Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   29   30   31   32   33   34   35   36   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

84 



3.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  gəmilərinin  bayrağı  gəmilər  hərəkətdə  ikən 

qafeldə, dayanacaqda isə arxa flaqştokda qaldırılır. 

4.  Azərbaycan  Respublikasının  Prezidenti  -  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanına  və  Azərbaycan 

Respublikasının  fövqəladə  hallar  nazirinə  vəzifəli  şəxslərin  bayraqları  verilir.  Vəzifəli  şəxslərin  bayraqları 

həmin şəxslərin olduqları gəmidə qaldırılır və endirilir. 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqlarının 



Təsviri 

Azərbaycan Respublikası Prezidentinin  

2007-ci il 21 iyun tarixli, 591 nömrəli 

 Fərmanı ilə təsdiq edilmişdir 

 

Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Azərbaycan  Respublikasının  daxili  və  ərazi 

sularında  post-patrul  xidmətini,  axtarış-xilasetmə  və  qəza-xilasetmə 

işlərini  həyata  keçirən  gəmilərinin  bayrağı  ikiüzlü  qumaşdan,  ağac 

dəstəkdən və qotazlı qaytandan ibarətdir. 

Bayraq,  qumaşın  tünd  göy  fonunda,  yuxarı  sol  yarısında 

(küncündə) yerləşdirilib. Bayrağın ağ fonunun aşağı kənarı boyunca iki 

mavi dalğavari zolaq, qırmızı aypara və ondan sağda səkkizguşəli ulduz, 

lövbər kanatı dolanmış mavi rəngli lövbər (holl tipli) yerləşir. 

Bayrağın  ölçüləri:  eni  100  sm,  uzunluğu  150  sm-dir.  Ensiz  mavi 

zolağı  5  sm,  enli  mavi  zolağı  15  sm,  zolaqlar  arasındakı  məsafə  5  sm; 

ayparanın yuxarı nöqtəsindən yuxarı kənarına qədər, eləcə də ayparanın 

aşağı  nöqtəsindən  bayrağın  mavi  zolağına  qədər  məsafə  5  sm;  ulduzun 

diametri 7 sm; lövbərin hündürlüyü 22 sm, eni 15 sm-dir. 

 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərində vəzifəli şəxslərin bayraqları 



Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  gəmilərində  Azərbaycan  Respublikasının 

Prezidenti  -  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanının  bayrağı,  Nazirliyin 

gəmilərinin 

Azərbaycan 

Respublikasının 

Dövlət  Gerbinin  təsviri  əlavə  olunan 

bayrağıdır. 

Azərbaycan 

Respublikasının  Dövlət 

Gerbinin 

təsviri 

Nazirliyin 

gəmilərinin 

bayrağının yuxarı sağ küncündə yerləşdirilir. 

Azərbaycan  Respublikası  Fövqəladə 

Hallar  Nazirliyinin  gəmilərində  Azərbaycan 

Respublikası  fövqəladə  hallar  nazirinin 

bayrağı,  gəmilərinin  Nazirliyin  embleminin 

təsviri əlavə olunan bayrağıdır. 

Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  embleminin  təsviri  Nazirliyin  gəmilərinin 

bayrağının yuxarı sağ küncündə yerləşdirilir. 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bayrağı haqqında 



Əsasnamə 

Azərbaycan Respublikası Prezidentinin  

2007-ci il 21 iyun tarixli, 591 nömrəli  

Fərmanı ilə təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Aviasiya  dəstəsinin  bayrağı  şərəf,  şücaət  və 

şöhrət  rəmzidir.  O,  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Aviasiya  dəstəsinin  hər  bir  hərbi 

qulluqçusuna Aviasiya dəstəsinin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla 

və layiqincə yerinə yetirmək borcunu xatırlatmaq üçündür. 

2.  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Aviasiya  dəstəsinin  bayrağı  idarəetmə 

məntəqələrində, poliqonlarda, habelə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin əmri ilə təyin edilmiş 

digər yerlərdə aşağıdakı hallarda qaldırılır: 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

85 



2.1. uçuşların başlanması ilə; 

2.2. döyüş növbətçiliyinə başlayanda; 

2.3. Azərbaycan Respublikasının dövlət bayramları günlərində; 

2.4.  Azərbaycan  Respublikasının  Prezidenti,  Azərbaycan  Respublikasının  Baş  naziri,  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  sədri,  habelə  Azərbaycan  Respublikasının  fövqəladə  hallar  naziri  Aviasiya 

dəstəsinin strukturuna daxil olan idarəetmə məntəqələrinə və poliqonlara gəldikdə; 

2.5. dövlət mükafatları təqdim edildikdə; 

2.6.  Azərbaycan  Respublikasının  fövqəladə  hallar  nazirinin  əmri  əsasında  digər  bayram  və  xatirə 

günlərində. 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bayrağının Təsviri 



 Azərbaycan Respublikası Prezidentinin  

2007-ci il 21 iyun tarixli, 591 nömrəli 

 Fərmanı ilə təsdiq edilmişdir 

 

Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Aviasiya  dəstəsinin  bayrağı,  qısa  tərəfi  qızılı 

saçaqlı, ikiüzlü mavi qumaşdan və ağac dəstəkdən ibarətdir. 

Bayrağın  ölçüləri:  eni  100  sm,  uzunluğu  150  sm-dir.  Bayrağın  tən 

ortasında sarı rəngdə, eyni məsafədə yanlara açılmış qanadlar yerləşmişdir. 

Açılmış  qanadların  ucları  arasındakı  məsafə  100  sm  təşkil  edir.  Qanadlar 

elə yerləşdirilmişdir ki, onun sağ tərəfi bayrağın sağ kənarından, sol tərəfi 

isə bayrağın sol kənarından 25 sm məsafədə yerləşir. Qanadların ortasında, 

aşağı və yuxarı hissəsi müvafiq olaraq bayrağın aşağı və yuxarı hissəsindən 

30  sm  məsafədə  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin 

embleminin  əsas  elementi  olan  səkkizguşəli  ulduz  yerləşmişdir. 

Səkkizguşəli  ulduzun  altında  ağ  rəngdə  aypara  yerləşir.  Ayparanın  alt 

hissəsi qanadların alt hissəsi ilə üst-üstə düşür. 

Yanlara açılmış qanadlar, onun üzərində ayparanın iti ucları arasında 

yerləşən səkkizguşəli ulduz və aypara Aviasiya dəstəsinin emblemini təşkil 

edir. Emblemin hündürlüyü 40 sm-dir. 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

86 



«Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əlahiddə Taborunun 

 Döyüş Bayrağı haqqında Əsasnamə»nin və «Azərbaycan Respublikası Milli Təhlükəsizlik  

Nazirliyinin Əlahiddə Taborunun Döyüş Bayrağının təsviri»nin təsdiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin 

 Fərmanı 

(21 noyabr 2008) 

 

1.  «Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  Əlahiddə  Taborunun  Döyüş  Bayrağı 



haqqında Əsasnamə» təsdiq edilsin.  

2.  «Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  Əlahiddə  Taborunun  Döyüş  Bayrağının 

təsviri» təsdiq edilsin.  

İlham ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 21 noyabr 2008-ci il  

№ 21  

 

*** 



 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əlahiddə Taborunun  

Döyüş Bayrağı haqqında  

Əsasnamə  

Azərbaycan Respublikası Prezidentinin 

2008-ci il 21 noyabr tarixli, 

21 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Milli Təhlükəsizlik  Nazirliyinin  Əlahiddə Taborunun  Döyüş  Bayrağı  əsgəri 

şərəf,  şücaət  və  şöhrət  rəmzidir.  O,  Əlahiddə  Taborun  hər  bir  hərbi  qulluqçusuna  Vətəninə  sədaqətlə  xidmət 

etmək, Vətəninin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, milli maraqlarını öz 

qanını  və  canını  belə  əsirgəmədən  mərdlik  və  bacarıqla  müdafiə  etmək,  verilən  tapşırıqları  əzmlə  yerinə 

yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.  

2.  Döyüş  Bayrağı  adının  dəyişməsindən  asılı  olmayaraq,  Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik 

Nazirliyinin  Əlahiddə  Taborunda  həmişəlik  qalır.  Əlahiddə  Taborun  adının  dəyişməsi  Döyüş  Bayrağı  ilə 

birlikdə verilən Təqdimata yazılır.  

3. Döyüş Bayrağı həmişə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əlahiddə Taborunda, 

döyüş əməliyyatları zamanı isə döyüş meydanında olmalıdır.  

4.  Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  Əlahiddə  Taborunun  bütün  şəxsi  heyəti 

Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. 

Döyüş Bayrağı itirildikdə, Əlahiddə Taborun komandiri və məsul hərbi qulluqçular Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, Əlahiddə Tabor isə ləğv edilməlidir. 

 

*** 



 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əlahiddə Taborunun  

Döyüş Bayrağının  

təsviri 

 

Azərbaycan Respublikası Prezidentinin 

2008-ci il 21 noyabr tarixli, 

21 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir 

 

Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  Əlahiddə  Taborunun  Döyüş  Bayrağı  ikiüzlü 



qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.  

Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Kənarları üç tərəfdən qızılı rəngli ipək 

saçaqlarla köbələnmişdir. Bayraq Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun olaraq, üçrəngli 

ikiqat ipək faydan hazırlanmışdır.  




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

87 



Qumaşın  üz  tərəfində  qırmızı  zolağın  ortasında  ağ  ipək  sapdan  38  sm  hündürlükdə  aypara  və  20  sm 

hündürlükdə  səkkizguşəli  ulduz  tikilmişdir.  Mavi  zolaqda  qızılı  ipək  sapla  «AZƏRBAYCAN  UĞRUNDA!» 

şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm, eni 5 sm-dir.  

Qumaşın  arxa  tərəfində,  qırmızı  zolağın  ortasında  Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik 

Nazirliyinin emblemi (hündürlüyü 54 sm) tikilmişdir. Mavi zolaqda sətirarası məsafə 2 sm olmaqla, 2 sətirdə 

qızılı  rəngli  ipək  sapla  «AZƏRBAYCAN  RESPUBLİKASI  MİLLİ  TƏHLÜKƏSİZLİK  NAZİRLİYİ»  sözləri 

tikilib. Yazıdakı hərflərin hündürlüyü 6 sm, eni 5 sm-dir.  

Yaşıl  zolaqda  qızılı 

rəngli ipək sapla Azərbaycan 

Respublikası 

Milli 

Təhlükəsizlik 



Nazirliyinin 

Əlahiddə  Taborunun  adı 

tikilmişdir. 

Yazıdakı 

hərflərin  hündürlüyü  5  sm, 

eni 4,5 sm-dir.  

Bayrağın  dəstəyi  en 

kəsiyinin  diametri  4  sm, 

uzunluğu  250  sm  olan  girdə 

ağacdandır.  

Ağac 

dəstək 


tünd 

qəhvəyi  rəngdə  rənglənib, 

laklanıb, aşağı ucunda metal 

halqa,  yuxarı  ucunda  isə 

qızılı rəngli fiqurlu ucluq vardır.  

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazlar var. Qaytanın uzunluğu 

270 – 285 sm-dir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

88 



Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının  

Bayrağı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(21 noyabr 2008) 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının xüsusi rəmzinin 



təsis edilməsi məqsədi ilə qərara alıram:  

«Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  Penitensiar  Xidmətinin  Mühafizə  alayının  Bayrağı 

haqqında Əsasnamə» təsdiq edilsin.  

«Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  Penitensiar  Xidmətinin  Mühafizə  alayının  Bayrağının 

təsviri» təsdiq edilsin.  

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti. 

Bakı şəhəri, 21 noyabr 2008-ci il. 

№23 


*** 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin  



Mühafizə alayının Bayrağı haqqında  

Əsasnamə 

 

Azərbaycan Respublikası Prezidentinin  

2008-ci il 21 noyabr tarixli  

Fərmanı ilə təsdiq edilmişdir 

 

1.  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  Penitensiar 



Xidmətinin  Mühafizə  alayının  Bayrağı  (bundan  sonra  -  Bayraq) 

şərəf,  şücaət  və  şöhrət  rəmzidir.  O,  Mühafizə  alayının  hər  bir 

əməkdaşına və hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, 

öz  qanını  və  canını  belə  əsirgəmədən  onu  mərdlik  və  bacarıqla 

müdafiə  etmək,  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və 

qanunlarına  sadiqlik,  insan  hüquq  və  azadlıqlarına  riayət  etmək, 

Mühafizə alayına həvalə olunmuş xidməti tapşırıqlarını əzmlə yerinə 

yetirmək borcunu xatırlatmaq üçündür.  

2.  Mühafizə  alayının  adının  dəyişdirilməsindən  asılı 

olmayaraq, Bayraq alayda həmişəlik qalır. Mühafizə alayının adının 

dəyişdirilməsi Bayraq ilə birlikdə verilən Təqdimata yazılır.  

3. Bayraq hər vaxt Mühafizə alayında olmalıdır.  

4.  Mühafizə  alayının  bütün  şəxsi  heyəti  Bayrağı  fədakarlıq  və  mərdliklə  qorumalı,  onun  kənar  şəxslər 

tərəfindən ələ keçirilməsinə yol verməməlidir.  

5. Bayrağın qorunmasına Mühafizə alayının komandiri və digər məsul şəxsləri cavabdehdirlər. 

 

*** 



 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin  

Mühafizə alayının Bayrağının 

təsviri 

Azərbaycan Respublikası Prezidentinin  

2008-ci il 21 noyabr tarixli  

Fərmanı ilə təsdiq edilmişdir 

 

Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  Penitensiar  Xidmətinin  Mühafizə  alayının  Bayrağı 

(bundan sonra - Bayraq) iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.  

Bayrağın  qumaşı  düzbucaqlıdır,  eni  114  sm,  uzunluğu  145  sm-dir.  Qıraqları  üç  tərəfindən  qızılı  rəngli 

ipək  saçaqlarla  köbələnmiş,  ikiqat  bükülmüş  üçrəngli  (Azərbaycan  Respublikasının  Dövlət  bayrağının 

rənglərinə müvafiq) ipək faydan hazırlanmışdır.  




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

89 



Qumaşın  üz  tərəfində,  qırmızı  zolağın  ortasında  ağ  ipək  sapdan  38  sm  hündürlükdə  aypara  və  20  sm 

hündürlükdə  səkkizguşəli  ulduz,  qumaşın  üst  kənarı  boyu  mavi  zolaqda  qızılı  rəngli  ipək  sapla 

«AZƏRBAYCAN UĞRUNDA!» şüarı tikilmişdir. Yazının ümumi uzunluğu 95 sm, hərflərin hündürlüyü 7 sm-

dir.  


Qumaşın  arxa  tərəfində,  qırmızı  zolağın  ortasında  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  ağ 

ipəkdən  tikilmiş,  hündürlüyü  48  sm  olan  emblemi  yerləşdirilmişdir.  Qumaşın  üst  kənarı  boyu  mavi  zolaqda 

qızılı rəngli ipək sapla «ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİ» sözləri tikilmişdir. Yazının 

ümumi  uzunluğu  136  sm,  hərflərin 

hündürlüyü 5,5 sm-dir.  

Qumaşın  aşağı  kənar  boyu  yaşıl 

zolaqda qızılı rəngli ipək sapla «MÜHAFİZƏ 

ALAYI»  sözləri  tikilmişdir.  Yazının  ümumi 

uzunluğu  92,5  sm,  hərflərin  hündürlüyü  8 

sm-dir.  

Bayrağın dəstəyi en kəsiyinin diametri 

4  sm,  uzunluğu  250  sm  olan  girdə 

ağacdandır. Ağac dəstək tünd qəhvəyi rəngdə 

rənglənərək laklanmışdır, aşağı ucunda metal 

halqaya,  yuxarı  ucunda  isə  qızılı  rəngli 

aypara  və  səkkizguşəli  ulduzdan  ibarət 

fiqurlu ucluğa malikdir.  

Bayrağın  qaytanı  eşmədir,  qızılı  rəngli  ipəkdən  hazırlanıb,  hər  iki  ucunda  qotazları  vardır.  Qaytanın 

uzunluğu 270-285 sm-dir. 

 

 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

90 



İstifadə olunmuş ədəbiyyat  

 

Azərbaycan Respublikasının Konstitusiyası. (1995-ci il). 

 

Azərbaycan Respublikasının qanunvericilik topluları (1997-2010). 



 

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I-II cildlər. Bakı, 2005. 

 

Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan” cildi. Bakı, 2007.  



 

Aзepбaйджанская  Демокpaтичecкaя  Pecnyбликa  (1918-1920).  3aконoдaтeльные  aкты  (Сборник 

документов). Бaкy, 1998. 

 

Aзepбaйджанская  Демокpaтичecкaя  Pecnyбликa  (1918-1920).  Армия  (Документы  и  материалы). 



Бaкy, 1998. 

 

Azərbaycan SSR qanunlar toplusu, I cild. Bakı, 1984. 



 

Azərbaycan  SSR  qanunları  və  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  fərmanları  məcmuəsi. 

1938-1963-cü illər. Bakı, 1963. 

 

Azərbaycan bayraqları. Kataloq. Bakı, “Elm”, 2005. 



 

Qayıdış. Sənədlər toplusu. (1990-1993). Bakı, 2008. 

 

Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, “Çaşıoğlu”, 2001. 



 

Əliyev  İqrar,  Məhərrəmov  Elmar.  Azərbaycan  Respublikasının  dövlət  rəmzləri.  Yenidən  işlənilmiş 

nəşri. Bakı, “Nurlan”, 2008. 

 

İnternet resursları 

www.president.az

 

www.preslib.az



 

www.e-qanun.az

 

www.azertag.com



 

www.vesconsultancy.com

 

www.vexillographia.ru/azerbaij/index.htm



 

http://geraldika.ru/region/138 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə