Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

Mübariz  Yusifov

V

birləşdirəndə  knyaz  Aşina «beş  yüz ailə»  ilə jujanlann yanına 



qaçdı  və  Altay  dağlarının  cənubunda  məskunlaşaraq jujanlar 

üçün dəmir emal etməyə başladı».1

Lev  Qumilyovun  necə  adlandırdığına  baxmayaraq  «beş 

qəbilə  tayfa  ittifaqı»  tarixlərdə  əfsanələşərək  qalmışdır.  Bu 

əfsanənin  real  kökü  olmasaydı  onun  haqqında  müxtəlif fikirli 

variantlar  da  peyda  olmazdı.  Tədqiqatçı  Xəlil  Əliyev  maraqlı 

belə  bir  fikir  irəli  sürür  ki,  İran-Turan  müharibəsində 

turanlıların Daraya göndərdikləri  «beş ox» türklərin beş böyük 

qəbilə-tayfa  birliyinin  rəmzi  kimi  başa  düşülməlidir.  Eyni 

zamanda,  türklərdə  totem  kimi  müqəddəsləşmiş  qarğa,  siçan, 

boz  qurdu,  qoyun  beşliyi  də  rəmzi  mənadadır.  «Kəlilə  və 

Dimnə»nin  adlarından  birinin  «Pançatantra»  (beş  qanun,  beş 

hissədən  ibarət 

kitab)  adında  da  türklərin  mifik  beşlik 

təsəvvürü öz ifadəsini tapır.1

 2

Beşlik  adı  əsasında  yaranan  Beştau,  Beşbarmaq, 



Beşdəli,  Beştalı  kimi  toponimlik  adların  formalaşmasında  da 

güman  ki,  beşliklə  bağlı  qədim  mifoloji  təsəvvürün  təsiri 

olmamış  deyil.  Nizami  beşlik  anlayışını  müqəddəsləndirdiyi 

üçün,  hətta,  İskəndərin  adında  da  beşlik  əlaməti  müəyyən 

edir.  Onun admın beş hərflə (s,  k, n,  d, r) yazıldığına işarə edir 

və onun səfərlərinin sayının da beş olduğunu göstərir:

İskəndər sözünü yazanda katib 

Yalnız beşcə hərflə işarə edib.



Beş hərfə müvafiq etdik beş səfər 

Sulan,  dağlan keçdiyin yetər.

İ,  II, 2004,  184.

Nizami  İskəndərin  səfərdən  qaytımaq  hərəkətində  də 

beşliyi mənalandırır:

1

  Lev Qumilyov. Qədim türklər.  Bakı, «Gənclik»,  1993, s.  30-31.



2

 Xəlil Əliyev. «Kəlilə və Dimnə» kimə-hindlilərə, yoxsa türklərə məxsusdur?». 

«Kredo» qəzeti, 2011. s.  11.

136


Nizamido  azorhaycançılıq

Pəncəni bu dünya işlərindən çək 

Qayıt öz evinə get beş ayadək.

İ,  II, 2004,  184.

Nizaminin  əsərlərində  Oğuz  türklərinə,  o  cümlədən, 

Azərbaycanlılara  aid  tann  dininin  atributlanndan  biri  kimi 

«Göy» anlayışından istifadə edilir:

Bir qəlb hekayəsi de, bu göy qübbə içində 

Xoş bir nəğmədi dünya təmiz, mavi biçimdə 

S-X, 2004,  66.

Bu göy qübbə altında həmdəmisən bəşərin 

Çoxunun çiynindədir murad verən əllərin 

S-X,  2004,  52.

Yer deyil, göyləri axtarsaq da biz 

Şəbdizin tozundan tapmarıq bir iz 

X-Ş,  2004,  86.

Heç kəs gizlənə bilməz bu göy qübbə altında 

Hər kəs söz mərdliyilə çatır şöhrətə,  ada.

S-X, 2004,  107.

Tann  sözü  qədim  türk  dilində  «Göy»  mənası  bildirmişdir. 

(Bax:  DTS,  544).  Tannçı  isə  tannya  qulluq  edən,  müqəddəs, 

kahin mənalanndandır.  (DTS,  544).  Tannçılığın anlamı budur ki, 

başımızın  üstündəki  göy (səma)  tanndır,  yaradıcıdır.  İslamda  isə 

yaradıcı  Allahdır.  O  təkcə  göydə  yox,  hər  tərəfdədir.  Hətta, 

insana  şah  damanndan  da  yaxındır:  «And  olsun  ki,  insam  Biz 

yaratdıq  və  nəfsinin  ona  nə  vəsvəsə  etdiyini  də  Biz  bilirik.  Biz 

ona şah damanndan da yaxınıq» (Qaf (50),  16).

Nizamidə  Azərbaycan  təfəkkürü  ilə,  Azərbaycan  milli 

düşüncəsi  ilə,  Azərbaycan  mifıologiyasında  özünə  yer  tapan 

anlamlar bunlarla  bitmir.  Bunlann  araşdınlması  və  milli-mənəvi 

sərvətimizin  . dərk  edilməsi  keçmişimizin  müasirləşdirilməsi 

baxımından xüsusi əhəmiyyətə malikdir.

137



Mübariz  Yusifov

III  B Ö L M Ə

M İ L L İ L İ K   İD E Y A L A R I

M ən  bu  gün  bir  A zərbaycanlı  kim i  özündə  həm  milli-mənəvi 

dəyərlərin,  həm  də  üm um bəşəri  d ə y ə rlə ri  cəm  edən  bir  insan  kimi 

deyirəm  ki,  bizim  xalqımızın  m ən əvi-əx la q i mentaliteti onun  ən  böyük 

sərvətidir,  xalqımızın  m illi-m ənəvi d ə y ə rlə ri onun  milli sərvətidir.

Heydər Əliyev

1.  İctimai tərbiyə  motivləri

Nizaminin əsərlərində  ictimai  tərbiyə  motivləri  mühüm 

yer tutur.  Nizami  insan  təribyəsinə  olduqca  böyük  əhəmiyyət 

verir.  Bununla  da  Nizaminin  istəyi  bu  idi  ki,  Azərbaycan 

övladlarında 

haqqa, 


ədalətə, 

doğruluğa, 

düzgünlüyə, 

qeyrətliliyə,  mərhəmətliliyə  ehtiram  və  milliliyə  meyl 

yaransın.  Azərbaycan  övladları  igid  olsun,  qoçaq  olsun, 

namuslu  və  qeyrətli  olsun,  böyüklərə  ehtiramla,  kiçiklərə 

rəğbətlə  yanaşa  bilsin, 

zəhmətə, 

zəhmətkeşə  rəğbət 

göstərsin,  torpağa  bağlı  olsun,  islam  didinin  müqəddəsliyinə 

hörmətlə yanaşsın və s.

Nizami  şairlərə  xüsusi  bir  rəğbətlə  yanaşılmasını 

tövsiyə  edir.  Çünki  onun  aləmində  həqiqi  şairlər,  haqqı  dərk 

edib  Allahın  adına  sədaqətlə  sənət  əsəri  yaradan  şairlər 

peyğəmbərlə  yanaşı  durmağa  layiqdir.  Allah  peyğəmbərlərə 

vəhy  verir,  şairlərə  isə  sözləri  seçib  bir  düzümə  salmaq üçün 

ilham  verir.  Ona  görə  də  peyğəmbərə  ehtiram  göstərildiyi 

kimi  həqiqi  şairlərə  də  hörmət  göstərilməsini  vacib  hesab 

edir:

Sözdoğanlar-nur saçan peyğəmbərin kölgəsi 



Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi  °

Nizamidə  azərbaycançılıq

Mətanət meydanında kimlər tutdu gör səfi 

Əvvəlcə peyğəmbərlər,  sonra şairlər səfi

Şair ilə peyğəmbər-bir nigarın məhrəmi 

Peyğəmbərlə şair haqq,  qalanlar haqq görkəmi. 

S-X, 2004,  60.

Nizamiyə  görə,  Allah  peyğəmbərə  kövsər meyi  içirdib, 

ondan şairlərin  qəlbinə də bir qədər damızdırıb:

Haqqın hazırladığı meydən  içdi peyğəmbər 

Bizim də qəlbimizə damızdırdı bir qədər 

S-X, 2004,  38.

Peyğəmbərin  içdiyi  mey  ilahi,  mənəvi  meydir.  O  mey 

peyğəmbərin  qəlbini  genişləndirir,  yollannı  işıqlandırır, 

əməllərini  bəşəriləşdirir,  beynini  nurlandırır.  (Bəqərə  (2), 

219).  Nəhl  (16)  67;  Maidə  (5),  93);  Şairlərin  içkisi  meydir.  O 

mey  ki,  mim  və  yeylə  yazılır.  Kiçik  əbcədlə  mim  4,  yey  isə 

həm  kiçik,  həm  də  böyük  əbcədlə  10  bildirir.  Cəmi  14.  14 

isə  Məhəmməl  Peyğəmbərin,  Fatimeyi-Zəhranın  və  12 

imamın  rəmzidir.  Bu  da  şairlərin  hidayət  yoludur.  Nizamiyə 

görə  peyğəmbərlə  şairləri  yaxınlaşdıran  əlamətlər  varsa, 

insanlar  da  (xüsusən, 

Nizaminin 

xalqı) 

sidq 


ürəklə 

peyğəmbərə  və  Nizamiyə  ehtiram  göstərməlidirlər  ki,  onlar 

mənəviyatla paklanmış insanlar olsunlar.

Nizaminin  əsərlərində torpağa ehtiram  da özünəməxsus 

yer tutur.  Torpaq ona görə  müqəddəs sayılır ki,  klassik  dövrdə 

formalaşmış  təsəvvürə  görə  yer  üzünü  Allah  Məhəmmədə 

görə yaradıb,  ona xeyir-bərəkət verib.  Füzuli  də deyir ki:

Adəm əvvəl səri-kuyin verib almış cənnət 

Eşidib təni-mələk sonra peşiman olmuş.

F,  I,  180,6.

139

^ *



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə