Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 10,28 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix18.07.2018
ölçüsü10,28 Mb.
#56463
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

29 iyun  2016-cı il

4

Ağazadə Əfsanə Qüdrət qızı



 

1995-ci ildə Qəbələ 

rayonunda anadan 

olub. 2012-ci ildə 

Nəsimi rayonu Na-

miq Məmmədov adına 

9 saylı orta məktəbi 

bitirib.Elə həmin il 606 

balla Azərbaycan Tibb 

Universitetinin Əczaçılıq 

fakültəsinə daxil olub. 

2016-cı ildə universiteti 

fərqlənmə diplomu ilə 

bitirir.


Qafarlı Səmra Qafar qızı    

 

 

1993-cü ildə ziya-



lı ailəsində anadan olub. 

2010- cu ildə təhsil aldığı 

Azərbaycan Dövlət Dəmir 

Yolu Liseyini  fərqlənmə ilə 

başa vurub. Orta məktəbi 

bitirdikdən sonra 665 bal 

toplayaraq Azərbaycan 

Tibb Universitetinin II 

müalicə-profilaktika 

fakültəsinə daxil olub.

Məktəb illərində dəfələrlə 

müxtəlif olimpiadalarda  

iştirak edərək, rayon və 

şəhər turnirlərinin qalibi olub və diplomla təltif olu-

nubdur . 2009-cu ildə British Council və Junior Ac-

hievement tərəfindən Bakıda təşkil olunmuş “Skills@

Work Challenge”  proyektində təqdim etdiyi layihəyə 

görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin 

direktoru xanım Nicole la Hausse de Lalouviere 

tərəfindən sertifikatla təltif edilib. 2001-2008-ci 

illərdə Ə.Bədəlbəyli adına 23 saylı Musiqi Kollecində 

əla qiymətlərlə  piano ixtisası üzrə təhsil alıbdır.

Aşağı kurslardan etibarən universitetin elmi-

ictimai fəaliyyətində, universitetdaxili müxtəlif 

tədbirlərin təşkilində yaxından iştirak edib. 2015-ci 

ilin noyabrında keçirilən Tələbə və Gənc Həkimlər 

üçün II Beynəlxalq Tibb Konqresinin Təşkilat 

Komitəsində Elmi İşlər üzrə koordinator vəzifəsində 

çalışıb. Müxtəlif beynəlxalq konqres və simpozium-

ların həm təşkili, həm də referent qismində iştirak 

edib.  2015-ci il dekabrın 11-də   Kolumbiya Uni-

versitetinin Azərbaycan Tibb Universitetində təşkil 

etdiyi “OMI Satellite Symposium in Diabetes”–in  

təşkilində iştirakına görə beynəlxalq sertifikatla 

təltif olunub.2016-cı il aprel ayında Bakıda keçirilən 

II AGTMC çərçivəsində Beynəlxalq Tələbə və Gənc 

Həkimlərin Formunda elmi mövzu ilə çıxış edib. Elə 

həmin il TEC-də “Robotic vs Laparoscopic surgery” 

mövzusunda elmi çıxışına görə diplomla təltif olu-

nub.


2015-ci ildən bu günə qədər Azərbaycan Tibb 

Universitetini  İFMSA –Beynəlxalq Tibb Tələbələri As-

sosiasiyası Federasiyasında  Azərbaycan təmsilçiliyi 

üzrə  Tədqiqat Mübadiləsi Koordinatoru kimi təmsil 

edir.  

2015-ci ildə Almanyanın Heidelberg Tibb 



Universitetində yay təcrübə proqramında iştirak 

edərək dünya miqyaslı professor və alim heyətinin 

təcrübələri ilə yaxından tanış olub.

2016-cu ilin iyununda ATU-nu fərqlənmə diplomu 

ilə bitirib.

İngilis, alman, türk və rus dillərini bilir.

Gələcək hədəflərindən ən birincisi təhsilini 

xaricdə davam etdirmək,  elmi-praktiki biliklərini 

mükəmməlləşdirərək  Azərbaycan səhiyyəsinin inki-

şafında öhdəsinə düşən vəzifəni yerinə yetirmək və 

xalqına layiqincə xidmət etməkdir.

Nəcəfova Günel Firudin qızı

1993-cü ildə Gür-

custa Respublikasının 

Marneuli rayonunda 

anadan olub. 1999-cu 

ildə Binəqədi rayo-

nu 102 saylı orta 

məktəbin 1-ci sinfinə 

gedib. Təhsil aldığı 

müddətdə məktəbin 

ictimai işlərində və 

tədbirlərində fəal 

iştirak edib, rayon və 

respublika olimpia-

dalarında, inşa müsabiqəsində uğurlu nəticələr 

əldə edib. 2010-cu ildə məktəbi əla qiymətlərlə 

bitirərək, 655 balla Azərbaycan Tibb Universi-

tetinin II müalicə-profilaktika fakültəsinə qəbul 

olub. Tələbə olduğu dövrdə bir sıra konqres və 

seminarlarda iştirak edib .2012-ci ildə Nəsimi 

Rayon YAP-ın təşkil etdiyi “Xocalıya Ədalət” inşa 

müsabiqəsində diplomla təltif olunub. 2013 və 

2014-cü illərdə İstanbulda Okmeydanı EAH- da 

yay praktikası keçib. 

Məqsədi peşəkar həkim olub, xalqının sağ-

lamlığının keşiyində dayanmaqdır. 



Babayeva  Gülşən  Gülməmməd  qızı  

1992–ci ildə Bakı  

şəhərində anadan olub. 

2010–cu ildə Nərimanov 

rayonu BMLK–nın 

43 saylı liseyini əla 

qiymətlərlə bitirib. Orta   

məktəbdə kimya fənni 

üzrə olimpiadalarda iş-

tirak edərək I  yerə layiq 

görülüb.

2010-cu ildə TQDK-nın keçirdiyi qəbul im-

tahanında 695 bal toplayaraq   Azərbaycan 

Tibb Universitetinin II müalicə-profilaktika 

fakültəsinə daxil olub. Prezident təqaüdünə 

layiq görülən Gülşən 6 il  müddətində bütün 

imtahanlardan  əla  qiymətlər alaraq bu adı qo-

rumağı bacarıb.

Universitetdə oxuduğu illər ərzində Türkiyənin 

İstanbul şəhərində tibbi təcrübə keçib.

Arzusu  bacarıqlı mütəxəssis kimi yetişmək və 

Azərbaycan səhiyyəsinin inkişafında öz  üzərinə  

düşən vəzifəni  layiqincə yerinə yetirməkdir.

Allahquliyeva Firuzə Arzu qızı

19 dekabr 1993-cü 

ildə Ağstafa rayonunun 

Köçəsgər kəndində 

ziyalı ailəsində anadan 

olub. 2012-ci ildə Bakı 

şəhər Yasamal rayonu 

53 saylı orta məktəbi 

fərqlənmə ilə bitirib. 

Elə həmin il 598 balla 

Azərbaycan Tibb Uni-

versitetinin əczaçılıq 

fakültəsinə daxil olub. 

2016-cı ildə universi-

teti fərqlənmə diplomu 

ilə bitirir. 



Ümidov Ceyhun Mahir oğlu

 

1992-ci ildə Sumqayıt 



şəhərində anadan olub. 

1999-cu ildə Sumqayıt şəhər 

M.Füzuli adına 15 saylı orta 

məktəbin 1-ci sinfinə daxil 

olub. Dəfələrlə şəhər olim-

piadalarında iştirak edib və 

yüksək yerlərə layiq görü-

lüb. Sumqayıtla Lüdviqşafen 

şəhərləri arasında olan dost-

luq tədbirləri çərçivəsində 

təşkil olunan tədbirlərdə 

fəallıq göstərərək sertifikat-

lar alıb. 2010-cu ildə orta məktəbi fərqlənmə ilə 

bitirərək elə həmin il 655 balla ATU-nun Hərbi 

tibb fakültəsinə daxil olub. Universitetin elmi-ic-

timai həyatında aktiv iştirak edərək sertifikatlarla 

təmin olunub. 2016-cı il həmin fakültəni kurs 

1-cisi kimi bitirib və Müdafiə naziri tərəfindən 

qiymətli hədiyyələr ilə mükafatlandırılıb. 

Məqsədi təhsilini GATA-da davam etdirmək, 

Vətənə döndükdən sonar qazandığı bilik və ba-

carıqlarla ölkəmizin Silahlı Qüvvələrində layiqincə 

xidmət etməkdir.

  

Azərbaycan Tibb Universitetini əla qiymətlərlə başa vuran məzunlarımız



Azərbaycan Tibb Universitetini əla qiymətlərlə başa vuran məzunlarımız

Tağıyeva Arzu İdrak qızı 

 

1993-cü ildə Rusiya Fe-



derasiyasının Novosibirsk 

şəhərində anadan olub. 

2010-cu ildə Bakı şəhəri 

20 saylı orta məktəbi əla 

qiymətlərlə başa vurub, 

685 balla ATU-nun müalicə 

işi fakültəsinə daxil olub. 

Prezident təqaüdçüsüdür. 

2013-cü ildə TEC-də  elmi 

məqalələrlə çıxış edib. 2016-

cı ildə II Azərbaycan-Türkiyə-

Almaniya konqresində iştirak 

edib. 2016-cı  ildə ATU-

nu əla qiymətlərlə bitirib. Arzusu gələckdə xaricdə 

təhsilini davam etdirib, kardioloq olmaqdır. 

Əliyeva Ülkər Arzu qızı

 

1992-ci ildə Bakı şəhərində 



anadan olub.  Anası  və bacısı 

həkimdirlər. 

2010-cu ildə Binəqədi rayon 

102 saylı orta məktəbi bitirərək 

məktəb 1-cisi olub və həmin ildə 

691 balla ATU-nun II müalicə-

profilaktika fakültəsinə daxil 

olub. Topladığı yüksək bala görə 

prezident təqaüdünə layiq görü-

lüb və 6 il ərzində bütün imta-

hanlardan “əla” qiymətlər alaraq 

bu adı qorumağı bacarıb.

Universitetdə təhsil aldığı 

illərdə İstanbul Eğitim ve Araş-

tırma Hastanesi, Haseki Eğitim ve Araştırma Hastanele-

rinde  tibbi  təcrübə keçib.

Rus, ingilis və fransız dillərini bilir.

Bu il rezidentura üzrə keçirilən imtahanlarda iştirak 

edərək birinci mərhələdən müvəffəqiyyət əldə edib.

Arzusu daim öz üzərində işləyib, bilik və bacarıqlarını 

daha da təkmilləşdirmək və xalqın sağlamlığı naminə 

istifadə etməkdir.

Universitet xatirələrini unutmayacağını deyən Ülkər, 

hər zaman ona dəstək olan II MPF dekanı Tariel müəllimə 

və dekan müavini Zabit müəllimə öz təşəkkürünü bildi-

rir.


ATU-nu fərqlənmə diplomu ilə bitirir.

Seydəliyeva Aydan İlham qızı 

 

1992-ci ildə Qax şəhərində 



ziyalı ailəsində anadan olub. 

1999-cu ildə Bakı şəhəri Xətai 

rayonu 88 saylı orta məktəbin 

1-ci sinfinə gedib. Orta təhsil 

müddətində dərs əlaçısı olmaqla 

bərabər, müxtəlif fənn olimpi-

ada və müsabiqələrinin iştirak-

çısı və qalibi olub. 2008-ci ildə 

H.Əliyevin 85 illik yubileyinə həsr 

olunmuş inşa yazı müsabiqəsində 

Respublika birincisi olub və 

Yeni Azərbaycan Partiyasının 

təqaüdünə layiq görülüb. 2010-

cu ildə G.Əsgərova adına 200 

saylı məktəbi əla qiymətlərlə bitirərək həmin il yüksək bal-

la Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə 

daxil olub. Təhsil aldığı müddətdə müxtəlif elmi seminar 

və konqreslərdə iştirak edib. 2014-cü ildə Hacettepe Uni-

versiteti Tibb fakültəsində 4 fərqli ixtisas üzrə iş təcrübəsi 

keçib. 2015-ci ildə Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq 

Cəmiyyətinin (GAMCA) təşkil etdiyi konqresin iştirakçısı olub, 

həm də konqresin proqramına daxil olan ümumi və vaskulyar 

cərrahiyyə üzrə treyninq kurslarında iştirak edərək müvafiq 

sertifikata layiq görülüb. Həmin ildə tələbə və gənc həkimlər 

üçün keçirilən II Beynəlxalq Tibb Konqresində elmi məruzə ilə 

çıxış edərək sertifikat alıb. Elmi məruzəsi konqresin əcnəbi 

həkim qonaqları tərəfindən də maraqla qarşılanıb və iranlı 

mütəxəssis tərəfindən A.Seydəliyava öz ölkəsinə dəvət alıb. 

Beynəlxalq dil sertifikatı var (IELTS). 2015-ci ilin oktyabr 

ayında Vyanada nəşr olunan “Austrian Journal of Technical and 

Natural Sciences” jurnalında elmi məqaləsi dərc olunub. 

Hazırda universiteti fərqlənmə diplomu ilə bitirir. Başlı-

ca arzusu təhsilini xaricdə davam etdirmək, qabaqcıl dün-

ya səhiyyəsinin elmi və təcrübi nailiyyətlərinə yiyələnərək 

Azərbaycan xalqı qarşısında həkim vəzifəsini şərəflə icra 

etməkdir.



ÀÒÓ-íó ÿëà ãèéìÿòëÿðëÿ 

áèòèðÿí áó ìÿçóíëàðûí 

íöìóíÿñèíäÿ áöòöí ìÿçóí ëàðû  

ñÿìèìè ãÿëáäÿí òÿáðèê åäèð, 

ìöñòÿãèë ùÿêèìëèê ôÿàëèééÿòè 

ö÷öí âÿñèãÿ àëàí ýÿíúëÿðèìèçÿ 

áþéöê óüóðëàð äèëÿéèðèê!


Yüklə 10,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə