Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   2   3   4   5   6   7   8   9   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, 

orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı 

rəng  -  müasir  cəmiyyət  qurmaq,  demokratiyanı  inkişaf  etdirmək  istəyini,  yaşıl  rəng  -  islam  sivilizasiyasına 

mənsubluğunu  ifadə  edir.  Qırmızı  zolağın  ortasında  bayrağın  hər  iki  üzündə  ağ  rəngli  aypara  ilə  səkkizguşəli 

ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.  

Dövlət  bayrağının  istifadəsi  8  iyun  2004-cü  il  tarixli  “Azərbaycan  Respublikası  Dövlət  bayrağının 

istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 

2009-cu  il  noyabrın  17-də  isə  Dövlət  Bayrağı  Gününün  təsis  edilməsi  haqqında  sərəncamlar  imzalamışdır. 

Noyabrın  9-u  respublikamızda  Dövlət  Bayrağı  Günü  kimi 

qeyd olunur.  

2010-cu  il  sentyabrın  1-də  Bakıda  Dövlət  Bayrağı 

Meydanının  təntənəli  açılış  mərasimi  olmuşdur.  İnşa 

olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, 

bünövrənin  üst  hissəsinin  diametri  1,09  metrdir.  Qurğunun 

ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 

metr,  ümumi  sahəsi  2450  kvadratmetr,  çəkisi  isə  təqribən 

350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il 

mayın  29-da  Azərbaycan  dövlət  bayrağı  dirəyinin  dünyada 

ən  hündür  bayraq  dirəyi  olduğunu  təsdiq  etmişdir.  Ümumi 

ərazisi  60  hektar,  yuxarı  hissəsinin  sahəsi  31  min 

kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. 

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl 

suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini 

daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı 

Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Bayraqların tarixi 

 

Xanlıqlar dövrü 

 

 

Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyində Azərbaycan xanlıqlarının bayraqlarından ibarət 



çox unikal kolleksiya saxlanılır. 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərbi Tarix Muzeyindən təhvil alınmış 

bu  kolleksiyaya  Gəncə,  Bakı,  Şəki  və  İrəvan  xanlıqlarının  bayraqları  və  eləcə  də  mənsubluğu  Cənubi 

Azərbaycan xanlıqlarına ehtimal olunan daha iki bayraq daxildir. 

Bu  bayraqlar  XVI-XVIII  əsrlərə  aid  edilən  gözəl  şərq  parçalarından  tikilmiş,  müxtəlif  ornament  və 

yazılarla  bəzədilmişdir;  üçkünc,  dördkünc,  beşkünc  və  düzbucaqlı  formalardadır.  Üstlərindəki  ornamentlər 

qurama  yaxud  tikmə  üsulu  ilə  salınmış,  təbii  boyalarla  çəkilmişdir.  Bayraqlara  müxtəlif  rəngli  ipək,  eləcə  də 

qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır. 

Bayraq  ağacları  silindrik  formada  yüngül  ağac  gövdələrindən  düzəldilmiş,  boyanmış,  onların  başlarına 

fiqurlu metal ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngli ipək saplardan toxunmuş qotazlar bağlanmışdır. 

Qafqaz  Hərbi  Tarix  Muzeyinin  bələdçi  kitabında  verilmiş  məlumatdan  göründüyü  kimi,  1924-cü  ildə 

Azərbaycan Dövlət Muzeyinə təqdim edilən bayraqlar heç də Azərbaycana aid orada saxlanılan bütün bayraq və 

başqa  eksponatları  (o  cümlədən  medal,  şəkil,  sənəd  və  s.)  əhatə  etmir.  Belə  ki,  bu  kolleksiyada  Gəncənin  3 

yanvar 1804-cü ildə general-mayor knyaz P.Sisianovun başçılığı ilə baş verən işğalı zamanı qənimət kimi əldə 

edilən və Qafqaz Hərbi Tarix Muzeyində saxlanılan səkkiz bayraq və bir tuğdan (ştandartdan) dördü, 23 oktyabr 

1806-cı ildə general-mayor Nebolsinin başçılıq etdiyi dəstənin Şəkiyə (Nuxaya) hücumu zamanı ələ keçirilmiş 

altı bayraqdan üçü, Lənkəranın (31 dekabr 1812), Təbrizin (13 oktyabr 1827) bayraqları, Abbasabad qalasının 

(7  iyul  1827)  general  feldmarşal  qraf  İ.Paskeviçin  başçılıq  etdiyi  qoşun  tərəfindən  ələ  keçirilməsi  zamanı 

alınmış iki bayraq və başqa hərbi qənimətlər yoxdur.

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 



 

Gəncə xanlığının bayraqları 

 

1804-cü  il  yanvarın  3-də  general  P.Sisianovun  başçılıq  etdiyi  rus  qoşunları  Azərbaycanın  işğal 



edilməsində  imperiya  üçün  mühüm  əhəmiyyət  daşıyan  Gəncə  qalasına  hücum  etdilər.  Qalanın  müdafiəçiləri 

inadlı müqavimət göstərdilər. Gəncə xanı Cavad xan Ziyadoğlu və oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak 

oldular. Gəncə xanlığı ləğv edildi. Onun ləğvi Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol 

oynadı, onların müstəqilliyinin sonunun başlanğıcı oldu. 

Qələbə xəbərini Rusiya imperatoru I Aleksandra müjdə aparan P.Sisianov çoxlu qənimətlə yanaşı Gəncə 

xanına  məxsus  bir  ştandartın  (üzərində  balıq  təsvirləri  olan  bayrağın)  və  səkkiz  bayrağın  ələ  keçirildiyini  də 

bildirmişdi.(Бабаев  Эльгюн.  Из  истории  Гянджинского ханства. Баку,  2003,  s.7)  Gəncə şəhərinin  işğalına 

xüsusi əhəmiyyət verən Rusiya imperatoru o vaxtdan bəri Yelizavetpol adlandırılan Gəncənin yaxınlığında 22 il 

sonra, 13 sentyabr 1826-cı ildə baş vermiş döyüşə həsr edilən xüsusi xatirə medalı da buraxdırmışdı. 

Hazırda Milli Azərbaycan Tarixi Muzeyində 446 

№-li  inventar  altında  saxlanılan  bayrağın  dördkünc 

qumaşı  (uzunluğu  127  sm,  eni  174  sm)  məxsusi 

toxunmuş və əl ilə bir-birinə tikilmiş moruğu və yaşıl 

rəngli  xara  parçalarından  hazırlanmışdır.  Yuxarı 

hissənin  sol  tərəfində  üç  qızılı  rəngli  gül  dəstəsi,  al 

qırmızı  rəngli  bir  uzunsov  dairə,  sağ  hissəsində  isə 

qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı 

zanbaq  gülləri  ilə  əhatələnən  qırmızı  dairənin  içində 

ərəb  əlifbası  ilə  zərlə  yazılmış  "Allah"  sözü  vardır. 

Bayrağın bu hissəsi çox zədələndiyindən bərpa zamanı 

ona  yaşıl  reps  parça  tikilmiş,  lakin  həmin  parçanın 

üzərində  olan  naxış  bayrağın  ümumi  görünüşünü 

korlamışdır.  Bayrağın  yuxarı  hissəsinin  sağ  tərəfinə  qızılı  saplarla  tikilən  təbii  naxışlar  (dairə  içərisində) 

solduğundan  çətinliklə  seçilir.  Bayrağın  alt  hissəsinin  sol  tərəfinə  qızılı  dördkünc  çərçivə  salınmışdır. 

Çərçivənin  sol  tərəfi  gümbəzlə  tamamlanır.  Təbii  elementlərdən  olan  gümbəzlər  qırmızı  rəngli  ay-ulduzla 

(ulduz-şərti  formada)  bitir.  Ortadan  iki  hissəyə  bölünmüş  çərçivədə  ərəbcə  aşağıdakılar  yazılmışdır:  "Allah 

döyüş  zamanı  döyüşənləri  evdə  oturanlardan  üstün  tutur.  Allah  onlara  fərq  qoymadan,  hamısının  Allaha 

yaxınlaşmasından  ötrü  dərəcələr  bəxş  edər  və  onların  günahlarını  bağışlayar.  Allah  mərhəmətlidir, 

bağışlayandır".  Bayrağın  alt  hissəsinin  sağ  tərəfində, 

halqanın içində, artıq solmuş saplarla təbii elementlərdən 

naxışlar  salınmışdır.  Bayrağın  ortasında,  yuxarıdan 

aşağıya,  onu  sağ  və  sol  hissələrə  ayıran  moruq  rəngli 

parça  tikilmişdir.  Parçanın  haşiyəsinə  sarı  saplarla 

tikilmiş  pilləvari  piramidaların,  onların  arasına  isə  nar 

güllərinin təsviri salınmışdır. Mərkəz hissə ara xətləri ilə 

on  qata  bölünmüş  və  bu  qatlarda  qızılı  saplarla  ərəbcə 

aşağıdakı yazı beş dəfə təkrarlanmışdır: "Allahdan başqa 

ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir". 

Bayraq  qumaşının  ağaca  taxılması  üçün  nəzərdə 

tutulan  torbacıq  qəhvəyi  rəngli  mahud  parçadandır. 

Bayrağın üzərində olan yazı və naxışlar parçanın üz və astar tərəflərində eynidir. Bayrağın ağacı uzunluğu 256 

sm,  kəsikdə  diametri  4  sm  olan  taxtadan  düzəldilmiş  və  qırmızı  rəngə  boyanmışdır.  Üzərində  mismar  yerləri 

görünür. Alt ucluq üçün yer nəzərdə tutulmuşdur. Bayrağın ucluğu (uzunluğu 57 sm) tökmə üsulu ilə poladdan 

düzəldilmiş, boru hissəsi sağdan sola gedən yivlərlə bəzədilmişdir. Boru hissə (uzunluğu 18 sm) ağzından alov 

püskürən qurd (canavar) başı ilə tamamlanmışdır. Alov dilləri birləşərək süngü formasını (uzunluğu 39 sm) alır. 

Bayraq ağacının yuxarı hissəsinə mahud iplərdən hörülmüş uzun saçaqlı qotaz salınmışdır. Uzun ip vasitəsilə 

asılan qotazın yumrusu 9 sm ölçüdədir. İp qırmızı-ağ saplardan, saçaq isə qızılı qəhvəyi - bej rəngli saplardan 

toxunmuşdur. 

Milli  Azərbaycan  Tarixi  Muzeyində  446  №-li  inventar  altında  saxlanılan  Bayrağın  dördkünc  qumaşı 

(ölçüləri  132  x  147  sm)  biri  digərini  əvəz  edən  iki  yaşıl  və  iki  moruğu  rəngli  xara  parça  zolaqlarından 

hazırlanmışdır. Bayraq ağacına yaxın olan şaquli yaşıl zolaq üzərində qızılı-qəhvəyi və yaşıl zanbaqlar, üçləçək 

və səkkizləçək güllər toxunmuşdur. Moruğu parçadan olan sonrakı enli zolağın yuxarı hissəsində yaşıl ipəkdən 

uzunsov  çevrə-medalyon  tikilmişdir.  Çevrənin  içində  ucları  birləşdirilməklə  ortasında  dairə  əmələ  gəlmiş  üç 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə