Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 10,28 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix18.07.2018
ölçüsü10,28 Mb.
#56463
1   2   3   4   5   6   7

29 iyun 2016-cı il

http://www.amu.edu.az

3

 

Attestasiya  Komissiyasının 



sədrləri,  I  müalicə-profilaktika 

fakültəsi  üzrə  Ə.Əliyev  adı-

na  Həkimləri  Təkmilləşdirmə 

İnstitutunun 

prorektoru, 

tibb  elmləri  doktoru  Şahin 

Əliyev,  II  müalicə-profilaktika 

fakültəsi  üzrə,  Ə.Əliyev  adı-

na  Həkimləri  Təkmilləşdirmə 

İnstitutunun  psixiatriya  və 

narkologiya  kafedrasının  mü-

diri,  tibb  elmləri  doktoru, 

Teymur  Qafarov,  pediatriya 

fakültəsi  üzrə  Ə.Əliyev  adına 

Həkimləri  Təkimilləşdirmə  İns-

titutunun  professoru  Rəqsanə 

Məmmədova,    stomatologiya 

fakültəsi  üzrə  Ə.Əliyev  adına 

Həkimləri Təkmilləşdirmə İnsti-

tutunun  stomatologiya  kafed-

rasının  dosenti,  t.ü.f.d.  Həsən 

Əsədov,  əczaçılıq  fakültəsi 

üzrə  Azərbaycan  Respublikası 

Səhiyyə Nazirliyinin İnnovasiya 

və Təchizat Mərkəzinin direktor 

müavini  Rüstəm  Rüstəmbəyov, 

hərbi  tibb  fakültəsi  və  hərbi 

tibb  məktəbi  üzrə  Müdafiə 

Nazirliyinin  Hərbi  Tibb  Baş 

İdarəsinin  rəis  müavini,  t.x.p. 

Famil Babayev dövlət imtahan-

larının  yekunları  və  nəticələri 

haqqında  ətraflı  məlumat  ver-

dilər.  Komissiya  sədrləri  hesa-

bat  məruzələrində  qeyd  etdi-

lər  ki,  kredit  sistemi  ilə  təhsil 

alan  bir  sıra  ixtisaslar  üzrə 

əczaçılıq  fakültəsində  bura-

xılış  işinin  müdafiəsi,  I  və  II 

müalicə-profilaktika,  pediatri-

ya, stomatologiya və hərbi tibb 

fakültələrində  Yekun  Dövlət 

Attestasiyası  yeni  Əsasnaməyə 

uyğun  aparılıb.  Bu  Qaydalar 

fakültə  şuralarında,  Mərkəzi 

Metod  Komissiyada  və  uni-

versitetin    Böyük  Elmi  Şurası-

nın  iclasında  təsdiq  olunmuş-

dur.  Qaydalara  uyğun  olaraq 

nəticələr  100  ballıq  sistemlə 

qiymətləndirilib. Bütün ixtisas-

larda  50  bal  praktik  bacarıq-

lardan,  50  bal  isə  kompyüter 

vasitəsilə  test  üsulu  ilə  imta-

hanlardan, əczaçılıq ixtisasında 

isə 50 bal buraxılş işinin hazır-

lanmasından,  50  bal  isə  onun 

müdafiəsi  zamanı  əldə  edil-

mişdir.  Natiqlər  nəzərə  çatdır-

dılar  ki,    kompyuter  vasitəsilə 

test  üsulu  ilə  aparılan  imta-

hanlardan  və  buraxılş  işinin 

müdafiəsindən əldə olunan bal 

minimum  17,  keçid  balı  isə  51 

hesab olunub.

İmtahanlarda 

tələbələrin 

bilik  lərinin obyektiv qiymətlən-

di  rildiyini,  builki  dövlət  imta-

hanlarında  kəmiyyət  göstəri-

cisi nin  100  %,  keyfiyyət 

gös  təricisinin isə 80-85 % ara-

sında təşkil etdiyini söylədilər. 

Komissiya  sədrləri  bildirdilər 

ki,  bu  il  dövlət  buraxılış  im-

hanlarının  yüksək  səviyyədə 

keçirilməsi  üçün  hər  cür  im-

kana  malik  geniş,  işıqlı  otaq-

larda  tələbələr  obyektivlik 

şəraitində  yüksək  bilik  nüma-

yiş  etdirmişlər.  İmtahanların 

belə  yüksək  səviy yədə  təşkil 

edilməsinə  görə  univresi-

tet  rəhbərliyinə,  şəxsən  ATU-

nun  rektoru,  professor  Gəray 

Gəraybəyliyə 

minnətdarlıq 

edən  komissiya  sədrləri,  eyni 

zamanda  fakültə  dekan-

la rı nın  da  bu  kompaniya-

dakı  fəaliyyətlərini  yüksək 

qiy mətləndirdilər.  Onlar  imta-

hanlar  zamanı  heç  bir  narazı-

lığın  baş  vermədiyini  diqqətə 

çatdırsalar da, gələcəkdə dövlət 

buraxılış  imtahanlarının  daha 

yüksək  keçirilməsi  üçün  öz 

təklif və rəylərini də bildirdilər.  

Hesabat çıxışlarına yekun vu-

ran universitetin rektoru, pro-

fessor  Gəray  Gəraybəyli      ko-

missiya  sədrlərinə  imtahanları 

uğurla  başa  çatdırdıqları  üçün 

öz  təşəkkürünü  bildirdi  və 

onların  hər  birinin  çalışdıqla-

rı  sahədə  mahir  mütəxəssislər 

olduğunu  bir  daha  vurğula-

dı:  “Həqiqətən  də  komissiya 

sədrlərinin dediyi kimi, dövlət-

buraxılış  imtahanları    çox 

yüksək  səviyyədə  təşkil  olu-

nub.  İmtahanların  kompyuter 

sistemi ilə keçirilməsi  cəmiyyət 

arasında bu kompaniya haqqın-

da  müsbət  fikir  formalaşdırıb. 

İndi  sadə  insanlar  başa  düşür 

ki,  tələbə  imtahana  hazırla-

şır  və  gəlib  öz  biliyini  sərbəst 

nümayiş  etdirir.  Kənardan 

heç  bir  müdaxilə  və  qeyri  adi 

hadisə  baş  vermir.  Məhz  bu-

nun  nəticəsidir  ki,  imtahanlar 

zamanı elə bir neqativ hala rast 

gəlinməyib. Bu il keçirilən   im-

tahanların nəticələrinə gəldikdə 

isə bütövlükdə elə bir narazılıq 

qeydə alınmayıb”. 

Sonra  universitetin  tədris 

hissə müdiri, dosent Nəsimi Qa-

sımov  və  elmi katibi, professor 

Hüseyn Qabulovun  məruzələri 

dinlənildikdən sonra  şura üzv-

ləri  tərəfindən    2016/2017-ci 

tədris ili üçün universitet üzrə 

tədris  planı  və  2016/2017-ci 

tədris ili üçün ATU-nun iş planı 

da  təsdiqləndi.

Müxtəlif  məsələlərdən  də 

söhbət  açan  rektor  bildir-

di  ki,  müasir  tibb  təhsili  heç 

də  donmuş  deyil,  əksinə  bü-

tün  ölkələrdə  davamlı  tibb 

təhsili  sistemi  mövcuddur. 

Tibb  Universiteti  isə  bu  da-

vamlı  tibb  təhsilinin  bazası-

dır:  “Bu  il  müalicə  profilaktika 

fakültələrində  OSKİ  sisteminin 

ən sadə formasını tətbiq etdik. 

Və  tələbələrdən  bir  sıra  ma-

raqlı təklif və rəylər aldıq. Mən 

onların  anonim  rəylərini  araş-

dıranda  görürəm  ki,  fikirləri 

müsbətdir. Lakin hesab edirəm  

ki, burada həm texniki, həm də 

digər  problemlər  mövcuddur. 

Gələcəkdə  bu  sistemin  istər 

nəzəri,  istər  praktiki  tərəfini 

gücləndirmək  lazımdır.  Bildi-

yiniz  kimi,  universitetimizdə 

uzun  illər  fəaliyyət  göstərən 

pediatriya  fakültəsi  bu  il  son 

məzunlarını  yola  saldı.  Bu  bi-

zim istəyimizlə yox beynəlxalq 

təcrübənin  analizi  nəticəsində 

baş  vermişdir.  Ancaq  bu    pe-

diatriya  elminin  və  yaxud 

ixtisasının  ləğv  olunması 

demək deyil, əksinə pediatriya 

fakültəsində  oxuyan  tələbələr 

əvvəllər  diqqəti  təkcə  pedi-

atriya  sahəsinə  yönəldirdisə, 

indi  onların  həkimliyin  bütün 

tərəflərindən  xəbərdar  olma-

sı  vacibdir.  Yeni  tədris  ilindən 

etibarən müalicə fakültələrində 

terapiya  və  cərrahiyyə  möv-

zularında  pediatriya  saatları 

yerləşdiriləcək.    Bu  fakültəyə 

daxil  olan  kafedraların  hansı 

fakültəyə aid olmasını araşdırıb 

bölgü  aparacağıq.      Daha  bir 

məsələyə  toxunmaq  istəyirəm. 

Əvvəlki  elmi  şuranın  iclasın-

da  da  demişəm  yenə  təkrar 

edirəm.  Bu,  kadr  problemidir. 

Mən  bu  günlərdə  9  əməkdaşı 

işdən  azad  etmişəm,  4  nəfər 

isə yeni tədris ilinə kimi öz he-

sabına məzuniyyətə göndərilib. 

İşdən  çıxarılan  əməkdaşların 

adı  buradadır.  Özü  isə  xarici 

ölkələrdədir,  ya  da  başqa  bir 

müəssisənin  rəhbəri  şəklində 

fəaliyyət  göstərir.  Mən  kafed-

ra  müdirlərinin  nəzərinə  bir 

daha  çatdırıram  ki,  o  adamla-

rı  axtarın,  tapın  və  universi-

tet  rəhbərinin  tələbini  onlara 

çatdırın.  Əks  halda  məsuliyyət 

belələrini  gizlədən  kafedra 

müdirlərinin  üzərinə  düşür  və 

onlara  qarşı  müvafiq  tədbirlər 

görüləcək”.

  Daha  bir  məsələyə  diqqət 

yönəldən rektor sentyabr ayın-

dan  başlayaraq  I  və  II  kurs 

tələbələrinə  ingilis  dilindən 

dərs  deyən  müəllimləri  tək-

milləşdirmək  məqsədi  ilə  uni-

versitetin  xarici  dillər  kafed-

rasında    ingilis  dili  kurslarının 

təşkil  olunacağını  vurğuladı: 

“Biz  bu  dili  tədris  edən  200-ə 

qədər  müəllimlə  söhbət  apa-

randa  məlum  oldu  ki,  onla-

rın  hamısı  heç  də  ingilis  di-

lini  müəllimlik  səviyyəsində 

bilmir.  Hesab  edirəm  ki,  biz 

ya  ingilis  dili  bölməsini  ləğv 

etməliyik,  ya  da  bu  sahəni 

təkmilləşdirməliyik.  Gəlin  eti-

raf edək ki, müasir dövrdə  bu 

dili bilmədən nə yaxşı alim, nə 

də tanınmış mütəxəssis olmaq 

mümkün deyil.”

Bu və digər məsələlərin rek-

toryanı  və  metodik  şuralarda 

müzakirə  olunacağını  diqqətə 

çatdıran  universitetin  rəhbəri 

sonda  professor-müəllim  he-

yə  ti nə mənalı istirahət arzuladı. 

Professor  Gəray  Gəraybəyli  

çıxışının sonunda şura  üzvlərini 

və  eləcə  də  Dövlət  Attestasiya 

Komissiyasının  sədrlərini  iyu-

nun 29-da “Gülüstan sarayı”nda  

keçiriləcək  Azərbaycan  Tibb 

Universitetinin  növbəti  məzun 

gününə dəvət etdi.

Mənsur ƏLƏKBƏRLİ

 Fotolar Cənnətalı ÇİNGİZİNDİR

 Fotolar Cənnətalı ÇİNGİZİNDİR

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A

İyunun 23- də  Böyük 



Elmi Şura 2015/2016-cı tədris 

ilinin son iclasını keçirdi. 

İclası açan universitetin 

rektoru, professor Gəray 

Gəraybəyli  gündəlikdə duran 

məsələləri şura üzvlərinin 

diqqətinə çatdırdıqdan sonra  

Azərbaycan Tibb Univer-

siteti üzrə 2015/2016-cı 

tədris ilində Dövlət Attesta-

siya Komissiyası sədrlərinin 

hesabatı dinlənildi və gənc 

mütəxəssislərin hazırlanması 

keyfiyyətinin yaxşılaşdırıl-

ması işində universitet kollek-

tivinin vəzifələri  müzakirə 

edildi.    

Dövlət Attestasiya Komissiyası 

sədrlərinin hesabatı dinlənildi



Yüklə 10,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə