Azərbaycan Respublikası Prezi dentinin 2014-cü IL 19 iyun tarixli Sərəncamı ilə hər IL 25 iyun Azər



Yüklə 455,17 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix21.06.2018
ölçüsü455,17 Kb.
#50258
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2017-ci il   № 45-48 (9139)

baş redaktor

rasif iman oğlu

tahiroV

ünvanımız:

az1005, bakı şəhəri,

m. ə. rəsulzadə küçəsi, 5

telefonlarımız:

baş redaktor

(050) 670-33-76; 

30-67 (daxili)

Qəzetin təsisçisi:

“azərbaycan xəzər dəniz

Gəmiçiliyi”

Qapalı səhmdar 

cəmiyyəti

Qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 1853

8

2018

-ci ildə Formu-

la-1 Azərbay-

can Qran-Prisi aprelin 27-29-da 

keçiriləcək.

Bu barədə məlumat Beynəlxalq 

Avtomobil Federasiyasının saytında 

yer  alıb.  Növbəti  mövsümün  təq-

viminə  21  mərhələ  daxildir.  Çem-

pionat  martın  23-25-də  Melburnda 

Avstraliya Qran-Prisi ilə başlayacaq, 

noyabrın 23-25-də Əbu-Dabidə başa 

çatacaq.

İndiyə olan məlumata görə, Çin 

və Sinqapur mərhələləri kommersi-

ya hüquqları sahibləri tərəfindən təs-

diqlənməyib. Fransa Qran-Prisi on il 

keçəndən sonra, Almaniya Qran-Pri-

si (Xoffenxaymda keçiriləcək) bir il 

keçəndən sonra çempionata qayıdır. 

Malayziya  mərhələsi  təqvimi  tərk 

edib.  Əvvəlki  iki  mövsümü  yazda 

olmuş  Rusiya  Qran-Prisinin  vaxtı 

sentyabra keçirilib.

Çempionatının tarixində ilk dəfə 

Qran-Pri  üç  həftəsonu  ardıcıl  keçi-

rilə bilər: təqvimin indiki cədvəlinə 

görə, komandalar mərhələləri ardıcıl 

olaraq  Fransada  (Formula-1-ə  rəs-

mən  qayıdır), Avstriyada  və  Böyük 

Britaniyada  keçirəcəklər.  Beləliklə, 

2018-ci  ildə  Formula-1-in  təqvimi 

aşağıdakı kimidir:

25 mart – Avstraliya Qran-Prisi

8 aprel – Çin Qran-Prisi

15 aprel – Bəhreyn Qran-Prisi

29 aprel – Azərbaycan Qran-Prisi

13 may – İspaniya Qran-Prisi

27 may – Monako Qran-Prisi

10 iyun – Kanada Qran-Prisi

24 iyun – Fransa Qran-Prisi

1 iyul – Avstriya Qran-Prisi

8 iyul – Böyük Britaniya Qran-Prisi

22 iyul – Almaniya Qran-Prisi

29 iyul – Macarıstan Qran-Prisi

26 avqust – Belçika Qran-Prisi

2 sentyabr – İtaliya Qran-Prisi

16 sentyabr – Sinqapur Qran-Prisi

30 sentyabr – Rusiya Qran-Prisi

7 oktyabr – Yaponiya Qran-Prisi

21 oktyabr – ABŞ Qran-Prisi

28 oktyabr – Meksika Qran-Prisi

11 noyabr – Braziliya Qran-Prisi

25 noyabr – Əbu-Dabi Qran-Prisi.



Madridin “Real” futbol 

komandasının və Portuqa-

liya yığmasının hücum-

çusu Kriştiano Ronaldo 

vergi ödəməkdən yayınma 

barədə iş üzrə həbsdən yaxa 

qurtarmaq üçün İspaniya 

xəzinəsinə 14,8 milyon avro 

ödəyəcək.

“P-sport”  nəşri  “Cope” 

portalına  istinadla  xəbər 

verir  ki,  bu  məbləğin  ödə-

nilməsi  yüngülləşdirici  hal 

hesab  ediləcək  və  sonradan 

istintaqla  sövdələşmək  üçün 

əsas olacaq.

Xatırladaq  ki,  İspaniya 

prokurorluğu  Ronaldonun 

barəsində 

2011-2014-cü 

illərdə  14,8  milyon  avro 

məbləğində verginin ödənil-

məməsi ilə bağlı ittiham üzrə 

cinayət işi qaldırıb.

Gözlənildiyinə görə, iyu-

lun  31-də  futbolçu  İspaniya 

məhkəməsində çıxış edəcək, 

vəkilləri isə onun həbs olun-

ması  riskini  istisna  etmək 

üçün  istintaqla  sövdələşə-

cəklər.

Bu  yaxınlarda  “Barse-



lona”nın  hücumçusu  Lionel 

Messi barəsində də oxşar itti-

ham irəli sürülüb. Məhkəmə 

Messini 21 ay şərti həbs cə-

zasına məhkum edib.

azərbaycan millisi “a” 

Qrupunda almaniya, polşa Və 

macarıstan yıĞma komandaları 

ilə mübarizə aparacaQ

Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi 

edəcəyi qadın voleybol komandaları arasında Avro-

pa çempionatı sentyabrın 22-dən oktyabrın 1-dək 

keçiriləcək. Gürcüstanda cəmi bir qrupun görüşləri 

və dörddəbir final oyunları olacaq. Digər üç qrupun 

görüşlərindən biri Göygöldə, ikisi isə Bakıda keçi-

riləcək. Yarımfinal və final görüşləri də Bakıda baş 

tutacaq.

Azərbaycan millisi “A” qrupunda Almaniya, Polşa 

və  Macarıstan  yığma  komandaları  ilə  birgə  mübarizə 

aparacaq.  “B”  qrupunda  Gürcüstan,  İtaliya,  Xorvati-

ya  və  Belarus  yığmaları  yarışacaq.  Rusiya,  Türkiyə, 

Bolqarıstan və Ukrayna milliləri “C”, Serbiya, Nider-

land,  Belçika  və  Çexiya  yığmaları  isə  “D”  qrupunda 

güclərini sınayacaqlar.

Çempionata ev sahibliyi edən Azərbaycan və Gür-

cüstan,  həmçinin  “Avro-2015”in  mükafatçıları  Rusi-

ya, Hollandiya, Serbiya, eləcə də ilk beşlikdə qərarla-

şan Türkiyə və Almaniya mötəbər yarışa birbaşa final 

mərhələsindən  başlayacaqlar.  İtaliya,  Belçika,  Polşa, 

Xorvatiya,  Bolqarıstan  və  Belarus  çempionata  ikinci 

seçmə mərhələdən, Çexiya, Ukrayna və Macarıstan isə 

pley-offdan qoşulacaqlar.



Yaponiyanın Saytama şəhərində 

keçirilən “K-1 World Grand Prix-

2017” turnirində çıxış edən Azər-

baycan kikboksçusu Çingiz Allazov 

ardıcıl üç qələbə qazanaraq çempion 

olub.

Kikboksçumuz  dörddəbir  finalda 

yaponiyalı K-1 ustası Xiroki Nakadji-

maya ikinci raundda nokautla qalib gə-

lib. Yarımfinal  döyüşündə  isə  idman-

çımız  “Mike’s  Gym”  klubunu  təmsil 

edən Yordan  Pikeri  üçüncü  dəqiqədə 

nokautla məğlub edib.

Ç.Allazov final döyüşündə turnirin 

favoritlərindən hesab edilən Yaponiya 

təmsilçisi  Sanni  Daxlbeki  üzərində 

qələbə qazanıb və yarışın ən yaxşı dö-

yüşçüsünə verilən kəmərə sahib olub.

Xorvatiyanın paytaxtı Zaqrebdə 

keçirilən veteran cüdoçular arasın-

da Avropa çempionatının komanda 

yarışları millimiz üçün uğurlu 

olub.

Azərbaycan  Cüdo  Federasiyasın-

dan verilən məlumata görə, 30-40 yaş 

kateqoriyası  üzrə  komanda  yarışında 

mübarizə aparan millimiz bütün rəqib-

lərinə qalib gələrək Avropa çempionu 

adını qazanıb.

Qeyd edək ki, fərdi yarışlarda ve-

teran cüdoçularımız 4 qızıl, 4 gümüş 

və 2 bürünc medal qazanıblar.



2018-ci ildə formula-1 azərbaycan 

Qran-prisi aprel ayında keçiriləcək

həbsdən yaxa QurtarmaQ 

üçün 14 milyon aVrodan 

çox pul Ödəyəcək

azərbaycan idmançısı k-1 üzrə dünya 

Qran-prisinin çempionudur

Veteran cüdoçularımız aVropa 

çempionatının Qalibi olublar

www.seanews.az

Yüklə 455,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə