Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə4/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   2   3   4   5   6   7   8   9   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 

Qarabağ ən qədim zamanlardan xanlıqlar dövrünədək 
(Ərəb xilafətinədək)  
 
Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. 
Bu  ərazidəki  Azıx  mağarasında  ən  qədim  insanların  yaşayış  məskəni  aşkar  edilmişdir.  Bu  yaşayış  məskəni 
Azərbaycanın,  o  cümlədən  Qarabağın,  Aralıq  dənizi  hövzəsi  və  Şərqi  Afrika  ilə  birlikdə  insanlığın  ilk 
vətənlərindən  biri  olduğunu  sübut  edir.  Azıx  mağarasının  tədqiqatçısı  Azərbaycan  alimi  M.Hüseynov  yazırdı: 
"Azıxda  öyrənilmiş  çay  daşı  alətləri  mədəniyyətləri,  Şərqi  Afrikanın  Olduvay  mədəniyyəti  kompleksi  ilə 
yaxınlıq  təşkil  edir.  Eyni  zamanda,  alətlərin  hazırlanmasında  fərqli  cəhətlər  də  vardır  ki,  bu  da,  Azıxın  alt 
təbəqələrindən aşkar  olunmuş  əmək  alətlərini  Quruçay  mədəniyyəti  adlandırmaq  imkanı  vermişdir…  Quruçay 
mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər". 
1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü 
tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı guman olunur. Qarabağda mustye mədəniyyəti daha 
çox  Tağlar  mağarası  ilə  təmsil  olunmuşdur.  Qarabağın  arxeoloji  cəhətdən  öyrənilməsinin  davam  etdirilməsi 
burada  daş  dövrünün  mezolit  və  eneolit  dövrlərinin  də  geniş  inkşaf  etmiş  olduğunu  müəyyənləşdirə  bilər. 
Eneolit  (e.ə.VI-IV  minilliklər),  tunc  və  ilk  dəmir  dövrlərində  (e.ə.  IV  minilliyin  sonu  -  I  minilliyin  əvvəli) 
Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-
Gədəbəy  mədəniyyəti  adı  almışdır.  Bu  dövrə  aid  Xocalı  qəbiristanlığı  arxeoloji  abidəsindən  üstündə  Aşşur 
(Assuriya) hökmdarı Adadnirariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu və digər tapıntılar bölgənin 
Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.  
Təsərrüfat  və  mədəni  həyatın  inkişafı  ilə  yanaşı  etno-siyasi  proseslər  də  davam  edir.  Azərbaycanın 
cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Manna Assuriya və Urartu ilə mübarizədə 
müstəqilliyini  qorumağa  nail  olur.  Şimali  Azərbaycan  torpaqları,  o  cümlədən  Qarabağ  ərazisi  Urartunun 
işğallarından kənarda qalır. Bu dövrdə, ümümiyyətlə Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi. 
Çox sanballı tədqiqatçılar, kollektiv monoqrafiyaların müəllifləri Zaqafqaziyanın siyasi tarixindən bəhs edərkən 
vahid fikir söyləyirlər: Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kənarda yerləşirdi. Qədim dövrdə və orta 
əsrlərdə  ermənilərin  kompakt  yaşadığı  ərazi  də  indiki  Ermənistan  SSR-in  hüdudlarından  uzaqda  idi.  Urartu 
dövlətinin  varlığına  son  qoyan  Midiya  dövləti  (e.ə.  672-550)  zamanı  vəziyyət  dəyişdi.  Midiya  Cənub-şərqi 
Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət Əhəmənilər dövründə də (e.ə. 550-330) davam etmişdi.  
Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi 
proseslər  yeni  mərhələyə  qədəm  qoydu.  Bunun  nəticəsi  idi  ki,  Makedoniyalı  İsgəndərin  qısamüddətli 
hakimiyyətindən  sonra,  onun  ölümü  ilə  imperiyası  parçalandıqda  Azərbaycanın  cənubunda  Atropatena, 
şimalında  isə  Albaniya  dövlətləri  yarandı.  (Son  dövrlərdə  Azərbaycan  tarixçiləri  Atropatenaşünaslıq  və 
Albanşünaslığı  yeni  elmi  əsərlərlə  zənginləşdirmiş,  uzun  zaman  erməni  müəllifləri  tərəfindən  qəsdən 
saxtalaşdırılmış  olan  bu  dövrün  elmi  əsaslarla  araşdırılmasına  böyük  töhfələr  vermişlər.  Onları  burada  xüsusi 
olaraq sadalamağa ehtiyac görmədik). E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə 
malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. 
Atropatena  ilə  eyni  zamanda  yaranmış  Albaniya  dövləti  təxminən  e.ə.  IV-  e.  VIII  əsrlərində  mövcud  olaraq, 
1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynadı. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin 
tərkibinə daxil idi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi 
istisnalarla  buna  nail  ola  bildi.  F.Məmmədovanın  Albaniya  dövlətinin,  o  cümlədən  onun  tərkib  hissəsi  olan 
əyalətlərin (Sakasena, Otena - Uti, Orxistena - Arsax, Araksena və s.) ərazisi və sərhədlərini tarixi dinamikada 
əks etdirdiyi 6 xəritəsi də bu fikri təkzibolunmaz surətdə təsdiq edir.  
Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar - uti, sovdey, qarqar 
və başqaları da alban tayfaları idilər.  
Ermənilərin  ilk  dəfə  Cənubi  Qafqazda  (Zaqafqaziyada)  peyda  olmaları  təxminən  e.ə.  II  əsrdən  sonralara 
təsadüf  edir.  Onların  regiona  daxil  olması  ilə  yerli  dövlətlərə  və  xalqlara  qarşı  təcavüzkar  fəaliyyətləri  də 
başlanır.  Bu  dövrdə  ermənilər  Kiçik  Asiyanın  şərqindəki  erməni  çarlığını  qondarma  "Böyük  Ermənistan" 
adlandırır  və  köçüb  məskən  saldıqları  bütün  əraziləri  erməni  torpaqları  elan  etməyə  cəhd  edirlər.  Roma 
imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxır, 
onlar  Romanın  vassalına  çevrilir.  Bu  vəziyyət  IV  əsrədək  davam  edir.  Belə  olduğu  halda  ermənilərin 
Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik 
deyil.  Halbuki  ermənilərdən  fərqli  olaraq  Azərbaycan-Albaniya  dövləti  müstəqil  siyasət  yeritməkdə  davam 
edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Tədqiqatçının yazdığına görə "mənbələrin tədqiqi 
və  I-IV  əsrlərdəki  gerçəkliklərin  öyrənilməsi  bizi  əmin  edir  ki,  Albaniyanın  cənub  sərhədi  Araz  çayı  boyunca 
keçmişdir".  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə