Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

Mübariz  Yusifov

İskəndərin  zülmətdə  dirilik  suyu  axtarması  hadisəsi  də 

miflə  bağlıdır.  Müqəddəs  Quranda  göstərilir ki,  «Hər bir kəs 

(canlı)  ölümü  dadacaqdır».  (Ali  imran  (3),  185);  «Harada 

olursunuz  olun,  hətta uca  (möhkəm)  qalalar içərisində olsanız 

belə,  ölüm  sizi  haqlayacaq»  (Nisa,  (4),  183);  «Allah  sizi 

yaratmışdır,  sonra  da  (əcəliniz  çatanda)  öldürücəkdir»  (Nəhl 

(16), 70).

Əlbəttə ki,  Nizami  bir müsəlman kimi bu Quran ayələri 

ilə  tanış  olmuşdur.  Onda  nə  üçün  İskəndəri  zülmətə  dirilik 

suyu  ardınca  yollayır?  İskəndərin  iştirak  etdiyi  bir  məclisdə 

dünyagörmüş qocalardan biri  şaha deyəndə ki;

Yaşamaq istəsən dünya uzunu 

Get keçirt əlinə həyat suyunu- 

İ, I,  2004,  372.

Nizami belə deyir:

Bu sözdən utandı məclis qaldı mat 

Qaranlıq bir yerdə olurmu həyat?

İ,  I,  2004,  372-373.

Bəs  nə  üçün  Nizami  dirilik  suyu  axtanr  və  sonra  da 

dirilik  suyu tapmayan  qəhrəmanını  məyus  edir?  Çünki  İslama 

qədərki  dövrdə  və  hətta  Nizami  dövründə  belə  əbədi  həyata 

qovuşmaq  arzusu  ilə  yaşayan,  axtarışlar  aparan  böyük 

şəxsiyyətlər,  dövlət  başçıları,  igidlər,  sərkərdələr  olmuşdur. 

Nizami  İskəndər kimi  böyük bir hökmdan  dirilik suyu ardınca 

göndərib  sonra  məyus  etməsi  ilə  onu  təsəvvürlərdə 

canlandırmaq  istəyirdi  ki,  həyat  Allahın  əlindədir.  O  yaradır, 

o  öldürür.  Sonra  da  dirildir.  İnsan  özü  özünü  daim  diri 

saxlamaq 

qüdrətinə 

malik 

deyildir. 



Nizami 

İskəndər 

hadisəsini  sadəcə  ibrət  kimi  qələmə  almışdır.  Diri  qalmaq 

ideyası 


daim 

əzablar  içində, 

çətinliklərin  zülmətində 

çabalayan  xalqın  arzusu  idi  ki,  insanlar  nə  zamansa  bu 

məhrumiyyətlərdən 

xilas 


olacaqlanna 

ümid 


yollan

132 -rw w o*



Nizamidə  azərbaycançılıq

axtanrdılar.  Nizaminin  cəmiyyəti  əzab  içində  idi  və  bu 

cəmiyyət əzablı  həyatdan can qurtarmaq yolunu ölməz həyata 

qovuşmada  axtanrdı.  Ancaq  Nizaminin  qəhrəmanı  bu 

nəticəyə  gəlir  ki,  əbədi  həyat  cismani  həyat  deyil,  mənəvi 

həyatdır.  Yəni  bu  dünyada  yaxşı  əməl  qoyan  insanlar  ölüb 

torpağa  qarışsa  da  onlann  yaxşı  əməlləri  zaman  keçdikcə 

yaşayacaqdır. 

Müqəddəs  «Quran»da 

da 


göstərilir  ki, 

insanlann  mükafat  və  cəzalan  onlann  əməllərinə  görədir: 

«Hər  kəs  üçün  etdiyi  əməllərə  görə  dərəcələr  (müxtəlif 

mükafatlar və cəzalar) vardır.  Rəbbin onların nə etdiklərindən 

qafil  deyildir»  (Ənam  (6),  132);  «İman  gətirib  yaxşı  ilər 

görənləri  etdikləri  əməllər  müqabilində  qonaq  qalacaqlan 

(sakin olacaqlan) məva cənnətləri  gözləyir» (Səcdə (32),  19).

Bunlar  zülmün  müqabilində  cismani  həyata  qovuşmaq 

xülyasına Nizaminin  ibrətli  cavabı  idi.  Bu cavabın bir hikməti 

o  idi  ki,  Nizami  insanları xoş əməllərə,  hökmdarları  və  ixtiyar 

sahiblərini ədalətliliyə səsləyir.  Bununla istəyirdi ki,  onun ana 

yurdunda  əmin-amanlıq  olsun,  sülh  olsun,  ədalətlilik  və 

xoşbəxtlilik  olsun.  Onu  da  qeyd etmək  lazımdır ki,  Nizaminin 

öz  qəhrəmanını  bilinməz  yollarda,  qaranlıqlarda  əbədiyyət 

axtarışına 

göndərməsi, 

bu 

hadisələrin 



kökü, 

birbaşa 


ümumtürk  inamı  fonundakı  Azərbaycan mifoloji  təfəkkürü  ilə 

bağlı olmuşdur.

Azərbaycan  mifik  təfəkküründə  su  həyatdır,  su 

əbədiyyətdir,  su  təmizlikdir,  sirli  yuxuları  suya  danışarlar  və 

s.  Su mifi  ilə əlaqədar Azərbaycan  folklorunda  aşağıdakı  kimi 

hikmətli  sözlər  də  formalaşmışdır:  «Su  axdığı  yerdən  bir  də 

axar»,  «Su  başdan  bulanar»,  «Su  kiçiyindir,  yol  böyüyün», 

«Su  girdi  qaba,  oldu  içməli»,  «Su  murdarlıq  götürməz», 

«Suyun  lal  axanı,  adamın  yerə  baxanı»,  «Aydan  arı,  sudan 

duru» və s.

Xəlil  Əliyevin  nüfık  təfəkkürə  aid  tədqiqatında  maraqlı 

bir  məqam  qeyd  olunur:  «Mifologiyamızda  türklərin  yeraltı 

çaylarla  üzüb  axirətə  qovuşmaq  inancı  və  inancla  bağlı 

Taqımasad  tanrı  obrazı 

(yunanlarda  Paseydon)  olmuşdur.



Mübariz  Yusifov

Qədim  Kurqanlardan,  tapılan  gəmi  modelləri  də  bunu  sübut 

edir».1

Su  mifi  Azərbaycan  folklorunda  da  xatırlanır.  «Kitabi- 



Dədə  Qorqud»da  Qazan  xanın  su  ilə  xəbərləşməsi, 

«Koroğlu»da  Koroğlunun  Qoşabulağa  insana  sağlamlıq  və 

qüvvət gətirən su ardınca getməsi hadisələri Azərbaycan etnik 

təfəkküründə  özünə  yer  tutmuş  su  mifi  ilə  bağlıdır.  Görünür, 

Nizami 

İskəndəri 



dirilik 

suyu 


arxasınca 

göndərəndə 

Azərbaycan mifologiyasmdakı  su anlayışı əsas götürülmüşdür.

Nizami  «İskəndəmamə»də  İskəndəri  peyğəmbərlik 

zirvəsinə  qaldırır.  Ancaq,  əslində  İskəndər  peyğəmbər 

olmayıb,  tarixdə  böyük  hökmdar,  fateh  kimi  tanmır. 

İskəndərin  peyğəmbərlik  məqamının  inandırıcı  olması  üçün 

K əh f (18) surəsinin  83-98-ci  ayələrindəki  Zülqəmeyi  adından 

və  xalq  arasında  yayılmış  «İskəndər  Zülqəmeyin»  və 

«İskəndərin  buynuzu  var»  kimi  mifik  obrazlaşmadan  istifadə 

edilmişdir.  «İskəndəmamə» əsərində də «Buynuzlu  İskəndər» 

epitetinə işarə edilir:

Gözəl söz nəqqaşı  məharət ilə 

İskəndər adını  nəqş etmiş belə:

«İki  qəm sahibi» qoymuş namını 

Çünki  Şərqdən, Qərbdən almış kamını. 

Deyirlər görübmüş bir belə röya 

Gündən iki  qəmi alıbmış guya 

İ,  I, 2004,41.

Aydın  məsələdir  ki,  Nizami  zülmətdə  dirilik  suyu 

məsələsinin  və  hətta,  İskəndərin  peyğəmbərlik  məqamının 

təsvirində  K əh f (18)  surəsinin  83-98-ci  ayələrindəki  əhvalata 

və  «Buynuzlu  İskəndər»  mifinə  istinad  etmişdir.  Məlumdur 

ki,  K əhf  surəsindəki  «Zülqəmeyn»  peyğəmbər  olsa  da  o 

İskəndər deyildir.  Onda nə üçün Nizami belə bir yanlışlığa yol

1

  Xəlil Əliyev.  «Kəlilə və  Dimnə» kimə-hindlilərə, yoxsa türklərə məxsusdur?». 



«Kredo» qəzeti,  3 dekabr 2011-ci il, s.  11.

Nizamido  azərbaycançılıq

verir?  Qeyd  etməliyik  ki,  Nizami  bədii  sənət  ustasıdır, 

epizodların  canlı,  təsiredici  alınması  üçün bədii  təxəyyülünün 

gücünü  istənilən  səmtə  yönəldə  bilir.  Onun  belə  bir  epizodda 

İskəndəri  Zülqəmeyn  etməsinin  səbəbi  odur  ki,  Nizami  öz 

qəhrəmanını  Azərbaycan  mifologiyasının dərinliklərinə  çəkib 

aparsın  və  öz  doğma  vətəninin  milli-mənəvi 

irsinin 


yaşadılması  naminə  dünyada  məşhur  olan  bir  şəxsiyyəti 

ideallaşdıraraq  onu,  bir  növ,  bəşəriyyətə  Azərbaycanlı 

mənəviyyatında,  Azərbaycanlı  libasında  göstərə  bilsin.  Hər 

ikisinə  Nizami  nail  olur.  Birincisi,  su  mifinin  Azərbaycan 

etnik  təfəkkürü  ilə  bağlı  məqamları  çoxdur.  İkincisi, 

İskəndərin  buynuzlu  təsəvvür  edilməsi  türk  xalqlarında,  o 

cümlədən,  Azərbaycan mifik təfəkküründə  iri buynuzları  olan 

öküzün  bir totem  kimi  qəbul  edilməsi  ilə  bağlıdır.  Tədqiqatçı 

Xəlil  Əliyev  də  Zülqəmeyn  (iki  buynuzlu)  adından  bəhs 

edərkən  öküz adının  Azərbaycan etnik təfəkküründə mifik bir 

obraz kimi formalaşdığını  qeyd edir».1

Nizaminin  poemalarının  Xəmsə  (beşlik)  adı  altında 

toplanması  da  türk  xalqlarına,  o  cümlədən,  Azərbaycanlılara 

aid 


mifik 

obrazlaşdırma 

ilə 

bağlıdır. 



Nizami 

bütün 


əsərlərində,  bu  əsərlərdəki  epizodlarda  və  hətta,  əsərlərinin 

toplu  adında  belə  türk  etnosuna,  Azərbaycana  aid  mifik 

obrazlardan  istifadə  etmişdir.  «Xəmsə»nin  (beşlik)  ümutürk 

mifoloji təməli qədim türklərin beş qəbilə və tayfa birliyindən 

təşkil  olunması  ilə  bağlıdır.  Türklərdə  beş  qəbilə-tayfa 

birliyini  Lev  Qumilyov aşağıdakı  kimi  izah  edir:  «Tobalıların 

Şimali  Çinin  fəthi  zamanı  məğlub  etdikləri  tayfaların 

içərisində  «beş yüz  Aşina  ailəsi»də  var.  Bu «beş  yüz  ailə»  IV 

əsrdə  hunların  və  çinlilərin  aldıqları  Şensi  əyalətinin  qərb 

hissəsində 

məskunlaşan 

müxtəlif  tayfaların 

qaynayıb- 

qanşmasından yaranmışdı.  («Beş yüz ailə» anlayışını  çinlilər u 

-xu-yəni  «beş  barbar  tayfa»  adlandırırdılar).  439-cu  ildə 

tobalar  hunlara  qalib  gələrək  Xesini  Vey  imperiyasına

Xəlil Əliyev. «Kəlilə və Dimnə» kimə-hindlilərə, yoxsa türklərə məxsusdur?». 

«Kredo» qəzeti, 3 dekabr 2011-ci il, s.  11.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə