Azərbaycan Respublikası Prezi dentinin 2014-cü IL 19 iyun tarixli Sərəncamı ilə hər IL 25 iyun Azər



Yüklə 455,17 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix21.06.2018
ölçüsü455,17 Kb.
#50258
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2017-ci il   № 45-48 (9139)

6

www.seanews.az

1828 miQrant dənizi keçməyə cəhd 

GÖstərərkən suların Qurbanına çeVrilib 

Dənizdə xilasetmə xidməti iki gün ərzində 

Aralıq dənizində İspaniya sahillərinə yetişməyə 

cəhd göstərən 300-dən çox qeyri-leqal miqrant 

aşkarlayıb.

RİA  Novosti  informasiya  agentliyi  xəbər  verir 

ki, təkcə cümə axşamı günü Andalusiya (İspaniyanın 

cənubunda yerləşən muxtar qurum) sahillərində içəri-

sində  190  mühacirin  olduğu  yeddi  qayıq  aşkarlanıb. 

Cümə  gününün  birinci  yarısınadək  isə  130  miqrantı 

daşıyan daha üç gəmi tapılıb.

Beynəlxalq  Miqrasiya  Təşkilatının  məlumatına 

əsasən,  bu  ilin  əvvəlindən  bəri Aralıq  dənizi  vasitə-

silə Avropaya 77 mindən çox miqrant və qaçqın gə-

lib. 1828 nəfər dənizi keçməyə cəhd göstərərkən həlak 

olub.


Qeyri-leQal balıQ 

oVuna Qarşı birGə 

təlimlər keçiriblər

Yaponiyanın Sahil Mühafizəsi Xidməti Vyetnam 

Dəniz Polisi ilə birlikdə ilk dəfə Cənubi Çin dəni-

zində qeyri-leqal balıq ovuna qarşı birgə təlimlər 

keçiriblər.

Təlimlər Vyetnam tərəfinin xahişi ilə iyunun 16-da 

Mərkəzi Vyetnamın Dananq şəhərinin sahillərində ke-

çirilib.


Cənub-şərqi  Asiyanın  bu  hissəsində,  Vyetnama 

məxsus sularda Çin balıqçı gəmiləri və eyni zamanda, 

başqa ölkələrdən olan gəmilər qeyri-leqal balıq ovu ilə 

məşğuldurlar.

Təlimlərdə Yaponiyanın “Etiqo” patrul gəmisi və 

iki il bundan əvvəl Yaponiyanın Vyetnama bağışladığı 

patrul gəmiləri iştirak ediblər.

Yaponiyanın rəsmi nümayəndələri vyetnamlı həm-

karlarına bildiriblər ki, onlar qeyri-qanuni balıq ovu ilə 

məşğul olanları saxlamazdan əvvəl sübut üçün onların 

fotolarını və ya video görüntülərini çəkməlidirlər.

İyunun 17-də gecə 

Yaponiya sahillərində 

ABŞ Hərbi-Dəniz Qüv-

vələrinə məxsus “USS 

Fitzgerald” esminesi 

ilə toqquşan Filippin 

bayrağı altında üzən 

“ACX Crystal” kontey-

ner gəmisinin 20 nəfər 

heyət üzvündən heç biri 

xəsarət almayıb.

Bu  barədə  Kyodo 

agentliyi  həmin  gəmini 

icarəyə  götürmüş  Yapo-

niyanın  “Nippon  Yusen” 

şirkətinə  istinadla  məlu-

mat yayıb.

Esmines  və  kontey-

ner  daşıyan  gəminin  İro-

zaki  burnundan  təqribən 

20 kilometr məsafədə, İzu yarımada-

sının  cənubda  toqquşduğu  bildirilir. 

“Fitzgerald”  esminesi  hadisə  yerin-

dən 100 kilometr məsafədə yerləşən 

Yokosuka  hərbi  bazasının  qeydiy-

yatındadır.  Axtarış-xilasetmə  əmə-

liyyatı  zamanı  üç  dənizçinin  cəsədi 

esminesin  su  basmış  hissəsində  ta-

pılıb  və  tanınmaq  üçün  Yokosuka 

hərbi hospitalına göndərilib. Bundan 

başqa,  qəza  nəticəsində  esminesin 

dörd  dənizçisinin  itkin  düşdüyü  və 

üç  nəfərin  xəsarət  aldığı  bildirilir. 

ABŞ Silahlı Qüvvələrinin Sakit oke-

an komandanlığının rəsmi nümayən-

dəsinin  bildirdiyinə  görə,  xəsarət 

alanlardan biri esminesin komandiri 

Brays  Benson  Yokosukadakı  hərbi 

hospitala yerləşdirilib.

Yaponiya  Sahil  Mühafizəsinin 

beş  kateri  və  bir  aviasiya  texnika-

sı  hadisə  yerində  axtarış-xilasetmə 

əməliyyatı aparır və qəzanın baş ver-

mə səbəblərini araşdırır.

NHK  telekanalına  məxsus  he-

likopterin  çəkdiyi  kadrlardan  esmi-

nesin sağ göyərtəsinin ciddi xəsarət 

aldığı aydın görünür. Konteyner da-

şıyan  gəminin  isə  sol  burun  hissəsi 

zədələnib. Hadisənin necə baş verdi-

yi araşdırılır.

ABŞ-a məxsus esminesin uzun-

luğu 154 metr, su tutumu 8315 ton-

dur. Daha böyük olan konteyner gə-

misinin uzunluğu isə 222,6 metr, su 

tutumu 29 min tondur.

Hadisənin  baş  verdiyi  ərazi  gə-

milərin  sıx  hərəkət  etdiyi  rayondur. 

Hər  gün  buradan  Tokio  körfəzinə 

gedən təqribən 400 yük gəmisi keçir. 

Verilən  məlumata  görə,  konteyner 

gəmisi  Tokiodan  Naqoyaya  gedir-

miş.

Göyərtəsində “Aegis” müşahidə 



və izləmə sistemi olan “USS Fitzge-

rald” esminesi isə bu yaxınlarda Ya-

pon  dənizində  keçirilən  təlimlərdən 

qayıdırmış. KİV-lərdə yer alan məlu-

mata görə, esminesin silah potensia-

lında “Tomahawk” qanadlı raketləri 

də var.

Vüqar Ağayev

İrana məxsus balıqçı gəmisi 

Fars körfəzində Səudiyyə Ərəbista-

nının sərhəd mühafizəçiləri tərəfin-

dən atəşə tutulub.

Bu barədə məlumat verən İranın 

Xarici  İşlər  Nazirliyinin  nümayən-

dəsi  Bəhram  Qasemi  bildirib  ki, 

göyərtəsində  heç  bir  silah  olmayan 

balıqçı gəmisinin atəşə tutulması nə-

ticəsində bir nəfər mülki şəxs həlak 

olub.


B.Qasemi  qeyd  edib  ki,  Səu-

diyyə  Ərəbistanı  sərhəd  mühafizə-

si  gəminin  su  sərhədini  pozduğunu 

bildirib. İranın bu ölkədə səfirliyinin 

olmadığına görə məlumatı dəqiqləş-

dirmək çətindir. Lakin buna baxma-

yaraq İran ciddi araşdırma apararaq 

balıqçı  gəmisinin  Səudiyyə  Ərə-

bistanının  su  sərhədini  pozmasını 

dəqiqləşdirəcək.

İranın  Xarici  İşlər  Nazirliyinin 

sərhəd  məsələləri  üzrə  departamen-

tinin  rəhbəri  Məcid  Ağababayi  isə 

bildirib ki, daha bir balıqçı gəmisinin 

taleyi isə məlum deyil. Onun sözlə-

rinə  görə,  bir  deyil,  iki  gəmi  atəşə 

tutulub.

Hazırda insidentlə bağlı araşdır-

ma aparılır. Yerli mətbuat isə bu fak-

tın təxribat olduğunu iddia edir.



Rabil Kətanov

konteyner daşıyan 

Gəmi esmineslə toQQuşub

balıQçı Gəmisinin atəşə tutulması 

nəticəsində bir mülki şəxs həlak olub

Birləşmiş Millətlər Təşkila-

tının baş katibi Antonio Quter-

reş Özbəkistanda səfərdə olub.

Özbəkistan  Prezidenti  Şav-

kat  Mirziyoyev  Antonio  Quter-

rişlə Səmərqənddə görüşüb.

Danışıqlarda  Özbəkistanla 

BMT arasında əlaqələrin inkişa-

fı,  Aralın  fəlakət  zonasına  çev-

rilməsi və digər məsələlər müza-

kirə edilib.

Antonio Quterriş Özbəkista-

nın birinci Prezidenti İslam Kəri-

movun məzarını da ziyarət edib.

Sonra  BMT-nin  baş  katibi 

Qaraqalpaqstana gedib və vertol-

yotla qurumaqda olan Aral dəni-

zi akvatoriyasını və ətraf ərazilə-

ri seyr edib.

BMT-nin  baş  katibi  bunun-

la  əlaqədar  bildirib  ki,  1960-cı 

ildə  böyüklüyünə  görə  dünyada 

dördüncü  olan Aral  gölü  (Məhz 

böyük  olduğuna  görə  dəniz  de-

yilir) qurumaqda davam edir və 

bu məndə şok effekti yaratdı. Elə 

bilirəm  ki,  Aralın  quruması  zə-

manəmizin ən böyük ekoloji fə-

lakətidir. O bildirib ki, bu ekoloji 

fəlakət  regionda  su  ehtiyatların-

dan səmərəli istifadə edilməməsi 

səbəbindən yaranıb və bu bizim 

hamımız üçün dərs olmalıdır.

Xatırladırıq  ki,  son  40  ildə 

Aral dənizində suyun həcmi beş 

dəfə  azalıb,  səthi  18  metr  aşağı 

düşüb, duzluluq artıb. Əvvəl də-

nizin sahili Muynak qəsəbəsinin 

yaxınlığında  olan Aral  indi  təx-

minən 150 kilometr çəkilib, balıq 

yoxa çıxıb.

1993-cü  ilin  yanvar  ayında 

Özbəkistan,  Qazaxıstan,  Türk-

mənistan, Qırğızıstan və Tacikis-

tan dövlətləri Aralın Xilası üzrə 

Beynəlxalq  Fond  yaradıblar. 

2008-ci ilin dekabrından bu fon-

dun BMT-də müşahidəçi statusu 

var.

Qulu Kəngərli

Cari ilin ilk altı ayı balıq 

növlərinin təbii su hövzələrinə 

buraxılacaq ölçülərə çatdırıl-

masından ötrü balıqartırma 

mövsümünə hazırlıq dövrü 

sayılır. 2017-ci ilin sonunadək 

445 milyon müxtəlif növ balıq 

körpələrinin respublikanın 

təbii su hövzələrinə buraxıl-

ması nəzərdə tutulub. Bunla-

rın 176 minini qızılbalıq, 20.1 

milyonunu nərəkimilər, 425.5 

milyonunu isə çəkikimilər 

təşkil edir.

Bu  barədə  Ekologiya  və 

Təbii  Sərvətlər  Nazirliyinin  Su 

Hövzələrində Bioloji Resursların 

Artırılması və Mühafizəsi Depar-

tamentinin baş müfəttişi İsmayıl 

Yunusov  AZƏRTAC-a  məxsusi 

müsahibəsində məlumat verib.

İ.Yunusov  bildirib  ki,  ötən 

il 406.5 milyon balıq körpəsi su 

hövzələrinə  buraxılıb  ki,  bun-

ların  da  7.6  milyonu  nərəcinsli, 

200 mini qızılbalıq, 396 milyonu 

isə çəkikimilərə aid olub.



Azərbaycan əhalisinin 

sayı ilin əvvəlindən 26714 

nəfər və ya 0,3 faiz artaraq 

may ayının 1-nə 9836695 

nəfərə çatıb.

Dövlət  Statistika  Komitə-

sindən  bildiriblər ki, əhalinin 

ümumi  sayının  53,0  faizini 

şəhər, 47,0 faizini kənd sakin-

ləri,  49,9  faizini  kişilər,  50,1 

faizini isə qadınlar təşkil edir. 

Əhalinin bir kvadratkilometrə 

düşən  sıxlığı  114  nəfər  olub. 

Hazırda hər 1000 kişiyə 1006 

qadın düşür.

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Na-

zirliyinin  rayon  (şəhər)  qeydiyyat  şöbələri 

tərəfindən  ölkə  üzrə  46996  doğulan  körpə 

qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu 

göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 

52,8 faizi oğlan, 47,2 faizi isə qız uşaqların-

dan ibarət olub. Körpələrdən 836-sı əkiz, 18-i 

üçəm doğulanlardır.

Cari  ilin  yanvar-aprel  ayla-

rında  ölkədə  20684  ölüm  halı 

qeydə  alınıb  və  ölüm  səviyyəsi 

əhalinin  hər  1000  nəfərinə  6,5 

təşkil olub.

Dörd  ay  ərzində  qeydiyyat 

şöbələri  tərəfindən  18229  nikah 

və  4896  boşanma  halları  qeydə 

alınıb və əhalinin hər 1000 nəfə-

rinə  nikahların  sayı  5,7,  boşan-

maların  sayı  isə  1,5  olub.  Cari 

ilin  yanvar-aprel  ayları  ərzində 

Daxili  İşlər  Nazirliyi  və  Dövlət 

Miqrasiya  Xidmətinin  müvafiq 

qurumları  tərəfindən  daimi  yaşamaq  üçün 

850  nəfər Azərbaycana  gələn,  448  nəfər  isə 

Azərbaycandan gedən qeydə alınaraq miqra-

siya saldosu müsbət 402 nəfər təşkil edib.

8  İyun  -  Ümumdünya  Okeanlar  Günü 

idi. Bu təqvimin qeyd edilməsi 1992-ci ildə 

Braziliyanın  Rio-de-Janeyro  şəhərində 

BMT-nin “Ətraf mühit və inkişaf” konfran-

sında elan edilib.

Yer  kürəsinin  70  faizini 

okeanlar  təşkil  edir.  Planetimi-

zin  361  milyon  kvadratkilometr 

sahəsi  dörd  okean  arasında  bö-

lünüb – Sakit, Atlantik, Hind və 

Şimal Buzlu.

Nəfəs  aldığımız  oksigenin 

çoxu okeanlar tərəfindən istehsal 

edilir,  karbon-dioksid  emissiya-

ları  absorbsiya  olunur,  canlılar 

ərzaq və qidalandırıcıların əksər 

hissəsini buradan alır, iqlimi tən-

zimləyir, turizm, balıqçılıq, iqti-

sadiyyat üçün önəmli rol oynayır.

Təəssüf ki, antropogen təsir-

lər, brakonyerlik, qeyri-qanuni balıqçılıq, su 

hövzələrinin  çirkləndirilməsi  və  asidifikasi-

yası,  iqlim  dəyişkənliyi  dünyanın  okean  və 

dənizləri  üçün  ciddi  təhlükəyə  səbəb  olub. 

Bu günün də qeyd edilməsində əsas məqsəd 

bəşəriyyətin  həyatında  önəmli  rol  oynayan 

nəhəng  su  hövzələrinin  mühafizəsinə  bütün 

diqqətləri yönəltməkdir.

Həmin  bayram  bir  çox  Avropa  ölkələ-

rində  (Belçika,  Böyük  Britaniya, Almaniya, 

Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Nor-

veç, Portuqaliya, Fransa), Cənub-Şərqi Asiya 

dövlətlərində  (Vyetnam,  İndoneziya,  Sinqa-

pur,  Filippin),  Cənubi  Asiyada  (Hindistan, 

Şri-Lanka),  Uzaq  Şərqdə  (Çin,  Yaponiya), 

Latın Amerika ölkələrində (Argentina, Ekva-

dor, Kuba), Avstraliya və Afrikada (Əlcəzair, 

Qabon,  Mərakeş,  Mavritaniya,  Keniya,  Ka-

merun), həmçinin Şimali-Amerika ölkələrin-

də (Kanada, ABŞ, Meksika) qeyd edilir.

Ümumdünya  Okeanlar  Gününün  builki 

mövzusu “Bizim okeanlarımız, bizim gələcə-

yimiz”dir.

“aralın Quruması bizim hamımız 

üçün dərs olmalıdır”

təbii su hÖVzələrinə milyonlarla 

balıQ kÖrpəsi buraxılacaQ

azərbaycan əhalisinin sayı 9836695 nəfərə çatıb

“bizim okeanlarımız, bizim Gələcəyimiz”dir

dənizlərdə plastik zibillər 

balıQlardan çox olacaQ

BMT-nin Nyu-York şəhərindəki baş qərargahın-

da “Dünya Okeanı Konfransı” keçirilib.

Anadolu informasiya agentliyi xəbər verir ki, kon-

fransın ilk iclasına BMT-nin Baş katibi Antonio Quter-

reşlə  birgə  təxminən  200  ölkənin  dövlət  və  hökumət 

başçıları və ətraf mühit fəalları qatılıb.

Quterreş okeanları qorumaq və onlardan səmərəli 

istifadə etməyin həyatın özünü qorumaq qədər önəmli 

olduğunu bildirib. Onun sözlərinə görə, əgər okeanlar 

qorunmasa 2050-ci ilə qədər çevrəyə atılan plastik zi-

billər balıqların sayından çox olacaq.

Boliviyanın dövlət başçısı Evo Morales və iclasın 

bir  çox  iştirakçısı  ABŞ-ın  “Paris  İqlim  Sazişindən” 

çıxacağını bildirən Prezident Donald Trampın qərarını 

tənqid edib.



Özü idarəolunan yük 

Gəmiləri üzərində işləyirlər

Yaponiyanın “Mitsui OSK Lines”, “Nippon Yusen” 

və “Japan Marine United” gəmiqayırma kompaniyaları 

özü idarəolunan yük gəmilərinin yaradılması üzrə miq-

yaslı layihə üzərində işlədiklərini elan ediblər.

İnterfax  informasiya  agentliyi  xəbər  verir  ki,  həmin 

gəmidə quraşdırılan süni intellektlə təchiz olunmuş ava-

danlıqlar  ən  qısa,  rahat  və  təhlükəsiz  marşrutu  seçməyə 

imkan verəcək. Süni intellekt, həmçinin dəniz qəzaların-

dan yayınmağa da kömək edəcək.

Layihənin müəllifləri bu gəmiləri 2025-ci ildə istisma-

ra buraxmağı planlaşdırır.

Ümumilikdə 250 ədəd özü idarəolunan gəminin tikil-

məsi nəzərdə tutulur. Layihə yüz milyonlarla dollar həc-

mində qiymətləndirilir.

Özü idarəolunan ilk gəmiləri yenə də azsaylı texniki 

heyət müşayiət edəcək. Lakin gələcəkdə belə gəmilər tam 

avtonom rejimdə işləyəcək.

Qeyd edək ki, “Rolls-Royce” kompaniyası da 2016-cı 

ildə özü idarəolunan gəmilərin yaradılması barədə plan-

larını  elan  etmişdi.  Kompaniyanın  gəmiləri  2020-ci  ildə 

dəniz marşrutlarında fəaliyyət göstərməlidir.




Yüklə 455,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə