Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

Mübariz  Yusifov

rəvayətlərlə  ört-basdır etməyə  çalışır.  Nizami isə bu dəlillərin 

sübutsuz  olduğunu  göstərmək  üçün  İskəndəri  Daranın  qızı 

Rövşənəklə  evləndirir.  Həm  də  bunu  Daranın  özü  İskəndərə 

öz dili  ilə təklif edir.  Bu o deməkdir ki, Nizami öz əsərini  fars 

dilində 

yazmış 


olsa 

da 


onlara 

dərəcədə  rəğbət 



göstərməmişdir.  İskəndəri  isə türk idealına yaxın olan ədalətli 

bir  şəxsiyyət  kimi  fərqləndirir.  Bu  məsələ  barəsində  Nizami 

tədqiqatçılarının pozitiv  fikirlərini  xüsusilə  təqdirəlayiq hesab 

etmək  lazımdır.1  İskəndərin  Hindistana  və  Çinə  səfərlərində 

döyüş  səhnələri  yoxdur.  Çünki  Hindistan  və  Çin  hökmdarları 

İskəndərin  ədaləti iliyindən  məmnundurlar.  Nizami  çox  vaxt 

hindlilər  barədə  «oğru»,  «qarətçi»  kimi  sözləri  işlətsə  də 

onlar İskəndərin  ədalətini  ədalətliliklə  qarşıladığı  üçündür ki, 

şair  hind  hökmdarından  İskəndərə  göndərilən  bir  hind 

gözəlini «türk» kimi təsvir edir:



Türk şimalı idi  o hindli afət 

Şaha hind elindən vermişdi  cənnət 

Yox,  hindli deyildi,  o türk dilbəri 

Hindlitək çalırdı bu könülləri.

O rumlu üzüylə, hindli diliylə 

Etmiş Rum şahını özünə kölə.

İ,  1,  2004,  265-266.

Çinə  səfərində  isə  Çin  xaqanı  İskəndərin  ədalətliliyini 

qəbul etdiyi üçün Nizami də onu türk gözündə görür:

Madam ki,  sülh ilə göyərər dilək 

Döyüşə at çapmaq daha nə gərək?

Çin,  Turan  taxtını məndən istəsən 

Boynumu çəkmərəm bu itaətdən.

Türklərin xaqanı dünya şahından 

Daşqın bir sevinclə oldu kamiran.

İ,  I,  2004,  290-291.

1

  Məmməd  Əmin  Rəsulzadə.  Azərbaycan  şairi  Nizami.  Bakı,  «Azəməşr»,  1991,  s. 



136-140.  Məmməd  Cəfər  Cəfərov.  Nizaminin  fikir  dünyası  Bakı,  «Yazıçı»,  1982,  s. 

41-43.


Nizamidə  azərbaycançılıq

Nzami  İskəndəri  ədatəlliliyinə  görə  o  dərəcədə 

ideallaşdırır  ki,  hətta,  rusların  Bərdəyə  hücumu  və  buranı 

böyük  dağıntılara  məruz  qoyması  eramızın  944-cü  ilində  baş 

vermiş  olsa  da  Nizami  heç  bir  vaxt  Azərbaycanda  olmayan 

İskəndəri  eranın  o  biri  üzündən  çıxarıb  Bərdəyə  gətirir. 

Nizami  İskəndəri  İranda  müharibə  meydanlarına  cəlb  etdiyi 

halda  Azərbaycanda  onu  Nizaminin  ana  yurdunun  bir  guşəsi 

olan  Bərdənin  təcavüskardan  müdafiəsinə  cəlb  edir.  Tarixi 

mənbələrdə göstərildiyi kimi,  944-cü  il  Bərdə tarixinə  ağır və 

müsibətli  illərdən  biri  kimi  daxil  oldu.  Gəmilərlə  Xəzərdən 

Kür  vasitəsi  ilə  Bərdəyə  gələn  ruslar  şəhərin  müdafiəsini 

təşkil  etmiş  Salari  Mərzban  ibn  Məhəmmədin  deyləmilər  və 

yerli  könüllülərdən  ibarət  birləşmiş  qoşunun  müqavimətini 

qıraraq  şəhəri 

tutmuş, 


onu  talan  etmiş, 

müqavimət 

göstərənləri  qılıncdan  keçirmiş,  arvad-uşağı  əsir  almışdılar. 

Bərdə  şəhərinin  müqəddəratında  həlledici  rol  oynamış  bu 

faciə 

haqqında 



XI 

əsrin 


əvvəllərində 

yaşamış 


İbn 

Misqəveyih,  XIII  əsr  tarixçisi  ibn  Əl-Əsir  və  başqaları 

məlumat vermişlər».1

Nizami  İskəndərin  ruslarla  döyüşünün  sonunu  belə 

təsvir edir:

Çox can, baş itirən qırmızı ruslar 

Qırmızı rəngini itirdi naçar 

Ruslardan,  Burtasın aslanlarından 

Əsir düşdü yüz min qılınc oynadan 

Qalanlar yem oldu ac qılınclara 

Fitnəyə ölümdən başqa yox çara 

İskəndər düşmənə çalınca zəfər 

İşləri  oldu şux, lövhədən dilbər 

Endi  öz atından «zəfərdir» deyə 

Bildi ki, qovuşmuş bütün  diləyə

1

  Azərbaycan tarixi.  II cild, Bakı, «Elm», 2007, s.  225-226.




Mübariz  Yusifov

Üz sürtdü torpağa,  dedi:  «Ey rəhbər»

Mən qara torpağam səndədir zəfər»

Dedi: «haqq vermiş bu böyük zəfəri»

Yoxsula payladı xəzinələri.

Göründüyü  kimi,  Nizami  İskəndəri  haqqın,  ədalətin 

bayraqdan,  Nizami  yurdunun  və  Nizami  xalqının  himayədan 

kimi  rəğbətlə,  məhəbbətlə,  ehtiramla  təsvir  edir.  Ruslar 

haqqında  işlətdiyi  «qırmızı  ruslar»  ifadəsindəki  «qırmızı» 

sözü  rəmzdir.  Bunun  mənası  «qanlı»,  «qantökən»,  «cəllad», 

«qaniçən»  şəklində  başa  düşülməlidir.  Görünür,  ruslann 

törətdiyi  qırğınlar o qədər dəhşətli  imiş ki, Nizami «rus» adını 

«qırmızı rus», «qırmızı ruslar» ifadələrində işlədir.

5. Anomaliya,  mifik obraz və  vətən sevgisi

Nizaminin  əsərlərində  oxucu  bəzi  anomaliyalarla, 

həmçinin,  mifik obrazlann zənginliyi ilə  qarşılaşır.  Əlbəttə ki, 

bədii  əsərdə  anomaliyalann  mövcudluğu  onun  müəllifi  üçün 

nöqsanlı  sayılmamalıdır.  Tarixi  obrazlann,  tarixi  hadisələrin 

yerinin  və  vaxtının  dəyişdirilməsi  anaxronizm  də  hesab 

edilməməlidir.  Çünki  bədii  əsər  tarixi  məlumatlan  çatdıran 

mənbə  deyildir.  Bədii  əsərin  vəzifəsi  bədii  obrazlann 

canlandınlmasından  ibarətdir.  Bədii  əsərdə  tarixilikdən  fərqli 

olaraq  sərbəstliyə  yol  verilir.  Bunun  nəticəsidir  ki,  bədii 

əsərlərdə  mifoloji  obrazların,  əfsanələrin,  tarixi  hadisələrin 

təfəkkür 

tipologiyası 

ilə 


əlaqələndirilməsi 

imkanları 

mövcuddur.  Bu  mənada  Nizaminin  əsərlərinin  misli-bərabəri 

yoxdur.  Nizaminin  əsərlərində  anomaliya  təsəvvürü  yaradan 

və mifologi  kontekstdə təsvir edilən bütün hadisələr ancaq və 

ancaq  milliliyə  xidmət  edir.  Məsələn,  İskəndərin  Bərdə 

hökmdan  Nüşabənin  köməyinə  gəlməsi  və  ruslan  məğlub 

edərək  Nüşabəni  əsrilikdən  xilas  etməsi  səhnəsi  baş  verən 

hadisələrin tarixi  ilə uyğun gəlmir.

Məmməd  Əmin  Rəsulzadənin  qeyd  etdiyinə  görə 

İskəndərin  «at  sürdüyü»  hər  bir  ölkə  abad  olmuş,  hər tərəfə

130


Nizamidə  azorbaycançılıq

ədalət  yayılmışdır.  Nizami  sənət  baxımından  olduğu  kimi, 

hikmət 

nöqteyi-nəzərindən 



də 

«iskəndərliyi» 

idealizə 

etmişdir.  Bu  yolla  o,  bəzən  anarxronizmə  də  yol  vermişdir. 

Məsələn,  İsknədəri  bir  müsəlman  kimi  Kəbə  ziyarətinə 

gətirmiş,  bir  türk  və  ya  qafqazlı  kimi  onu  ruslarla 

vuruşdurmuş, 

Bərdə 


hökmdarı 

gözəl 


Nüşabəni 

«ms 


vəhşilərinin əsarətindən» onun əli  ilə qurtarmışdır».1

İskəndərin  dövrü  eradan  üç  əsr  əvvəlki  tarixə  aiddir. 

Bərdə  döyüşü  isə  eranın  944-cü  ilində  baş  vermişdir. 

Bədiiləşdirmə üçün bu zaman  fərqi  şərt deyildir.  Əsas məsələ 

burada  Nizaminin  vətənpərvərlik  duyğusu,  vətən  sevgisidir 

ki,  şair bunu bədiiləşdirmə ilə ifadə etmişdir.  Ona qalmış olsa, 

tarixdə  heç  Nüşabə  hakimiyyəti  də  yoxdur.  Böyük  sənətkarın 

vətənpərvərlik  və  vətəndaşlıq  borcu  o  olmuşdur  ki, 

Azərbaycanın  qədim  və  zəngin  guşələrinin  birində  müstəqil, 

azad,  xoşbəxt,  firavan  bir  ölkənin  mövcudluğunu  bədii  dillə 

tarixiləşdirmişdir.  Bu  olduqca  təqdirəlayiqdir  və  Nizami 

tədqiqatçıları  da  bu  təqdirəlayiq  motivin  heç  vaxt  ziddinə 

getməmiş,  onu bir daha təqdir etmişlər.  Lap Nizaminin  öz dili 

ilə desək,

Çox incəlik gəzsək axtarsaq yəni 

Yalana aparar sözün yüyəni. 

Yazdığım sözlərə verməsəm zivər 

Yenilik verməz o köhnə nəğmələr. 

Qələmə gərəkdir elə söz almaq 

Şüurdan, ağıldan olmasın uzaq 

Parlaq inci kimi  düzülən sözlər 

Ağıla sığmazsa,  yalana bənzər 

Doğruya azacıq bənzəyən yalan 

Yaxşıdır yalana bənzər doğrudan.

İ, I, 2004,  57.

1

  Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı, Azərbaycan Dövlət 



Nəşriyyatı,  1991, s.  130-131.


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə