Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

28 



tarixini nəzərə almadan, onu tarixilik baxımından təhlil etmədən milli bayrağımızdakı rənglərin, eləcə də digər 

simvolların məna və funksiyalarını gərəyincə açmaq, onları yetərincə düzgün dəyərləndirmək mümkün deyildir. 

Lakin  bayrağımızdakı  rənglər  düzümünün  və  digər  simvolların  məna  açımında  çoxsaylı  yanlışlıqlara, 

hətta  uydurmalara,  fərziyyələrə  də  rast  gəlirik.  Bu  cür  müxtəlifliyi  aradan  qaldırmaq  məqsədilə  Azərbaycan 

milli bayrağım yaradanların, həmçinin XX əsrin əvvəllərində, xüsusən 1918-1920-ci illərdə bu məsələ ilə bağlı 

mülahizələr söyləmiş fikir, sənət və siyasət adamlarının dediklərini yada salmaq və onların işığında məsələnin 

şərhini vermək daha faydalı və düzgün olardı. 

XIX  əsrin  əvvəllərində  Azərbaycanın  İran  və  Rusiya  tərəfindən  parçalanması,  onun  şimalının  Rusiya 

əsarəti altına düşməsi nəticəsində nəinki «Azərbaycan» sözü xəritələrdən və tarix kitablarından silinmişdi, hətta 

azərbaycanlıların  milli  mənsubiyyəti  unutdurulmuş,  milli  mənliyi  tapdalanmış,  milli,  dini  dəyərlərini  –  islamı 

inkişaf  etdirmək  əvəzinə,  süni  olaraq  sünni-şiə  məsələsi  ortaya  atılmış,  nəticədə  qədim  tarixə,  zəngin 

mədəniyyətə malik olan Azərbaycan türklərinə qarşı mənəvi və fiziki terror, soyqırımlar başlanmışdı. Bu tarixi 

haqsızlığı və ədalətsizliyi dərindən duyan Azərbaycan ziyalıları XIX əsrin ikinci yarısından başlayaraq ara-sıra 

etiraz  səslərini  yüksəltməyə  başlasalar  da,  bu  proses  XX  əsrin  əvvəllərində  artıq  milli  azadlıq  və  istiqlal 

mübarizəsinə  çevrildi.  Azərbaycanın  böyük  mütəfəkkir  insanlarında  baş  qaldıran  milliyyətçilik,  istiqlalçılıq, 

müstəqillik,  azadlıq,  azərbaycançılıq,  müasirlik,  Qərbçilik,  Şərqçilik  ideyalarının  sistem  xarakter  almasında  o 

dövrün  mətbuat  orqanlarının,  xüsusən,  «Həyat»  qəzetinin,  «Molla  Nəsrəddin»  və  «Füyuzat»  jurnallarının 

müstəsna rolu olmuşdur. Azərbaycanda milli istiqlalın oyanışına, milli kökə qayıdışda, milli mənlik şüurunun 

dirçəlişində,  milliyyətçilik,  Qərbçilik  ideyalarının  intişarında  Osmanlı  imperiyasında  XIX  əsrin  ortalarından 

başlanan  tənzimat  («islahat»)  hərəkatının,  eləcə  də,  «Dildə,  fikirdə,  işdə  birlik»  şüarı  ilə  türkçülüyü,  «üsuli-

cədid  məktəbləri»  ideyası  ilə  avropalaşmağı  təbliğ  edən  və  35  il  (1883-1918-ci  illər)  fasiləsiz  olaraq  Krımda 

İsmayıl  Qaspıralının  (Qasprinskinin)  redaktorluğu  ilə  nəşr  edilmiş  «Tərcüman»  qəzetinin  də  müsbət  təsiri 

olmuşdur. Dövrün qabaqcıl mətbuatı ətrafında toplaşan fikir, sənət və siyasət adamları milli azadlıq və istiqlal, 

milli  oyanış  və  qurtuluş, milli  ənənələrə  və  soykökünə  bağlılıq,  milli tərəqqi, milli  mənəvi  və  dini  dəyərlərin 

dirçəlişi, müasir dünya mədəniyyəti və demokratiyasına qovuşmaq, ondan milli təkamüldə yararlanmaq və s. bu 

kimi  ümummilli  ideyalar  irəli  sürür,  onları  milli  istiqlalın  və  müstəqil  Azərbaycan  milli  ideologiyasının  əsas 

təməl prinsipləri hesab edirdilər. 

Bu ideyaları irəli sürən və onun gerçəkləşməsi yolunda milli istiqlal savaşına, milli qurtuluş mücadiləsinə 

başçılıq edənlər Əli bəy Hüseynzadə (1864-1940), Əhməd bəy Ağaoğlu (Ağayev) (1869-1939), Əlimərdan bəy 

Topçubaşi (Topçubaşov) (1865-1934), Məmməd Əmin Rəsulzadə (1884-1955) və başqaları idi. 

Bu gün müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli 

istiqlal ideologiyamızın üç təməl prinsipini ifadə edən «Türkçülük, islamçılıq və müasirlik» düsturunun müəllifi 

görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. 

Həqiqətən,  Ə. Hüseynzadə  1905-ci  ildə  Bakıda  ana  dilində  nəşrə  başlayan  «Həyat»  qəzetində 

(Ə. Hüseynzadə və Ə. Ağaoğlu qəzetin redaktorları, Ə. Topçubaşi naşiri, H.Z. Tağıyev hamisi idi) hissə-hissə 

çap  olunan  və  ilk  dəfə  milli  istiqlal  mübarizəmizin  siyasi  proqramını  verən  «Türklər  kimdir  və  kimlərdən 

ibarətdir?» adlı çox qiymətli əsərində və bir sıra silsilə məqalələrində «türkləşmək, islamlaşmaq, avropalaşmaq» 

siyasi-ideoloji  modelini  irəli  sürdü.  Onun  fikrincə,  türkləşmək  –  milli  ənənələrin  dirçəlməsi,  milli  dilin, 

ədəbiyyatın,  tarixin  və  mədəniyyətin  yüksəldilməsi,  islamlaşmaq  –  islamda  milli  dini-əxlaqi  və  ümumbəşəri 

dəyərlərin inkişaf etdirilməsi, avropalaşmaq isə öz millətinə xor baxmaq və  kafirləşmək deyil, Avropa elm və 

texnikasının nailiyyətlərini öyrənib onun nəticələrinin öz milli mədəniyyətinin, elminin inkişafına yönəldilməsi, 

Qərb  demokratiyası  ənənələrindən  istifadə  olunması  deməkdir.  Başqa  sözlə,  Əlibəy  Hüseynzadə  belə  hesab 

edirdi  ki,  azərbaycanlıların  millət  məfkurəsi  türkləşmək,  dini  məfkurəsi  islamlaşmaqdırsa,  iqtisadi,  mədəni, 

siyasi  məfkurəsi  avropalaşmaq  olmalıdır.  Ə. Hüseynzadənin  «türkləşmək,  islamlaşmaq,  avropalaşmaq»  milli 

istiqlal  və  ideoloji  mübarizə  prinsipi  az  sonra  böyük  türk  alimi  və  ideoloqu  Ziya  Göyalpın  1913-cü  ildə 

İstanbulda «Türk yurdu» dərgisində çap etdirdiyi «Türkləşmək, islamlaşmaq və müasirləşmək» başlıqlı silsilə 

məqalələrində geniş və hərtərəfli müdafiə olunur, irəli sürülən ideyalar daha da inkişaf etdirilir.  

Lakin  Ziya  Göyalp  həmin  modeli  («türkləşmək,  islamlaşmaq,  müasirləşmək»)  sosioloji  baxımdan 

«Millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!» anlamını verən «Türk millətindənəm, İslam ümmətindənəm, 

Batı mədəniyyətindənəm» şəklində formula etmişdir ki, bu əslində Ə. Hüseynzadənin məlum düsturunun sadəcə 

açılışından ibarət idi. 

Əlibəy Hüseynzadə tərəfindən irəli sürülən, Ziya Göyalp tərəfindən əsaslı şəkildə müdafiə edilərək inkişaf 

etdirilən  «türkləşmək,  islamlaşmaq  və  müasirləşmək»  modeli  sonralar  Azərbaycan  milli istiqlal  mübadiləsinin 

ideoloqu  M.Ə. Rəsulzadə  tərəfindən  milli  azadlıq  hərəkatının  siyasi  ideoloji  prinsipi  səviyyəsinə  qaldırılmış, 

müstəqil Azərbaycanın istiqlal və azadlıq rəmzi olan üçrəngli milli bayrağımızın yaranması ilə nəticələnmişdir.  



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə