Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə9/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   5   6   7   8   9   10   11   12   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
17 
Mayın 14-də Qarabağ faciəsinin 200 illiyidir 
(Kürəkçay müqaviləsi) 
 
200 il əvvəl - 1805-ci il mayın 14-də Kürəkçay sahilində Qarabağ hakimi İbrahim xan və rus qoşunlarının 
komandanı  general  Sisianov  "Andlı  öhdəlik"  imzaladılar.  Öhdəliyə  əsasən,  İbrahim  xan  və  onun  rəiyyəti 
"könüllü" olaraq Rusiya imperatorunun təbəəliyinə keçirdi. 
Beləliklə,  Qarabağ  da  daxil  olmaqla  əvvəlcə  çar,  sonra  sovet  Rusiyasının  tərkib  hissəsinə  çevrilən  Quzey 
Azərbaycanın  yeni  tarixi  başlandı.  Həm  çar,  həm  də  sovet  Rusiyasının  yürütdüyü  "parçala  və  hökm  sür" 
siyasətinin  Azərbaycan  xalqı  və  başqa  Qafqaz  xalqları  üçün  faciəvi  nəticələri  oldu.  12  ildir  dövlət 
müstəqilliyimizi bərpa etməyimizə baxmayaraq hələ də keçmişin acısını çəkirik. 
Bununla  əlaqədar  olaraq  «Turan»  İnformasiya  Agentliyinin  tarixçi  alim,  "Azərbaycan  beynəlxalq 
münasibətlər sistemində. 1918-1920-ci illər", "Cənubi Azərbaycan-soyuq müharibənin başlanması" kitablarının 
müəllifi, millət vəkili Cəmil Həsənlidən götürdüyü müsahibəni diqqətinizə çatdırırıq. 
- Bu il Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə müqavilə imzalanmasının 200 ili tamam 
olur. Bu sazişin bağlanması hansı şəraitdə həyata keçirilirdi və səbəbi nə idi?  
-  Bu  il  mayın  14-də  Kürəkçay  müqaviləsinin  və  Qarabağ  xanlığının  Rusiya  imperiyasının  asılılığına 
keçməsinin 200 ili tamam olur. Bu, mühüm bir tarixi hadisədir və bu hadisə bilavasitə Azərbaycanın Qarabağ 
xanlığına və Rusiyaya aiddir. Bir sıra rus və erməni alimləri, jurnalistləri, hətta siyasətçiləri bu hadisə ilə bağlı 
tarixi  həqiqətləri  saxtalaşdırmaqdan  çəkinməyərək  Qarabağın  guya  bir  erməni  vilayəti  olaraq  Rusiyaya 
birləşməsi haqqında yalanlar uydururlar. Axı, bu elə də uzaq keçmişin tarixi deyil və həmin dövrü özündə əks 
etdirən  çoxlu  sənədlər  mövcuddur.  Qarabağ  xanlığının  Kürəkçay  müqaviləsini  imzalamasının  və  Rusiya 
asılılığını qəbul etməsinin ermənilərə heç bir dəxli yoxdur. Həmin vaxtlar Qarabağda ermənilər o qədər az idilər 
ki, onlar siyasəti müəyyən edə bilməzdilər.  
Nadir şahın imperiyası dağıldıqdan sonra XVIII  əsrin 40-cı illərində Azərbaycanda təxminən 20-yə yaxın 
xanlıq  yaranmışdı.  Qarabağ  xanlığı  bunların  birincilərindən  və  ən  böyüklərindən  idi.  Həmin  dövrdə  yaranan 
Şəki  xanlığı,  Quba  xanlığı,  Bakı  xanlığı,  Gəncə  xanlığı,  Talış  xanlığı,  Dərbənd,  Şamaxı,  Naxçıvan,  İrəvan 
xanlıqları da bugünkü tarixi anlamda Azərbaycanın şimalında yaranmış müstəqil dövlət qurumları idi.  
Qarabağ  xanlığının  əsasını  Cavanşir  tayfasından  olan  Pənahəli  xan  qoymuşdu.  O,  1748-ci  ildə  Bayat 
qalasını tikdirdi və məşhur tarixçi Mirzə Camal Cavanşirin yazdığı kimi, "xan bütün ailəsini, qohumlarını və el 
böyüklərinin  əhli-əyalını  oraya  topladı".  Pənahəli  xan  Qarabağ  xanlığını  quranda  orada  xristian  azlığı,  yəni 
Duzaq,  Vərənd,  Xaçın  və  Çiləbörd  məliklikləri  vardı.  Xanlığın  130  min  əhalisi  içərisində  bu  məlikliklərin 
əhalisi siyasətə təsir göstərəcək qədər deyildilər. Qonşu xanlıqlarla olan müharibələr, xüsusilə Şəki xanlığı ilə 
baş vermiş "Bayat savaşı" Pənahəli xanın 1751-ci ildə Şuşa qalasını tikdirməsi ilə nəticələndi. Pənahəli xanın 
vəfatından sonra onun oğlu İbrahim xanın dövründə (1763-1806) Qarabağ xanlığı daha da gücləndi.  
XIX əsrin əvvəllərində Rusiya Qafqazla bağlı hələ I Pyotr dövründə hazırlanan, II Yekaterinanın dövründə 
əməli xarakter alan planlarını gerçəkləşdirməyə başladı. 1801-ci ildə Gürcüstan Rusiyaya qatıldı. 1803-cü ilin 
martında Car-Balakən tutulduqdan sonra Gəncə uğrunda döyüşlər başlandı. 9 aylıq mühasirədən sonra Gəncə 
təslim oldu. Gəncədən sonra növbə Şəki və Qarabağ xanlığının idi.  
Nəzərə almaq lazımdır ki, tez-tez İran şahlarının istilası ilə üzləşən bəzi Azərbaycan xanları qüdrətli Rusiya 
dövlətinin  timsalında  uzaq  bir  himayədara  elə  də  pis  baxmırdılar.  Onlar  elə  düşünürdülər  ki,  Peterburq  çox 
uzaqdadır  və  uzaq  himayədarın  yardımı  ilə  xanlar  öz  müstəqilliklərini  saxlayacaqlar.  Bu  səhvlər  ilk  növbədə 
onların Rusiya haqqında təsəvvürlərinin məhdudluğundan doğurdu.  
1804-cü  ildə  İranla  Rusiya  arasında  böyük  müharibənin  başlanması  Azərbaycanda  ağır  bir  vəziyyət 
yaratmışdı. Gəncə təslim olduqdan sonra rus qoşunlarının komandanı general Sisianov 1804-cü ilin əvvəllərində 
mayor  Lisaneviçi  Qarabağa  İbrahim  xanın  yanına  göndərərək  ondan  "Rusiya  təbəəliyinə  keçməyi  tələb  etdi. 
İbrahim  xan  xanlığı  qoruyub  saxlamaq  məqsədilə  Sisianovla  görüşməyə  razılıq  verdi.  1805-ci  ilin  mayında 
İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və kürəkəni Şəki hakimi Səlim xanla 
birlikdə Sisianovun Kürəkçay üzərində saldığı düşərgəyə gəldilər. May ayının 14-də Qarabağ xanı İbrahim xan 
tarixə  Kürəkçay  müqaviləsi  kimi  daxil  olmuş  "Andlı  öhdəliyə"  öz  möhürünü  basdı,  Sisianov  isə  öz  imzasını 
qoydu. Bütün hadisələr belə olub və göründüyü kimi burada heç bir erməni amili, erməni izi yoxdur.  
- Müqavilə tərəflərin qarşısında hansı şərt və öhdəlikləri qoyurdu?  
-  Kürəkçay  müqaviləsi  11  maddədən  ibarətdir.  Birinci  maddəyə  görə,  Qarabağ  xanı,  onun  varisləri  və 
xanlığın bütün əhalisi Rusiya çarının vassalı olmağa razılıq verirdi, Rusiya təbəəliyinə qəbul olunur və onların 
üzərinə  rus  çarına  sadiq  qalmaq  təhəddüdü  qoyulurdu.  İkinci  maddəyə  görə,  Rusiya  çarı  özünün  və 
vəliəhdlərinin  adından  zati  alilərinin  (İbrahim  xanın)  və  onun  varislərinin  ölkəsinin  (Qarabağ  xanlığının) 
bütövlüyünün  saxlanmasına  öz  imperator  zəmanətini  verirdi.  Dördüncü  maddəyə  görə,  İbrahim  xan  müstəqil 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə