Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
21
Kommunist Partiyasının Zakkraykomun plenumuna təqdim etdi. Zakkraykomun tövsiyəsi ilə Azərbaycan
Kommunist Partiyası 1923-cü il iyulun 1-də Qarabağın dağlıq hissəsinin qalan hissədən ayırıb ora muxtariyyət
hüququ verdi. İyulun 7-də həmin qərar elan edildi və Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı.
Göründüyü kimi,
bu termini və bu bəlanı Azərbaycana kommunistlər gətirdilər.
- Ermənistanın Dağlıq Qarabağa iddiaları ilə bağlı Azərbaycan-Ermənistan münaqişəsindən qaçmaq
mümkün idimi?
- Təəssüflər olsun ki, Dağıq Qarabağ Muxtar Vilayətinin yaranması da daxil olmaqla bütün sonrakı dövrdə
Azərbaycan rəhbərliyi bu məsələyə münasibətdə ciddi səhvlərə yol verib. Aydın, düşünülmüş, əsaslandırılmış
mövqe nümayiş etdirmək əvəzinə Azərbaycan rəhbərliyi xırda istisnalarla bir qayda olaraq ermənilərin
iddialarına münasibətdə təslimçi və barışdırıcı mövqe tutmağa üstünlük verib. Məsələn, 60-cı illərdə
Ermənistandan gələn emissarlar Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində imza toplamağa cəhd
göstərmişdilər. 1961-ci ildə Nikita Xruşovun Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi ilə bağlı
Yerevana səfəri gözlənilirdi. Erməni rəhbərliyi belə bir şayiə yayırdı ki, guya, Xruşov "hədiyyə" ilə gəlir və
1954-cü ildə Ukrayna-Rusiya uniyasının 300 illiyi münasibətilə Krımı Ukraynaya verdiyi kimi Dağlıq Qarabağı
da Ermənistana verəcək. Yeri gəlmişkən, Yerevanın bu niyyəti ona görə baş tutmadı ki, həmin dövrdə Qarabağ
erməniləri belə avantürist məqsədlər üçün imza verməkdən imtina etdilər. Bunun əvəzində isə Ermənistan
rəhbərliyi orada yaşayan azərbaycanlı əhali üçün dözülməz vəziyyət yaratdı. Uydurma erməni genosidinin 50
illiyi ilə bağlı Ermənistanda yaşayan azərbaycanlıların 1965-ci ilin mart ayında Leonid Brejnevə və Andrey
Qromıkoya göndərilən anonim məktublarında bildirilirdi ki, "hazırda Ermənistan partlayıcı maddə ilə
doldurulmuş və ilk qığılcımdan alışmağa hazır nəhəng kürəyə bənzəyir". Məktub müəllifləri "genosid" günü
Ermənistanda yaşayan türklərin qətlə yetirilmək təhlükəsi barədə yazırdılar. 1977-ci ildə SSRİ-nin yeni
konstitusiyasını qəbul edərkən Ermənistan rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini
yenidən qaldırdı. Lakin Azərbaycan hakimiyyətinin qəti etirazı nəticəsində bu iddialar rədd olundu.
Yəni, Sovet hakimiyyətinin bütün dövründə Ermənistan rəhbərliyi ermənilərin qonşu xalqlara nifrətini,
məcazi mənada desək, kökdə saxlaya bilib. Bizdə isə 1981-ci ilin iyununda Azərbaycan SSR Ali Soveti Dağlıq
Qarabağın Muxtar Vilayətinin statusu haqqında qanun qəbul edərkən ciddi səhvlərə yol verdi. Həmin dövrdə
SSRİ-də muxtar qurumlar üçün nəzərdə tutulmayan hüquqlar 1981-ci il 24 iyun qanunu ilə müstəsna olaraq
Dağlıq Qarabağa verildi. Məsələn orada deyilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət Sovetinin
razılığı olmadan onun inzibati ərazi quruluşunda dəyişiklik edilə bilməz. Əlavə olaraq Dağlıq Qarabağa daha iki
imtiyaz verilmişdi. Rusiya Federasiyasında olan muxtar vilayətlərin heç birinin belə imtiyazları yox idi.
Heydər Əliyev Moskvaya getdikdən sonra respublikaya bir-birinin ardınca zəif adamların rəhbərlik
etməsindən ermənilər bacarıqla istifadə edə bildilər. Azərbaycan rəhbərləri bir qayda olaraq Moskvanın onları
millətçilikdə ittiham etməsindən çox ehtiyat etdiklərindən Yerevanın Qarabağdakı əməllərinə göz yumurdu və
bu da ideoloji baxımdan Qarabağ ermənilərinin bir hissəsinin Ermənistanın nəzarətinə düşməsi ilə nəticələndi.
Əlbəttə ki, 1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ermənilərin iddialarının aktivləşməsində
mühüm rol oynadı. Mən Siyasi Büronun iclaslarının stenoqramları ilə tanış olduqda gördüm ki, Qorbaçov
ermənipərəstliyə hələ hakimiyyətə gəlməmişdən əvvəl başlayıb. Konstantin Çernenko xəstə olanda Qorbaçov
partiyada ikinci adamıydı idi ki, Katibliyin və Siyasi Büronun iclaslarını aparırdı.
Diqqət yetirin, 1985-ci il fevralın 21-də Sov. İKP Mərkəzi Komitəsinin katibliyinin qərarı ilə "Erməni
genosidinin 70 illiyi ilə əlaqədar tədbirlər haqqında" məsələ Siyasi Büronun iclasına çıxarılmışdı. Məqsəd 24
apreli "Genosid qurbanlarının xatirə günü" elan etmək üçün Siyasi Büronun qərarını əldə etmək idi. Lakin
Siyasi Büronun təcrübəli üzvlərindən olan Tixonov, Qromıko, Qrişin, Zimyanin məsələnin əleyhinə çıxdılar.
Qrişin dedi: "70 il biz Respublika Ali Şurası Prezidiumunun bu məsələ ilə bağlı qərarı olmadan keçinirdik, indi
isə qərar qəbul etmək təklif olunur. Bunu nəyə görə etmək lazımdır? Mən ümumilikdə xatirə günü haqqında
respublika qərarının qəbul olunmasının vacibliyinə böyük şübhə ilə yanaşıram". Qromıko isə qeyd etdi ki, "bu,
Türkiyə Sultanlığının və Rus çarizminin çirkin cinayəti idi. Lakin məlum olduğu kimi, 6 il ərzində
respublikamıza başçılıq edən Leninin hakimiyyəti zamanı, genosidlə bağlı bu kimi məsələlər meydana
çıxmırdı".
Tixonov isə bildirdi ki, "Ermənistan Kommunist partiyasının Mərkəzi Komitəsinin
təklifini oxuyanda
çox narahat oldum. Bizim Türkiyə ilə münasibətlərimiz təzəcə yoluna düşməyə başlayıb".
O zaman Qorbaçovun
ermənipərəst avantüralarının qabağını almaq mümkün idi, lakin o baş katib olandan sonra bu mümkün olmadı.
Nəticədə erməni separatizmi Kremldən böyük dəstək gördü və 1989-cu il dekabrın 1-də beynəlxalq hüquqa,
SSRİ konstitusiyasına və qanunlarına zidd olaraq Ermənistan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistana birləşdirilməsi, yəni ilhaq edilməsi haqda qanun qəbul etdi. Bu qanun hələ də ləğv edilməyib. Bu
hadisələr başlayanda Azərbaycana rəhbərlik edən şəxslər buna hazır deyildilər. Məsələn, 1988-ci ilin iyulun 18-
də SSRİ Ali Soveti Rəyasət heyəti məsələni müzakirə edəndə Azərbaycan tərəfi son dərəcə məsuliyyətli iclasa
problemin tarixini öyrənmədən və yaxşı bilmədən getmişdi. Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayəti
nümayəndələri həmin iclasda guya 1921-ci ildə Dağlıq Qarabağın Ermənistandan mexaniki olaraq qoparılıb