Azərbaycan Respublikası Prezi dentinin 2014-cü IL 19 iyun tarixli Sərəncamı ilə hər IL 25 iyun Azər



Yüklə 455,17 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix21.06.2018
ölçüsü455,17 Kb.
#50258
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2017-ci il   № 45-48 (9139)

4

www.seanews.az

Avropa İttifaqının genişlənmə 

danışıqları və Avropa Qonşuluq Si-

yasəti üzrə komissarı Yohannes Han 

Azərbaycana səfəri çərçivəsində Ələt 

qəsəbəsində yerləşən yeni Bakı Limanı 

ilə tanış olub.

Limandan    verilən  məlumata  görə, 

səfər çərçivəsində qonağa yeni Bakı Li-

manı və onun ətrafında qurulmaqda olan 

Azad Ticarət Zonasının (ATZ) Azərbay-

cana  verəcəyi  töhfələr  barədə  məlumat 

verilib.  Yohannes  Han,  həmçinin  lima-

nın  ərazisi,  beynəlxalq  standartlara  uy-

ğun  prosedurlar,  o  cümlədən  gömrük, 

sərhəd,  bankçılıq  xidmətləri,  TIR-lar 

üçün yaradılmış şəraitlə əyani tanış ola-

raq, bərə terminalına baxış keçirib.

Görüş  zamanı  qonağa  məlumat  ve-

rilib ki, yeni Bakı Limanının tikintisinin 

birinci fazası bitdikdən sonra yükaşırma 

qabiliyyəti 15 milyon ton olacaq. Tikin-

tinin ikinci və üçüncü fazaları yekunla-

şandan  sonra  isə  liman  25  milyon  ton 

yük, o cümlədən 1 milyon TEU kontey-

ner aşıra biləcək.

Komissar  Yohannes  Han  ölkəmizə 

səfəri  çərçivəsində  “Bakı  Beynəlxalq 

Dəniz Ticarət Limanı” QSC-yə səfər et-

məsini vacib hadisə kimi dəyərləndirib. 

O,  Bakı  Limanının  Mərkəzi  Asiyaya 

çıxış qapısı olduğunu, Avropa İttifaqının 

(Aİ)  qonşuluq  siyasətində  mühüm  yer 

tutduğunu  vurğulayaraq  qeyd  edib  ki: 

“Avrasiya  məkanında  mühüm  nəqliy-

yat və logistika qovşağı rolunu oynayan 

Bakı Limanı məni heyran etdi. Bu liman 

Azərbaycanla  bütün  region  və  Avrasi-

ya  ölkələri  arasında  ticarətə  yeni  təkan 

verəcək. Qeyd olunan layihə ölkə iqtisa-

diyyatının  şaxələndirilməsi  istiqamətin-

də Azərbaycan hökumətinin qəbul etdiyi 

iqtisadi islahatlar haqqında yol xəritəsi-

nin xoş səylərini nümayiş etdirir.”

Bakı Limanının baş direktoru Taleh 

Ziyadov  liman  ətrafında  qurulmaqda 

olan  ATZ-nin  Avropa  İttifaqı  şirkətləri 

və investorları üçün ideal logistika, pay-

laşdırma  və  istehsalat  mərkəzi  olduğu-

nu  vurğulayıb.  Qeyd  edilib  ki,  zonada 

neft-kimya,  əczaçılıq,  maşınqayırma, 

tekstil və sair sahələrdə istehsalatın qu-

rulacağı  planlaşdırılır.  Eyni  zamanda, 

ATZ-nin xüsusi qanunvericiliklə tənzim-

lənəcəyi nəzərdə tutulur.

Baş direktor T. Ziyadov bildirib ki, 

Azərbaycanın  böyük  hab  konsepsiya-

sı hazırda İpək Yolu layihəsində iştirak 

edən  müxtəlif  ölkələrin  diqqət  mərkə-

zindədir  və  bu  konsepsiyaya  maraq  ol-

duqca yüksəkdir. İnanıram ki, Ələt ATZ 

Mərkəzi Asiya, Çin, Türkiyə, İran, Hin-

distan,  Pakistan,  Rusiya  kimi  ölkələrlə 

ticarət əlaqələri quran Avropa investorla-

rı və şirkətləri üçün mühüm əlaqələndiri-

ci məkan olacaq.

Xatırladaq  ki,  Bakı  Limanı Avropa 

İttifaqı  ilə  sıx  əməkdaşlıq  edir.  İttifaq 

ilə Bakı Limanı arasında yeni Bakı Li-

manının və Ələt Azad Ticarət Zonasının 

əməliyyat imkanlarının yaxşılaşdırılma-

sına dəstək adlı layihə sənədi imzalanıb. 

Layihə çərçivəsində digər tədbirlərlə ya-

naşı Aİ-nin Hamburq, Koper və Trieste 

kimi qabaqcıl limanlarına təlim səfərləri 

təşkil  olunmuş  və  təcrübə  mübadiləsi 

aparılıb. Ümumiyyətlə, Bakı Limanının 

müasir və şəffaf prinsiplərə söykənən iş 

rejimi,  “yaşıl”  və  “smart”  texnologiya-

lardan  istifadəsi Avropa  İttifaqı  tərəfin-

dən dəstəklənir.

Dövlət Dəniz Administrasiyasının 

rəisi Qüdrət Qurbanovun rəhbərlik 

etdiyi nümayəndə heyəti ilə Azərbayca-

nın təmsil olunduğu mötəbər tədbirdə 

Azərbaycan Respublikasının ilk dəfə 

iştirakı müsbət dəyərləndirilərək əmin-

liklə vurğulanıb ki, bu iştirak gələcəkdə 

qarşılıqlı faydalı əməkdaşlığın inkişafı-

na öz uğurlu töfhəsini verəcək. 

Azərbaycan 

Respublikasının 

“Birləşmiş Millətlər Təşkilatının Də-

niz hüququ haqqında Konvensiyası”-

na və “Birləşmiş Millətlər Təşkilatı-

nın  Dəniz  hüququ  haqqında  1982-ci 

il  10  dekabr  tarixli  Konvensiyasının 

XI  Bölməsinin  həyata  keçirilməsinə 

dair  Saziş”ə  qoşulması  Dəniz  Dibi 

üzrə  Beynəlxalq  Orqanın  Baş  katibi 

cənab  Maykl  Loc  tərəfindən  yüksək 

qiymətləndirilib.

İclasda,  Dəniz  hüququ  haqqında 

Beynəlxalq Tribunalın 7 üzvü, Konti-

nental Şelf Limitləri üzrə Komissiya-

nın 21 üzvü seçilib, xarici auditorun 

2015-2016-cı  illər  üzrə  maliyyə  he-

sabatı, büdcə məsələlərinə dair 2015-

2016-cı  illər  üçün  maliyyə  hesabatı, 

etimadnamə  komitəsinin  hesabatı, 

Kontinental  Şelf  Limitləri  üzrə  Baş 

katibin  hesabatı  dinlənilib,  rəsmi 

sənədlərə  dair  BMT-nin  siyasəti, 

Dəniz  hüququ  haqqında  Beynəlxalq 

Tribunalın büdcə məsələləri, katiblik 

tərəfindən  digər  məsələlər  üzrə  mə-

lumatlar,  iştirakçı  dövlətlərin  26-cı 

iclasının qərarı əsasında daimi dəvət 

olunan  Hökumətlərarası  təşklatların 

siyahısı,  BMT-nin  okeanlarla  iş  və 

Dəniz Hüququ Sektorunun idarə etdi-

yi etibarlı fondlar və təqaüd proqram-

ları müzakirə olunub.

Azərbaycan  nümayəndə  heyəti-

nin  rəhbəri  Dövlət  Dəniz Administ-

rasiyasının  rəisi  Qüdrət  Qurbanov 

“Birləşmiş  Millətlər  Təşkilatının 

Dəniz hüququ haqqında konvensiya-

sı”nın  bir  sıra  iştirakçı  dövlətlərinin 

nümayəndə  heyətləri  ilə  ikitərəfli 

görüşlər  keçirib.  Görüş  zamanı  qar-

şılıqlı əməkdaşlığın daha səmərəli və 

effektiv  həyata  keçirilməsi  ilə  bağlı 

ölkəmiz  üçün  əhəmiyyətli  olan  bir 

sıra mühüm məsələlər ətrafında fikir 

mübadiləsi aparılıb.

Dövlət Dəniz Administrasiya-

sında Beynəlxalq Dəniz Təşkilatının 

bir sıra konvensiyalarına, o cümlə-

dən Avropa Parlamentinin direkti-

vinə dair seminarlar keçirilib.

Azərbaycan Dövlət Dəniz Admi-

nistrasiyasının  mətbuat  xidmətindən  

bildirilib  ki,  Avropa  İttifaqı  tərəfin-

dən  maliyyələşdirilən  “Azərbaycan 

Respublikasında  dəniz  nəqliyyatı 

sahəsində  məsuliyyətin  artırılmasın-

da Dövlət Dəniz Administrasiyasında 

dəstək” adlı Tvinninq layihəsi çərçi-

vəsində “Dənizdə təhlükəli və zərər-

li  maddələrin  daşınması  ilə  əlaqədar 

dəymiş  ziyana  görə  öhdəlik  və  təz-

minat  üzrə  Beynəlxalq  Konvensi-

ya”, “Bunker yanacağı ilə çirklənmə 

nəticəsində vurulan zərərə görə mül-

ki  məsuliyyət  haqqında  Beynəlxalq 

Konvensiya”,  “Gömrük  hüquqpoz-

malarının qarşısının alınması, təhqiq 

edilməsi  və  aradan  qaldırılmasına 

dair qarşılıqlı inzibati yardım haqqın-

da  Beynəlxalq  Konvensiya”,  “Gə-

milərin təhlükəsiz və ətraf mühitə uy-

ğun  şəkildə  səmərəli  utilizasiyasına 

dair Honq Konq Konvensiyası”na, o 

cümlədən  2005/35/EC  saylı  Avropa 

Parlamentinin  direktivinə  dair  semi-

narlar keçirilib.

Adıçəkilən  Tvinninq  layihəsinin 

başlıca  məqsədi  Azərbaycanda  də-

niz  üzgüçülüyünün  təhlükəsizliyi  və 

dənizin  gəmilərdən  çirkləndirilmə-

sinin qarşısının alınması ilə əlaqədar 

beynəlxalq  konvensiyalarda  nəzərdə 

tutulmuş  məsuliyyət  prosedurlarının 

Avropa  İttifaqı  qanunvericiliyi  ilə 

əlaqəli  şəkildə  həyata  keçirilməsin-

dən  və  tətbiqi  məsələlərində  Dövlət 

Dəniz  Administrasiyasının  potensia-

lını gücləndirməkdən ibarətdir.

Tvinninq  layihəsi  çərçivəsin-

də  ölkəmizə  dəvət  olunan  ispaniyalı 

mütəxəssislər  -  professor  J.L.Qabal-

don,  kapitan  L.Fernandez  və  R.Pas-

tor  tərəfindən  “Dənizdə  təhlükəli 

və  zərərli  maddələrin  daşınması  ilə 

əlaqədar  dəymiş  ziyana  görə  öh-

dəlik  və  təzminat  üzrə  Beynəlxalq 

Konvensiya”ya  dair  anlayışlar,  gəmi 

sahibinin  mülki  məsuliyyəti,  məsu-

liyyətin və məcburi zəmanətin məh-

dudlaşdırılması,  təhlükəli  və  zərərli 

maddələrin  daşınması  üzrə  fondun 

yaradılması, təzminatı və əlaqədar iş-

lər, fondun ianələri, təşkili və idarəe-

dilməsi,  tərəf  dövlətin  vəzifələri,  id-

dialar  və  görülən  tədbirlər,  İspaniya 

dəniz hüququnda və Azərbaycan Res-

publikasının  Ticarət  Gəmiçiliyi  Mə-

cəlləsində  nəzərdə  tutulan  təhlükəli 

və  zərərli  maddələrdən  dəyən  ziyan 

üzrə məsuliyyət, həmçinin bunker ya-

nacağı  ilə  çirklənmə  nəticəsində  vu-

rulan  zərərə  görə  mülki  məsuliyyət, 

“Gömrük  hüquqpozmalarının  qar-

şısının  alınması,  təhqiq  edilməsi  və 

aradan  qaldırılmasına  dair  qarşılıqlı 

inzibati yardım haqqında Beynəlxalq 

Konvensiya”nın  məqsədi,  ümumi 

prinsipləri,  sahil  dövlətinin  və  gəmi 

sahibinin öhdəlikləri , mübahisələrin 

həlli, Avropa Parlamentinin 2005/35/

EC saylı direktivi və digər məsələlər 

Dövlət  Dəniz  Administrasiyasının 

əməkdaşlarına  ətraflı  şəkildə  izah 

edilib.

Seminarların  sonunda  əldə  olu-



nan biliklər bir daha nəzərdən keçiri-

lib. Eyni zamanda, iştirakçılara serti-

fikatlar təqdim olunub.

“birləşmiş millətlər təşkilatının dəniz 

hüQuQu haQQında konVensiyası”nın iştirakçı 

dÖVlətlərinin 27-ci iclası keçirilib

aVropa parlamentinin direktiVinə 

dair seminarlar keçirilib

Beynəlxalq Dəniz Təş-

kilatının (BDT) Londonda 

yerləşən baş qərargahında bu 

qurumun Dəniz Təhlükəsizli-

yi Komitəsinin 98-ci sessiyası 

keçirilib.

Azərbaycan  Dövlət  Dəniz 

Administrasiyasının  (ADDA) 

mətbuat xidmətindən  bildirilib 

ki,  1995-ci  ildən  Azərbaycan 

Respublikasının üzv olduğu bu 

beynəlxalq  təşkilatın  sessiya-

sında ADDA-nın  rəisi  Qüdrət 

Qurbanovun rəhbərliyi ilə nü-

mayəndə heyəti təmsil edib.

Sessiyada  etimadnamələr 

haqqında  məruzə,  BDT-nin 

digər üzvlərinin qərarları, əsas 

sənədlərə  dair  düzəlişlərin  qəbulu  və 

nəzərdən  keçirilməsi,  BDT-nin  sənəd-

lərinin  erkən  tətbiqi,  dənizdə  təhlükə-

sizliyin artırılmasına dair tədbirlər, yeni 

gəmilərin inşa edilməsinə dair standart-

lar,  yük  və  konteynerlərin  daşınması, 

çirklənmənin qarşısının alınması və ca-

vab tədbirləri, insan amili, təlim və növ-

bəçəkmə, gəmi dizaynı və konstruksiya-

sı,  naviqasiya,  kommunikasiya,  axtarış 

və xilasetmə, gəmi sistemləri və avadan-

lıqları,  yeni  tədbirlərin  tətbiq  edilməsi 

üçün  potensial  imkanların  yaradılması, 

dəniz  üzgüçülüyünün  təhlükəsizliyinin 

qiymətləndirilməsi,  gəmilərə  edilən  si-

lahlı  basqın  və  dəniz  quldurluğu,  qey-

ri-qanuni  miqrasiya,  BDT  alətlərinin 

implementasiyası,  beynəlxalq  təşkilat-

larla əlaqələr və digər mühüm məsələlər 

müzakirə olunub.

Sessiyada “Dənizdə insan həyatının 

mühafizəsi  haqqında  1974-cü  il  tarixli 

Beynəlxalq  Konvensiya”ya  (SOLAS), 

“Qaz və aşağı alışma tempe-

raturuna  malik  digər  yana-

caqdan istifadə edən gəmilə-

rin  təhlükəsizliyi  haqqında 

Beynəlxalq 

Məcəllə”yə 

(IGF Code), “Yüksək sürətli 

gəmi haqqında 1994-cü il ta-

rixli Beynəlxalq Məcəllə”yə 

(1994  HSC  Code),  “Yük-

sək  sürətli  gəmi  haqqında 

2000-ci il tarixli Beynəlxalq 

Məcəllə”yə  (2000  HSC 

Code),  “Xilasedici  vasitələr 

haqqında  Beynəlxalq  Mə-

cəllə”yə  (LSA  Code),  “Qa-

lama üsulu ilə daşınan bərk 

yüklər haqqında Beynəlxalq 

Məcəllə”yə  (IMSBC  Code) 

təklif olunan düzəlişlər qəbul edilib.

Azərbaycan  nümayəndə  heyəti, 

həmçinin  BDT-nin  rəsmiləri,  sessiya-

ya qatılmış bir sıra üzv dövlətlərin nü-

mayəndə heyətləri ilə ikitərəfli görüşlər 

keçirib.  Görüşlərdə  qarşılıqlı  əməkdaş-

lığın  daha  səmərəli  həyata  keçirilməsi, 

habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı 

ölkəmiz üçün əhəmiyyətli olan bir sıra 

mühüm məsələlər ətrafında fikir müba-

diləsi aparılıb.



aVropa ittifaQının komissarı: “bakı limanı aVrasiya 

Ölkələri arasında ticarətə yeni təkan Verəcək”

mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Nazirlər 

Kabineti “Balıq və digər su biore-

sursları ovunun Qaydaları”nın təsdiq 

edilməsi haqqında qərar qəbul edib.

Nazirlər  Kabinetindən  AZƏR-

TAC-a verilən məlumata görə, qərarda 

Azərbaycan  Respublikasının  Qırmızı 

Kitabına daxil edilmiş balıq və digər su 

bioresurslarının  ovuna  icazə  verilməsi 

halları  və  qaydası,  ovlanması  nəzərdə 

tutulan balıq və digər su bioresursları-

nın  növləri  və  onların  ovunun  yol  ve-

rilən ümumi miqdarı (kvotası), balıq və 

digər su bioresurslarının ovu üçün kvo-

taların  balıqçılıq  subyektləri  arasında 

bölünmə qaydası müəyyən edilib.

Qərarda göstərilir ki, Xəzər dənizi-

nin (gölünün) Azərbaycan Respublika-

sına mənsub olan bölməsi, çaylar, göl-

lər,  su  anbarları,  su  təchizatı  kanalları 

və digər yerüstü su axınları, sututarlar, 

balıq və digər su bioresursları üçün süni 

yaradılmış məskunlaşma şəraiti və döv-

lətlərarası sərhədi müəyyən edən və ya 

sərhədi kəsib keçən yerüstü su obyekt-

ləri  balıq  və  digər  su  bioresurslarının 

ovu  üçün  istifadə  edilən  su  hövzələri 

balıqçılıq  su  obyektləridir.  Yerüstü  su 

obyektlərinin  balıqçılıq  təsərrüfatları-

nın  ehtiyacları  üçün  istifadəyə  veril-

məsi  Azərbaycan  Respublikasının  su 

qanunvericiliyinə  uyğun  olaraq  həyata 

keçirilir. Balıq və digər su bioresursla-

rının  ovu  sənaye,  idman  və  həvəskar, 

akvakultura, elmi-tədqiqat, təhsil, maa-

rifləndirmə və nəzarət, iqlimləşdirilmə 

məqsədilə  həyata  keçirilir.  İdman  və 

həvəskar  ovu  istisna  olmaqla  balıq  və 

digər  su  bioresurslarının  ovu  balıqov-

lama  bileti  əsasında  həyata  keçirilir. 

Bərpa  məqsədi  ilə  balıq  və  digər  su 

bioresurslarının akvakultura üçün ovu, 

habelə elmi-tədqiqat, nəzarət, idman və 

həvəskar  ovu  istisna  olmaqla  balıq  və 

digər  su  bioresurslarının  ovu  ödənişli-

dir.

Qərara  əsasən,  dövlətin  balıq  mü-



hafizə  sahəsində  qanunla  müəyyən 

edilmiş vəzifələrinin həyata keçirilmə-

si  məqsədi  ilə  Azərbaycan  Respubli-

kasının  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi  təbii  balıqçılıq  su  obyektlə-

rində balıq və digər su bioresurslarının 

ovunun  tənzimlənməsinə  nəzarəti  və 

balıq və digər su bioresursları ovlanan 

balıqçılıq  su  obyektlərində  gəmilərin, 

qayıqların və digər üzən nəqliyyat va-

sitələrinin  saxlanılmasını,  həmin  nəq-

liyyat  vasitələrinin,  ov  alətlərinin  və 

əldə  edilmiş  məhsulların  yoxlanılma-

sını  həyata  keçirir,  qanunla  müəyyən 

edilmiş  hallarda  dövlət  mülkiyyətində 

olan təbii balıqçılıq su obyektlərini və 

ya  onların  müəyyən  hissəsini  (dövlət 

təbiət  qoruqları  istisna  olmaqla)  balıq 

və  digər  su  bioresurslarının  ovu  üçün 

ayırır,  balıqçılıq  subyektlərinə  veril-

miş balıqovlama biletlərini, onların ov 

alətlərini, ovlanmış balıqları və onların 

qeydiyyatına  dair  sənədləri  yoxlayır, 

ovlanmış balıq və digər su bioresursla-

rının ticarət dövriyyəsinə daxil edilməsi 

üçün  onların  mənşəyi,  növü,  miqdarı, 

ölçüləri, çəkisi barədə müəyyən olunan 

formada  tipoqrafik  üsulla  hazırlanmış 

ciddi hesabat blankı olan qaimə verir və 

buna nəzarət edir, balıqçılıq subyektlə-

rinə çatışmazlıqların aradan qaldırılma-

sı barədə yazılı göstərişlər verir, qayda 

pozuntusu nəticəsində balıq və digər su 

bioresurslarına ziyan vurulduğu hallar-

da, ziyanın ödənilməsi üçün hüquqi və 

fiziki  şəxslərə  qarşı  iddia  qaldırır.  Ba-

lıq  ovunun  tənzimlənməsinə  nəzarəti 

həyata  keçirən  nazirliyin  əməkdaşları 

üzərində fərqləndirici nişanlar olan xü-

susi geyimlə təmin edilir, habelə onla-

ra  qanunla  müəyyən  edilmiş  hallarda 

və qaydada xidməti silah saxlamaq və 

gəzdirmək hüququ verilir. Balıq və di-

gər su bioresurslarının ov qaydalarının 

pozulmasına,  o  cümlədən  qanunsuz 

tutulmasına  görə  şəxslər  Azərbaycan 

Respublikasının  İnzibati  Xətalar  Mə-

cəlləsində  və  Azərbaycan  Respubli-

kasının  Cinayət  Məcəlləsində  nəzərdə 

tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qərarda qeyd edilib ki, Azərbaycan 

Respublikasının Qırmızı Kitabına daxil 

edilmiş  balıq  və  digər  su  bioresursla-

rının  (qaya  balığı  (kələmo),  zərdəpər, 

xəzər  qızılbalığı,  dəniz  sıfı,  qızılxallı, 

qılıncbalıq,  şirvan  külməsi,  xəzər  şir-

biti, poru) ovu, balıq və digər su biore-

surslarının  qorunması,  onların  popul-

yasiyasının  vəziyyətinə  monitorinqin 

həyata keçirilməsi, onların süni artırıl-

masının və iqlimləşdirilməsinin həyata 

keçirilməsi məqsədi ilə həyata keçirilir. 

Azərbaycan  Respublikasının  Qırmızı 

Kitabına daxil edilmiş balıq və digər su 

bioresurslarının ov müddətləri və üsul-

ları onların ovunun məqsədinə müvafiq 

olaraq müəyyən edilir, bu balıq və digər 

su bioresurslarının təbii populyasiyala-

rına  və  onların  məskunlaşdığı  mühitə 

zərər vurmamalıdır, istifadə olunan ov 

alətləri və üsullarının düzgün seçilmə-

si təmin edilməli, dəniz məməlilərinin 

diri şəkildə ovu zamanı isə onlara fiziki 

və psixi travmaların vurulması imkan-

ları azaldılmalıdır. Qırmızı Kitaba daxil 

edilmiş  balıq  və  digər  su  bioresursla-

rının hər bir ov faktı üzrə balıqovlama 

biletinin rekvizitləri, ovlanmış balıq və 

digər su bioresurslarının həcmi (miqda-

rı), ovun vaxtı, yeri, alətləri, ov həyata 

keçirən  hüquqi  (adı,  yeri)  və  ya  fiziki 

(soyadı,  adı,  atasının  adı)  şəxs  göstə-

rilməklə  müəyyən  olunmuş  formada 

akt tərtib edilir. Akt ova cavabdeh olan 

şəxs, balıq və digər su bioresurslarının 

ovunu həyata keçirən şəxslər tərəfindən 

imza ilə, habelə balıqovlama biletini al-

mış təşkilatın rəhbəri tərəfindən möhür 

və imza ilə təsdiq edilir, ovun nəticələ-

ri  barədə  aktlar  balıq  və  digər  su  bio-

resurslarının ovunun həyata keçirildiyi 

tarixdən iki aydan gec olmayaraq Eko-

logiya  və  Təbii  Sərvətlər  Nazirliyinə 

göndərilir.

Qərara görə, balıq və digər su bi-

oresurslarının  ovunun  ümumi  yol  ve-

rilən  miqdarı  (kvotası)  Azərbaycan 

Elmi-Tədqiqat  Balıqçılıq  Təsərrüfatı 

İnstitutu  tərəfindən  Azərbaycan  Milli 

Elmlər Akademiyasının Zoologiya İns-

titutunun rəyi nəzərə alınmaqla (daxili 

sularda), müəyyən edilmiş balıq və di-

gər su bioresurslarının növlərinin məs-

kunlaşdığı  müvafiq  balıqçılıq  su  ob-

yektlərinin  siyahısına  daxil  edilməklə 

hazırlanır və nəticəsi nazirliyə təqdim 

edilir.  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi  isə  növbəti  il  üçün  təbii  ba-

lıqçılıq su obyektlərində balıq və digər 

su bioresurslarının ovunun ümumi yol 

verilən  miqdarının  kvotalar  üzrə  böl-

güsünün  hər  il  oktyabr  ayının  5-dən 

gec  olmayaraq,  təsdiq  edilməsi  üçün 

müəyyən  olunan  formada  təkliflərini 

Azərbaycan  Respublikasının  Nazir-

lər  Kabinetinə  təqdim  edir.  Balıq  və 

digər  su  bioresurslarının  istifadəsi  və 

mühafizəsi  üzrə  Azərbaycan  Respub-

likasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrlə  tənzimlənən  su  obyekt-

lərində  balıq  və  digər  su  bioresursla-

rının  ovu  üçün  kvotalar  ilə  əlaqədar 

balıq və digər su bioresurslarının ovu-

nun ümumi yol verilən miqdarı barədə 

təkliflər  dövlətimizin  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrə əsasən müəy-

yən edilir.

balıQ Və diGər su bioresursları oVunun 

Qaydaları haQQında Qərar Qəbul olunub



Yüklə 455,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə