Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə14/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   10   11   12   13   14   15   16   17   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
22 
Azərbaycana verilməsi haqqında tarixə zidd uydurmalar barədə danışanda Azərbaycan tərəfi belə saxtakarlığa, 
Dağlıq Qarabağın heç vaxt Ermənistanın tərkibində olmadığı haqqında prinsipial məsələyə aydınlıq gətirməyə 
cəhd belə göstərmədilər.  
- Siz Qarabağın Rusiyaya birləşdirilməsinin nəticələrini 200 ildən sonra necə qiymətləndirirsiniz?  
-  Bilirsiniz,  bu  iki  yüz  ildə  Azərbaycanın  sərhədləri  xeyli  kiçilib.  Vaxtilə  Mirzə  Cəlil  "Molla  Nəsrəddin" 
jurnalında bu məsələyə toxunanda özünəməxsus yumorla yazırdı: "Görüm Uriseti xaraba qalsın, Uriset gələndən 
bəri  müsəlmanın  işi  düz  gətirmir".  Əlbəttə,  bu,  mayasına həqiqət  qatılmış  bir  yumor  idi.  Rusiyanın tərkibində 
Azərbaycan  böyük,  tarixi  bir  yol  keçib.  Lakin  bu  yolun  itkiləri  də  böyük  olub.  Dağlıq  Qarabağ  da  200  ildə 
Rusiyadan bizə qalmış sonuncu "yadigardır". XIX  əsrin əvvəllərindəki rus işğalları, XX  əsrin 20-ci illərindəki 
bolşevik  eksperimentləri,  80-ci  illərin  sonundakı  kommunist  avantürası  Azərbaycanı  Qarabağın  Dağlıq 
hissəsinin itirilməsi ilə üz-üzə qoyub. Qarabağa münasibətdə son 200 ilin tarixi yekunu bundan ibarətdir.  
-  Beynəlxalq  amilləri  nəzərə  almaqla  regionun  tarixini  öyrənən  bir  alim  kimi  Qarabağ  münaqişəsinin 
nizamlanması necə görürsünüz?  
- Bütün hallarda çıxış nöqtəsi kimi Azərbaycanın ərazi bütövlüyü və Qarabağın Dağlıq hissəsində yaşamış 
erməni və azərbaycanlı əhalisinin təhlükəsizliyi, hüquq və azadlıqlarının təminatı önə çəkilməlidir. Təəssüf ki, 
Minsk qrupu çərçivəsində, prezidentlər və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar heç bir nəticə 
vermir.  Son  12  ildə  Azərbaycanın  bir  qarış  torpağı  da  işğaldan  azad  olunmayıb.  Beynəlxalq  təşkilatlara  daxil 
olan zaman Azərbaycan öz üzərinə problemi dinc yolla həll edəcəyi haqda öhdəlik götürüb. Bu öhdəlik şübhəsiz 
ki,  Ermənistan  üçün  çox  sərfəlidir.  Bəlkə  ayrı  yollar  aramaq  lazımdır.  Məsələn,  ərazi  mübahisələrinin  həll 
olunması ilə bağlı beynəlxalq məhkəməyə müraciət etmək. Axı dünyada belə bir təcrübə var. Bu şərtlə ki, tarixi, 
hüquqi, siyasi baxımdan məsələyə ciddi hazırlaşasan. 1988-ci ildə Moskvada susduğumuz kimi, Haaqada sussaq 
heç  kəs  Qarabağ  haqqında  ədalətli  qərar  qəbul etməyəcək.  Lakin  qeyd  etmək  istəyirəm  ki,  dövlət  və  millətin 
maraqlarının müdafiəsi üçün bütün qüvvələrin birliyi lazımdır. İlk növbədə, vəzifəli şəxslər bu prosesdə liderlik 
məsuliyyətini öz üzərinə götürməlidir. Vaxtilə Fransada Jorj Klemenso baş nazir təyin olunanda Birinci Dünya 
Müharibəsindəki  cəbhə  xətti  Parisin  lap  yaxınlığından  keçirdi.  Onun  iki  qərarı  vəziyyəti  dəyişdi:  birincisi, 
düşmənlə  əməkdaşlıq  edənə  aman  yoxdur,  ikincisi,  yüksək  vəzifə  tutan  adamların  uşaqları  ön  cəbhədə 
vuruşmalıdır ki, nazir, hökumət və parlament üzvləri cəbhənin yükünü çiyinlərində hiss etsinlər. 
 
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
23 
Qarabağ Rusiya imperiyası tərkibində 
Çarizmin Qarabağda üsul-idarəsi. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi  
1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. Xan hakimiyyətinin 
hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırdı. 1806-cı ildə İbrahim xanın qətli Rusiyanın heç bir 
hüquqa  məhəl  qoymadığını  nümayiş  etdirirdi.  Belə  bir  şəraitdə  İbrahim  xanın  xanlığa  keçən  oğlu  Mehdiqulu 
xanın  hakimiyyəti  (1806-1822)  möhkəm  deyildi.  Çar  hökuməti  işğal  rejimini  gücləndirir,  xanlığın  ərazisində 
möhkəmlənmək  məqsədi  ilə  yerli  müsəlman  hakim  təbəqənin  iqtisadi  mövqelərini  zəiflətməyə,  əksinə  özünə 
arxa  sandığı  qriqorianlaşmış  və  erməniləşmiş  albanları  -  üstün  mövqeyə  çıxarmağa  çalışırdı.  Xanlıq  ləğv 
edildikdən  sonra  Şimali  Azərbaycanın  digər  yerlərində  olduğu  kimi,  burada  da  komendant  idarə  üsulu 
yaradılmış,  o,  Hərbi-müsəlman  dairəsinin  (mərkəz  Şuşa)  tərkibinə  daxil  edilmişdi.  Bu  dövrdə  Rusiya 
qoşunlarının  işğalçılıq  əməliyyatlarında  iştirak  edən  və  əslən  erməni  olan  general-leytenant  V.Q.Mədətov 
(1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə rejimi yaratmışdı. Çar hökuməti 1830-
cu  il  üsyanlarının  təsiri  nəticəsində  Cənubi  Qafqazda  1840-cı  il  10  aprel  inzibati-hərbi  islahatı  keçirdi.  Bu 
islahata  görə  Qarabağ  əyaləti  Şuşa  qəzasına  çevrilmiş  və  Kaspi  vilayətinə  (mərkəz  Şamaxı)  tabe  edilmişdi. 
Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.  
1846-cı  il  inzibati  ərazi  bölgüsü  zamanı  Şuşa  qəzası  yeni  yaradılmış  Şamaxı  quberniyasına  (1859-u  ildən 
Bakı)  tabe  edildi.  1867-ci  ildə  Yelizavetpol  quberniyası  yaradıldıqda  Şuşa  qəzası  onun  tərkibinə  verilir  və 
ərazisi bölünərək burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla Şuşa 
qəzası  da  vahid  inzibati-siyasi  idarəsini  itirir.  Belə  bir  inzibati  ərazi  bölgüsü  xüsusi  məqsədlə  həyata 
keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı.  
Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin 
erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən (Sənəd 3) sonra bu hal 
daha  müntəzəm  və  məqsədyönlü  xarakter  alır.  Ermənilərin  İrandan  Şimali  Azərbaycana  köçürülməsi  həmin 
müqavilənin XV maddəsilə təsdiq olunurdu. Həmin maddəyə görə şah öhdəsinə götürürdü ki, ölkədə yaşayan 
məmur  və  sakinlərə  bu  gündən  başlayaraq  öz  ailəsi  ilə  birlikdə  İran  vilayətindən  Rusiyaya  sərbəst  keçmək, 
hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı 
gömrük  və vergi qoyulmadan daşınan  əmlakını  aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmaz  əmlaka 
gəldikdə  isə,  onun  satılması  və  ya  onun  haqqında  öz  xoşuna  sərəncam  üçün  beş  illik  müddət  müəyyən  edilir. 
Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət 
işləmiş adamlara şamil edilmir. Yuxarıda göstərildiyi kimi, bu maddə İrandan ermənilərin kütləvi surətdə Şimali 
Azərbaycana, o cümlədən Qarabağa köçürülməsini təmin etmək üçün müqaviləyə daxil edilmişdi.  
1829-cu  il  Ədirnə  müqaviləsi  ilə  Osmanlı  imperiyasından  da  ermənilərin  yenicə  işğal  olunmuş  Şimali 
Azərbaycan  ərazilərinə  köçürülməsi  həyata  keçirilməyə  başlayır.  Ermənilərin  köçürülməsinin  əsas 
istiqamətlərindən biri Qarabağ torpaqları idi.  
Qarabağ  xanlığının  ləğv  edilməsi  zamanı  onun  əhalisinin  etnik  tərkibi  Qafqazdakı  rus  qoşunlarının  baş 
komandanı  A.P.Yermolovun  (1816-1827)  göstərişi  ilə  tərtib  olunan  "Təsvir"də  əksini  tapmışdır.  Hələ  bu 
sənədin  tərtibinə  qədər  (1805-1822)  Qarabağda  aparılmış  erməniləşdirmə  siyasətinə  baxmayaraq,  statistikanı 
(1593-cü ildən başlayaraq) müqayisə etsək, burada əhalinin əksəriyyətini yenə də azərbaycanlılar təşkil edirdi. 
"Təsvir"ə  görə  Qarabağ  əyalətində  olan  20.095  ailədən  15.729-u  azərbaycanlı  (1.111-i  şəhərdə,  14.618-i 
kənddə), 4366-sı erməni, o cümlədən alban idi (421-i şəhərdə, 3.945-i kənddə). Yeri gəlmişkən, bu ermənilərin 
böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermənilərin kütləvi şəkildə 
Qarabağa  köçürülməsi  nəticəsində  burada  yeni  erməni  kəndləri (Marağalı,  Canyataq  və  s.)  meydana  gəlməyə 
başlamışdı.  (Ermənilər  sonralar  köçürülmə  "şərəfinə"  Qarabağda  abidələr  ucaltmış,  lakin  XX  yüzilliyin  80-ci 
illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları dağıtmışdılar). Rəsmi məlumatlara əsasən, 
1828-1830-cu  illər  arasında,  cəmi  2  il  ərzində,  Şimali  Azərbaycana,  o  cümlədən  Qarabağa  İrandan  40  min, 
Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 
mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.  
 
Dağlıq Qarabağın Azərbaycan-alban əhalisinin qriqorianlaşması və erməniləşməsinin başa çatması 
Dağlıq Qarabağın alban əhalisinin qriqorianlaşması və erməniləşməsi yuxarıda qeyd olunduğu kimi, uzun 
sürən bir tarixi proses olmuşdur:  
1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban 
tayfaları olmuşdur;  
2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq dini yayılmışdı;  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə