Azərbaycan Respublikası Prezi dentinin 2014-cü IL 19 iyun tarixli Sərəncamı ilə hər IL 25 iyun Azər



Yüklə 455,17 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.06.2018
ölçüsü455,17 Kb.
#50258
1   2   3   4   5   6   7   8

BMT-nin Qaçqınlar üzrə Ali 

Komissarlığı (QAK) tərəfindən dərc 

edilmiş hesabata əsasən, bütün dün-

yada müharibə, zorakılıq və təqiblər 

indiyə qədər olduğundan daha çox 

sayda insanların zorla didərgin salın-

masına gətirib çıxarıb.

Təşkilatın didərginlik hallarına dair 

əsas illik icmalı olan BMT QAK-ın Qlo-

bal tendensiyalara dair yeni hesabatında 

deyilir  ki,  2016-cı  ilin  sonunda  bütün 

dünyada  zorla  didərgin  salınmış  insan-

ların sayı 65,6 milyon olub ki, bu da əv-

vəlki ildən təxminən 300 min nəfər çox-

dur.  Bu  ümumi  rəqəm  bütün  dünyada 

himayəyə ehtiyacı olan insanların sayı-

nın həddən artıq çox olduğunu göstərir.

Hesabatda bildirilir ki, 65,6 milyon 

rəqəmi üç mühüm komponentdən ibarət-

dir. Birincisi qaçqınların sayıdır. Bu say 

22,5 milyon təşkil edir ki, bu da indiyə-

dək  müşahidə  edilən  saydan  artıqdır. 

Bunlardan  17,2  milyonu  BMT  QAK-

ın  aidiyyətindədir,  qalanları  isə  digər 

BMT qurumu olan Fələstinli Qaçqınlara 

Yardım  və  İşlərin  Təşkili  üçün  BMT-

nin  Yaxın  Şərq  Agentliyi  (UNRWA) 

tərəfindən  qeydiyyata  alınmış  fələstinli 

qaçqınlardır. Suriya münaqişəsi dünya-

da ən çox (5,5 milyon) qaçqın doğuran 

münaqişə  olaraq  qalır.  Bununla  belə, 

2016-cı ildə ən böyük yeni amil Cənubi 

Sudan olub. Orada həmin ilin iyulunda 

sülh  səylərinin  acınacaqlı  uğursuzlu-

ğu ilin sonu üçün 739 min 900 insanın 

ölkəni  tərk  etməsinə  şərait  yaradıb  (bu 

gün onların sayı 1,87 milyon nəfərdir).

İkincisi insanların öz ölkələri daxi-

lində  köçkün  düşməsi  hallarıdır  ki, 

onların  sayı  2016-cı  ilin  sonunda  40,3 

milyon olub. Müqayisə üçün qeyd olun-

malıdır  ki,  ondan  əvvəlki  ildə  bu  say 

40,8 milyon olub. Ən çoxsaylı məcburi 

köçkünlük  situasiyaları  Suriyada,  İraq-

da və hələ də ölkə daxilində çoxlu sayda 

məcburi köçkünlük hallarının baş verdi-

yi Kolumbiyadadır. Bununla belə, məc-

buri  köçkünlük  problemi  ümumdünya 

problemidir  və  qlobal  səviyyədə  zorla 

didərgin salınma hallarının ümumilikdə 

təxminən üçdə ikisini əhatə edir.

Üçüncüsü  sığınacaq  axtaranlardır. 

Bunlar  ölkələrini  tərk  etmiş  və  qaçqın 

qismində beynəlxalq himayə axtaran in-

sanlardır. 2016-cı ilin sonunda sığınacaq 

axtaran insanların sayı qlobal səviyyədə 

2,8  milyon  olub.  Bu,  ümumən  qlobal 

səviyyədə  müharibələrin  və  təqiblərin 

insanlar arasında çoxsaylı itkilər bahası-

na başa gəlməsi deməkdir. 65,6 milyon 

nəfər o deməkdir ki, bu gün bütün dün-

yada orta hesabla hər 113 nəfərdən biri 

didərgin  düşmüş  şəxsdir.  Bu  isə  dün-

yada  əhalisinin  sayına  görə  21-ci  olan 

Birləşmiş  Krallığın  əhalisinin sayından 

çoxdur.  “Bu,  istənilən  baxımdan  qəbu-

ledilməz  rəqəmdir  və  böhranların  qar-

şısının alınmasında və həll edilməsində 

həmrəyliyin və ümumi məqsədin olma-

sına, habelə həll yolları axtarıldığı müd-

dətdə  dünyadakı  qaçqınların,  məcburi 

köçkünlərin  və  sığınacaq  axtaranların 

lazımi qaydada müdafiə və himayə edil-

məsini  birlikdə  təmin  etməyə  həmişə-

kindən  daha  çox  ehtiyac  olmasından 

xəbər verir”, – deyə BMT-nin qaçqınlar 

üzrə ali komissarı Filippo Qrandi bildi-

rib. O deyib: “Biz bu insanlar üçün daha 

yaxşı çalışmalıyıq. Münaqişə içərisində 

olan dünyadan qorxu deyil, qətiyyət və 

cəsarət tələb olunur”.

Hesabatda  gəlinən  əsas  qənaətlər-

dən biri ondan ibarətdir ki, konkret ola-

raq yeni didərginlik hallarının səviyyəsi 

çox yüksək olaraq qalır. Qlobal miqyas-

da zorla didərgin salınmış 65,6 milyon 

nəfərdən 10,3 milyonu 2016-cı ildə di-

dərgin  düşənlərdir.  Onların  təxminən 

üçdəikisi  (6,9  milyonu)  öz  ölkələri 

daxilində  köç  edənlər,  yəni,  məcburi 

köçkünlərdir.  Bu,  hər  üç  saniyədə  bir 

nəfərin  didərginə  çevrilməsi  deməkdir. 

Bu isə bu cümləni oxumağa sərf edilən 

vaxtdan da azdır.

Eyni  zamanda,  qaçqınların  və 

məcburi  köçkünlərin  evlərinə  qayıdı-

şı,  üçüncü  ölkələrdə  məskunlaşdırılma 

kimi  digər  həll  yolları  ilə  birlikdə,  o 

deməkdir ki, 2016-cı ildə bəzilərinin və-

ziyyətinin yaxşılaşması üçün perspektiv 

yaranıb. Təxminən 37 ölkə ümumilikdə 

189 min 300 qaçqını məskunlaşdırmaq 

üçün qəbul edib. Digər qaçqınların təx-

minən yarım milyonu doğma ölkələrinə, 

təxminən  6,5  milyon  məcburi  köçkün 

isə  doğma  ərazilərinə  qayıda  biliblər. 

Hərçənd  ki,  onların  çoxu  üçün  bu  heç 

də ideal şəraitdə baş verməyib və onlar 

qeyri-müəyyən  perspektivlərlə  qarşıla-

şıblar.


Hesabatda qeyd edilir ki, 2016-cı ilin 

sonu üçün bütün dünyada ən çox sayda 

(84 faiz) qaçqın aşağı və ya orta gəlirli 

ölkələrdə olub. Onların hər üç nəfərin-

dən biri (4,9 milyon nəfər) ən az inkişaf 

etmiş  ölkələr  tərəfindən  qəbul  edilib. 

Bu nəhəng disbalans bir neçə məqamı, 

o cümlədən qaçqınların qəbulu məsələ-

sində hələ də beynəlxalq səviyyədə kon-

sensusun olmadığını və yoxsul ölkələrin 

çoxunun  münaqişə  regionlarına  yaxın 

olduğunu  özündə  əks  etdirir.  Bu,  həm 

də qaçqınlara və didərgin düşmüş digər 

insanlara dəstək olan ölkələrin və icma-

ların  güclü  resurslara  və  dəstəyə  ehti-

yacları olduğunu əyani şəkildə nümayiş 

etdirir. Bunların olmaması qeyri-sabitlik 

yarada, insanların həyatlarını xilas edən 

humanitar işlər üçün mənfi nəticələr do-

ğura, yaxud ikinci didərginlik hallarına 

gətirib çıxara bilər.

Dünyadakı qaçqınların yarısını təş-

kil  edən  uşaqlar  qeyri-mütənasib  dərə-

cədə  iztirab  yükü  daşımaqda  davam 

edirlər. Bunun əsas səbəbi onların daha 

çox  müdafiəsiz  vəziyyətdə  olmalarıdır. 

Faciəli  haldır  ki,  təkbaşına  yola  çıxan 

və ya valideynlərindən ayrı düşən uşaq-

lardan sığınacaq üçün 75 min müraciət 

qəbul edilib. Hətta bu rəqəm də güman 

ki, həqiqi rəqəmdən azdır.

BMT  QAK-ın  hesablamalarına 

görə, 2016-cı ilin sonunda azı 10 milyon 

insan vətəndaşlığa malik olmayıb və ya 

vətəndaşsızlıq riski altında olub. Lakin 

hökumətlər  tərəfindən  qeydə  alınan  və 

BMT QAK-a təqdim edilən məlumatlar-

da 75 ölkədə vətəndaşlığa malik olma-

yan  insanların  sayı  3,2  milyon  nəfərlə 

məhdudlaşır.

BMT  QAK  “Qlobal  tendensiyalar” 

hesabatını öz məlumatları, habelə tərəf-

daşı olan Məcburi Köçkünlük Hallarının 

Monitorinqi  Mərkəzindən  və  hökumət-

lərdən aldığı məlumatlar əsasında hər il 

təqdim edir.



Latviyanın rabitə naziri Uldis 

Auqulis Azərbaycanın nəqliyyat, ra-

bitə və yüksək texnologiyalar naziri 

Ramin Quluzadə ilə görüş zamanı 

ölkələrimizin tranzit sahəsində 

əməkdaşlığının möhkəmləndirilməsi 

imkanlarını müzakirə edib.

U.Auqulis qeyd edib ki, Latviya 

üç  mühüm  istiqamətdə  -  Avrasiya 

nəqliyyat dəhlizinin inkişafı, aviasiya 

və rabitə sahələrində Azərbaycan ilə 

əməkdaşlığı  möhkənləndirmək  üçün 

potensial görür.

Latviya  son  illərdə Avrasiya  də-

mir  yolu  daşımalarının  inkişafında 

fəal  iştirak  edib.  Ötən  il  Latviyadan 

Çinə  konteyner  qatarı  təşkil  edilib, 

bu  il  isə  Latviyadan  Çinə  daşımalar 

başlanıb.

Nazir  deyib:  “Hesab  edirəm  ki, 

biz  dəmir  yolu  xətlərini  inkişaf  et-

dirərək, bu konteksdə Azərbaycan ilə 

əməkdaşlığımızı  əhəmiyyətli  dərə-

cədə  möhkəmləndirə  bilərik,  çün-

ki  həm  “Şimal-Cənub”  Beynəlxalq 

Nəqliyyat Dəhlizi, həm də Yeni İpək 

Yolunun  tərkib  hissəsi  olan  Avro-

pa-Qafqaz-Asiya  dəhlizi  Azərbay-

candan  keçir.  “Şimal-Cənub”  dəhli-

zinin  inkişafı  isə  İran,  Hindistan  və 

Baltik  ölkələri  arasında  dəmir  yolu 

nəqliyyatını nəzərdə tutur”.

U.Auqulis  aviasiya  sahəsində 

əməkdaşlıqdan  danışarkən  məmnun-

luq  hissi  ilə  bildirib  ki,  Latviyanın 

“AirBaltic”  aviaşirkəti  yay  mövsü-

mündə həftədə iki dəfə Bakıya reyslər 

həyata  keçirir.  Latviya  Azərbaycan 

ilə əməkdaşlığa, sərnişin və yükdaşı-

malarını artırmaq üçün yeni qərarlar 

və imkanlar axtarmağa hazırdır.

Nigar Cəfərli

“Azərbaycan Xəzər Dəniz Gəmiçi-

liyi” QSC-yə məxsus “Akademik Zərifə 

Əliyeva” gəmi-bərəsi təmir olunub. 

“Zığ” Gəmi Təmiri Zavodunda başla-

yan əsaslı təmir işləri qısa müddətdə və 

yüksək keyfiyyətlə həyata keçirilib.

Belə ki, gəmi-bərənin sualtı və suüs-

tü  hissəsi,  vaqon  göyərtəsi,  tüstü  boru-

ları  təmizlənərək  rənglənib.  Sükan  və 

köməkçi qurğusu, hərəkət mexanizmlə-

ri,  kinqston  qutuları,  müxtəlif  təyinatli 

su,  yağ  və  yanacaq  nasosları,  köməkçi 

mühərrik təmir olunub. Baş mühərriklə-

rin bəzi hissələri isə yenisi ilə əvəzlənib.  

Üzən  nəqliyyat  vasitəsinin  braşpil, 

lövbər qurğuları və zəncirləri də saz hala 

gətirilib.  Gəminin  mexaniki  və  elektrik 

hissələrində bütün zəruri yoxlama və tə-

mir işləri görülüb.

Yaşayış  və  xidməti  otaqları  müasir 

tələblər  səviyyəsində  təmir  edilən  gə-

mi-bərədə  görkəmli  oftalmoloq  alim, 

akademik  Zərifə  xanım  Əliyevanın  hə-

yat və fəaliyyətini əks etdirən muzey də 

tamamilə yenilənib.

Dəniz  sınaq  yoxlamasından  uğur-

la  çıxan  gəmi-bərə  yenidən  Transxəzər 

Beynəlxalq  Nəqliyyat  Marşrutunda 

istismar  ediləcək,  Bakı-Türkmənba-

şı-Bakı  və  Bakı-Aktau-Bakı  xətlərində 

müntəzəm  çıxacağı  səfərlərdə  dəmir 

yolu vaqonları daşıyacaq.

Məlumat  üçün  deyək  ki,  təmirdən 

sonra gəminin ilk səfəri Türkmənbaşı is-

tiqamətində olub.

Gəmi-bərə  Xorvatiyanın  Ulyanik 

tərsanəsində  tikilib.  Uzunluğu  154,5 

metr,  eni  17,5  metr  olan  gəmi-bərə  ən 

müasir  naviqasiya  sisteminə  malikdir. 

Tam  yükgötürmə  qabiliyyəti  5985  ton 

olan gəmi-bərəyə eyni vaxtda 52 dəmir-

yol vaqonu yükləmək mümkündür.

Qeyd  edək  ki,  “Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə 

bərə  operatorudur.  Hazırda  Gəmiçiliyin 

donanmasında  13  gəmi-bərə,  2  Ro-Ro 

tipli gəmi var.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2017-ci il   № 45-48 (9139)

5

www.seanews.az

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC və Odessa Dəniz 

Mühəndisliyi Bürosu birgə əmək-

daşlığı genişləndirir. Əməkdaşlıq 

nəticəsində yeni quru yük, yanğın-

söndürən, kran gəmilərinin inşası 

planlaşdırılır.

Bu barədə Odessa Dəniz Mühən-

disliyi Bürosunun direktoru Gennadi 

Yeqorov  məlumat  verib.  Bildirib  ki, 

həmin gəmilərin texniki layihələrinin 

hazırlanması işləri gedir. 

Yeqorovun sözlərinə görə, sözü-

gedən  gəmilər  müasir  tələblərə  tam 

cavab  verəcək  və  Xəzər  üçün  çox 

önəmli su nəqliyyatı vasitələri olacaq. 

“Məqsədimiz  təkcə  Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyinin donanma-

sını  yeniləmək  deyil.  Biz  əminik  ki, 

əməkdaşlığımız  bu  sahədə  azərbay-

canlı  mütəxəssislərin  hazırlanması 

işinə  də  töhfə  verəcək.  Çünki,  gə-

milərin  həm  layihələndirilməsi,  həm 

də inşası prosesində yerli mühəndis-

lərin yaxından iştirakı tam  təmin olu-

nacaq”,-  deyə G.Yeqorov qeyd edib.

Büro direktoru Gəmiçiliklə əmək-

daşlığın  uğurla  davam  etdiyini  də 

vurğulayıb: “Biz “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaş-

lığımızdan  məmnunuq.    Xüsusi  ilə 

qeyd etmək istəyirəm ki, əməkdaşlı-

ğımızın  inkişafında  AXDG-nin  rəh-

bərliyinin böyük rolu var.”

Xatırladaq  ki,  “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” QSC Odes-

sa  Dəniz  Mühəndisliyi  Bürosunun 

hazırladığı  təklif  əsasında    2016-cı  

ilin  oktyabrında  ilk    gəmi  sifarişini 

yerləşdirib.    Söhbət  Bakı  Gəmiqa-

yırma  Zavodunda  tikintisi  davam 

edən  2 ədəd unikal Ro-Pax/Bərə tipli 

gəmidən gedir. Həmin gəmilərin  ilk 

polad lövhələrinin kəsimi martda  baş 

tutub. 

Astanada "Nəqliyyat infrast-

rukturunun inkişafı, Transxəzər 

Beynəlxalq Nəqliyyat Marşrutu üzrə 

daşımaların səmərəliliyinin və rəqa-

bətə davamlılığının artırılması" möv-

zusunda “dəyirmi masa” keçirilib.

 “Transxəzər Beynəlxalq Nəqliy-

yat  Marşrutu”  Beynəlxalq  Assosia-

siyasının  təşkil  etdiyi  müzakirələrdə 

Qazaxıstan,  Azərbaycan,  Gürcüstan, 

Ukrayna, Çin, Türkiyə, Polşa, Latvi-

ya,  Litva,  Rumıniya,  Bolqarıstan  və 

Moldovanın  80-dən  çox  gəmiçilik, 

dəmir  yolu,  liman  administrasiya-

sı,  nəqliyyat  assosiasiyası,  nəqliy-

yat-logistik şirkətlərinin rəhbərləri və 

nümayəndələri iştirak ediblər.

“Dəyirmi  masa”da  qazaxıstan-

lı  və  xarici  mütəxəssislər  mütəma-

di  konteyner  servisinin  inkişafını, 

Transxəzər  Beynəlxalq  Nəqliyyat 

Marşrutu  üzrə  daşımaların  imkan-

larını  və  perspektivlərini,  Bakı-Tbi-

lisi-Qars  dəmir  yolu  xəttinin  icra 

vəziyyətini, eləcə də liman infrastruk-

turunun genişləndirilməsini müzakirə 

ediblər.


“Arkas Logistics Services Group” 

şirkətinin  vitse-prezidenti  M.Çiper 

yüklərin  TBNM  vasitəsilə,  intermo-

dal nəqliyyat və liman əlaqələrindən 

istifadə  etməklə, Türkiyəyə  daşınma 

imkanlarını yüksək qiymətləndirib.

“Dəyirmi  masa”nın  yekunlarına 

dair  “Transxəzər  Beynəlxalq  Nəq-

liyyat Marşrutu” Beynəlxalq Assosi-

asiyasıyla  Çinin  Nəqliyyat  və  Kom-

munikasiya  Assosiasiyası  arasında 

əməkdaşlıq  haqqında  memorandum 

imzalanıb.

Həmin  gün  “Transxəzər  Bey-

nəlxalq  Nəqliyyat  Marşrutu”  Bey-

nəlxalq  Assosiasiyası  təsisçilərinin 

ümumi  yığıncağı  keçirilib. Yığıncaq 

zamanı TBNM üzrə əvvəlki tariflərə 

yenidən  baxılması  və  yeni  tariflərin 

(o cümlədən, Ukrayna, Qara Dəniz li-

manlarının istifadəsi nəzərə alınmaq-

la) təsdiqlənməsi məsələləri müzakirə 

olunub.

Ümumi yığıncağın qərarı ilə As-



sosiasiyaya “PKP Genişizli metallur-

gik yol” MMC (Polşa) yeni assosiativ 

üzv kimi qəbul edilib.

xəzərdə azərbaycanın xüsusi Gəmiləri üzəcək

tranzit sahəsində azərbaycanla əməkdaşlıĞı 

mÖhkəmləndirməkdə maraQlıdır

tbnm-in imkanları Və 

perspektiVləri müzakirə olunub

zorla didərGin salınmış insanların sayı artır 

Gəmi-bərənin əsaslı təmiri başa çatıb

Bakı metrosunda “kafi” qiy-

mətli yollar qalmayıb.

Bu barədə “Bakı Metropoliteni” 

QSC-nin  mətbuat  xidməti  Nəsimi 

Paşayev deyib.

O  bildirib  ki,  Bakı  metropo-

litenində  dəmir  yollarının  texniki 

cəhətdən ən yüksək standartlara ca-

vab  verməsi,  təhlükəsizliyin  müasir 

tələblər  səviyyəsinə  çatdırılması  is-

tiqamətində əldə olunan uğurlar sıra-

sına daha biri də əlavə olunub. Met-

ropoliten  tarixində  ilk  dəfə  texniki 

istismar  qaydalarına  uyğun  qiymət-

ləndirmə nəticəsində “kafi” qiymətli 

yollar daha qalmayıb.

N.Paşayevin  sözlərinə  görə, 

bu  barədə  dəqiq  məlumatı  texni-

ki  sənədlər  verir.  2015-ci  ilin  aprel 

ayında istismara verilmiş metropoli-

ten  infrastrukturunun  çoxfunksiyalı 

müasir  diaqnostika  kompleksinin 

həmin ilin may ayında qeydə aldığı 

göstəricilərinə  görə,  yeraltı  dəmir 

yolların  cəmi  430  metr  “əla”,  372 

metr  “yaxşı”,  21,5  kilometr  “kafi” 

idisə, bu gün vəziyyət tam fərqlidir. 

Bu ilin may ayının 20-də diaqnosti-

ka kompleksinin qeydə aldığı göstə-

ricilərə  görə,  Bakı  metropoliteninin 

72 kilometrdən bir qədər artıq yolla-

rının 62,720 metri “əla”, 5,105 metri 

“yaxşı” qiymətə layiq bilinib. Qeyd 

edək  ki,  yolun  müəyyən  sahəsinin 

keyfiyyəti həmin sahədə aşkar edilən 

kənarlaşmaların (normaya uyğun ol-

mayan halların) sayının yolun uzun-

luğuna olan nisbəti ilə müəyyən edi-

lir. Bu nisbət nə qədər kiçik olarsa, 

yolun  vəziyyəti  bir  o  qədər  yüksək 

qiymətləndirilir.

N.Paşayev  xatırladıb  ki,  metro-

politenin  yol  təsərrüfatının  işçiləri 

“qeyri-kafi”  yolun  sonuncu  metrini 

2016-cı ilin iyun ayında ləğv ediblər.



“Qeyri-kafi” yolun sonuncu metri 

keçən ilin iyun ayında ləĞV edilib


Yüklə 455,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə