Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 10,28 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix18.07.2018
ölçüsü10,28 Mb.
#56463
1   2   3   4   5   6   7

29 iyun 2016-cı il

http://www.amu.edu.az

7

Azərbaycan xalqı ta-

rixi keçmişdə hərb 

ənənələrinə malik ol-

maqla Cavanşirlərin, 

Babəklərin, Xətai kimi 

vətənpərvər oğullarının 

qəhrəmanlıq şücaəti ilə 

fəxr etmişdir. XX əsrdə 

iki dəfə müstəqilliyimizin 

əldə edilməsi, torpaqla-

rımızın qorunmasında 

Azərbaycan ordusunun 

böyük xidmətləri olmuş-

dur. 

1918-ci  il  mayın  28-də  yaradılmış  AXC 

İstiqlal  Bəyannaməsində  qeyd  edirdi  ki, 

’’Azərbaycan  özünü  xarici  müdaxiləçilərdən 

qorumaq  və  daxili  düşmən  qüvvəlləri 

zərərsizləşdirmək  üçün  nizami  orduya  ma-

lik  olmalı,  Silahlı  Qüvvəllərini  yaratmalıdır’’. 

Elə həmin gün Xosrov bəy Sultanov Müdafiə 

naziri təyin edilib. Amma  həmin ilin oktyab-

rın  6-dan  dekabrın  26-a  qədər  bu  vəzifəni 

İ.Ziyadxanov  tutub.  Sonrakı  dövrlərdə  isə 

artilleriya  general-leytenantı  Səməd  bəy 

Mehmandarov hərbi nazir, general-leytenant 

Əliağa  Şıxlinski  nazir  müavini,  general-ley-

tenant Süleyman Sulkeviç isə Baş Qərərgah 

rəisi  təyin  ediliblər.  AXC-nin  hazırlanmış 

ordu  quruculuğu  planına  əsasən  1919-cu 

il  noyabrın  1-nə  qədər  ordunun  ən  mühüm 

struktur bölmələri və hissələri – üç polkdan 

ibarət  iki  piyada  diviziyası,  artilleriya  divizi-

yası, teleqrafçı, atlı və pulemyotçu dəstələri, 

suvari diviziyası, hava dəstəsi və dəmir yol 

batalyonu yaradılmalı idi.

1918-ci  ilin  martında  hərbi  məktəb  açıl-

dı və Poruçik Cahangir bəy Zeynalov onun 

rəisi  təyin  edildi.  Ölkədə  vəziyyətin  ağır 

olmasına  baxmayaraq  iyunun  26-  da  ya-

radılan  AXC  Milli  Ordusu  iyunun  27-dən 

-  iyulun  1-dək  Göyçay  yaxınlığında  daş-

nak  Şaumyanın  Bakı  Sovetinə  qarşı  sı-

naq  döyüşündən  alnıaçıq  və  şərəflə  çıxdı.                                                                                                                  

Çar Rusiyası dövründə azərbaycanlılar hərbi 

məktəblərə qəbul edilmir, ordu sıralarına çağ-

rılmır, yalnız hərbi vergi ödəyirdilər. I Cahan 

Müharibəsi dövründə Qafqaz atlı diviziyası-

nın  tərkibinə  daxil  olan  azərbaycanlılardan 

ibarət atlı polku mövcud idi.

1918-ci  ilin  dəhşətli  mart  hadisələrindən 

sonra  Hərbi  Məktəb  Gəncəyə  köçürüldü, 

Nuru  Paşanın  300  nəfərlik  təlimatçı  qru-

pu  Osmanlı  hərbçilərindən  Arif  bəy  Hərbi 

Məktəbin rəisi təyin olundu və bundan sonra 

hərbi  təhsil  ocağı  Praporşiklər  Məktəbi  ad-

landırıldı. Məktəbin qəbul norması 100 nəfər 

olsa da, hərbiçi olmaq istəyənlərin sayı nor-

madan çox idi və  onlar yunker adlanırdılar.                                                                                                                                    

  1918-ci  ilin  oktyabrında  Gəncə  Hərbi 

Məktəbinin ilk buraxılışı oldu. Dekabrın 1-də 

bu  məktəbin  statusu  dəyişdirilərək  yenidən 

Praporşiklər  Məktəbi  adlandı.  Sonralar  bu 

məktəbin bazasında hərbiyyə və istehkamçı-

lar məktəbi yaradılaraq Hacıkənddə fəaliyyət 

göstərdi. Bundan başqa, hərbi dəmiryolçular 

və hərbi feldşer hazırlayan məktəblər təşkil 

olunmaqla  hərbi  zavodlar  da  fəaliyyətə 

başladı.  Bu  məktəblər  bütün  Azərbaycanı 

əhatə etməklə orada tam təhsilli hərbi kadr-

lar  yetişdirilirdi.  Bundan  başqa  dekabrın 

5-dən  Gəncə  Dairə  Məhkəməsi  nəzdində 

hərbi  məhkəmə  də  fəaliyyət  göstərirdi.                                                                                             

Xalq  Cümhuriyyəti  əsgərlərin  döyüş  ha-

zırlığı  ilə  bərabər  tibbi  hazırlığına  da  xü-

susi  diqqət  yetirirdi.  1918-ci  il  noyabrın 

15-də  ümumi  qərərgahın  tərkibində  Hərbi 

Tibbi İdarə fəaliyyətə başladı. Bakı, Gəncə və 

Xankəndində hərbi xəstəxanalar təşkil edildi 

və  1919-  cu  il  yanvarın  22-dən  başlayaraq 

bütün hərbi hissələrin nəzdində iki aylıq sa-

nitar kursları yaradıldı. Belə ki, Hərbi Feldşer 

Məktəbinə  ilk  hərbi  hazırlıq  keçən  əsgərlər 

və xidmətə yararlı 30 yaşadək gənclər qəbul 

edilirdi.  Ordu  quruculuğuna  mümkün  qədər 

vəsait ayrılırdı. 1919- cu ildə müdafiə xərcləri 

üçün  ümumi  büdcənin  27,7  faizi  ayrılmışdı.                                                                              

Dövrünün  çətinliklərinə  baxmayaraq  türk 

zabitlərinin köməyi ilə sayı 40 minə çatan  Mil-

li Ordu yaradılsa da, 1920- ci il aprel çevrilişi 

azərbaycanlılara ordu quruculuğunu yüksək 

səviyyədə həyata keçirməyə imkan vermədi.                                                                                                                

1991-  ci  ildə  Azərbaycan  ikinci  dəfə  dövlət 

müstəqilliyini  qazandıqdan  sonra  mənfur 

qonşularımızın torpaqlarımıza olan iddialları-

nın qarşısının alınması məqsədilə Milli Ordu-

nun yaradılması istiqamətində müəyyən işlər 

görüldü. Amma Ulu Öndər Heydər Əliyevin 

1993-cü ildə hakimiyyətə qaydışından sonra 

bu sahədə irəliyə doğru ciddi addımlar atıldı. 

Ötən əsrin 70- ci illərində Cəmşid Naxçıvans-

ki adına Hərbi Məktəbin fəaliyyətə başlaması, 

Ulu Öndər tərəfindən azərbaycanlı gənclərin 

SSRİ-nin  müxtəlif hərbi məktəblərinə  oxu-

mağa  göndərilməsi,  1993-cü  ildə  yaradılan 

Azərbaycan  Ordusunun  peşəkar  kadrlar-

la  təmin  edilməsində  mühüm  rol  oynadı.                                                                                                                    

Məhz Ulu Öndərin  səyi nəticəsində 1994-cü 

ildə  Azərbaycan  NATO–nun  “Sülh  naminə 

tərəfdaşlıq” proqramına, 1996-cı ildən “Plan-

laşdırma  və  anailiz  prosesi”  proqramına, 

1997-ci ildə Azərbaycanın bütün hərbi təhsil 

müəssisələri  NATO  standartlarına  keçmiş, 

2004-cü  ildə  isə  dövlətimiz    NATO-nun 

“Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat  Planı’’na 

qoşulmuşdur. 

Hazırda  regionda  güclü  dövlətə  və  or-

duya  malik  olan  Azərbaycan  Respublika-

sı  dünya  dövlətləri  içərisində  özünə  layiq 

yer  tutur.  Azərbaycan  ordusu  98  illik  ağır 

zəhmətin  bəhrəsi  olaraq  arzuladığımız 

səviyyəyə  çatmış  və  bu  gün  o,  torpaqları-

mızın  azad  edilməsi  üçün  Ali  Baş  koman-

danın əmrini yerinə yetirməyə hazırdı. Bunu 

son aprel döyüşləri zamanı Milli Ordumuzun 

qəhrəman əsgər və zabitlərinin düşmənlərə 

verdiyi layiqli cavab da bir daha sübut etdi. 

Təmas  xəttində  təxribat  törətməyə  cəhd 

edən Ermənistan qüvvələrinə qarşı ordumu-

zun uğurlu əks-hücum əməliyyatı keçirməsi 

nəticəsində işgal altında olan bir sıra strateji 

yüksəkliklər geri qaytarıldı. 

Bütün  çıxışlarında  ordumuzun  qüdrətli 

və  döyüş  əzminin  yüksək  olduğunu  xüsusi 

vurğulayan  cənab  Prezident  İlham  Əliyev  

aprel  döyüşlərində  böyük  şücaət  göstərən 

əsgər  və  zabitlərimizin  mənəvi-psixoloji 

vəziyyətinin  çox  müsbət,  vətənpərvərlik  ru-

hunun,  nizam–intizamın  yüksək  səviyyədə 

olduğunu, bütün bu amillərin hərbi gücümü-

zü daha da artırdığını  qeyd edib. 

Xalqımız da buna əmindir. Ona görə də hər 

an xarici müdaxilələrdən bizi qoruyan, ərazi 

bütövlüyümüzü  hər  an  bərpa  etməyə  hazır 

olan    öz  silahlı  qüvvəlləri  ilə  fəxr  edir.  Xal-

qımız yaxşı bilir ki, güclü ordumuzun olması 

ölkəmizin müstəqilliyinin və azərbaycançılıq 

məfkurəsi nin zəmanətlərindən biridir.

 

Qabil ABDULLAYEV



Azərbaycan ordusu 

- varislik ənənəsi

26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günüdür!



 

D.Mahmudova    1953-cü    ildə  

Bakı    şəhərində    anadan    olub.  

N.İ.Piroqov    adına    II    Moskva  

Dövlət    Tibb    İnstitutunu    1976-cı  

ildə  bitirib.  1976-1980-ci  illərdə  2  

saylı  tibbi  sanitariya  hissəsində  

nevropatoloq,  1980-1982-ci  illərdə  

ATU-da    klinik    ordinator,    1983-

1987-ci    illərdə    aspirant    olub,  

1987-ci  ildə  Moskva  Dövlət  Tibb  

İnstitutunda    “Beynin    erkən    qan 

– damar  xəstəlikləri  zamanı  ney-

rooftalmoloji  müayinələr”  mövzu-

su  üzrə  namizədlik  dissertasiya-

sını  müdafiə  edib.  1982-1990-cı  

illərdə  2 saylı  BŞX-da  nevroloq,  

1990-2005-ci    illərdə    ATU-nun  

Nevrologiya    və    tibbi    genetika  

kafedrasında    assistent,    2005-ci  

ildən  ömrünün  sonuna  kimi  do-

sent  vəzifəsində  işləyib.  2005-ci  

ildə  “Avisenna”  medalı  ilə  təltif  

olunaraq      “Beynəlxalq    Loğman”  

və  2009-cu  ildə  “Leybnic”  medalı  

və  “Avropanın  fəxri  alimi”  adını  

alıbdır.

Dosent  D.Mahmudova doktorluq  

dissertasiyası  üzərində  işləyirdi.

2007-ci    ildən    Avropa    (Hanno-

ver)    Təbii    Elmlər    Akademiyası-

nın    həqiqi    üzvü,    1999-cu    ildən  

İnsultla  Milli  Mübarizə  Assossia-

siyasının  rəhbəri  olubdur.  3  me-

todik    tövsiyənin,    78    məqa lənin  

(onlardan    9-u    xaricdə),    müəl-

lifidir.  Ölkədə  və  xaricdə  (Türkiyə  

və  Rusiya)  keçirilmiş  seminar  və 

konfranslarda  iştirak  və  çıxış  edib.  

Dosent  Dilarə  xanım  bacarıqlı  

və  səriştəli  pedaqoq  kimi  bütün  

tələbələrin,  uzun  illər  onunla  çi-

yin – çiyinə  işləyən  həmkarlarının,  

gənc  həkimlərin və  onu  tanıyanla-

rın  yaddaşında  daimi  yaşayacaq-

dır.


Allah  rəhmət  eləsin,  qəbri  

nurla  dolsun!

Nevrologiya  və  tibbi  genetika  

kafedrasının  əməkdaşları

Mahmudova  Dilarə  Boran  qızı 

B

u  günlərdə  ATU-

nun  Nevrologiya  və  

tibbi  genetika  kafedrasının  

kollektivinə  ağır  itki  üz  

verib. Kafedranın  dosenti  

Mahmudova  Dilarə  Boran  

qızı  dünyasını  dəyişib. 

u

Həyata keçirilən tədbirlər 



çərçivəsində ölkəmizdə 45 

min 154 şəkərli diabet xəstəsi 

qlükometrlərlə təmin olunub, 14 

min 397 xəstə üzərində isə insulin 

terapiyası xidməti aparılır.

AZƏRTAC  xəbər  ve-

rir  ki,  bu  fikirlər  iyu-

nun  22-də  akademik 

M.Mirqasımov 

adı-


na  Respublika  Kli-

nik 


Xəstəxanasında 

keçirilən 

“dəyirmi 

masa”da səslə nib.

Tədbirdə  qeyd  olu-

nub  ki,  əgər  vaxtilə 

diabetli  uşaqlara  adi 

şpris-qələm  verilməsi 

problem  idisə,  indi 

onlara  dərman  insu-

lin  pompası  vasitəsilə  yeridilir. 

Bu isə körpələri gün ərzində bir 

neçə dəfə insulin iynəsi vurmaq-

dan azad edir.

Məlumat verilib ki, hazırda dün-

yada  300  milyona  yaxın  insan 

şəkərli  diabetdən  əziyyət  çəkir. 

Bu  xəstəliyin  profilaktikası  və 

müalicəsi  vaxtında  aparılmasa, 

çox  ciddi  fəsadlar  törədə  bilər. 

Böyük sürətlə yayılan bu xəstəlik 

ciddi  sosial–tibbi  problemlər 

yaradaraq  ölkələrin  iqtisadiy-

yatına,  ailələrin  maddi  duru-

muna  təsir  edir.  Dünya  Səhiyyə 

Təşkilatının  proqnozlarına  görə, 

2030-cu  ilədək  diabetdən  dün-

yasını  dəyişənlərin  sayı  iki  dəfə 

arta bilər.

Azərbaycanda  şəkərli  diabetlə 

mübarizə istiqamətində mühüm 

addımlar atıldığı və bu məsələnin 

qanunvericilikdə  də  əksini  tap-

dığı  diqqətə  çatdırılıb.  Vurğula-

nıb ki, “Şəkərli diabet xəstəliyinə 

tutulmuş şəxslərə dövlət qayğı-

sı  haqqında”  Azərbaycan  Res-

publikası  Qanununun  tətbiq 

edilməsi buna bariz nümunədir. 

Bundan  əlavə,  Nazirlər  Kabi-

netinin  2010-cu  il  26  noyabr 

tarixli  qərarı  ilə  təsdiq  edilmiş 

“2011-2015-ci  illər  üçün  şəkərli 

diabet  üzrə  Tədbirlər  Proqramı” 

ölkəmizdə uğurla həyata keçiri-

lib.


Bununla  yanaşı,  Nazirlər  Kabi-

netinin  qərarı  ilə  “2016-2020-

ci  illər  üçün  şəkərli  diabet 

xəstəliyi  üzrə  Dövlət  Proqra-

mı”  təsdiq  edilib.  Dövlət  Proq-

ramının  əsas  vəzifələri  şəkərli 

diabet  xəstələrinə  göstərilən 

tibbi  xidmətin  keyfiyyətinin 

yüksəldilməsi,  şəkərli  diabet 

xəstələrinin  dərman  preparat-

ları,  özünənəzarət  vasitələri 

və  digər  ləvazimatla  tam 

təminatının 

yaxşılaşdırılma-

sı,  endokrinoloji  xidmətin  kadr 

potensialının 

gücləndirilməsi, 

şəkərli  diabet  xəstəliyinin  pro-

filaktikasına və müalicəsinə dair 

əhalinin maarifləndirilməsidir. 



Ölkəmizdə 45 mindən 

çox şəkərli diabet xəstəsi 

qlükometrlərlə təmin olunub


Yüklə 10,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə