Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 2,83 Mb.
səhifə26/26
tarix05.04.2018
ölçüsü2,83 Mb.
#35937
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   26


Fəsil XVII

SADƏLƏŞDİRİLMİŞ SİSTEM ÜZRƏ VERGİ

Maddə 218. Sadələşdirilmiş sistem üzrə verginin ödəyiciləri


Aksizli mallar istehsal edən müəssisələr, kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları istisna olmaqla ƏDV-nin məqsədləri üçün bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyata alınmamış müəssisələr, habelə mənzil-kommunal təsərrüfatı təşkilatları və onların xidmət sahələri sadələşdirilmiş sistem üzrə verginin ödəyiciləridir.*

Maddə 219. Vergitutma obyekti


219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə, habelə satışdankənar fəaliyyət üzrə əldə edilmiş ümumi hasilatın həcmi vergitutma obyektidir.

219.2. Sadələşdirilmiş sistem üzrə vergi ödəyən müəssisələr ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyildirlər.

Maddə 220. Sadələşdirilmiş sistem üzrə verginin dərəcəsi


Sadələşdirilmiş sistem üzrə verginin dərəcəsi bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) 2 faizdir.

Maddə 221. Sadələşdirilmiş sistem üzrə verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi


221.1. Hesabat dövrü üçün sadələşdirilmiş sistem üzrə verginin məbləği bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır.

221.2. Sadələşdirilmiş sistem üzrə vergi üçün hesabat dövrü rübdür.

221.3. Sadələşdirilmiş sistem üzrə verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dək ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini büdcəyə ödəyirlər.


578 Bax: 382-ci istinad


579 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 218.1-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 1250" sözləri "şərti maliyyə vahidinin 22500" sözləri ilə əvəz edilmiş, "habelə dövriyyəsindən asılı olmayaraq bu Məcəllənin 218.2-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:

218.1. Bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi aylıq gəlirin vergi tutulmayan məbləğinin 1250 mislindən az olan, habelə dövriyyəsindən asılı olmayaraq bu Məcəllənin 218.2-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 218.1- ci maddədə "şərti maliyyə vahidinin 22500 mislindən" sözləri "22500 manatdan" sözləri ilə əvəz edilmişdir.
6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 218.1-ci maddədə "22500 manatdan" sözləri "22500 manat və ondan" sözləri ilə əvəz edilmişdir.
19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2009-cu il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 506) ilə 218.1-ci maddənin birinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

218.1. Bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manat və ondan az olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 218.1-ci maddənin birinci hissəsi yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

218.1. Bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manat və ondan az olan hüquqi şəxslər, həmçinin 90000 manat və ondan az olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.


580 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 218.1-ci maddəyə ikinci abzas əlavə edilmişdir.


581 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 218.1-ci maddədə "218.1-1" rəqəmi "218.1.1" rəqəmi ilə əvəz edilmişdir və 218.1.1-ci maddə yeni redaksiyada verilmişdir.


582 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə yeni məzmunda 218.1.1.3-cü maddə əlavə edilmişdir.


583 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə yeni məzmunda 218.1.1.3-cü maddə əlavə edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 218.2-ci maddədə "vergitutma sistemini tətbiq etmək" sözləri "vergi ödəyicisi olmaq" sözləri ilə əvəz edilmişdir.


584 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 218.2-ci maddədə "əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər" sözlərindən sonra yeni hissə əlavə edilmişdir.


585 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 218.2-ci maddə çıxarılmış və 218.3-cü maddə müvafiq olaraq 218.2-ci maddə hesab edilmişdir, 218.3-cü maddənin altıncı abzasında "aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 min" sözləri "şərti maliyyə vahidinin 1000000" sözləri ilə əvəz edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

218.2. Avtomobil nəqliyyatı vasitələri, o cümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.
3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 218.2-ci maddənin altıncı abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

mülkiyyətində şərti maliyyə vahidinin 1000000 mislindən artıq məbləğdə əmlakı olanlar.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 218.2-ci maddədə "şərti maliyyə vahidinin 1000000 mislindən" sözləri "1000000 manatdan" sözləri ilə əvəz edilmişdir.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 218.2-ci maddənin altıncı abzasında mötərizə içərisində verilmiş "avtomobil nəqliyyatı vasitələri, o cümlədən taksi ilə sərnişin və yük daşımalarını, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən" sözləri "bu Məcəllənin 218.1.1-ci maddəsində göstərilən" sözləri ilə əvəz edilmişdir.


586 Bax: 382-ci istinad


587 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 219.1-ci maddədə "(bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa)" sözləri cıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:

219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi vergitutma obyektidir.
3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 219.1-ci maddədə “tərəfindən” sözündən sonra “(bu Məcəllənin 218.1-1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 219.1-ci maddədə mötərizə içərisində verilmiş "218.1-1" rəqəmi "218.1.1" rəqəmi ilə əvəz edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 219.1-ci maddəyə "gəlirlərin" sözündən sonra "(ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə)" sözləri əlavə edilmişdir.


588 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə Məcəlləyə 219.1.1-ci maddə əlavə edilmişdir.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 219.1-1-ci maddədə "218.1-1" rəqəmi "218.1.1.1" rəqəmi ilə əvəz edilmişdir.


589 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə Yeni məzmunda 219.1.2-ci maddə əlavə edilmişdir.


590 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə yeni məzmunda 219.1.3-cü maddə əlavə edilmişdir.


591 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 219.2-ci maddə çıxarılmış və 219.3-cü maddə müvafiq olaraq 219.2-ci maddə hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

219.2. Bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin vergiyə cəlb edilən dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən regionlar üzrə yükgötürmə qabiliyyətindən və oturacaq yerlərinin sayından asılı olaraq nəqliyyat vasitələrinin ayrı-ayrı növləri üzrə müəyyən olunmuş şərti dövriyyəyə uyğun olaraq müəyyən edilir.
15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 219.2-ci maddədə "ödəyən" sözündən sonra "(bu Məcəllənin 218.1.1.2- ci maddəsində göstərilən şəxslər istisna olmaqla)" sözləri əlavə edilmişdir.


592 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə Yeni məzmunda 219.2.1-ci maddə əlavə edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 219.2.1-ci maddəyə "hüquqi şəxslər" sözlərindən sonra "bu fəaliyyət üzrə" sözləri əlavə edilmişdir.


593 Bax: 382-ci istinad


594 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 220.1-ci maddədə "(bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa)" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:

220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır:

Bakı şəhərində 4 faiz

Digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz
3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 220.1-ci maddədə “sadələşdirilmiş vergi” sözlərindən sonra “(bu Məcəllənin 218.1-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyiciləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.


595 28 noyabr 2003-cü il tarixli 519-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 1) ilə 220.2-ci maddə çıxarılmış və 220.3-cü, 220.4-cü və 220.5-ci maddələr müvafiq olaraq 220.2-ci, 220.3-cü və 220.4-cü maddələr hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

220.2. Bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri 10 faiz dərəcəsi ilə vergi ödəyirlər.


596 19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2009-cu il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 506) ilə 220.5-ci maddədəki cədvəl yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

Daşınma növü

Sadələşdirilmiş verginin

tətbiq edildiyi ölçü vahidiSadələşdirilmiş verginin aylıq məbləği (manatla)Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə:



- 13-dək

- 13-dən 31-dək



- 31 və ondan yuxarı

Taksi ilə sərnişin daşınması

Yük daşınması

1 oturacaq yeri

1 ədəd nəqliyyat vasitəsi

1 ton yük götürmə qabiliyyəti

1,8 manat

21,6 misli + 13-cü yerdən başlayaraq, hər oturacaq yeri üçün 0,5 manat

30,6 misli + 31-ci yerdən başlayaraq, hər oturacaq yeri üçün 0,3 manat

9 manat

1 manat

597 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə Məcəlləyə 220.5-220.7-ci maddələr əlavə edilmişdir.


598 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 220.7-ci maddəyə ikinci abzas əlavə edilmişdir.


599 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə Yeni məzmunda 220.8-ci maddə əlavə edilmişdir.


600 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə yeni məzmunda 220.9-cu maddə əlavə edilmişdir.


601 Bax: 382-ci istinad


602 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 221.1-ci maddədə “sadələşdirilmiş verginin məbləği” sözündən sonra “(bu Məcəllənin 218.1-1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.

15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 221.1-ci maddədə mötərizə içərisində verilmiş "218.1-1" rəqəmi "218.1.1" rəqəmi ilə əvəz edilmişdir.




603 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə 221.3-cü maddədə “20-dək” sözləri “20-dən gec olmayaraq” sözləri ilə, “büdcəyə” sözü “dövlət büdcəsinə” sözləri ilə əvəz edilmişdir.


604 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 221.3-cü maddəyə ikinci abzas əlavə edilmişdir.
21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə 221.3-cü maddənin ikinci hissəsi yeni məzmunda verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.


605 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə yeni məzmunda 221.3.1-ci maddə əlavə verilmişdir.



606 3 dekabr 2004-cü il tarixli 792-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 12, maddə 980) ilə Məcəlləyə 221.4-cü maddə əlavə edilmişdir.


607 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə . 221.4.2-ci maddədə "218.1-1" rəqəmi "218.1.1.1" rəqəmi ilə əvəz edilmişdir.


608 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 221.4.7-ci maddədə "növbəti ay (aylar)" sözləri "öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il" sözləri ilə əvəz edilmişdir.


609 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 221.4.7-ci maddənin birinci abzasında "müraciətinə" sözü "nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə" sözləri ilə, ikinci abzasında "müraciətinə" sözü "ərizəsinə" sözü ilə əvəz edilmiş və maddəyə üçüncü və dördüncü abzaslar əlavə edilmişdir.


610 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 221.4.8-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

221.4.8. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsinin xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı”nın və “Xüsusi fərqlənmə nişanı”nın formaları və onların tətbiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


611 19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2009-cu il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 506) ilə 221.4.9-cu maddənin 1-ci abzasında “balansında” sözü “mülkiyyətində” sözü ilə, ikinci abzasında isə “avtomobil nəqliyyatı vasitələri sahiblərinin” sözləri “mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri” sözləri ilə əvəz edilmişdir.


612 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə 221.4.11-ci və 221.4.12-ci maddələr çıxarılmışdır.
Əvvəlki redaksiyalarda deyilirdi:

221.4.11. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları fəaliyyətindən başqa digər fəaliyyət növü ilə məşğul olan vergi ödəyiciləri tərəfindən əldə olunan gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

221.4.12. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin bu fəaliyyət növü üzrə zərərləri digər sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətlərinə aid edilmir.


613 21 oktyabr 2005-ci il tarixli 1028-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 17 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1081) ilə 221.4.13-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

221.4.13. Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla) avtomobil nəqliyyatı vasitələri üçün “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” alınmır. Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş bu cür avtomobil nəqliyyatı vasitələri barədə həmin nəqliyyat vasitələrinin sahibləri müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.


614 15 dekabr 2006-cı il tarixli 196-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1026) ilə yeni məzmunda 221.5-221.6-cı maddələr əlavə edilmişdir.


615 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293) ilə yeni məzmunda 221.7-ci maddə əlavə verilmişdir.



Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə