A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2017-ci il № 45-48 (9139)
7
yarızarafat,
yarıGerçək
dost itirməkdən və düşmən qazanmaqdan
asan heç nə yoxdur.
Qulağa, gözün gördüyündən artıq inanma.
ağlın olması kifayət etmir. Gərək həm də ağıl
heç vaxt başdan çıxmasın.
adam var yalanı yalanla, adam var həqiqəti
yalanla qarışdırmağı xoşlayır.
hər yol, hətta sonu olmayan yollar da adamı
harasa aparır.
uçurumun kənarında ayaq saxlamaq kifayət
deyil. Qayıtmaq lazımdır.
hər kəsin həyatı tapmacadır. cavabını bəzən
heç sahibi də bilmir.
çox danışan çox çaşar.
yalan yıxan evlərə görə kompensasiya verilir?
həmişə haqlı olduğunu düşünmək o demək de-
yil ki, nə vaxtsa haqlı olmusan.
söz az olsun, yaxşı olsun.
yaltaqlıq işləyən yerdə bütün yaxşı işləyənlərin
işi yaxşı getməz.
hətta gül də tikansız olsa yaxşıdır.
bütün ömrüm boyu hamını bağışladım və bu,
yəqin ki, mənim bağışlanılmaz ən böyük səhvim-
dir.
yüksəlmək üçün kiminsə önündə zərrəcə də al-
çalmaq lazım deyil.
ədalətin gücsüz olduğu yerdə hər kəs istədiyini
etməyə özündə güc tapar.
Özünü yaxşı göstərməyə çalışanlar kaş bir dəfə
də kiməsə yaxşılıq edəydilər.
bir daşla divar hörülməsə də, bir sözlə ev yıx-
maq olar.
mən həyatdan heç nə istəmədim, bəlkə ona
görə də heç nə vermədi.
pis başladığın işi də yaxşı qurtarmağa çalış.
bəzi heyvanlarla adam kimi danışanda adamı
bəzi adamlardan daha yaxşı başa düşür.
pul ver, söz vermə.
dost atan pambıq da baş yarar.
ən böyük nadan düşündüyü hər şeyi söyləyən-
dir.
adamın dili uzağı hansı uzunluqda ola bilər?
Vay o günə ki, böyüklər böyüklük etməyi ba-
carmaya.
o yerdə ki, başı xarabların işi sazdı, başı sazla-
rın işi mütləq axsıyacaq.
yaxşı görünmək istəyirsənsə, yaxşı ol.
hər kəs verdiyindən daha artıq almaq istədi-
yindən həmişə kimlərəsə çox şey çatmayacaq.
Öz işinə aid hər şeyi bilməyənə çox şeydən nə-
yisə bilməyinin nə faydası?
arxa durduğun arxandan vurursa, yerdən qal-
dırdığın da yerə yıxmağa çalışacaq.
ən pis günüm şükür eləmədiyim gündür.
heç kəsə o qədər yaxınlaşmayın ki, uzaqlaş-
maq çətin olsun.
lazım olanı etmirsənsə, nə etməyinin mənası
yoxdur.
meyvəsi faydalı olmayan ağacdan meyvəsiz
ağac yaxşıdır.
cahillik gözünü yumub - zülmətdə yaşamaq-
dır.
keçmişə boylananda içindən ən çox “kaş ki!”
qopursa, deməli səhvlərin az olmayıb.
nə vaxtsa əzilmək istəmirsənsə, heç vaxt əyil-
mə.
ağaca elə gəlir ki, külək onun budaqlarını yel-
lətmək üçün əsir.
həya azaldıqca günahların artmaq ehtimalı
çoxalır.
çox iş görmək istəyirsənsə, bir işi bitirməmiş
digərini başlama.
Qalib olmağı öyrən və sənə bütün əziyyətlərini
unutduran sevincini yaşa.
həyatda qorxduğum yeganə bir şey var: kiməsə
yük olmaq. hətta öləndən sonra belə kiməsə yük
ola biləcəyimi düşünəndə, ölmək istəmirəm.
heç vaxt səhv etmədiyini düşünənlərin düşün-
cəsi elə o qədərdir.
üzdə də, arxada da eyni şeyi deyəcəksənsə, nə
istəyirsən, de.
pisliklərin ən pisi yaxşılığa da pisliklə cavab
vermək, yaxşılıqların ən yaxşısı pisliyə də yaxşılıq-
la cavab verməkdir.
pis adam hər pisliyini qələbə kimi qeyd edə
bilər, əsl qələbəni isə heç vaxt.
allahım, çörəyini başqası ilə bölənlərin çörəyi-
ni kəsmə.
adamın xasiyyəti qızıl olmayanda paslanmaq
ehtimalı çoxalır.
kirli düşüncələri olan adam bütün dünyanı
çirkləndirə bilər.
düşmənin varsa, təkcə yatmamaqla iş aşmır,
gözlərini də həmişə dörd açmalısan.
ən zəif adamlar yaxşılığa gücü çatmayan
adamlardır.
Göz yaşı tez quruyur deyə başqalarını tez-tez
ağlatmaq lazım deyil.
dinləməyi bacarmırsansa, mübahisə etmə.
mübahisə etməyi bacarmırsansa, ya mübahisə
etmə, ya da mənasız savaşa hazır ol.
fəlakət mənə yaşamağı öyrətdi. zəlzələ anında
dərk etdim ki, o dünyaya heç nə apara bilməyə-
cəyəm.
yekə-yekə danışanların əlindən adətən heç ki-
çik işlər də gəlmir.
atasına baş əyməyənin başını nə vaxtsa oğlu
əyəcək.
istedadsız adamların qabağa çəkilməsi yax-
şıdır. nə qədər qabağa çəkilsələr, bizdən o qədər
uzaq olacaqlar. bizdən nə qədər uzaq olsalar, qa-
nımız da o qədər az qaralacaq.
Rasif TAHİROV
Qədim Romada xəstəlik-
lərdən qurtulmaq üçün termal
su vannaları qəbul edilirdi və
həmin sağlamlaşdırıcı metoda
sonralar SPA–sudan gələn sağ-
lamlıq adı verilib.
SPA prosedurları bürünmə, hid-
roterapiya (su prosedurları) və termi-
ki prosedur kimi üç qrupa bölünür.
Bürünmə bədənə müalicəvi və
profilaktik qarışıqların yaxılması ilə
həyata keçirilən prosedurdur. Də-
niz məhsullarından istifadə etməklə
həyata keçirilən prosedur talassote-
rapiya adlanır. Bürünmə proseduru
zamanı yosun, müalicəvi palçıq, gil,
yağ, şokolad və digər məhsullardan
istifadə olunur.
Həyata keçirilmə mexanizminə
görə həm isti, həm də soyuq bü-
rünmə var. İsti bürünmə damarları
genişləndirərək qan dövranını yaxşı-
laşdırır, genişlənmiş dəri məsamələri
vasitəsilə toksin və şlaklar orqanizm-
dən xaric olur. Soyuq bürünmədə isə
damar mənfəzi daralır, limfa və qan
toksinləri daxili ifrazat orqanlarına
daşıyaraq orqanizmdən çıxarır. Onu
yorğunluq, ödem, venaların skleroz-
laşmasından sonrakı bərpa prose-
sində tətbiq edirlər. Həmin prosedur
zamanı bədənə qarışıq yaxılaraq ter-
moyorğana bürünülür və prosedur-
dan sonra yuyunulur.
Hidroterapiyanın duş və müali-
cəvi vanna növləri var. Duş su axının
orqanizmə müxtəlif forma, tempe-
ratur və təzyiqdə təsirindən ibarət
müalicə prosedurudur və iki cür
olur. Şarko duşu təzyiq altında isti
və soyuq suların növbələşməsindən
ibarətdir və həmin prosedurun təsiri
nəticəsində baş və onurğa beyninin
fəaliyyəti stimullaşır, qan-damar
sistemi və immunitet möhkəmlənir.
Vişi duşu təsirinə görə güclü yağışı
xatırladır. Duş hidroterapevtik masaj
proseduru kimi çox idealdır.
Müalicəvi vannalar isə təkcə su
ilə olanlar deyil. Soyuq və sərin su
vannaları orqanizmə tonuslandırıcı
təsir göstərir, ürək-damar sistemini
möhkəmləndirir, maddələr müba-
diləsini stimullaşdırır. Sudan başqa
günəş və hava vannaları da var.
Termiki prosedurlarda təbii və
süni istilik mənbələrindən istifadə
olunur. Məsələn, isti su vannaları,
hamam, sauna, qızdırıcı islatmalar,
müalicəvi palçıqlar, infraqırmızı
lampalar, parafin, yüksək tezlikli
cərəyan və s.
Su orqanizm üçün sağlamlıq və
gümrahlığı təmin edir. Bitki və yo-
sunların ekstraktları bədənə təsir
edərək onu möhkəmləndirir və sağ-
lamlaşdırır, balzamlar isə orqanizmə
tonuslandırıcı təsir göstərir. SPA pro-
sedurları zamanı istifadə olunan aro-
matik yağlar dərini tonuslandıraraq
əhvali-ruhiyyəni yaxşılaşdırır. Sauna
və buxar kimi SPA prosedurları bə-
dəndən şlakları və toksinləri çıxarır,
ürək-damar, ürək-qan-damar, tənəf-
füs və sinir sistemi fəaliyyətini tən-
zimləyir. Dərman bitkiləri və kontras
su vannaları kiçik çanaq oynaqları,
böyrək və sidikçıxarıcı sistemə müs-
bət təsir göstərir.
SPA prosedurları sellülit zama-
nı, dərinin piqment ləklərinin müa-
licə və profilaktikasında da istifadə
olunur. Prosedurlar təkcə dəriyə və
dərialtı toxumaya deyil, həmçinin
bütövlükdə orqanizmə təsir edir, iş
qabiliyyətini artır, oynaqlarda ağrını
azaldır.
su prosedurları
www.seanews.az
Yay istirahətini keçirmək
üçün ən çox üz tutulan ünvan-
lardan biri də mavi dəniz suları-
dır. Çimərlik mövsümündə dəniz-
də çimmək çox faydalıdır. Dəniz
suyunun tərkibi qanın tərkibinə
çox yaxındır.
Suyun tərkibində olan mik-
roelementlərin müxtəlifliyi orqa-
nizmə şəfaverici təsir göstərir.
Məsələn, maqnezium immunite-
ti bərpa edir, kalsium sümükləri
möhkəmləndirir, yod orqanizmin
mübadilə prosesini, kalium qan
təzyiqini normalaşdırır, brom si-
nirləri sakitləşdirir. Çimərkən mü-
badilə prosesinin fəallaşması he-
sabına orqanizmdə bir çox müsbət
dəyişikliklər baş verir. Dəri örtü-
yünün məsamələri təmizlənir, mü-
badilə prosesləri sürətlənir, zərərli
maddələr kənarlaşır, orqanizm
bərpa olunur və cavanlaşır. Əbəs
yerə dənizdə üzməyi damarların
möhkəmləndirilməsi və əzələlərin
rahatlaşmasına yönəldilmiş pro-
fessional masajla eyniləşdirmirlər.
Suyun temperaturu həmişə bədə-
nin temperaturundan aşağı oldu-
ğuna görə orqanizm xarici mühitə
uyğunlaşmağa çalışır. Bədən hə-
rarəti azalır, damarlar daralır, xa-
rici temperatura öyrəşəndən sonra
damarlar yenidən genişlənir. Bu,
nəinki damarları möhkəmləndirir,
həm də mübadilə sistemini sürət-
ləndirir, arıqlamağa kömək edir.
Talassoterapiya dəniz və
dəniz məhsulları ilə kompleks
müalicədən, çimmə, hidromasaj,
müalicəvi palçıq və yosun sarğı-
ları kimi müalicəvi və profilaktik
prosedurlardan ibarətdir. Xroniki
yorğunluq, stress, damar və oynaq
xəstəliklərində, sellülitin ağır for-
malarında olduqca faydalı təsirə
malikdir.
Təcrübə göstərir ki, dəniz-
də çiməndən sonra bədəndə olan
cızıq və çapıqlar tez sağalır, he-
matoma və göyərtilər itir. Hə-
min keyfiyyətlərinə görə ağciyər
xəstəlikləri, səs tellərinin bərpası
və bütün növ boğaz xəstəlikləri
zamanı dəniz suyu məsləhət gö-
rülür.
Üzgüçülüklə məşğul olmaq
istisnasız olaraq orqanizmin bütün
əzələlərini möhkəmləndirir. Bu,
nəinki fitnes, həm də əhval-ruhiy-
yəni qaldırmaq üçün əla vasitədir.
Dəniz kənarında qəbul edilən
hava orqanizmi brom və maqnezi-
um ionları ilə zənginləşdirir. Yod
hissəcikləri ilə doymuş oksigen
isə ağciyər xəstəliklərinin müali-
cəsində çox faydalı təsir göstərir.
dəniz suyunun min şəfası Var
Amerika və Britaniya
alimləri bildiriblər ki, XXI
əsrin son rübündə Yer üzü
ölüm təhlükəsi yaradan
istiliklə qarşılaşacaq.
Müvafiq tədqiqata dair
material “Nature Climate
Change” jurnalında dərc
edilib.
“Lenta.ru” saytı xə-
bər verir ki, parnik qazları
tullantısı azaldılmayacağı
halda alimlərin proqnozu
özünü doğrulda bilər. Pla-
net əhalisinin təxminən
yarısı öldürücü isti ilə qarşılaşacaq.
Tropik rayonlarda hava şəraiti daha
çətin olacaq.
Alimlərin fikrincə, iqlim o
dərəcədə tez dəyişir ki, insanlar
çətin ki, yeni şəraitə uyğunlaşa
bilsinlər. Hazırda planet əhali-
sinin üçdəbiri istidən əziyyət
çəkir.
Mütəxəssislər 1980-ci il-
dən istilər səbəbindən insan
ölümü statistikasına həsr edilən
1,9 mindən çox tədqiqatı araş-
dırdıqdan sonra bu nəticəyə gə-
liblər. 2010-cu ildə Moskvada
10,8 mindən çox, 2003-cü ildə
Parisdə 4,9 min, 1995-ci ildə
Çikaqoda 740 nəfər isti hava-
dan ölüb.
planetin əhalisinin təxminən yarısı
Öldürücü isti ilə QarşılaşacaQ
Statistiklər qidalan-
mağa görə maraqlı faktlar
ortaya çıxarıblar. Onların
apardıqları hesablamalar il
ərzində ayrı-ayrı ölkələrdə
hansı qidanın çox sevildiyi-
ni aşkar edib.
Hesablamalara
görə,
italyanlar ildə 30 kiloqrama
qədər makaron yeyir. Həmin
göstəriciyə görə ikinci yer-
də almanlar, üçüncü yerdə
isveçrəlilər və ruslar gedir.
Rusiyada adambaşına düşən
makaron istehlakı 5 kiloq-
ramdır.
Pendirlə
qidalanmaq
sahəsində birincilik fransız-
lara məxsusdur. Onlar ildə
23 kiloqram pendir yeyirlər.
Hollandiyada adambaşına
düşən pendir istehlakı 10,
Rusiyada 5 kiloqramdır.
Ketçupla qidalanmağa
görə dünyanın iki nəhəng
ölkəsi - ABŞ və Rusiya li-
derlik edir. Həmin ölkələrdə
adambaşına il ərzində 1,7
kiloqram ketçup qəbul edilir.
İsveçrəlilər il ərzində 12
kiloqram şokolad yeyirlər.
Rusiyada adambaşına şoko-
lad istehlakı 5-7 kiloqramdır.
Birləşmiş Ştatlar bu göstəri-
ciyə görə həmin ölkələrdən
bir qədər geridə qalır.
Ən çox dondurma Yeni
Zelandiyada yeyilir. Həmin
ölkənin sakinləri ildə 26,
Amerika sakinləri 24,5, avst-
riyalılar 17,2 litr desert qəbul
edirlər.
Maraqlıdır ki, ən çox pit-
sa yeyən ABŞ sakinləridir,
bir ildə ölkədə hər kəs 13
kiloqram pitsa yeyir. İkinci
yerdə gedən İtaliya sakin-
lərinin payına il ərzində 7
kiloqram pitsa düşür. 56 mil-
yon əhalisi olan Aralıq dənizi
ölkəsinin sakinləri hər həftə
pitsa bişirilər.
Sakit okean sahillərin-
də yerləşən Yaponiya dəniz
məhsulları istehlakına görə
aparıcı mövqe tutur. Gündo-
ğar ölkənin sakinləri il ərzin-
də 70 kiloqram dəniz məh-
sulları ilə qidalanırlar. Bu,
digər ölkələrlə müqayisədə
dörd dəfə çoxdur. Rusiyada
balıqla qidalanma adamba-
şına 20-25 kiloqram təşkil
edir.
hərə bir şey xoşlayır
Yaponiyada 2011-ci ilin
martında baş vermiş zəlzələ
və sunami nəticəsində zərər
çəkmiş “Fukusima-1” Atom
Elektrik Stansiyasının (AES)
nüvə reaktorlarını tədqiq
etmək üçün robot balıq
düzəldilib. Bu barədə Kyodo
agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir
ki, üzən qurğu iyunun 15-də
Yokosuka şəhərində “Toshi-
ba” şirkəti və Nüvə Reaktor-
larının Sökülməsi Problem-
ləri Üzrə Beynəlxalq İnstitut
tərəfindən ictimaiyyətə təq-
dim olunub.
13x30 santimetr ölçüdə
olan silindirik robot “Mi-
ni-mambo” adlandırılıb. Ka-
bel vasitəsilə idarə edilən
robot təhlükəsizlik qatını
keçərək 3 nömrəli reaktora
daxil olacaq. Altı metr dərin-
likdə soyuducu suyun toplan-
dığı sahədə robot zədələnmiş
yerlərin fotosunu çəkəcək.
Həmin məlumatlar əsasında
reaktorun daxilindəki radio-
aktiv tullantının çıxarılması
üçün işlər hesablanacaq.
AES-in operatoru olan
TEPCO şirkəti əvvəllər
soxulcan və əqrəb formalı
robotlar vasitəsilə reaktorun
daxilindəki vəziyyəti araşdır-
mağa çalışsa da hər iki cəhd
uğursuzluqla nəticələnmişdi.
Qəzalı “fukusima-1”
aes-in reaktorlarına
baxmaQ üçün robot
balıQ düzəldilib
Antarktida buzlaqlarının 2100-
cü ilə qədər əriməsi barədə xəbər-
darlıqlar həqiqətdirsə, biz imperator
pinqvinlərini həmişəlik itirə bilərik.
“ecoportal” saytı xəbər verir ki,
Antarktida buzlaqlarının əriməsi im-
perator pinqvinlərini çoxalma və
qidalanma məkanlarından məhrum
edərək, onların mövcudluğunu təh-
lükə altına qoya bilər.
Yeni proqnoz göstərir ki, əsrin so-
nuna doğru, yəni cəmi üç nəsil sonra
imperator pinqvinlərinin populyasi-
yası 99 faiz azala bilər. ABŞ-ın Oke-
anoqrafiya İnstitutunun mütəxəssisi,
bioloq Stefani Jenuvriyer hesab edir
ki, imperator pinqvinləri nəsli kəsil-
məkdə olan növlər haqqında Qanunun
himayəsi ilə qorunmalıdır.
İmperator pinqvinləri ilə dəniz
buzlağı arasında əlaqə çox kövrəkdir.
Dəniz buzlağı azalarsa, quşlar çoxal-
ma və ov yerlərindən məhrum olacaq.
Buzun həcminin həddindən çox olma-
sı yaşlı fərdləri sürəkli ov axtarmağa
vadar edəcək, quş balaları da lazımi
qədər qida ilə təmin olunmayacaq.
Alimlər pinqvinlərin optimal
buzlaq şəraiti olan yerlərə miqrasiya
etmək bacarığını öyrəniblər. Onlar
pinqvinlərin davranışını, məskunlaş-
manın məsafəsini və dəniz buzlağının
həcmini nəzərə alaraq, bu quşların 54
populyasiyasının məskunlaşma mo-
dellərini yaradıblar.
Modelləşdirməyə görə, popul-
yasiyalar 2036-cı ilə qədər öz sayını
qoruyub saxlayacaq. Sonra pinqvinlə-
ri on il sürən “ekoloji qurtuluş” döv-
rü gözləyir. Amma pinqvinlər necə
məskunlaşırsa-məskunlaşsın, 2046-cı
ildən başlayaraq populyasiyalar yenə
də azalmağa başlayacaq. Bütün miq-
rasiya ssenariləri göstərir ki, 2100-cü
ilə qədər pinqvinlərin sayı 40-99 faiz
azalacaq.
buzlaQların 2100-cü ilə Qədər əriməsi
barədə xəbərdarlıQlar həQiQət olsa…