Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   32   33   34   35   36   37   38   39   40

Mübariz  Yusifov

4.  Atalar sözləri və zərbi-məsəllər

Nizaminin  əsərlərində  Azərbaycan  xalqına  məxsus,  bu 

xalqın  milli  təfəkkürünün  şirəsi  ilə  yoğrulmuş  çoxlu  atalar 

sözləri  və  zərbi-məsəllər  işlədilmişdir.  Həmin  atalar  sözləri 

və  zərbi  məsəllərin  işlədilməsi  bir tərəfdən  ona  görə  zərurət 

olmuşdur  ki, 

Nizami 

öz 


əsərlərinin 

daxilini,  batini 

anlayışlarını 

Azərbaycana 

məxsus 

bütün 


əlamətlərlə, 

Azərbaycançılığa  məxsus  bütün  atributlarla  və  etiketlərlə 

bəzəyəcək  bütün  təsvir  edilən  hadisələrə  Azərbaycanlı  ruhu 

vermək  istəmişdir.  Atalar  sözləri  və  zərbi-məsəllər  xalq 

ruhunun  ən  bariz  göstəricilərindən  və  atributlarından  olduğu 

üçün  Nizami,  əlbəttə  ki,  onlardan  yan  keçə  bilməzdi.  Nizami 

öz  milli  təəssübkeşliyini  bütün  başqa  etiketlərlə  olduğu  kimi, 

atalar  sözləri  və  zərbi-məsəllərlə  də  canlandırmışdır.  İkinci 

bir  tərəfdən,  görünür,  Nizaminin  təsvirlərində  bu  təsvirləri 

canlandırmaq  üçün  vacib  olan  atalar  sözlərini  və  zərbi 

məsəlləri  fars  dilində  tapmamışdır.  Daha  dəqiq  desək,  yəqin 

ki,  fars  dilində  lazım  olan  məzmunu,  emosiyanı  çatdırmaq 

üçün  uyğun  atalar  sözlərinə,  zərbi-məsəllərə  və  üstəlik, 

hikmətli  sözlərə  təsadüf  olunmamışdır.  Yoxsa  Nizami  kimi 

dahi  bir  qələm  ustası  necə  ola  bilərdi  ki,  fars  dilinə  məxsus 

hikmətli  sözlərdən istifadə  etməyə  idi.  Bütövlükdə Nizaminin 

öz  əsərlərində  Azərbaycan  milli  düşüncəsini  canlandıran 

atalar  sözləri  və  zərbi-məsəllərdən  istifadə  etməsindən 

məqsədi  Azərbaycançılıq  ruhunun  canlandınlmasından  ibarət 

olmuşdur.  Nizaminin  əsərlərində  işlədilən  atalar  sözləri, 

zərbi-məsəllər  və  hikmətli  sözlərin  tədqiqi  çox  vacib 

məsələlərdən  biridir.  Ancaq  demək  lazımdır  ki,  Nizami  bizə 

çox  böyük  bir  mənəviyyat  xəzinəsi  qoyub  getmişdirsə,  onun 

hər misrası,  hər beyti  səslənib  «Mən  Azərbaycanlıyam» deyə 

haray  salırsa  onların  tədqiqini,  araşdırmasını  genişləndirmək 

və 


dərinləşdirmək 

Azərbaycanlı 

tədqiqatçıların 

milli 


düşüncəsinə təsir edən vətəndaşlıq borcu olmalıdır.

Nizamidə  azərbaycançılıq

Nizamidə 

atalar 

sözlərinin 



və 

zərbi-məsəllərin 

işlədilməsinə 

dair 


Azadə 

Rüstəmzadənin, 

Sabir 

Həsənzadənin,  Cavad  Heyətin,  Tağı  Xalisbəylinin1  apardığı 



tədqiqatları  xüsusi  qiymətləndirmək lazımdır.  Nizamidə  atalar 

sözləri  və  zərbi-məsəllər  üzrə  tədqiqat  aparan  Nizamişünas 

tədqiqatçılar  içərisində  Gəncədə  çalışan  Cahan  Ağamirovun 

da  adını  çəkmək  lazımdır.  Bu  nəcib  işə  qoşulan  hər  bir 

Azərbaycanlı 

övladı  zaman  qarşısında  öz  vətəndaşlıq 

borclarını yerinə yetirmiş olurlar.

Nizami  istifadə etdiyi  atalar sözlərini, zərb-məsəlləri və 

hikmətli  sözləri  mətnə  uyğun  olaraq  ya Azərbaycan  dilindəki 

varianta  uyğun  şəkildə  işlədir,  ya  da  özü  müvafiq  dəyişiklik 

edir.  Təsvir  edilən  hadisələrin  bədiiliyini  və  məzmununu 

həmin  ifadələr  vasitəsi  ilə  lakonikləşdirir,  emosionallaşdınr 

və  onun  təsiredicilik  imkanlarını  qüvvətləndirir.  Məsələn, 

Azərbaycan  dilində  «Özgəyə  quyu  qazan  özü  düşər»,  «Gen 

qaz,  dərin  qaz,  özün  düşərsən»  kimi  atalar  sözləri  vardır. 

Nizami  fars  dilində  bu  atalar  sözünü  elə  işlədir  ki,  sanki  onu 

fars  dilində  yox,  Azərbaycan  dilində  yazır.  Yəni  Azərbaycan 

dilindəki  atalar sözü fars dilindəki varianta sözbəsöz çevrilir: 

Məgər nəşnidi əz fərraş-e in rah 

Kc hər ku  çəh konəd oftəd dər in çah.1

 2

Məgər bu yolun xidmətçisindən eşitmədin ki,



Kim quyu  qazsa, özü o quyuyu düşər?

Azərbaycan 

dilində 

işlədilən  «Vaxtsız 

banlayan 

xoruzun  başı  kəsilər»  atalar  sözü  Nizamidə  mətnə  uyğun 

olaraq iki  variantda işlədilir:

1

  Bax: A.Rüstəmzadə.  Nizami Gəncəvi. Həyatı və sənəti.  Bakı, «Elm»,  1979,  s.  156- 



198; Tağı Xalisbəyli. Nizami Gəncəvi və Azərbaycan qaynaqlan.  Bakı, «Azərbaycan 

Dövlət Nəşriyyatı»,  1991, s. 269-284;  Sabir Həsənzadə. Nizaminin «Xəmsə»də 

işlətdiyi Azərbaycan zərbi məsəlləri.  Gəncə, «İlkin» nəşr., 2005, s.  5-136; Cavad 

Heyət. «Xəmsə»də türkcə sözlər. «Ədəbiyyat qəzeti», 9 avqust,  1991-ci il.

2

 «Xosrov və Şirin», Elmi tənqidi mətn, Bakı, Azərb.  SSR EA nəşr.,  1960 s.770.




Mübariz  Yusifov

Nə bani  morğ çon bivəqt xanəd 

Bicay-e pərfeşan i  sər feşanəd.

(«Xosrov və  Şirin», Elmi-tənqidi mətn,  s.  579)

Görmürsənmi ki, xoruz vaxtsız banlayanda 

Qanad çalmaq yerinə başı üzülür.

Başqa  bir  yerdə  həmin  atalar  sözü  Azərbaycan 

dilindəkindən,  demək olar ki,  fərqlənmir:

Kəmin sazənd əgər bivəqt rani 

Sər əndazənd əgər bivəqt xani 

(«Xosrov və  Şirin»,  Elmi-tənqidi mətn,  s.  56.)

Əgər vaxtsız sürsən pusqunda dürarlar 

Vaxtsız banlaşan başını kəsərlər.

Başqa bir yerdə  isə.  həmin  atalar sözü belə bir variantda 

işlədilir:

Xorusi ke bigəh nəva bərkeşid 

Sərəqi ra negəh baz byəd borid.

(«Şərəfnamə»,  Elmi-tənqidi  mətn,  Bakı,  Azərb.  EA 

Nəşr,  1947, s.  157.)

Vaxtsız (yersiz) banlayan xoruzun 

Başını səhər tezdən kəsmək lazımdır.

Azərbaycan  dilində  işlədilən  «İsinmədim  istisinə,  kor 

oldum  tüstüsünə»  atalar  sözü  Nizamidə  mətnə  uyğun 

variantda belə ifadə  olunur:

Nə gəş təm z-atəşəst kərm, ey deləfruz 

Bedudət kur migərdim şəb- o ruz.

(«Xosrov və  Şirin»,  Elmi-tənqidi mətn,  s.  367.)'

1

  Nümunələrin  seçilməsində  Tağı  Xadisbəylinin  «Nizami  Gəncəvi  və  Azərbaycan 



qaynaqlan» adlı kitabına müraciət edilmişdir.bax:  s.  273-274.

Nizamidə  azərbaycançılıq

Ay könül yandıran, odundan istilənmədim 

Gecə-gündüz istisindən kor oldum.

Nizaminin  əsərlərində  Azərbaycan  dilində  səbrlə  bağlı 

«Səbr  edən  muradına  çatar»,  «Səbr eləyənin  ağzı  bal  dadar», 

«Səbr  ilə  halva  bişər ey  qora  səndən»,  «Səbr  acıdır,  meyvəsi 

şirin»,  «Səbr  cənnət  açandır»,  «Səbr  açarı  hər  bağda 

göyərməz»  kimi  hikmətli  sözlər  vardır.  Nizami  bu  cür 

hikmətli  sözləri  müvafiq  variantlarda)  «Səbr  edəni  heç  kəs 

peşman  görməyib», 

«Ovda  səbrsiz  olan  şəxsin  oxu 

nişangahdan  uzaq  düşər»  işlədir.1  Nizaminin  əsərlərində, 

həmçinin,  «Qurddan törəyən  qurd  olar»  atalar sözünün «Qurd 

balası qurd olar», «Ölənin dalınca danışmazlar» atalar sözünün 

«Ölünün  dalınca  bəd  (pis)  danışmazlar»,  «Axtaran  tapar» 

atalar 


sözünün 

«Axtaranlar 

taparlar», 

«Əslini 


danan 

haramzadadır»  hikmətli  sözü  «Zatı  pis  olan  səninlə  dostluq 

etsə  də  əslini  itirməz»,  «Heç  kəs  öz  ayranına  turş  deməz» 

hikmətli  sözü  «Heç  kəs  deməz  ki,  mənim  ayranım  turşdur», 

«İtlə  dostluq  elə,  ağacını  əldən  qoyma»  hikmətli  sözü 

«Köpək  dərviş  paltarı  geysə  də  xasiyyətini  itirməz»,  «Oddan 

törəyən  kül  olar»  atalar sözü  «Odun  balası  hər vaxt  kül  olar», 

«Üz  üzdən  utanar»  atalar  sözü  «Gündüz  isti  od  qalamazlar, 

çünki  üz  üzdən  utanar»,  «Nə  əkərsən,  onu  biçərsən»  atalar 

sözü  «  Dəvə  sahibi  nə  əkibsə,  onu  da  biçəcək»,  «Söz 

qılıncdan  iti  kəsər»  atalar  sözü  «Sözdən  tez  ən  incə  nöqtələri 

yaran  yoxdur»,  «Yaxşılığa  yaxşılığ  hər  kişinin  işidir, 

yamanlığa yaxşılıq ər kişinin  işidir»,  «Yaxşılığa yamanlıq, kor 

eşşəyə  samanlıq»  zərbi-məsəlləri  «Yaxşılıq,  yaxşılıq  edənin 

özünə  qayıdacaq»,  «Bəxtini  qozda  sına»,  «Çox  yemək  adamı 

az  yeməkdən  də  qoyar»  deyimi  «Az  yesən  rahatlığın 

çoxluğunu  görərsən, 

çox  yesən  xəstəliyin  çoxluğunu 

görərsən» variantlarında ifadə olunur.2

1

  Bax:  Tağı Xalisbəyli. Adı göstərilən əsər, s.  275.



Tağı  Xalisbəyli.  Nizami  Gəncəvi  və  Azərbaycan  qaynaqlan.  Bakı,  «Azərbaycan 

Dövlət Nəşriyyatı»,  1991, s.280-284.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə