Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   2   3   4   5   6   7   8   9   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Azərbaycan Respublikasının dövlət rəmzləri və atributları ilə bağlı  

Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasından çıxarışlar 

 

Maddə 8. Azərbaycan dövlətinin başçısı 

I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici 

münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. 

II.  Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  xalqının  vahidliyini  təcəssüm  etdirir  və 

Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. 

III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. 

IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. 



 

*** 

 

Maddə 19. Pul vahidi 

I. Azərbaycan Respublikasının pul vahidi manatdır.  

II.  Pul  nişanlarının  tədavülə  buraxılması  və  tədavüldən  çıxarılması  hüququ  yalnız  Mərkəzi  Banka 

mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. 

III.  Azərbaycan  Respublikasının  ərazisində  manatdan  başqa  pul  vahidlərinin  ödəniş  vasitəsi  kimi 

işlədilməsi qadağandır. 

 

*** 

 

Maddə 21. Dövlət dili 

I.  Azərbaycan  Respublikasının  dövlət  dili  Azərbaycan  dilidir.  Azərbaycan  Respublikası  Azərbaycan 

dilinin inkişafını təmin edir. 

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. 

 

*** 

 

Maddə 22. Paytaxt 

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.  



 

*** 

 

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri 

I.  Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan 

Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. 

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, 

orta  zolaq  qırmızı,  aşağı  zolaq  yaşıl  rəngdədir  və  qırmızı  zolağın  ortasında bayrağın  hər iki  üzündə  ağ  rəngli 

aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 

III.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  və  Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsviri, 

Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir. 

 

*** 


 

Maddə 75. Dövlət rəmzlərinə hörmət 

I.  Hər  bir  vətəndaş  Azərbaycan  Respublikasının  dövlət  rəmzlərinə  –  bayrağına,  gerbinə  və  himninə 

hörmət etməlidir. 

II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş  məsuliyyətə səbəb 

olur. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



Ümumi məlumat 

 

Hər  bir  ölkənin  tarixi  və  dövlətçilik  ənənələri  onun  rəmzlərində  və  atributlarında  öz  əksini  tapır. 



Azərbaycan  Respublikasının  bayrağı,  gerbi  və  himni  Azərbaycan  dövlətinin  müstəqilliyini  təcəssüm  etdirən 

müqəddəs rəmzlərdir.  

Bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını lakonik, obrazlı və bədii 

dildə ifadə edən mühüm amillərdəndir.  

Hələ qədim  zamanlardan başlayaraq bütün dövlətlərin özünəməxsus fərqləndirici  əlamətləri – simvol və 

rəmzləri  olmuşdur.  Bunlar  müxtəlif  emblem,  bayraq,  gerb,  medal  və  sairdən  ibarət  olmuşdur.  Azərbaycanın 

dövlətçiliyi  təşəkkül  tapdıqdan  sonra  onun  yaradıcıları  dövlətin  milli  əlamətlərini  əks  etdirəcək  özünəməxsus 

rəmzlərinin  təxirə  salınmadan  yaradılması  tədbirlərinə  əl  atmışlar.  Bu  tədbirlər  sırasında  ilk  növbədə  gözəl 

təsvirli və çoxmənalı bayrağın qəbul edilməsini xüsusilə qeyd etmək lazımdır. Dövlətin mühüm atributlarından 

sayılan  himnin  və  gerbin  layihələri  də  hazırlanmış,  lakin  rus  işğalçılarının  ölkəyə  müdaxiləsi  üzündən  təsdiq 

edilməsinə imkan olmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də 

işlənilib hazırlanmışdır. Arxivlərdə təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Lakin bir çox 

sənədlər  sovet  hakimiyyəti  illərində  məhv  edildiyindən  dövlət  rəmzləri  və  atributları  haqqında  məlumatlar 

dolayı mənbələrdən əldə edilir. 

Keçmişdə  xalqımızın  maddi,  mənəvi  və  bədii  mədəniyyətinin  zənginliyini,  rəngarəngliyini  ifadə  edən 

heraldika  və  rəmzlər  sistemi  mövcud  olmuşdur.  Məsələn,  folklor  və  ədəbiyyatda,  arxeoloji,  etnoqrafik, 

dekorativ  və  təsviri sənət  abidələrində  at,  maral,  qurd,  şir,  əjdaha, 

qartal,  simurq,  tovuz  və  s.  bu  kimi 

heyvan və quşların, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi 

ağac  və  çiçəklərin  təsvirləri,  həndəsi  və  nəbati  naxışlarda  həkk 

olunmuş  obrazları  simvolik  məna  kəsb  etmiş,  milli  təfəkkürü, 

xalqın  bədii  zövqünü,  estetik  və  əxlaqi  təsəvvürlərini  əks  etdirən 

rəmzi  mahiyyət  daşımışdır.  Təsadüfi  deyildir  ki,  Azərbaycan 

xalqının  qəhrəmanlıq  tarixi,  azadlıq  və  istiqlaliyyət  naminə 

mübarizəsi,  milli  dövlətçilik  meylləri,  gözəllik  anlayışları  qədim 

mifoloji  təsəvvürlərdə,  folklor  qaynaqlarında,  feodalizm  dövrü 

dövlət  qurumlarının  bayraq,  nişan,  emblem  və  digər  rəmzlərində 

ifadə olunmuşdur. 

Tarixi mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində 

yerləşən  dövlətlərin  müxtəlif  rəmzləri,  həndəsi  və  nəbati  ornamentlərdən,  quş  və  heyvan  təsvirlərindən  ibarət 

nişan  və  emblemləri,  ərəb  hərfləri  ilə  yazılmış  xəttatlıq  nişanələri  –  “tuğra”ları  olmuşdur.  Məsələn,  görkəmli 

dövlət xadimi, sərkərdə və istedadlı şair Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Azərbaycan Səfəvilər dövlətinin 

12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdur. Bununla yanaşı, “Qırmızı taclı” 

“qızılbaş şahı”nın özünəməxsus gerbi də olmuş – “Simurq quşu ilə əjdahanın döyüşünü” təsvir edən “tuğra”sı 

dövlətin rəsmi rəmzi, bir növ emblemi mahiyyətini daşımışdır. 

Hökmdarlara  məxsus  belə  rəmzlər  Azərbaycanda  müstəqil  və  yarımmüstəqil  kiçik  dövlət  qurumları 

sayılan xanlıqlar dövründə də geniş yayılmışdı.  

XIX  əsrdə  Azərbaycanda  Rusiya  imperiyasının  hökmranlığı  zamanı  Bakı,  Gəncə,  Şamaxı,  Quba, 

Dərbənd,  İrəvan  və  digər  Azərbaycan  şəhərlərinin  gerbləri  təsdiq  olunmuş  və  bunlar  maddi  mədəniyyət 

abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar. 

Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası üzərində daş lövhədə həkk olunmuş buğa kəlləsi 

ilə qoşa şirlərin təsviri də Şirvanşahlar dövlətinin qüdrətinə işarə edən monumental emblemdir. 

Dövlət  bayrağı  dövlətin  rəsmi  fərqləndirici  əlamətidir  və  onun  təsviri,  adətən  konstitusiyada 

qanunvericilik  yolu  ilə  təsbit  edilir.  O,  bir  tərəfi  ağac  dəstəklə  bərkidilmiş,  adətən  müəyyən  emblemli  qumaş 

parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir. 

Azərbaycanda  üçrəngli  dövlət  bayrağı  ilk  dəfə  1918-ci  il  noyabr  ayının  9-da  Azərbaycan  Xalq 

Cümhuriyyəti  hökumətinin  qərarı  ilə  qəbul  edilmişdir.  1920-ci  il  aprelin  28-də  Xalq  Cümhuriyyəti  süqut 

etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. 

Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 

bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar 

Respublikası Ali Məclisi Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət 

rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.  

1991-ci  il  fevral  ayının  5-də  Azərbaycan  Respublikası  Ali  Soveti  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında 

qərar vermişdir.  



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə