Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə8/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   4   5   6   7   8   9   10   11   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
15 
Üçüncü maddə 
 
Zati-aliləri  Şuşalı  və  Qarabağlı  İbrahim  xanın  bütün  Rusiya  imperatorlarının  və  onların  vəliəhdlərinin  öz 
üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən 
xan,  ondan  sonra  isə  böyük  oğlunun  və  bu  qayda  ilə  nəslin  yaşca  sonrakı  böyüyü  irsən  xanlığa  keçərkən 
Gürcüstan Baş Hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator 
fərmanından  ibarət  investitura  aldıqdan  sonra  Bütün Rusiya  imperiyasının  təbəəliyinə  sadiq  olmasına,  özü  və 
varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and 
içməlidirlər.  Andın  forması  traktata  əlavə  olunur  ki,  indi  hakim  olan  Şuşalı  və  Qarabağlı  İbrahim  xan  bu 
mərasimi  Gürcüstan  Baş  Hakiminin  və  bu  qətnaməni  başa  çatdıran  inf.—  gen.  knyaz  Sisianovun  iştirakı  ilə 
yerinə yetirsin. 
 
Dördüncü maddə 
 
Mən,  Şuşalı  və  Qarabağlı  İbrahim  xan,  mənim  və  varislərimin  Bütün  Rusiya  imperiyasına  sadiq 
təbəəliyimiz  və  həmin  imperiyanın  işıqlı  ali  və  yeganə  hakimiyyətini  qəbul  etməyimiz  haqda  mənim 
mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş Hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu 
hakimlərlə əlaqə saxlamamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı 
olanları  Baş  Hakimə  göndərməyə  və  ondan  icazə  istəməyə,  dəyəri  az  olanlar  haqda  isə  məlumat  verməyə  və 
Gürcüstan  Baş  Hakimi  tərəfindən  mənim  yanıma  təyin  edilmiş  şəxsə  məlumat  verməyə  və  onunla 
məsləhətləşməyə söz verirəm. 
 
Beşinci maddə 
 
İ.Ə.-i Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özunun ali və yeganə hakimiyyətinin tanınmasını 
razılıqla  qəbul  edərək,  özünün  və  varislərinin  adından  söz  verir:  1)  Həmin  ölkənin  xalqlarını  böyük  Rusiya 
imperiyasının  sakinlərindən  az  da  olsa  ayırmayaraq  öz  təbəələri  sayacaqdır.  2)  İbrahim  xan  zati-alilərinin  və 
onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində Hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 
3)  Daxili  idarəetmə  ilə  bağlı  hakimiyyət  işləri,  məhkəmə  və  divanxana  işləri,  bununla  yanaşı  ölkədən  yığılan 
gəlir zati-alilərin (xanın.—Red.) səlahiyyətində qalacaqdır. 4) Zati-alilərinin və onun sülaləsinin, eləcə də onun 
ölkəsinin  qorunması  üçün  Şuşa  qalasına  500  nəfərlik  Rusiya  qoşunu  qərargah  və  baş  zabitləri  ilə,  [habelə] 
toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş Hakimi şərait və ehtiyaca görə bu dəstəni 
gücləndirəcək və zati-alilərinin ölkəsini Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə 
müdafiə edəcəkdir. 
 
Altıncı maddə 
 
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1) istər 
indi,  istərsə  də  sonralar  yuxarıda  adı  çəkilən  qoşuna  lazım  olan  buğda  və  darı  yarmasını  [Gürcüstan]  Baş 
Hakiminin  müəyyən  etdiyi  qiymətlə  tədarük  edəcəyəm,  çünki  onların  Yelizavetpoldan  gətirilməsi  ya  çox 
çətindir,  ya  da  tamamilə  qeyri-mümkündür.  2)  Qoşunların  Şuşa  qalasında  yerləşməsi  üçün  qoşun  rəisinin 
bəyəndiyi  evləri  ayıracaq  və  lazımi  qədər  odunla  təmin  edəcəyəm.  3)  Şuşa  qalasına  Yelizavetpol  tərəfdən 
yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada 
gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə 
mənə verilməlidir. 
 
Yeddinci maddə 
 
İ.Ə.-nin  zati-aliləri  Şuşalı  və  Qarabağlı  İbrahim  xana  və  onun  varislərinə  böyük  ehtiram  və  mərhəmət 
əlaməti  olaraq  onu  və  varislərini  üzərində  Bütün  Rusiya  imperiyasının  gerbi  olan  bayraqla  təltif  edir,  bayraq 
onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi 
müharibəyə gedəndə özü ilə aparılmalıdır. 
 
Səkkizinci maddə 
 
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İ.Ə.-nin yüksək razılığı ilə özünün gəlirimdən həmişəki kimi istifadə 
etməyə icazəm olduğundan İ.Ə.-nin Tiflisdə yerləşən xəzinəsinə ildə 8.000 çervon bac verməyi öhdəmə alıram, 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
16 
bac  iki  müddətə,  yəni  bir  hissəsi  fevralın  1-də,  o  biri  hissəsi  isə  sentyabrın  1-də,  özü  də  bu  traktatın  İ.Ə, 
tərəfindən təsdiqi zamanı birinci hissənin, yəni 4.000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-
qanunu ilə and  içməklə  yanaşı,  mən  böyük  oğlum  Məmməd-Həsən-Ağanın  ikinci  oğlu  Şukurallahı  həmişəlik 
Tiflisdə yaşamaq üçün girov verməliyəm. 
 
Doqquzuncu maddə 
 
İ.Ə.  özünün  xüsusi  mərhəməti  ilə,  Tiflisdə  sədaqət  bildirmək  üçün  saxlanılmalı  olan  zati-aliləri  (xanın) 
nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir. 
 
Onuncu maddə 
 
Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır. 
 
On birinci maddə 
 
Bu  traktatın  İ.Ə.  tərəfindən  onun  dövlət  möhürü  vurulmuş  Ali  Fərmanı  ilə  təsdiqi  bu  sənədin 
imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır. 
Yuxarıdakıların  həqiqətə  uyğun  olduğunu  [bildirmək]  üçün  aşağıda  imza  edənlər  Yelizavetpol  dairəsinin 
düşərgəsində,  Kürək  çayı  yaxınlığında,  miladın  1805-ci  ilinin  yayında,  mayın  14-də,  (müsəlman  təqvimi  ilə 
1220-ci il səfər ayında) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular. 
 
 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə