Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 10,28 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix18.07.2018
ölçüsü10,28 Mb.
#56463
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

29 iyun  2016-cı il

6

ATU-nun mətbuat xidməti

Professor  Jecklin  dünyanın  bir  çox 

ölkələrində  mövcud  olan  ictimai 

səhiyyə  proqramının  özəlliklərindən 

danışıb, ictimai səhiyyənin inkişaf yol-

larından söz açıb. Amerikalı professor 

Azərbaycan səhiyyəsi üçün aktual olan 

sahələr, o cümlədən epidemiologiya-

nın  inkişafı  naminə  birgə  layihələrin 

hazırlanıb işlənməsinə hazır olduğunu 

bildirib.

Öz  növbəsində,  prorektor  Rəhimə 

Qabulova da ATU-da bu sahədə möv-

cud olan praktika haqqında məlumat 

verib.  Onun  sözlərinə  görə,  ictimai 

səhiyyə  proqramı  sahəsində  xarici 

ölkələrdə təhsil almış yüksək ixtisaslı 

azərbaycanlı kadrlar var, lakin onların 

təlim-tədris prosesinə daha yaxından 

cəlb edilməsinə ehtiyac duyulur. Xanım 

prorektor  bildirib  ki,  bu  sahədə  yeni 

kadrların yetişdirilməsi üçün mübadilə 

proqramları  çərçivəsində  Azərbaycan 

gənclərinin  Avropa  universitetləri  ilə 

yanaşı, həm də ABŞ-da təhsil almasın-

da, həm də amerikalı mütəxəssislərin  

ATU-da  ixtisaslaşmış  təlimlər  apar-

masında maraqlıyıq.

Görüş  zamanı  bu  sahədə  qarşılıqlı 

əməkdaşlığın  istiqamətləri  müzakirə 

olunub,  bir  sıra  məsələlər  üzrə  ilkin 

razılaşmalar əldə edilib.

Görüşdə ATU-nun xarici tələbələrlə iş 

üzrə dekanı, dosent İsmayıl Əfəndiyev, 

ATU-nun  beynəlxalq  əlaqələr  üzrə 

şöbə  müdiri  Nadir  Zeynalov  və  ATU-

nun  patoloji  anatomiya  kafedrasının 

baş müəllimi Müşfiq Orucov da iştirak 

ediblər.


İsraildən olan qonaqların, həm-

çinin,  Azərbaycan  Tibb  Univer-

sitetinin  rəhbərliyi  ilə  də  görü-

şü  baş  tutub.  Tanışlıq  xarak-

terli  görüşdə  qarşılıqlı  əməkdaşlıq 

məsələləri, təhsil-tədris planında də-

yiş ikliklər  sahəsində  təcrübə  ilə  bağlı 

müzakirələr aparılıb.

Ben-Gurion Universitetinin Tibb elm-

ləri  fakültəsinin  rəhbəri,  kardiologiya 

üzrə  professor  Amos  Katz  təmsil  et-

diyi  institutun  fəaliyyəti,  İsraildə  tibb 

təhsili  sisteminin  quruluşu  haqqında 

məlumat  verib.  Qeyd  olunub  ki,  bu-

rada  tibb  tələbələri  arasında  7  illik 

baza  təhsilindən  sonra  ixtisas  seçi-

mi  aparılır.  İkinci  növ  tibbi  təhsil  isə 

4  illik  proqram  üzrə  keçirilir.  İngilis 

dilində olan proqram üzrə təhsil alan  

tələbələr dünyanın istənilən ölkəsində 

praktikadan keçə bilərlər.

A.Katz bildirib ki, onlar tərəfindən ic-

timai səhiyyə və səhiyyənin idarəolun-

ması  üzrə  məzun  proqramları  da 

təşkil  olunur:  “Bundan  əlavə,  bizim 

komandamız  təhsil-təlim  formasını, 

tədris  planını  dəyişdirmək  sahəsində 

də  fəaliyyət göstərir”. Professor Katz 

bu  məsələlər  üzrə  Azərbaycan  Tibb 

Universiteti  ilə  əməkdaşlıqda  maraqlı 

olduqlarını bildirdi.

ATU-nun  rektoru,  professor  Gəray 

Gəraybəyli  İsrail  və  Azərbaycan  tibb 

təhsili  sistemləri  arasındakı  oxşar-

lıqlardan  danışıb.  Azərbaycanda 

tibb  sahəsində  ali  təhsilin  struktu-

ru  haqqında  məlumat  verən  rektor 

qeyd  edib  ki,  rəhbərlik  etdiyi  uni-

versitet  xarici  əlaqələrin,  tələbə  və 

rezidentlərin  mübadiləsinin  daha  da 

genişləndirilməsində maraqlıdır.

Professor  Gəray  Gəraybəyli  ATU-

da  mövcud  rezidentura  sistemi  haq-

qında  məlumat  verərək  bildirib  ki, 

əsas  diqqət  rezidentlərin  praktiki 

biliklərinin  artırılmasına  yönəldilir: 

“İndiyədək  Azərbaycan  Tibb  Univer-

sitetinin tələbə və rezidentləri bir sıra 

xarici  ölkələrdə  müxtəlif  proqramlar 

üzrə təhsil alıblar, işləyiblər. Lakin bu 

əlaqələrin daha da genişləndirilməsinə, 

təcrübə  mübadiləsinin  artırılmasına 

ehtiyac  var”.    Rektor  bəzi  sahələrdə 

tibb  təhsilinə  daha  modern  yanaşma 

tələb olunduğunu da deyib.

Görüşün  sonunda  qonaqlara  hədiy-

yələr  təqdim  olunub,  xatirə  şəkli 

çəkilib.


Qeyd edək ki, israilli qonaqlar ATU-

nun Stomatoloji, Tədris Terapevtik və 

Onkoloji  Klinikaları  ilə  də  tanış  olub, 

anatomiya muzeyini gəziblər.

  1969-cu  ildə  yaradılan  Ben-Gurion 

universiteti  hazırda  İsrailin  ən  böyük 

təhsil və tədqiqat mərkəzlərindən biri 

sayılır.  Universitetin  nəzdində  bü-

tün  dünya  üzrə  məşhur  olan  İrvinq 

Qoldman adına tibbi məktəb fəaliyyət 

göstərir. Burada dünyanın hər yerindən 

tələbələr təhsil alır. 

Qeyd edək ki, Azərbaycanda səfərdə 

olan  nümayəndə  heyətinin  tərkibinə 

dr. Davıdoviç, dr. Aleks Geffer daxildir. 

Görüşdə ATU-nun xarici əlaqələr üzrə 

prorektoru Rəhimə Qabulova və ATU-

nun  beynəlxalq  əlaqələr  üzrə  şöbə 

müdiri Nadir Zeynalov iştirak ediblər. 

Ben-Gurion Universitetinin nümayəndə heyəti 

rektor Gəray Gəraybəyli ilə görüşüb

Amerikalı professor Tibb Universitetində qonaq olub

İyunun 23-də İsrailin nüfuzlu 

Ben-Gurion Universitetinin  tibb 

mütəxəssisləri Azərbaycan Tibb 

Universitetində qonaq olublar. 

Xarici professorlar  ATU-nun 

Tədris Cərrahiyyə Klinikasını 

gəzib, burada tələbələr və xəstələr 

üçün yaradılan şəraitlə yaxından 

tanış olublar.

İyunun 22-də ABŞ-ın Viskossin ştatının  La Crosse universitetinin professoru Robert Jeck-

lin Azərbaycan Tibb Universitetində qonaq olub. ATU-nun beynəlxalq əlaqələr üzrə pro-

rektoru, dosent Rəhimə Qabulova ilə görüşdə universitetlər arasında qarşılıqlı əməkdaşlıq 

məsələləri müzakirə olunub.

u

 



    

Səhiyyə sistemindəki 

inkişafına görə dünyanın 

ən qabaqcıl ölkələrindən 

sayılan İsrailin mütəxəssisləri 

Azərbaycan Tibb Universitetində 

mühazirə deyiblər.

Tədbirdə ATU-nun beynəlxalq işlər 

üzrə prorektoru Rəhimə Qabulova giriş 

nitqi ilə çıxış edərək İsraildən təşrif 

buyurmuş qonaqları auditoriyaya təqdim 

etdi. Qeyd olundu ki, Ben-Gurion 

Universitetinin təmsilçiləri 2 gündür 

ATU-nun qonağıdırlar. Onlar universi-

tetin tədris binaları, klinikaları, tələbə 

şəhərciyini gəziblər, ATU nəzdindəki 

tibbi müəssisələrin fəaliyyəti ilə yaxın-

dan tanış olublar.

 Sonra Ben-Gurion Universitetinin 

Tibb elmləri fakültəsinin rəhbəri, kardi-

ologiya üzrə professor Amos Katz təmsil 

etdiyi institut haqqında qısa təqdimatla 

çıxış etdi.

 İştirakçılarda böyük maraq doğuran 

prezentasiyada universitet haqqında 

ümumi məlumatla yanaşı, Ben Gurio-

nun tibb elmləri fakültəsinin fəaliyyəti

burada aparılan strateji planlaşdırma 

barəsində geniş məlumatlar yer almışdı.

 Qonaq çıxışının sonunda Ben-Gurion 

Universitetində mövcud təhsil və tədris 

sistemi, kurikulum vəziyyətindən da-

nışdı.

Daha sonra ATU-nun tədris hissə 



müdiri, dosent Nəsimi Qasımov 

Azərbaycanda tibb təhsili verən yeganə 

universitetin tədris sistemi haqqında 

geniş mühazirə ilə çıxış etdi. ATU-nun 

tədris-metodik innovasiyalar şöbəsinin 

müdiri, professor Akif Qurbanov isə 

universitetdə imtahanlara hazırlıq, sınaq 

prosesinin gedişi və bu il ilk dəfə dövlət 

imtahanlarında tətbiq edilən OSKİ 

sistemi haqqında tədbir iştirakçılarını 

məlumatlandırdı.

 Sonda qonaqlar tədbir iştirakçılarını 

maraqlandıran sualları da cavablandır-

dılar.


İsrailli mütəxəssislər Tibb Universitetində tədris 

kurikulumu barədə təqdimatla çıxış etdilər

u  Azərbaycan Respublikasının 



Nazirlər  Kabineti yanında  İcbari 

Tibbi  Sığorta üzrə Dövlət Agentliyinin 

mü tə xəssisləri  Türkiyənin  Sosial 

Güvənlik Qurumunun dəvəti ilə 

Ankarada səfərdə olublar.

 

Agentliyin  mətbuat  xid-



mə tindən  AZƏRTAC-a  veri-

lən  məlumata  görə,  səfər 

müddətində  Tür kiyə nin  sə-

hiyyə  naziri  Rəcəp  Akdağ 

Azərbaycan 

nümayəndə 

heyətini  qəbul  edib.  Na-

zir  görüşdə  icbari  tibbi  sı-

ğortanın  Türkiyədə  uzun 

müddətdir  tətbiq  olunduğu-

nu bildirib. O, icbari tibbi sı-

ğortanın ölkə ərazisində tam 

şəkildə əhatə olunmasının 2013-cü 

ildə  yekunlaşdığını,  bu  müddətdə 

meydana  çıxan  çətinliklər,  icbari 

tibbi  sığortanı  tətbiq  etmiş  digər 

ölkələrdən üstünlüklər barədə ge-

niş məlumat verib.

İcbari  Tibbi  Sığorta  üzrə  Dövlət 

Agentliyinin  direktoru  Zaur  Əliyev 

Azərbaycanda icbari tibbi sığorta-

nın  tətbiqi  ilə  bağlı  görülən  işlər, 

gələcək  planlar  barədə  söhbət 

açıb.  R.Akdağ  Agentliyə  gələcək 

işlərində dəstək verməyə daim ha-

zır olduqlarını bildirib.

Zaur  Əliyevin  rəhbərlik  etdiyi 

Azərbaycan nümayəndə heyəti So-

sial Güvənlik Qurumunun rəhbərliyi 

və  nümayəndələri  ilə  də  görüşüb. 

Nümayəndə heyətimiz görüşdə So-

sial Güvənlik Qurumu ilə əhali, eləcə 

də  tibb  müəssisələri  arasında  qu-

rulmuş  münasibətlərlə  tanış  olub, 

Türkiyənin  tibbi  sığortanın  tətbiqi 

sahəsində təcrübəsini, habelə tibbi 

sığortanın  təşkili  sahəsində  infor-

masiya  texnologiyalarının  tətbiqi 

imkanlarını  araşdırıb.  Agentliyin 

mütəxəssisləri  ölkəmizdə  icbari 

tibbi  sığortanın  həyata  keçirilməsi 

üçün  müvafiq  sahələrdə  Türkiyə 

təcrübəsini öyrəniblər.

Azərbaycanlı mütəxəssislər icbari tibbi sığorta 

üzrə Türkiyə təcrübəsini öyrəniblər



Yüklə 10,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə