Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   32   33   34   35   36   37   38   39   40

Mübariz  Yusifov

(Ey  peyğəmbər,  Adəm  əvvəlcə  sənin  torpağını  (səri- 

keyini)  verib  cənnəti  alıb.  Mələklərin  tənəsini  eşidib  (eşidib 

ki,  Allah  Adəmi  ona  görə  yaradıb  ki,  onun  nəslindən 

Məhəmməd  yaransın)  peşiman  olub  (yer  üzünə  qayıdıb). 

Namaz  qılanda  da  insanlar  torpağı  öpürlər.  Çünki  torpaq 

Məhəmmədin  adınadır və  Allah  xeyir-bərəkəti  torpağa verib. 

Nizami də torpağın müqəddəsliyini belə tərənnüm edir:

Bir az xəfif dəysəydi qəmzəsinin oxları 

Can düşüb qədəminə öpərdi torpaqları.

S-X,  2004,  84.

Dedim:  bir-iki  aya şahın hüzurunda mən 



Yeröpmə adətini təzələrəm  ürəkdən 

S-X,  2004,  56.

Nizami  əsərlərində  dövrün  şahlarını,  hökmdarlarım 

tərif  edir.  Doğrudanmı 

şahların,  hökmdarların  hamısı 

tərifəlayiqdir?  Doğrudanmı  onlar  haqq-ədalətin  bərqərar 

olunması üçün fədakarlıq göstərirlər? Əlbəttə ki, belə deyildir. 

Ancaq  Nizami  onları  tərif edir.  Ona  görə  ki,  insanlar  həmişə 

ixtiyar  sahiblərindən  ümid  gözləyir.  Nizami  onları  ona  görə 

ideallaşdırır  ki,  ədaləti  bərqərar  etmək  onların  əlindədir, 

firavanlıq  onlara  daha  yaxındır.  Dövrün  hökmdarlan  ibrət 

götürsün,  cəmiyyət  həyatında  yaxşılığa  doğru  bir  addım  ata 

bilsin. 

Diqqət 


yetirilsə, 

Nizaminin 

hökmdarlara 

aid 


təriflərində  sanki  fərq  yoxdur.  Çünki  hökmdarların  özündə 

fərqləndiricilik çox deyildir.

Nizamidə  tərbiyə  daha  çox  ictimai  xarakter  daşıyır. 

Tərbiyə  öyüd-nəsihət  ruhunda  olsa  belə,  real  həyati 

hadisələrlə əsaslandırılmış qaydada çatdırılır:

Dilini  saxlayanlar nə dolaşır, nə çaşır 

Hürmək yalnız qudurğan köpəklərə yaraşır.

Heç bir kəsə güvənmə,  açıq deyim qoy sənə 

Hətta,  öz kölgəni də yaxın bilmə özünə

Nizamidə  azərbaycançılıq

Rahatlığın pəhnidir bu öyüdün mənası 

Dilin ucundan gəlir canın-başın bəlası.

S-X, 2004,  190.

Nizami  oğlu  Məhəmmədə  öyüd-nəsihət  verəndə  onu 

xeyirxah  işlərə  dəvət  edir.  Zəhmətə,  əməyə,  çalışqanlığa 

çağırır.  İnsanlarla davranışında mehribanlığa,  iş görəndə ağılla 

düşünüb  nəticəsini  əvvəldən  duymağa  sövq  edir.  Sanki  təkcə 

öz  oğluna  yox,  bütün  Azərbaycanlı  balalarına  əxlaq, 

mədəniyyət, mərifət öyrədir:

Sən ey on dörd yaşlım,  hər elmə yetkin!

Gözündə əksi var iki aləmin!

Qəflətdə oyanma, qeyrət vaxtıdır,

İndi  hünər vaxtı,  şöhrət vaxtıdır.

Ucalmaq istəsən bir kamala çat 

Kamala ehtiram göstərər həyat 

Səadət kamalla yetişir başa 

Xalqa hörmət elə, ədəblə yaşa.

Öz adına layiq işlər gör ki, sən 

Axırda utanma xəcalətindən.

L-M,  2004,  51.

«Leyli  və  Məcnun»da  Məcnunun  atasının  Məcnuna 

nəsihəti, 

Məcnunun 

atasına 

cavabı 


böyüklük-kiçiklik 

ehtiramının  nümunəsidir.  Məcnunun  atası  ilə  Leylinin  atası 

arasında  gedən  söhbətin  nəticəsi  baş  tutmasa  belə  həmin 

söhbət  qarşılıqlı  ehtiramın  nümunəsinə  çevrilir.  Leylinin 

atasının  cavabı  bu  olur ki,  «Oğlun ərköyünlük edir.  Sən  dua et 

ki, 


ağıllansın, 

sonra 

məhəbbətdən 



söhbət 

açmaq 


mümkündür».

«Xosrov  və  Şirin»də  Məhbinbanunun  Şirinə  öyüd 

verməsi,  Şirinin  həmin  nəsihətə  əməl  edərək  Xosrovla 

evlənmək  şərtinin  kəbinlə  həll  olunmasına  tələb  qoyması, 

Xosrovun  atasının  incidilmiş  kənd  adamı  barəsində  ədalətli 

qərar  çıxarması  və  oğlunu  tənbeh  etməsi  bütövlükdə

141



Mübariz  Yusifov

Nizaminin  Azərbaycan  cəmiyyətində  görmək  istədiyi  əxlaqi- 

etik normalardır.

Nizami «İskəndəmamə»də İskəndərin qıpçaq çölündəki 

insanların  adət-ənələlərinin  və  geyimlərinin  əxlaqi-etik 

normalara  uyğunlaşdırmasım  təqdir  edir.  Qadınların  açıq- 

saçıqlığmın  islam  etiketlərinə  uyğun  gəlməməsi  Nizamini 

narahat  edir.  Onların  adət-ənənələrində  dəyişiklik  edilməsini 

İskəndərin  vasitəsi  ilə  yerinə  yetirir.  Əlbəttə  ki,  Nizami  öz 

dövrünün  islami  əxlaq  normalarını  təqdir  edirdi.  Hərçənd 

Şəkər  haqqında  söhbət  gedəndə  onun  açıq-saçıq  olmasına 

baxmayaraq  ismətli  bir  qadm  kimi  yaşadığını  da  nəzərdən 

qaçırmır.  Ancaq  hər  halda,  öz  cəmiyyətində  qadının  açıq- 

saçıqlığım təqdir etmir və bunun fəsadlar yarada biləcəyindən 

ehtiyatlanırdı.  Həm  də  «Quran»dakı  Nur  (24)  ayəsinin  31 -ci 

ayəsinə  etimadı  da  nəzərə  alırdı:  «Mömin  qadınlara  de  ki, 

gözlərini  haram  buyrulmuş  şeylərdən  çevirsələr,  ayıb 

yerlərini  qorusunlar,  öz-özlüyündə  görünən  (əl,  uz)  istisna 

olmaqla,  zinətlərini  (baş,  boyun,  boğaz,  qol,  ayaq  və  s. 

naməhrəmə) göstərməsinlər».

İskəndərin  qıpçaq  çölündə  qadm  heykəlini  örtülü 

düzəltdirməsi,  eyni  zamanda,  Şirinin  başı  örtülü  təsvir 

edilməsi  Nizaminin  qadm  ismətinin  qorunması  barəsindəki 

idealına uyğun verilmişdir:

Bu zindana bənzər dünyada ancaq 

Qardaşı  qızıdır gözündə çıraq 

Sanki bir pəridir, pəri yox, bir Ay 

Qəhrəman bir qızdır, başda kələğay 

X-Ş,  2004, 64.

Nizami, 


həmçinin, 

əxlaqi-etik 

baxımdan 

islam 


qaydalarına  olduqca  ehtiramla  yanaşır.  İslam  etiketlərinin 

qorunmasını  və  onlara  riayət  olunmasını  təqdir  edir.  «Xosrov 

və  Şirin»də  Şirinin  dili  ilə  Xosrova  öyüd  verilir  ki,  İslama 

rəğbətlə  yanaşmağı  özünə  borc  bilsin,  hərçənd,  Xosrov 

dövründə  İslam  hələ  cəmiyyətdə  yox  idi.  İran  isə  atəşpərəst

Nizamidə  azərbaycançılıq

idi.  Nizami  islamı  o  dövrə  aparıb  çıxarmaqla  əslində  bu  dinin 

doğru  din  olduğunu  öz  dövründəkilərə  təbliğ  edirdi,  özündən 

sonrakılara isə təlqin edirdi.

Məhəmməd  Peyğəmbər  Xosrovun  yuxusuna  girib  onu 

islama dəvət etdikdə Xosrov qəbul  etmək istəmir.  Peyğəmbər 

isə  onu  qamçı  ilə  vurur.  Nizami  də  deyir  ki,  Xosrov 

səltənətinin dağılmasının əsas səbəblərindən biri bu idi:

Bir gecə Ay yerə gümüş tökürdi,

Xosrov Mustafanı yuxuda gördü.

Yumşaqlıqla dedi:  «Ey comərd, gəl sən 

İslamı  qəbul  ct,  qayıt küfrdən»

«Başımı,-söylədi,  Xosrov-kəssələr 

Dönmərəm yolundan ölənə qədər»

Atlı  ona baxıb bir qədər durdu 

Gedəndə Xosrova bir qamçı vurdu 

X-Ş,  2004,  343.

Şirin də Xosrova öyüd verərkən deyir:

Ərəbin  diniylə oynama,  ey şah 

O din haqq bir dindir, böyükdür Allah.

X-Ş,  2004,  322.

İslamın  əxlaqi-etik  normaları  Azərbaycan  xalqının 

milli-mənəvi  etiketi  kimi  əsrlərlə  yaşayır  və  ən  yaxşı 

ənənələr  Azərbaycançılıq  dünyagörüşünü,  Azərbaycançılıq 

ideyalarını  zənginləşdirir.  Ümummilli  liderimiz  Heydər 

Əliyev Azərbaycan xalqının  ictimai  şüurunda kök salmış islam 

əxlaqi-etik  normaları  ilə  əlaqədar  deyir:  «Milli-mənəvi 

dəyərləri  olmayan  millət  həqiqi  millət,  həqiqi  xalq  ola 

bilməz.  Azərbaycan  xalqının  milli-mənəvi  dəyərlərinin  ən 

əsası  bizim  müqəddəs  kitabımız  Qurani-Şərifdə  öz  əksini




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə