Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   2   3   4   5   6   7   8   9   ...   40

Mübariz  Yusifov

Nizaminin  də  Azərbaycançılığında  oxşar  parametrlər 

müşahidə  olunur.  Nizami  Azərbaycançılıq  ideyalannı  dövlət­

çiliklə,  vətənpərvərliklə  və  milliliklə  bağlı  təsəvvürləri 

ətrafında  obrazlaşdınr  və  canlandırır.  Bütün  bunlardan  isə 

Nizaminin  məqsədi  bəşəri  azadlıq,  sərbəstlik,  müstəqillik 

ideyalannı Azərbaycan mühitinə gətirmək,  cəmiyyətin ictimai 

şüurunu, psixologiyasını  inkişaf etdirmək,  ictimai təfəkkürünü 

formalaşdırmaq  və  bu  ideyalann  möhtəşəm bir ərməğan  kimi 

gələcək nəsillərə ötürülməsinə  nail  olmaq idi.  Nizami  Gəncə­

vinin  870  illik  yubileyinin  keçirilməsi  üçün  Azərbaycan  Res­

publikası  Prezidentinin verdiyi  24 dekabr 2011-ci  il tarixli  Sə­

rəncamı  Azərbaycanın  milli  mənəvi  sərvətlərinin  varisliyini 

davam etdirən və bəşəriliyə ucaldan Nizami  irsinə,  Nizaminin 

doğma vətəni  qədim  Gəncəyə  Dövlət  qayğısının  bariz  nümu­

nəsidir.  Kitabın  hazırlanmasında müəllifə yaxından  köməklik 

göstərən  Nizamişünas  Cahan  Ağamirova,  tarixçi,  əməkdar 

müəllim Mübariz Əliyevə və əsərin əlyazmasını diqqətlə oxu­

yub  düzəlişlər  aparan  Azərbaycan  dili  kafedrasının  əməkdaşı 

Səminə  Abdullayevaya  dərin  təşəkkürü  mü  və  minnətdar­

lığımı bildirirəm.

6

Nizamidə  azərbaycançılıq



I  BÖLMƏ

DÖVLƏTÇİLİK İDEYALARI

Dövlətçilik  bu  giin  və  gələcəkdə  bi­

zim hər bir vətəndaşımızın,  cəmiyyətin,  döv­

lətin  vəzifəsidir.  Dövlətçilik  Azərbaycanın 

müstəqilliyim,  ərazi  bütövlüyünü  qoruyub 

saxlamaqdır.  Azərbaycanın  müstəqilliyini 

möhkəmləndirməkdir.  Dövlətçilik  hər  bir 

vətəndaşın qəlbində  olmalıdır.

Heydər Əliyev

1.  Nizaminin ictimai  mühiti

Nizami  öz  təxəyyülündə  yaratdığı  və  bədii  əsərlərində 

canlandırdığı  dövlətçilik ideyalarını Azərbaycan məkanına gə­

tirib  çıxarmışdır.  Dövlətçilik  ideyaları  Nizaminin  əsərlərində 

mərkəzi  bir xətt kimi  keçib  gedir.  Nizami  şair idi,  mütəfəkkir 

idi,  bənzərsiz  bədii  əsərlərin  yaradıcısı  idi.  Nizami  öz  ölməz 

əsərləri  ilə  elə  bir  ədəbi-bədii  məktəb  yaratmışdı  ki,  onun 

dövründən  keçən 900 ilə yaxın bir müddətdə bəşəriyyətə töh­

fə  verdiyi  mənəvi  irs  yaşayır  və  bundan  sonra  da  yaşayacaq­

dır.  Nizamini  düşündürən  dövlətçilik  ideyaları  da  bu  ölməz 

sərvətin  içərisində  daim  canlı  olaraq  qalır.  Nizami  öz  bəşəri 

ideyalarına  bədiilik  donu  geyindirərək  onları  yaşadır.  Bu 

ideyalar əsrlərin  və  zamanların  yol  yoldaşı  kimi  daim  onlarla 

birlikdə  sonsuzluğa  doğru  gedir.  Ancaq  soruşula  bilər  ki, 

Nizami əsrarəngiz ədəbi-bədii əsərlərin yaradıcısı  olduğu  hal­

da  nə  üçün  dövlətçilik  ideyalannı  öz  əsərlərinin  apancı 

xəttinə  çevirmişdir?  Cavab  budur:  Nizami  dövrün  ictimai 

hadisələrini  dərindən  -dərinə  bildiyinə  görə  cəmiyyətdə  baş 

verən  sosial  münasibətlərə  bir  Azərbaycanlı  təsəvvüründən 

yanaşdığına  görə,  xalq  dühasından  gələn  milli  və  mənəvi




Mübariz  Yusifov

sərvətlərimizin  ana  dilində  qələmə  alınmaq  imkanlarının 

məhdudlaşdırıldığına  görə  daim  onu  milli  dövlətçiliyimizin 

formalaşdırılması  arzusu  məşğul  etmiş  və  düşündürmüşdür. 

Doğma  məkanında  dövlətçilik  qurulmarmm  mövcudluğu  yox 

idi  desək,  bu  səhv  olardı.  Dövdətçilik  var  idi.  Dövlətçiliyin 

yuxan,  idarəedici  orqanlarda  milli  mənşəli  insanlar  da  təmsil 

olunurdu.  Hətta,  ölkəni  idarə  edən  hökmdarlar  içərisində 

Azərbaycan  əsilli  rəhbərlər  də  var  idi.  Lakin  onlann  ictimai 

psixologiyasında Azərbaycançılığm əlaməti  belə  görünmürdü. 

Milli  şüurun  formalaşmasının  əsas  atributu  sayılan  ana  dilinə 

biganəlik  hökm  sürürdü.  Ən  başlıcası  isə  etnik  Azərbaycanlı- 

lann  məskun  olduğu  ərazilərdə  bir  neçə  hakimiyyət  var  idi. 

Özlərini padşah,  şah və ya sultan adlandıran bu hökmdarlar öz 

milli  psixologiyalarından  uzaqlaşdığı  üçün  onlann  arasında 

birlik,  mütəşəkkillik,  həmrəylik  deyilən  münasibətlər  də  yox 

idi.  Odur ki,  onlar daim bir-biri  ilə münaqişə zəminində  həyat 

keçirirdilər.  Biri  o  birinin  qanma  susayırdı.  Vaxtaşırı  qüvvə 

toplayıb  birinin  əldə  etdiyi  əraziləri,  torpaqlan  digəri  ondan 

qoparmağa  cəhd  edirdi.  Hətta,  iş  o  yerə  qalırdı  ki,  onlar 

Azərbaycan  mühitinə,  Azərbaycanın  etnosuna,  Azərbaycanın 

mənəviyyatına  yad  olan  başqa  ölkə  hökmdarları  ilə  birləşib 

bir-birini  məhv  edirdilər,  xalq  talanırdı,  ölkə  dağılırdı, 

cəmiyyət maddi və mənəvi  iflasa uğrayırdı.  Şəhərlər,  kəndlər 

viran  qalırdı.  Yoxsullar yoxsullaşırdı, varlılar miras toplayırdı. 

Nizami  elə  bir  şəxsiyyət  deyildi  ki,  yaşadığı  dövrdə  bu 

hadisələrə  sadəcə  seyrçi  kimi  yanaşa  idi.  Nizami  dövrün, 

zamanın  yetişdirdiyi  ağıllı,  müdrik,  zəkalı,  uzaqgörən  bir 

şəxsiyyət  idi.  O  müxtəlif dillərə  bələd  idi.  Özündən  əvvəlki 

tarixləri 

yaxşı 

bilirdi. 



Özündən 

sonrakı 


zamanları 

təsəvvüründə  canlandırmaqda  analitik  təfəkkür  sahibi  idi. 

Nizaminin  öz  dövründə  olduğu  kimi  ondan  əvvəlki  vaxtlarda 

da hakimiyyət uğrunda,  torpaq uğrunda,  mənfəət uğrunda çar­

pışmalar  mövcud  olmuşdu.  Hətta,  atanın  oğula,  qardaşın  qar­

daşa  etibarı  yox  idi.  Nizami  isə  idrak  sahibi  idi.  Allah  ona 

düşünmək,  dolaşıqlardan  çıxış yollarını  araşdırmaq qabiliyyəti 

vermişdi.  Onun  əlində  qələmi  var  idi.  Qılıncı,  topu,  tüfəngi,

8

Nizamidə  azərbaycançılıq

ordusu  yox  idi  ki,  vuruşsun,  özünün  arzu  etdiyi  kimi  bir  milli 

dövlət  quruluşu  yaratmağa  nail  olsun.  Ancaq  Nizami  düşün­

düklərini,  təsəvvüründə  canlandırdıqlarını  qələmin  dilinə 

çevirməyi bacanrdı.  Bu qələm bütün qılınclardan iti və kəsərli 

idi.  Odur  ki,  Nizamidən  əvvəlki  dövlət  qurumları  Nizami 

dövründəki  və  ondan  sonrakı  zamanlarda biri  digərinin  varisi 

kimi 


formalaşa 

bilmədiyi 

halda  Nizaminin  ideyalan, 

dövlətçilik  barədəki  fikirləri,  düşüncə  və  arzulan  onun 

qələminin  bəhrəsi  kimi  yaşadı  və  bundan  sonrakı  dövrlərdə 

də  yaşamaqda  davam  edəcəkdir.  Nizamidən  əvvəl  və  Nizami 

dövründə  Azərbaycan  ərazisindəki  dövlətçilik  qurumlannm 

daimi,  stabil  sərhədləri  də yox  idi.  Bunun kimi,  hökmdarların 

özlərinin  də  sabit milli  mənşəyi  mövcud  deyildi.  Ona  görə  də 

qarət,  talan,  oğurluq,  qəsdçilik kimi  maddi-mənəvi  iflas  labüd 

idi.  Çünki  hökmdarlan  milli  mənəviyyat yox,  maddi  maraqlar 

daha  çox  düşündürürdü.  Mənşəcə  Azərbaycan  etnosuna  aid 

olmayan  və  Azərbaycançılıq  atributlarına  biganəlik  göstərən 

hökmdarlar  torpaq,  millət,  xalq  təssübkeşlərindən  uzaq 

olduğu  səbəbindən  dövlətçilikdə  milli  və  mənəvi  varislik  də 

formalaşa bilmirdi.

Nizami  dövrünün  tarixi  bizdən  uzaqlaşdıqca  o  zamankı 

dövlətçilik qurumları,  inzibati ərazi  sərhədləri,  onların  coğrafi 

məkanı,  etnik  mənsubiyyətin  daşıyıcısı  olan  adlar  da 

variantlaşaraq  dəyişikliyə  məruz  qalmışdır.  Ona  görə  dövrün 

ictimai-siyasi  xarakterini  canlandırmaq  və  olduğu  kimi 

təsəvvür  etmək  çətindir.  Lakin  mövcud  mənbələr  bazasında 

Nizami  dövrünün ictimai mühiti  və bu mühitdə Azərbaycançı- 

lığm səciyyəvi  əlamətləri barədə müəyyən təsəvvür yaratmaq 

istisna  deyildir.  Azərbaycan  məkanında  ərazilərin  inzibati 

bölünməsi  ərəblərin  xilafəti  dövründən  əvvəl  neçə  pərakəndə 

idisə,  sonralar da bu pərakəndəlik davam etməkdə  idi.  Əlbəttə 

ki,  hər hansı bir məkanda mərkəzləşmiş  dövlətin  mövcudluğu 

hegemon  dövlətlər  üçün  maraqlı  və  əlverişli  deyildi.  Çünki 

mərkəzləşmiş  dövlət qurumu  əhalinin  etnik və  milli  birliyinin 

təməlini  qoya  bilərdi.  Bu  da  bir  siyasət  idi  ki,  regional 

səciyyəli  etnik  təbəqə  öz  vahid  dövdətçiliyini  yarada

9



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə