Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 10,28 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix18.07.2018
ölçüsü10,28 Mb.
#56463
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

29 iyun   2016-cı il

ABŞ Səhiyyə Departamenti yanında rekombinant 

DNT üzrə Məşvərət Məclisi Pensilvaniya Universiteti 

əməkdaşlarının insanlar üzərində genetik modifikasiya 

təcrübələri aparmaq xahişini bəyənib..

AZƏRTAC  “therus-

siantimes.com”  saytına 

istinadla xəbər verir ki, 

təcrübələr  üç  məkanda 

keçiriləcək.  Pensilva-

niya  Universiteti  ilə 

yanaşı,  Kaliforniya  və 

Hyuston  universitetləri 

də  bu  işə  cəlb  oluna-

caq.  Alimlər  CRISPR/

Cas9  texnologiyasın-

dan  istifadə  edəcək. 

Onlar  qarşılarına  insanın  immun  hüceyrələrini  yaxşılaşdır-

maq  məqsədi  qoyurlar.  Bu,  melanoma,  sarkoma,  miyelo-

ma və digər təhlükəli xərçəng xəstəlikləri ilə daha səmərəli 

mübarizə aparmaq imkanı yaradacaq.

Eksperimentlər üçün artıq 18 könüllü seçilib. Tədqiqatlar 

2 il davam edəcək.

CRISPR  həmçinin  PD-1  geninin  fəaliyyətini  pozacaq. 

Bu  gen  limfositlərin  fəallığını  zəiflədir.  Modifikasiya  edilən 

limfositlər sonradan pasiyentin orqanizminə qaytarılır və şişə 

fəal həmlələr edir.

İki  illik  tədqiqatlara  cəlb  ediləcək  18  könüllü  xərçəng 

xəstəliyinin müxtəlif növlərindən (melanoma, sarkoma, mi-

yeloma)  əziyyət  çəkir.  Şişlər  mövcud  müalicə  metodlarına 

davamlı olmalıdır.

II müalicə-profilaktika fakültəsinin V kurs, 340

b

 qrup tələbəsi Qasımov 



Omar  Zaman oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sa-

yılır.


II müalicə-profilaktika fakültəsinin I kurs, 211

b

 qrup tələbəsi Rüstəmova 



Səidə Rəşad qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Rzayev  Asəf  Zulu  oğluna  2002-ci    ildə  Azərbaycan  Tibb  Universiteti 

tərəfindən  terapevt  ixtisası  üzrə  verilmiş  internatura  vəsiqəsi  itdiyi  üçün 

etibarsız sayılır.

Əliyev Azər Xosrov oğluna 1994-cü  ildə Azərbaycan Tibb Universiteti 

tərəfindən  terapevt  ixtisası  üzrə  verilmiş  internatura  vəsiqəsi  itdiyi  üçün 

etibarsız sayılır.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@amu.edu.az

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 317

ADP parlementi 1919-cu il sentyabrın 

1-də  Bakı  Dövlət  Universitetinin  təsis 

edilməsi  haqda  qərar  qəbul  edib.  Uni-

versitetin  ən  böyük  fakültələrindən  biri 

tibb fakültəsi olub.

*   *   *

1920-ci  ildə  Azərbaycan  Dövlət  Uni-

versitetinin  tibb  fakültəsinin  heyətində 

12 professor, 2 dosent və 27 assistent 

çalışmışdır.

*   *   *

Universitetdə  tədris  işlərinə  ilk 

azərbaycanlı  kadrlar  M.Topçubaşov  və 

M.Mirqasımov dəvət edilmişlər.

*   *   *

1922-ci  ildə  universitetin  ilk  buraxılı-

şında 30 nəfər həkim diplomu almışdır. 

Onlardan  yalnız  3  nəfəri  azərbaycanlı 

olmuşdur.

*   *   *

Azərbaycan  Tibb  İnstitutunda  uzun 

müddət kafedra müdiri işləyən Adilə xa-

nım Şaxtaxtinskaya (1894-1951) elmlər 

doktoru adını alan ilk azərbaycanlı ma-

ma-ginekoloq qadındır.

*   *   *

Azərbaycanın  ilk  qadın  elmlər  dok-

toru da tibb mütəxəssisi olmuşdur. Bu, 

1929-ci  ildə  oftalmologiya  sahəsində 

elmlər doktoru adını almış Sona xanım 

Vəlixandır.

*   *   *

BDU-nun  tibb  fakültəsində  10  il 

ərzində 1407 həkim hazırlanmışdır.

*   *   *

Azərbaycan  Dövlət  Tibb  İnstitutu 

Azərbaycan SSR Xalq Komissarları So-

vetinin  19  iyun  1930-cu  il  tarixli  qərarı 

ilə yaradılmışdır.

*   *   *

Fəaliyyətdə  olduğu  10  il  ərzində 

ADTİ-yə (1930-1940) 4733 tələbə qəbul 

olunmuşdur.

*   *   *

ATDİ-yə  tələbə  qəbulu  artırılaraq 

1970-1980-ci  illərdə  1300  nəfərə  çat-

mışdır.


*   *   *

1980-ci ilin 22 avqusunda yaradılma-

sının  50  illiyi  münasibətilə  ADTİ  SSRİ 

Ali Sovetinin fərmanı ilə «Qırmızı Əmək 

Bayrağı Ordeni» ilə təltif edilmişdir.

*   *   * 

Azərbaycan  SSR  Nazirlər  Sovetinin 

qərarı ilə 1991-ci ildə ADTİ Azərbaycan 

Dövlət  Tibb  Universiteti  statusunu  al-

mışdır.


*   *   *

Universitet  1996-cı  ildə  dünya  ali 

təhsil  müəssisələrinin  Beynəlxalq 

Reyestrinə daxil edilmişdir.

*   *   *

Öz  fəaliyyəti  dövründə  Tibb 

Universitetində  10  minlərlə  həkim 

və  provizor  hazırlanmışdır.  ATU  ali 

təhsil  sahəsində  Avropa  İttifaqı, 

Mərkəzi və Şərqi Avropa ölkələri ilə 

Şərqi  Asiya  Ölkələri  arasında  Tem-

pus  Tasis  əməkdaşlıq  proqramına 

görə  Transavropa  əməkdaşlığının 

üzvüdür.


*   *   *

25  may  2000-ci  ildə    Azərbaycan 

Respublikasının Prezidenti, Ali Baş Ko-

mandan    cənab  Heydər  Əliyevin  425 

saylı  tarixi  Fərmanına  uyğun  olaraq 

Azərbaycan Tibb Universitetində hərbi- 

tibbi  kadrların  hazırlanması  məqsədilə 

Hərbi Tibb Fakültəsi təsis edilmişdir.

*   *   *

2002-ci  ildə ATU Avropa Universitetlər 

Assosiasiyasına tam hüquqlu üzv qəbul 

edilmişdir.

*   *   *

2002-ci ilin sentyabrında ATU-nun ilk 

klinikası - Stomatoloji Klinika fəaliyyətə 

başlayıb.

* * *

  Azərbaycan  Respublikasının  Prezi-



denti  cənab  İlh a m  Əliyevin  Sərəncamı 

əsasında  Nazirlər  Kabinetinin  23  no-

yabr 2006-cı il tarixli 250 saylı qərarı ilə 

Azərbaycan Tibb Universitetinin Onko-

loji Klinikası yaradılıb. 

*   *   *

2007- ci ildə Azərbaycan Respublika-

sının  Prezidenti  cənab  İlham  Əliyevin 

11  sentyabr  tarixli  Sərəncamı  ilə 

Azərbaycan Tibb Universitetinin Tədris 

- Terapevtik Klinikası yaradlımışdır. 

*   *   *

2008-ci ildə Azərbaycan Respublika-

sının Prezidenti cənab İlham Əliyevin 13 

mart  tarixli Sərəncamı ilə Azərbaycan 

Tibb  Universitetinin  Tədris-Cərrahiyyə 

Klinikası yaradlımışdır. 

*   *   *

18  mart  2010-cu  ildə  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabinetinin 

50  saylı  qərarı  ilə  Azərbaycan  Tibb 

Universiteti  rezidentura  pilləsinə  ke-

çib.  Fəaliyyətə  başladığı  2011-ci  ildən 

indiyədək  255  nəfər  gənc  həkim-

rezidenturanı bitirib. 

ATU rəqəmlərin dili ilə

ABŞ-da insan üzərində genetik 

təcrübələrə icazə 

verilib


 

Bəşəriyyətin so-

nuncu peyğəmbəri 

Həzrət Məhəmməd  

(səlləllahu əleyhi və 

alihi və səlləm) bu-

yurmuşdur ki, Rama-

zan ayına əhəmiyyət 

verməyən, bu ayda 

üzünü qibləyə tut-

mayan, Allaha yalvar-

mayan və bu aydan 

bəhrələnməyən 

şəxslər bağışlanmayacaqlar. 

Allah-təala Quranda belə 

buyurmuşdur: “Məni çağı-

rın ki, Mən də sizin duanızı 

qəbul edim.” 

Orucluq  Allahın  iznilə  bədəni-

mizin  bütün  sistemlərinə  sağ-

lamlaşdırıcı  təsir  göstərmək  qa-

bi liy yətinə  malikdir.  Ancaq  tək 

sağlamlıq  üçün  oruc  tutmaq 

məqbul  sayılmır.  Orucluq  insan 

psixikasına müsbət təsir göstərir 

və  nəticədə  insan  rahatlıq  tapır. 

Oruc  tutan  insanın  beyni  daha 

güclü işləyir və daha qüvvətli olur. 

Adi günlərdə insan daha çox qi-

dalandığı üçün orqanizmdə olan 

bütün  qan  kütləsi  qidanın  həzm 

olunmasına gedir. Burada məqsəd 

maddələr mübadiləsinin və həzm 

prosesinin yaxşı getməsidir. Qan 

beyindən aşağı orqanlara axır və 

həzm prosesində iştirak edir. Çox 

yeməkdən  sonra  insanın  yuxu-

sunun  gəlməsi  də  bununla  izah 

edilir.  Çox  yeyən  adamlar  daha 

çox yuxulu və tənbəl olurlar. An-

caq oruc tutan adamda mədə gün 

ərzində  boş  qaldığı  üçün  beyin 

orqanizmin  öz  daxili  imkanları, 

qanı hesabına təmizlənir. İnsanın 

təfəkkürü daha açıq olur, yaddaşı 

yaxşılaşır,  daha  sərrast  hərəkət 

edir və danışır. İnsan beyni qanla 

yaxşı təmin olunur. 

Orucluq 

insan 


iradəsinin 

güc  lən məsi  üçün  də  vacib 

şərtlərdəndir. İnsan oruc tutmaq-

la Allaha inamının güclü olduğu-

nu göstərir və gələcək çətinliklərə 

də  hazır  olur.  İnam  çox  mühüm 

psixoloji faktordur. İnam sınanda 

insan xəstələnir və psixi xəstəliyə 

daha  çox  meyilli  olur.  İnanan 

adamda  güc  və  iradə  olur.  İnam 

insanı  həm  güclü  edir,  həm  də 

təmizləyir. 

Ümumiyyətlə, orucluq insan or-

qanizminin  sağlamlığına  müsbət 

təsir göstərir. Bu fikrin əsası var. 

Orucluq  Allah  tərəfindən  insan-

lara məsləhət bilinibsə, şübhəsiz 

ki,  burada  insan  sağlamlığı  da 

əsas  götürülüb.  Söhbət  insanın 

gün  ərzində  bir  dəfə,  iki  dəfə 

yemək  yeməsindən,  yaxud  heç 

yeməməsindən  getmir.  Allah 

orucu müəyyən etməklə insanları 

yaxşı yola dəvət edib. Bu yollar-

dan biri də bədənin sağ-

lamlığını qorumaqdır. 

Orucluğun  bir  ay  da-

vam 


etməsində 

də 


bir 

qanunauyğunluq 

var.  Rəsmi  təbabətdə, 

xüsusilə  mədə-bağırsaq 

xəstəliklərində  təsadüfi 

deyil  ki,  24-28  günlük 

pəhriz  təyin olunur. Oruc 

dalaq,  ürək,  qan-damar 

sisteminin 

yeniləş-


məsinə, ifrazat sisteminə 

də müsbət təsir göstərir. 

İfrazatla  bağlı  əsas  or-

qan böyrəkdir. Çox qida 

qəbul  edilməsi  böyrəyin 

yükünü artırır. Oruc tutan adamın 

böyrəkləri  dincəlir  və  bu,  onun 

normal fəaliyyətini gücləndirir. 

Məhəmməd  Peyğəmbər  (s.ə.s.) 

orucluğun  sağlamlığa  təsi ri  ilə 

bağlı buyurub: “Oruc tutun və siz 

daha sağlam olacaqsınız.” 

Həkimlərin  rəyinə  görə,  oruc-

luq hüceyrələrin immunitet yara-

dan  maddələrini  artırmaqla,  im-

mun  sistemini  möhkəmləndirir. 

Piylənmənin,  mədə  yarasının 

ya ran masına  ən  çox  səbəb  olan 

turşuluğun  artmasının  qarşısını 

alır. Ac qalmaq orqanizmin ener-

jisini artırır və onu təlimatlandırır, 

həmçinin yaddaşı yaxşılaşdrır. 

İslam  dünyası  üçün  bö-

yük  əhəmiyyət  kəsb  edən  bu 

müqəddəs 

günlərdə 

bütün 

müsəlman qardaş və bacılarımıza 



böyük  əzm  və  fədakarlıq  diləyir 

və deyirik: 



Allah orucunuzu qəbul etsin!

Hazırladı: Zoheir Mirzacani,

Azərbaycanda təhsil alan iranlı 

tələbələrin Elmi - Mədəni və İdman  

Birliyinin sədri

 “Orucluq və sağlamlıq” 



Yüklə 10,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə