Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

Mübariz  Yusifov

«Nizami  Qum  şəhərində  doğulmuşdur.  («Mən  mirvari  kim i 

Gəncə  dənizində  qərq  o lsam .  da  dağda  yerləşən  Qum 

şəhərindənəm»).  Qum  kəndi  hazırda  Azərbaycanın  Qax 

rayonunda  yerləşir.  Nizaminin  İran  Qumundan  olduğu  fikrini 

bir kənara  atmaq lazımdır».2

 1  Açıq-aşkar Nizamiyə  isnad  Veri­

lən  cümlədə  heç  bir  məntiq  yoxdur.  Nə  Gəncədə  dəniz  var, 

nə  də  Gəncə  dənizkənarı  ərazidə  deyildir.  Əlavə  şərhə 

girişmədən  də  bu  fikrin  səhv  olduğunu,  Nizamiyə  aidiyəti 

olmadığını  görmək  mümkündür.  Doğru  olaraq  Nizaminin 

2004-cü  ildə  latın  əlifbası  ilə  yenidən  çap  edilən  Azərbaycan 

dilindəki  «İskəndəmamə»nin  «İqbalnamə»  hissəsinə  həmin 

yanlış  beyt  daxil  edilməmişdir.  Bunlar  onun  üçündür  ki, 

Nizami  kimi  böyük  bir  şəxsiyyət  öz  milliliyindən  təcrid 

edilsin,  bu  da  mümkün  olmadıqda  çaşdırıcı  versiyalar axtarıl­

sın.  Ancaq  bunlar  əbəsdir.  Nizami  öz  qəlbi,  ruhu,  düşüncəsi 

ilə  Azərbaycanlıdır,  Azərbaycan  xalqına  məxsusdur.  Nizami­

nin poemalarının  fars dilində olmasına baxmayaraq hansı  mis­

rasının batini  şərh  edilsə р  batin  «Mən Azərbaycanlıyam» de­

yə səslənib haray çəkəcəkdir.

2. Dövlətçilik ideyalarının təməli

Mümkün  dcyild  ki,  Nizami  dövründən  əvvəl  və  Ni­

zaminin  öz  dövründə Azərbaycan  məkanında mövcud olan və 

ideya-siyasi  cəhətdən  Azərbaycançılığa  yad  olan  dövlətçilik 

qurumları  Nizami  kimi  qlobal  təfəkkür  sahibini  düşün- 

dərməsin. 

Nizaminin  əsərlərinin  təhlili  verilən  bütün 

tədqiqatların  bir  çoxunda  onun  ədalətli  hökmdar  axtanşmda 

olduğu  göstərilir.  Tədqiqatlarda  belə  bir fikir  ifadə  olunur ki, 

ədalətli  hökmdar  axtarışı  «Sirlər  xəzinəsi»ndən  başlayaraq 

«Xosrov və  Şirin»də, «Leyli və Məcnun»da, «Yeddi gözəl»də 

davam 


etdirilmiş, 

«İskəndəmamə»də 

son 

mərhələyə 



çatdırılmışdır.

1 Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti.  Bakı, «Elm»,  1985, s. 225.

38

Nizamidə  azərbaycançdıq

Məmməd  Cəfər  Cəfərov  yazır  ki,  «Nizami  ideal  şah 

axtarmışdır»  «məşhur»  cümləsinə  və  «Xosrov,  Bəhram-Gur 

nəhayət,  İskəndərin  şəxsində  ideal  şah  surətləri  yaratmışdır» 

hökmünə  şairin  800  illik  yubileyi  ərəfəsində  nəşr  olunan  bir 

çox yazılarda rast gəlirik.  Çoxlan da Nizaminin  dövlət qurulu­

şu  haqqında  fikirlərini  yalnız  bu  «ideal  şah»  surətlərinin 

əməllərində,  hərəkətlərində  aramışlar.  Nizaminin  axtardığı 

ideal  şah  yox,  ideal  cəmiyyət,  ideal  dövlət quruluşu,  «ellə bir­

likdə»  idarə  olunan  bir üsuli-idarə,  «Gavə  bayrağına»  hörmət 

edən  bir  quruluş  olmuşdur».1  Qətiyyətlə  demək  olar ki,  Niza­

minin  əsərlərində  onun  ədalətli  hökmdar  obrazı  yaratması 

barədə 

fikir 


söylənilməsi 

Nizami 


ideyalarının 

sadələşdirilməsindən  və  bəsitləşdirilməsindən  başqa  bir  şey 

deyildir.  Nizamini  bu  əsərlərdə  ideal  hökmdardan  daha  artıq 

azad,  firavan,  müstəqil,  milli  və  demokratik  əsaslı  bir 

cəmiyyətin  mövcudluğu  kimi  məsələlər  düşündürmüşdür. 

Əgər Nizamini ədalətli  və ədaləti özünə bayraq edən ideal bir 

hökmdar obrazı  yaratmaq  düşündürsə  idi  bu  Nizami  üçün  heç 

də  çətin  deyildi. 

Elə  bu  fikirlərini  Nizami 

«Sirlər 


xəzinəsi»ndə  öz  bədii  təxəyyülünün  məhsuluna  çevirib  ideal 

hökmdar  yarada  bilərdi  və  bununla  da  hər  şey  həll  olunub 

qurtarardı.  Nizaminin məqsədi  isə heç də təkcə  ideal  hökmdar 

obrazı  yaratmaqdan  ibarət  olmamışdır.  Əgər  doğrudan  da  Ni­

zaminin  qarşısında  belə  bir  məqsəd  dururdusa  onda  nə  üçün 

«İskəndəmamə»də  qeyri-müəyyən  bir  Şimal  ölkəsində 

hökmdarsız  «Azad  cəmiyyət»  təsəvvürü  yaradırdı.  Nizami 

hər  şeydən  əvvəl  cəmiyyətdə  haqq,  ədalət,  sərbəstlik, 

azadlıq,  müstəqillik  ideyalarının  bərqərar  olması  yollan 

barədə  düşünürdü.  Çünki  Nizamidən  əvvəl  və  Nizami 

dövründəki  cəmiyyətdə  ictimai  ədalətsizlik hökm  sürürdü.  Bu 

ədalətsizlik  Azərbaycan  cəmiyyətində  də  mövcud  idi. 

Nizaminin gözü qabağındakı  Azərbaycanda sadə  insanlar əzab 

içində  idi.  Tez-tez  baş  verən  siyasi  mübarizə  şəraitində  xalq 

müflisləşirdi.  Xalqın  əsrlər  boyu  yaratdığı  mənəvi  sərvətin

Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası. Bakı, «Yazıçı»,  1982, s. 46,50.

39



Mübariz  Yusifov

gələcək  nəsillərə  etibarlı  daşıyıcısı  olan  ana  d ilin d ə n  

istifadədə  məhdudiyyətlər var  idi.  Nizami  bunlan  yaxşı  b ilir ­

di.  Çünki  cəmiyyətin  bir  üzvi  kimi  Nizami  də  bu  h a d isə lə rin  

içində  idi  və  ədalətsizlik  şəraitində  o  da  zamanın  axınına  q o ­

şulub  gedirdi.  Nizami  düşünürdü  ki,  zamanın  am ansızlığı 

ondan  əvvəl  baş  verdiyi  kimi,  onun  dövründə  də  m övcuddur 

və gələcək dövrlərdə də öz axan  ilə davam edə bilər.  Belə  b ir 

şəraitdə  ictimai-siyasi  böhrandan,  milli  şüurun  deqradasiyaya 

uğramasından  xalqı  xilas  etmək  üçün  ictimai  ədalətə  nail  o l­

maq  bütün  arzu  və  istəklərin  həyata  keçməsini  reallaşdıra 

bilərdi.  Ona  görə  də Nizami  ideal  hökmdar  axtanşından  daha 

artıq  ictimai  ədalət  axtanşmı  ön  plana  çəkirdi.  M əhz  bunun 

üçün Nizaminin əsərlərində ictimai ədalətin bərqərar edilməsi 

daha  əsas  yer  tutur.  Hökmdarlara  gəlincə,  Nizami  çox  yaxşı 

dərk edirdi  və bilirdi  ki,  hökmdarlar heç zaman ictimai  ədalət 

yaratmağa  qadir  deyildir.  Çünki  elə  bir  hökmdar  yox  idi  ki, 

qan  tökməsin,  ictimai  sərvəti  özününkü  etməyə  cəhd 

göstərməsin,  haqqı  nahaqqa  verməsin.  Ölkənin  idarəçiliyini 

sülalə  həyata  keçirdiyi  halda  hansı  demokratiyadan  söhbət 

gedə  dilərdi?  Rəsmi  yazıların,  bədii  nümunələrin  yad  dildə 

apanlması  şəraitində  hansı  milli  mənəvi  sərtvələrdən 

danışmaq  olardı?  Dövlətçilik  ideologiyası  yad  təmayüllərlə 

bağlı  olduğu  halda  hansı  milli  şüurdan  söhbət  gedə  bilərdi? 

Bütün  bunlar  Nizami  üçün  gün  kimi  aydın  idi.  Odur  ki, 

Nizami  öz  əsərlərini  zahirən  şahlara  ithafnamə  etməsinə 

baxmayaraq  batində  öz  milli  düşüncələrini,  Azərbaycançılıq 

dieyalanm  qabanqlaşdırırdı.  Bu  ideyaların  ötəri  olmaması 

üçün,  ölüb  getməməsi  üçün  nə  zamansa  milli  ziyalıların 

oxuyub,  dərk  edib  ibrət  almaları  üçün,  ən  ümdəsi,  bu 

ideyaların  yaşayıb  milli  şüurua  təsir  edə  bilməsi  üçün  onları 

dövrün  hökmdarlarına  ithafa,  xalqı  üçün  tarixi  yaddaşa  və 

ibrətə  çeviridi.  Nizaminin  əsərlərində  ana  xəttə  çevrilən 

ədalət  o  zaman  bərqərar  oluna  bilərdi  ki,  cəmiyyətdə 

müstəqillik,  azadlıq,  sərbəstlik  bərpa  edilə  idi.  Azadlıq xalqın 

daimi  arzusu  olmuşdur.  Azərbaycan  xalqının  azadlıq  arzusu 

isə  daha  qədimlərə  bağlıdır.  Nizami  dövründən  əvvəl  də

40

Nizamidə  azərbaycançılıq

azadlıq  Azərbaycan  üçün  arzu  idi,  Nizami  dövründə  də. 

Azadlıq  özü  bir arzu  idisə  xalq  nədən  azad  olmalı  idi?  Birinci 

növbədə başqa,  yad qüvvələrin təsirindən və təzyiqindən azad 

olmaq,  başqa  xalqların  adətlərinə,  dilinə,  onların  quraşdırıcı 

qayda  və  qadağanlarına  riayət  etmək  məcburiyyətindən,  bir 

sözlə,  ictimai  asılılıq əsarətindən azad  olmaq arzusu  idi.  Niza­

mi  bu  azadlıq  ideyalarına  xalqın  özünün  təbiətindən  gələn 

qanuni  bir  haqqı  kimi  baxırdı.  Bu  ideyaları  bədii  bər-bəzək 

içində  işıqlandırmaq  üçün  Nizaminin  özünün  də  təbii  və 

qanuni  haqqı var idi.  Bu haqq Nizamiyə insan azadlığını bəşər 

həyatı  üçün  vacib  yaratmış  ilahi  qüdrətindən  çatırdı.  Nizami 

analitik  təfəkkür  sahibi  olduğu  üçün  ilahi  kitab  olan  «Qurani 

kərim»ə  əsaslanırdı.  «Quran»da  insan  azadlığı  haqqında nazil 

olmuş  ayələr  bəşər  həyatının  asılılığını  istisna  edir.  Belə  ki, 

məsələn,  Allah  insanı  yaradıb,  onu  başqa canlılardan  fərqlən­

dirmək  üçün  şüur  verib.  Şüurun  təfəkkürə  çevrilməsi  və 

idrakın  ibtidaidən  aliyə  doğru  inkişaf prosesi  də  insana  aiddir. 

İnsana  şüur  ona  görə  verilib  ki,  insan  öz  cəmiyyətini  əxlaqi 

prinsiplər  üzərində  qura  bilsin,  cəmiyyətin  iradəediciliyində 

insanların  hüquq  və  azadlıqlarını  bərqərar  edə  bilsin.  Birinin 

haqqı  digəri  tərəfindən pozula  bilməsin.  İnsanlar uca  tannnin 

müqədəs  «Quran»dakı  göstərişi  ilə  ədalətli  cəmiyyət  yarada 

bilsin.  «Quran»da  insan  azadlığı  haqqındakı  ayələrdə  deyilir: 

«Həqiqətən,  biz  insanı  qarışıq  bir  nütfədən  yaratdıq.  Biz  onu 

imtahana  çəkəcəyik.  Biz  onu  eşidən,  görən  yaratdıq»;  «Biz 

ona  haqq  yolu  göstərdik.  İstər  (nemətlərimizdə)  minnətdar 

olsun,  istər nankor (bu onun öz işidir).  (İnsan,  76,  2,3).

Allahın insanı  sərbəst,  azad və müstəqil yaratması barədə 

başqa  ayələrdə  də  müvafiq  hökmlər  vardır:  «Biz  (Adəmə) 

dedik:  «Ey  Adəm,  sən  zövcənlə  (Həvva  ilə)  cənnətdə  qal  və 

hər ikiniz oradakı  meyvələrdən  istədiyiniz kimi  bol-bol  yeyin, 

yalnız  bu  ağaca  (buğdaya)  yaxın  gəlməyin.  Yoxsa  (özünüzə) 

zülm  edənlərdən  olarsınız».  (Lakin)  Şeytan  onları  azdırıb 

(buğdadan  yedizdirməklə  nemətlər  içində)  olduğu  yerdən 

uzaqlaşdırdı.  Biz  də  Adəmə,  Həvvaya  və  Şeytana):  «Bir  -  

birinizə  düşmən  kəsilərək  (buradan  kənar  olub  yer  üzünə)



41

 

5

^

*


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə