Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   2   3   4   5   6   7   8   9   10   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

14 



Şəki xanlığının bayraqları 

 

1805-ci  ilin  mayında  Qarabağ  və  Şəki  xanlıqları  ilə  Rusiya  imperiyası  arasında  imzalanmış  Kürəkçay 



müqavilələrinə görə. Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi. Lakin bir il sonra Qarabağ xanı İbrahimxəlil 

xan öz ailəsi, o cümlədən Şəki xanı Səlim xanın bacısı olan həyat yoldaşı ilə birlikdə qətlə yetirildikdə, Səlim 

xan  itaətdən  çıxaraq,  Şəkidə  yerləşdirilmiş  rus  qarnizonunu  xanlığın  hüdudlarından  çıxara  bildi(Azərbaycan 

tarixi. c. IV, s. 22.) 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın 

qoşunu  məğlub  edildi.  Rus  general-mayoru  Nebolsinin  başçılıq  etdiyi  dəstənin  ələ  keçirdiyi  qənimətlər 

içərisində xanlığın altı bayrağı da olmuşdur. Onlardan üçü (inv. sayları 451, 452, 455) hazırda Milli Azərbaycan 

Tarixi Muzeyində saxlanılır. 

451  №-li  inventar  altında  saxlanılan,  ölçülərinə  görə 

Şəki  xanlığına  məxsus  bayraqların  ən  böyüyü  olan  bayraq 

(245 x 237 sm) beşbucaqlı formasındadır. Moruq rəngli orta 

hissəsi  sarı  ipək  saplarla  və  güləbətinlə  işlənmiş 

ornamentlərlə  örtülmüşdür.  Bayraq  qumaşı  xara  (zərxara) 

parçadandır.  Bayrağın  kənarlarına  yaşıl  xara  parçadan  enli 

haşiyə salınmışdır. Ortada, güləbətin saplarla işlənmiş şaquli 

istiqamətli  xətlər  arasında,  sarı  ipək  saplarla  cərgə-cərgə 

səkkizguşə  və  altıguşə  ulduzlar,  həndəsi  qab  fiqurları 

çəkilmiş,  onların  arasında  isə,  dəyirmi,  rombvarı  və 

üçbucağa oxşar kiçik fiqurlar salınmışdır. 

Bayrağın yaşıl xaradan olan haşiyəsi üzərində sarı ipək 

saplarla şahmat qaydasında səkkizguşə ulduzlar çəkilmişdir. 

Eyni  təsvirlər  bayrağın  astar  tərəfində  də  mövcuddur. 

Bayrağın  parça  hissəsinin  bəzi  yerləri  zədəlidir.  Açıq-

qəhvəyi boya ilə rənglənmiş bayraq sapı (uzunluğu 289 sm, 

kəsikdə  diametri  3,8  sm)  bir  çox  yerlərdə  çatlamışdır.  Dəmir  ucluq  (uzunluğu  52  sm)  üç  hissədən  ibarətdir. 

Konusvari borunun üst tərəfində qabarıq kəmərlik qoyulmuş, başına içi boş "alma" taxılmışdır. "Alma"nın üst 

hissəsinə dəmirdən dördtilli süngü keçirilmişdir. 

Milli  Azərbaycan  Tarixi  Muzeyində  452  №-li 

inventar  altında  saxlanılan  Düzbucaqlı  üçbucaq 

formasında  olan  bayrağın  (ölçüləri  143  x  105  x  93,5 

sm)  üz  və  astar  tərəfləri  müxtəlif  növ  parçalardan 

tikilmiş,  1926-cı  ildə  bərpa  zamanı  üz  astardan 

ayrılmışdır. "Qafqaz Hərbi Tarix Muzeyi üzrə bələdçi" 

kitabında  verilmiş  qısa  məlumata  görə,  məğlub 

edildikdən  sonra  xan  adından  məhrum  edilmiş  şəkili 

Səlim  xana  mənsub  olan  bu  döyüş  bayrağı,  yuxanda 

qeyd  edildiyi  kimi,  1806-cı  ildə  baş  verən  hücum 

zamanı  düşmənin  əlinə  keçmişdi.  Yenə  həmin 

mənbəyə  görə,  bayraq  1606-cı  ildə  hindistanlı  Hacı 

Hüseyn tərəfindən hazırlanmış , Nadir şahın Hindistan 

yürüşündə  əldə  etdiyi  qənimətlərdən  olmuşdur. 

Tarixən məlumdur ki, Nadir şahın bir qədər əvvəl Şəki 

valisi təyin etdiyi Hacı Çələbi Şəki vilayətini müstəqil 

xanlıq,  özünü  isə  xan  elan  etmişdi.  Yalnız  uzun  müddət  (1744-1746)  davam  edən  qanlı  döyüşlərdən  sonra 

"Gələsən-görəsən" qalasında mühasirəyə alınmış Hacı Çələbi Nadir şah hakimiyyətini tanıdığını bildirdi. Nadir 

şaha  məxsus  bayraq  elə  həmin  dövrdən  Şəki  xanlığının  bayraqlarından  biri  oldu  (bu  bayrağın  hədiyyə  və  ya 

döyüş qəniməti kimi əldə edilməsi haqqında məlumat yoxdur). 

Bayrağın  üz  tərəfində  sarıya  çalan  açıq  qəhvəyi  (bej)  tirmə  parçanın  yerliyində  cərgə  ilə  butalar 

salınmışdır. Qırmızı çiçək və yaşıl yarpaqlardan tərtib edilmiş butaların bir cərgəsi sola, digəri isə sağa tərəfdir. 

Bayrağın açıq qəhvəyi (bej) rəngli saya parçadan olan astar hissəsinin üzərində əvvəldən olan sanskrit yazılarla 

yanaşı, sonradan ərəb və fars dillərində əlavələr edilmiş, Quranın müxtəlif surələrindən ayələr, eləcə də həmin 

ayələrin başlanğıcında mənası, məqsəd və mahiyyəti bu gün də alimlər üçün anlaşılmaz qalan, "Allahın sirri" 

hesab  edilən  bir  və  ya  bir  neçə  hərf  verilmişdir  (  mim,  ha,  mim,  dəl;  dəl,  mim,  ha  və  s.).  Bayraq  qumaşı 

üzərindəki yazılar onu üç hissəyə - ortada yerləşən böyük kvadrata və kənarlarda yerləşən iki düzbucağa bölür. 

Böyük kvadrat hər birində Quran ayələrindən ayrı-ayrı sözlər olan kiçik kvadrat xanalara (100 x 100) bölünüb. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

15 



Böyük  kvadratın  aşağı  haşiyələrində  və  bütövlükdə  bayrağın  kənarlarında  da  Quran  ayələri  verilmişdir. 

Düzbucaqlı  üçbucaqlarda  da  içərisində  Quran  yazıları  olan  kvadrat  xanalar,  müxtəlif  ayə  və  kiçik  surələr 

yerləşdirilmiş,  Allahın  epitetləri  qeyd  edilmiş,  sağ  düzbucaqlıda,  həmçinin,  döyüşdə  qələbəyə  inam  və  ümid 

yaradan Quran ayəsi "Kömək allahdandır və yaxın qələbə" - verilmişdir. 

Bayrağın üz tərəfində demək olar heç bir zədə olmasa da, astar hissəsindəki yazıların bir hissəsi muzeydə 

saxlanma  şəraitinin  qənaətbəxş  olmaması  üzündən  pozulmuş,  hətta  oxunmaz  hala  düşmüşdür.  Bununla  belə, 

bəzi  silinmiş,  lakin  çox  mühüm  olan  yazılar  muzeyə  təhvil  verilərkən  tj  onun  elmi  pasportunda  (görünür, 

muzeyin  o  illər  əməkdaşı  olan  İsa  Əzimbəyov  tərəfindən)  ərəb  əlifbasında  (bayraqda  olduğu  kimi)  qeydə 

alınmışdın  "Böyük  sultan,  ən  böyük  xaqan,  insanların  başlarının  ağası  Nadir  şah,  Allah  onun  hakimiyyətini 

əbədi etsin, 1155/1742-43-cü il". 

Bayraq  sapı  (uzunluğu  297  sm,  kəsikdə  diametri  3,8  sm)  qara 

və  yaşıl  rənglərə  boyanmışdır.  Mis  ucluq  (uzunluğu  29  sm)  üç 

hissədən ibarətdir. Konusvari borunun başına əzilmiş kürə formasında 

olan  "alma"  taxılmışdır.  Üst  hissə  ortası  qabarıq,  yarpaq  formasında 

kəsilmiş  içi  boş  ucluqdan  ibarətdir.  Bütün  ucluq  qızıl  suyuna 

salınmışdır. Yarpağı uzunluğu 26 sm, eni 16 sm, qalınlığı 16 sm-dir. 

Düzbucaqlı  üçbucaq  formasında  ikiqat  ipək  parçadan  əl  ilə 

tikilmiş  bayrağın  (ölçüləri  224  x  178  x  137sm)  zamanın  təsirindən 

çox solmuş naxışlı çəhrayı qanovuzdan olan bir üzündə mavi və qızılı 

saplarla gül budağı üstündə oturmuş və dimdik-dimdiyə dayanmış quş 

və balıq təsvirləri toxunmuşdur (453 №-li inventar altında saxlanılır). 

Bayrağın  göy  xara  ipəkdən  olan  o  biri  üzünə,  qızılı  ipək  saplarla 

toxunmuş 

uzunsov 


yarpaqvari  damaların 

içinə  qızılı  və  yaşıl 

saplarla  gül  ornamenti 

salınmışdır.  Bayrağın 

iki 

tərəfdən 



kənarlarına 

saçaq 


çevrilmiş,  nazik  zərxara  köbə  üzərində  quş,  dovşan,  gül  və 

yarpaq təsvirlərindən ibarət ornament salınmış, köbənin qırağına 

güləbətin  saplardan  saçağı  olan  ensiz  qızılı  lent  tikilmişdir. 

Qumaşın bayraq ağacına taxılması üçün tikilmiş üst sapı qara, alt 

sapı  qəhvəyi  rəngdə  olan  nazik  ipək  (liberti)  torbacıq  zamanın 

təsiri ilə demək olar tamam üzülərək sap halına düşmüşdür. 

Bayraq ağacının sapı (uzunluğu 228 sm, kəsikdə diametri 

3,6  sm-dir)  qara  boya ilə  örtülmüşdür.  Qızıl  suyuna  salınmış  üç 

hissəli  mis  ucluq  (uzunluğu  52  sm,  eni  12  sm)  konusvari 

borudan,  ona  taxılmış  içi  boş  "alma"dan  və  "alma"nın  üst 

hissəsinə  birləşdirilmiş  ortası  qabarıq,  kənarları  qırçınlı  içi  boş 

yarpaqdan ibarətdir. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə