nəfər  gön-

dərilmişdi.  Seçim  aparılarkən  öncə 

ADDA  ilə  məsləhətləşirik.  Müəllim-

lərin    bu  məsələdə  fikirləri  öyrənilir. 

Daha sonra yüksək bal toplayan, inti-

zamlı, ingilis və rus dillərində müəy-

yən  səviyyəyə  malik  olan  tələbələr 

müsahibə  mərhələsinə  çağırılır.  Hə-

min mərhələdən uğurla keçənlər Qara 

dənizə təcrübəyə göndərilir.”

Cabir  Süleymanlının  sözlərinə 

görə, gələcəkdə təcrübəyə göndərilən 

tələbələrin sayı artırılacaq. “Ümid edi-

rik ki, gələn il ən azı 8-10 dənizçini bu 

layihəyə cəlb edə biləcəyik”, - deyir 

Təcrübə  müddəti  üç  ay  olacaq. 

Bütün  xərcləri  “Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi” QSC qarşılayacaq. 

Layihənin  həyata  keçirilməsində 

əsas məqsəd gəncləri həvəsləndirmək-

dir.  Bundan  başqa,  tələbələr  etimadı 

doğrultsalar, gələcəkdə onlara  xarici 

sularda istismar edilən gəmilərimizdə 

işləmək imkanı da yaradıla bilər. 

Bəli, qarşıda onları öz bilik və ba-

carıqlarını artırmaq üçün Qara dəniz-

də maraqlı və bir qədər də çətin günlər  

gözləyir. 

Layihənin  iştirakçısı,  dəniz  na-

viqasiya mühəndisliyi üzrə təhsil alan 

Cavidan Babayev deyir ki, bu, böyük 

fürsətdir. O, fürsəti qaçırmamaq üçün 

çox çalışıb. “Əslində, birinci kursdan 

yaxşı oxumuşam. İxtisas fənlərinə xü-

susi  diqqət  yetirmişəm.  Bu  layihəni 

eşidəndən sonra isə daha çox oxudum. 

Belə  olmasaydı,  məqsədimə  çatmaz-

dım”,-deyir.

Cavidan  Babayevin  Qara  dəniz-

də  keçəcəyi  təcrübədən  gözləntisi 

böyükdür.  Düşünür  ki,  gələcəkdə  iş 

tapmaq  onun  üçün  çətin  olmayacaq. 

O  deyir:  “İndi  başqa  müəssisələrdə 

təcrübəsi  olmayanları    işə  götürmür-

lər. ADDA  bu  baxımdan  bizə  böyük 

şanslar qazandırır. Akademiyada tək-

cə  nəzəri  biliklərə  yox,  təcrübəyə  də 

önəm verilir. Birinci və ikinci kursda 

Xəzərdə  olduq,  indi  də  Qara  dənizə 

gedirik.  Təbii  ki,  ordakı  təcrübə  za-

manı ixtisasımız üzrə daha çox şeylər 

öyrənəcəyik.”

Teyyub  Məmmədov  da  seçilən 

tələbələrdəndir.  Yeni  limanlar,  yeni 

sərhədlər,  yeni  insanlar  onun  üçün 

də  maraqlıdır.  Deyir  ki,  əvvəlki  təc-

rübələrdə  bir  limandan  girib,  bir  li-

mandan  çıxırdılar.  Qara  dənizdə  isə 

Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna 

kimi ölkələrin hər birini görə biləcək-

lər. O, təcrübənin məhsuldar olacağı-

na  şübhə  etmir:  “Gələcək  karyeram 

üçün  Qara  dəniz  təcrübəsini  böyük 

şans hesab edirəm. Dəstəyə və bu şə-

raitə  görə,  Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyinin  və Akademiyanın  rəh-

bərliyinə minnətdarlığımı bildirirəm.”

Təcrübəni vacib sayan Səid Mus-

tafayev Qara dənizə getmək xəbərini 

eşidəndə  çox  sevinib.  Düzdür,  o  yad 

sularda  üzməyin    çətin  olacağını  de-

yir.  Buna  baxmayaraq,  dar  keçidlər, 

kanallar, yeni insanlar, fərqli iş şəraiti 

hamı kimi Səidə də maraqldır. Hesab 

edir ki, bu təcrübə ona və tələbə dost-

larına gələcəkdə böyük uğurlar gətirə-

cək. 

Gəmi  energetik  qurğularının  is-



tismarı  mühəndisliyinin  daha  bir 

tələbəsi Nurlan Dərziyev də  dostları 

kimi  bu səfərə ciddi hazırlaşıb. “Bu 

fürsəti  ötən  ildən  səbirsizliklə  gözlə-

yirdim. Ciddi hazırlaşmışdım və nəti-

cə mənim üçün çox sevindirici oldu. 

Düşünürəm, orda iş prosesi fərqlidir. 

Sənədləşmə, müxtəlif dənizlər, dəniz-

lərin  daha  dərin  olması  və  s.  Böyük 

ümidlərlə gedirəm...”,-deyir.

Nurlanın  məqsədi  yaxşı  dənizçi 

olmaqdır. Özü də gələcəkdə müəllim 

olmaq istəyir. Düşünür ki, bu təcrübə 

ona hər iki gələcək karyerasında bö-

yük kömək olacaq.  

Dəniz  naviqasiyası  ixtisası  üzrə 

oxuyan Vüsal Hüseynlinin də gələcə-

yin peşəkar dənizçisi olacağına şübhə 

yoxdur.  Daha çox öyrənmək həvəsin-

də olan Vüsal bu təcrübənin onun hə-

yatında  dönüş  yaradacağını  düşünür. 

O deyir: “Qara dənizin öz xüsusiyyət-

ləri var. Orda təcrübə keçən tələbələr 

sırasında  olduğum  üçün  özümü  çox 

şanslı hesab edirəm. Bu təşəbbüsü irə-

li sürən hər kəsə təşəkkür edirəm. Eti-

madı  doğrultmağa  çalışacağam.  Söz 

verirəm ki, gələcəkdə ən yaxşı dəniz-

çilər sırasına adımı yazdıracağam. Bu 

dəstəyin  və  şəraitin  qarşısında  başqa 

cür mümkün deyil”. 

İlya  Minayev də Qara dəniz təcrü-

bəsinin maraqlı və faydalı keçəcəyinə 

əmindir. Deyir ki, orda təkcə dənizçi-

liklə bağlı bilgilərini artırmayacaqlar. 

Bu səfər  dünyagörüşlərini artırmağa, 

dil biliklərini inkişaf etdirməyə də çox 

kömək olacaq. O deyir: “Valideynləri-

min dəstəyi ilə dənizçi olmuşam. Bu 

peşəyə  yiyələnmək  mənim  üçün  bö-

yük şərəfdir. Gələcəkdə peşəkar kadr 

olmaq üçün indi daha çox öyrənmək 

lazımdır. Bunun üçün isə hər cür şərait 

var. Akademiyada dərslər ən qabaqcıl 

sistemlə keçirilir. “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-nin təşəbbü-

sü  ilə  xarici  gəmilərdə  üzmək  üçün 

yaradılan imkan isə xüsusi ilə təqdirə-

layiqdir”. 

Tələbələr bu təcrübəni uğurla başa 

vurmağı özlərinə borc bilirlər. Çünki, 

etimadı doğrultmağın vacib olduğunu 

dərk edirlər. 

Rövşən Abdurəhmanov       

Gələcəyin dənizçiləri Qara dənizə təcrübəyə yollanıblar

dənizçilərimiz bundan sonra da müqəddəs üç-

rəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında 

böyük iftixarla dalğalandıracaqlar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar 

Cəmiyyətinin sədri Rauf Vəliyev iyunun 23-də dənizçiləri 

peşə bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:



Yüklə 455,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə