Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

64 



Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi 

İdarəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

(24 noyabr 2010) 

 

Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  17  noyabr  tarixli  2504  nömrəli  Sərəncamı  ilə  Bakı 

şəhərində  yaradılmış  Dövlət  Bayrağı  Meydanı  ölkəmizin  qüdrətini,  xalqımızın  dövlət  atributlarına  ehtiramını 

təcəssüm etdirir.  

Eyni  zamanda,  paytaxtın  simvollarından  birinə  çevrilən  Dövlət  Bayrağı  Meydanının  fəaliyyəti 

mürəkkəb mühəndis-texniki konstruksiyaların istismarı ilə bağlıdır.  

Göstərilənləri, habelə Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin Azərbaycanın ictimai və 

siyasi həyatında xüsusi əhəmiyyətini nəzərə alaraq qərara alıram:  

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi 

yaradılsın.  

2.  Müəyyən  edilsin  ki,  Bakı  şəhərindəki  Dövlət  Bayrağı  Meydanı  Kompleksinin  vəziyyəti,  fəaliyyəti, 

perspektiv  inkişafı  və  mühafizəsi  üzrə  tədbirlərin  yerinə  yetirilməsinə  dövlət  nəzarəti  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabineti  yanında  Dövlət  Bayrağı  Meydanı  Kompleksi  İdarəsi  tərəfindən  həyata 

keçirilir.  

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:  

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi 

haqqında  Əsasnamənin  layihəsini  hazırlayıb  təsdiq  olunmaq  üçün  Azərbaycan  Respublikasının  Prezidentinə 

təqdim etsin;  

3.2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında  Dövlət  Bayrağı  Meydanı  Kompleksi 

İdarəsinin  strukturu  və  işçilərinin  say  tərkibi  barədə  təkliflərini  Azərbaycan  Respublikasının  Prezidentinə 

təqdim etsin;  

3.3.  Bakı  şəhərindəki  Dövlət  Bayrağı  Meydanı  Kompleksi  ərazisinin  hüdudlarını  dəqiqləşdirib  təsdiq 

etsin;  

3.4.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında  Dövlət  Bayrağı  Meydanı  Kompleksi 

İdarəsinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;  

3.5. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  

3.6.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 

normativ  hüquqi  aktlarının  bu  Fərmana  uyğunlaşdırılmasını  təmin  etsin  və  bu  barədə  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin;  

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.  

 

İlham Əliyev  



Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 24 noyabr 2010-cu il.  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

65 



Silahlı Qüvvələrin və digər hərbi birləşmələrin bayraqları 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında 

Azərbaycan Respublikasının Qanunu  

(4 noyabr 1997) 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



1.    Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri  Hərbi  hissəsinin  Döyüş  Bayrağı  haqqında  Əsasnamə 

təsdiq edilsin. 

2.  Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağının təsviri və şəkli təsdiq 

edilsin (əlavə olunur). 



Heydər ƏLİYEV 

 Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 4 noyabr 1997-ci  

№ 390-IQ 

* * * 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Hissəsinin Döyüş Bayrağı haqqında 

Əsasnamə 

"Azərbaycan Respublikası 

Silahlı Qüvvələri Hərbi hissəsinin 

Döyüş Bayrağı haqqında" Qanuna 

1 nömrəli Əlavə 

 

1.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  Hərbi  hissəsinin  Döyüş  Bayrağı  əsgəri  şərəf,  şücaət  və 



şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə 

xidmət etmək, öz qanını və canmı belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın 

hər qarışmı düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. 

2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişəlik qalır. Hərbi 

hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır. 

1

 

3. Döyüş Bayrağı hər vaxt öz hissəsi ilə, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində 



olmalıdır. 

4. Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı və onun düşmən 

tərəfindən  ələ  keçirilməsinə  yol  verməməlidir.  Döyüş  Bayrağı  itirildikdə  hərbi  hissənin  komandiri  və  bu 

rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir. 



 

1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  6,  maddə  415)  ilə  Qanunla  təsdiq  edilmiş 

"Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə"nin 

2-ci bəndində "Fərmana" sözü "təqdimata" sözü ilə əvəz edilmişdir. 

 

* * * 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Hissəsinin Döyüş Bayrağının  



təsviri 

 

"Azərbaycan Respublikası 



Silahlı Qüvvələri Hərbi hissəsinin 

Döyüş Bayrağı haqqında" Qanuna 

2 nömrəli Əlavə 

 

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  Hərbi  hissəsinin  Döyüş  Bayrağı  ikiüzlü  qumaşdan,  ağac 



dəstəkdən, qotazlı qaytandan ibarətdir. 

Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək 

saçaqlarla  köbələnmiş,  ikiqat  bükülmüş  üçrəngli  (Azərbaycan  Respublikasının  Dövlət  Bayrağı  rəngində)  ipək 

faydan hazırlanmışdır. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə