|
 Azərbaycan Respublikası Prezidentinin FərmanıMaddə 248. Yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatları
|
səhifə | 206/323 | tarix | 13.04.2022 | ölçüsü | 273,35 Kb. | | #85423 |
| Azərbaycan Respublikasının Əmək MəcəlləsiMaddə 248. Yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatları
Yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.
Maddə 249. İşə qəbul zamanı yol verilən yaş həddi
1. Yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.
2. ləğv edilmişdir257
Maddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.258
Dostları ilə paylaş: |
|
|