Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə36/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   32   33   34   35   36   37   38   39   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
60 
qıra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 20 
Yanvar  qırğınının  səri  günü  Moskvadakı  Azərbaycan  nümayəndəliyinə  gəlib  sovet  rəhbərliyinin  cinayət 
əməllərini  qətiyyətlə  ifşa  edən  Heydər  Əliyev  Azərbaycan  xalqının  bu  ədalətli  mübarizəsinin  -  Qurtuluş 
savaşının  önünə  keçdi.  1991-ci  il  avqustun  30-da  Azərbaycan  SSR  Ali  Soveti  dövlət  müstəqilliyinin  bərpa 
edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul 
olundu.  Dağlıq  Qarabağın erməni  separatçıları  da  yaranmış  vəziyyətdən  istifadə  edərək  siyasi  təşkilatlanmanı 
davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun 
yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etmiş, noyabr ayının 
26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunmuşdu.  
1991-ci  ilin  sonlarında  SSRİ-nin  dağılması  ilə  keçmiş  sovet  məkanında  yeni  geosiyasi  şərait  yarandı. 
Ermənistan,  faktiki  olaraq,  Azərbaycana  qarşı  açıq  və  ədalətsiz  müharibəyə  başladı.  Ermənistanın  hərbi 
birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-
terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.  
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
61 
Azərbaycana qarşı elan olunmamış müharibə 
 
1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları 
və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ 
Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. 
Aydındır ki, Moskvanın razılığı olmadan Rusiya hərbi qüvvələri bu addımı ata bilməzdilər! Bununla, 1917-ci 
ilin  fevralında  çar  hökumətinin  yıxılması  nəticəsində  meydana  gələn  tarixi  şəraitə  bənzər  vəziyyət  SSRİ-nin 
dağılmasından sonra,  yenidən  təkrar  olundu.  Sovet  ordusu sıralarında  qulluq  edən  erməni  zabitləri  və  keçmiş 
sovet  hərbi  hissələri  azərbaycanlılara  qarşı  birləşdilər  və  vahid  cəbhədə  hərbi  əməliyyata  başladılar. 
(Azərbaycan  xalqına  qarşı  1918-ci  ilin  Mart  soyqırımında  olduğu  kimi!).  Əvvəlcə  Dağlıq  Qarabağın 
azərbaycanlı  yaşayış  məskənlərinin  işğalına  başlandı.  1992-ci  il  yanvarın  15-də  Kərkicahan,  fevralın  10-da 
Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə 
məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış Azərbaycan könüllülərinin Daşaltı əməliyyatı uğursuz oldu. 
Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-
dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 
366-cı  motoatıcı  polkunun  əsgərləri  ilə  birlikdə  azərbaycanlılara  qarşı  dəhşətli  soyqırımı  törətdi.  Bu  İkinci 
Dünya  müharibəsində  faşizmin  törətdiyi  dəhşətli  qırğınlardan  sonra  müasir  dövrdə  erməni  separatçıları-
terrorçuları  ilə  birlikdə  Ermənistan  hərbi  qüvvələrinin  insanlığa  qarşı  törətdiyi  ən  kütləvi  və  ən  dəhşətli 
soyqırımıdır.  Azərbaycanın  ərazi  bütövlüyünə  və  onun  xalqına  qarşı  çevrilmiş  bu  müharibədə  Azərbaycan 
rəhbərliyinin  öz  xalqının  deyil,  Moskvanın  mövqeyini  müdafiə  etməsi  onu  nüfuzdan  saldı.  Xalq  hərəkatının 
daha  da  gücləndiyi  şəraitdə  1992-ci  ilin  martında  respublikaya  rəhbərlik  edən  A.Mütəllibov  istefa  verdi. 
Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi.  
1992-ci  ilin  mayında  erməni  və  rus  hərbi  birləşmələri  Şuşanı  da  ələ  keçirdilər.  Bununla  da  faktiki  olaraq 
ermənilər  bütün  Dağlıq  Qarabağın  ərazisini  işğal  etdilər.  Növbəti  addım  Dağlıq  Qarabağı  Ermənistanla 
birləşdirən  Laçın  rayonunun  işğalı  oldu.  Bakıda  hakimiyyət  uğrunda  çəkişmələrin  kəskinləşməsindən  istifadə 
edən  ermənilər  Laçını  da  tutdular.  Azərbaycan  Xalq cəbhəsinin  hakimiyyəti  (1992  may-1993  iyun)  dövründə 
davam  edən  yeni  hakimiyyət  çəkişmələri  respublikanın  müdafiəsinə  ağır  zərbə  vurdu.  1993-cü  ilin  aprelində 
Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev 
hakimiyyətə gəldi. Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirərək 1993-cü ilin iyul-oktyabr ayları 
arasında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi.  
Ermənilər  işğal  etdikləri  torpaqları  "viran  qoymaq"  taktikasına  əl  atmışdılar.  Müharibədə  20  min 
azərbaycanlı  şəhid  olmuş,  100  min  nəfər  yaralanmış,  50  min  nəfər  əlil  olmuşdu.  Qaçqın  və  köçkünlərin  sayı 
milyonu  keçmişdi.  Rəsmi  məlumata  görə,  erməni  işğalçıları  tərəfindən  4.852  nəfər  azərbaycanlı,  o  cümlədən 
323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını 
beynəlxalq  humanitar  təşkilatlardan  gizlədir,  onlarla  qeyri-insani,  amansız  rəftar  edir,  qul  kimi  işlədir,  təhqir 
edir, alçaldırdılar.  
Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının 
ermənilər  tərəfindən  işğal  olunduğunu  Birləşmiş  Millətlər  təşkilatı  (BMT)  təsdiq  etdi.  BMT  Təhlükəsizlik 
Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 
853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər.  
Ermənistan  işğalçılarına  qarşı  mübarizədə  Azərbaycanın  hərbi-iqtisadi  və  insan  qüvvələrinin  səfərbər 
edilməsinə  böyük  ehtiyac  var  idi.  Bu  məqsədlə  Heydər  Əliyev  noyabrın  2-də  televiziya  və  radio  ilə  xalqa 
müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara 
qarşı  ədalətli  mübarizəsində  dönüş  yaratmaq  mümkün  oldu.  Noyabrın  ortalarında  Ermənistan  silahlı 
qüvvələrinin  Beyləqan  istiqamətində  hücumu  dayandırıldı.  Azərbaycan  ordusunun  müvəffəqiyyətli 
əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 
kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, 
Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı 
yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-
Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli 
texnika,  15  artilleriya  qurğusu  və  s.  itirdi.  Azərbaycanın  müharibədə  dönüş  yaratmaq,  işğal  olunmuş  Vətən 
torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri 
də  ciddi  təşvişə  saldı.  Ermənistanın  himayəçilərinin  onu  hərbi  cəhətdən  daha  da  möhkəmləndirilməsi,  müasir 
silahlarla  təmin  olunması,  bölgədə  irticaçı  qüvvəyə  çevrilməsi  xətti  daha  da  gücləndirildi.  Azərbaycan 
Respublikası  belə  bir  şəraitdə  1994-cü  il  mayın  8-də  Bişkek  protokolunu  imzaladı.  Azərbaycanın  düşmən 
üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə