Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 173. İşçilərin haqq-hesab sənədləri



Yüklə 273,35 Kb.
səhifə143/323
tarix13.04.2022
ölçüsü273,35 Kb.
#85423
1   ...   139   140   141   142   143   144   145   146   ...   323
Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 173. İşçilərin haqq-hesab sənədləri
1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:

hesablanmış əmək haqqının ümumi məbləği;

əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;

əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;

faktik ödənilən məbləğ;

tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.208

4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.


Yüklə 273,35 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə