Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   2   3   4   5   6   7   8   9   ...   40

Mübariz  Yusifov

Ermənistam  deyil,  eləcə  də  keçmiş  Albaniya və  İberiya ərazi­

lərini  də  birləşdirirdi.  Yeni  ərəb  inzibati  termininin  yuxanda 

adı  çəkilən  ölkələrə  də  şamil  edilməsi  Bizans  imperatoru  I 

Yustinianm  (527-565)  islahatlan  nəticəsində  VI  əsrin 

ortalannda yaranmış  Bizans Ermənistanı  inzibati vahidinin adı 

ilə  bağlı  idi.  Ərəblərəqədərki / inzibati  qurumundan  miras 

qalmış  «Ərəb  Ərminiyəsi»  inzibati  adının  yaranmasına  başqa 

obyektiv  səbəblər  də  təsir  edib:  əvvəla,  ərəblər  hələ  Azər­

baycan  torpaqlanna  qədəm  basmamış,  artıq,  639-640-cı  illər­

də Mesopotamiya yürüşü zamanı  Bizansın tabeliyində olan er­

məni  torpaqlarını  ələ  keçirmiş,  ikincisi  isə  ərəb  işğal  zonasını 

idarə edən canişinin qərargahını ermənilərin baş şəhəri  Dəbil- 

də  -   Dvində  yerləşdirmişdilər.  Təbii  ki,  özlərindən  əvvəlki 

bizans  inzibati  idarə  sisteminə  varis  çıxmış  ərəblər  başqa 

yerdə  olduğu  kimi,  burada  da  köhnə  dövrə  aid  «Ərminiyə» 

adını  saxlamışdılar.  O  da təbiidir ki,  işğal  prosesində  əllərinə 

keçən  yeni  həmhüdud  yerləri  də  onlar  artıq  tabeliklərində 

olan  zonaya  qatmış,  bir  bölgədə  yerləşən  bu  torpaqları 

«Ərminiyə»  adlandırmış,  bütün  Cənubi  Qafqazdakı  işğal 

zonasının  idarəsini  Dəbildə  oturan  ərəb  canişininə-amilinə 

həvalə  etmişdilər.  Bu  obyektiv  səbəblərlə  yanaşı  qədim 

kitablardan  faydalanan  erkən  ərəb  müəlliflərinin  (İbn 

Xordadbeh,  İbn  əl-Fəqir və  b.)  islamaqədərki  siryani  xristian 

ədəbiyyatından 

istifadə 

etmələri 

də 


mümkündür, 

bu 


ədəbiyatdan olan məlumata görə  Qurcan  (Gürcüstan) və Aran 

(Albaniya)  hələ  ərəblərəqədərki  dövrdə  «Ermənistanda  olan 

torpaqlar» adlanırdı.

VII əsrin axırlarında ərəblərlə əks cəhətdə olan Bizansa 

qarşı  ideoloji  müharibədə  erməni  din  xadimlərinin  etdikləri 

xidmət  müqabilində  xəlifənin  göstərdiyi  iltifat  və  yürütdüyü 

qərəzli 

siyasət 


bu 

inzibati 

adm  bir 

qədər 


möhkəmlənməsinə  səbəb  oldu.  (Açıq-aydın  görünür  ki, 

ermənilərin  ikiüzlülüyü,  xəyanətkarlığı,  hər  gələnin  qarşısın­

da  qulluq  etməyə  və  satqınlığa  mcylliliyi  hələ  qədimlərdən 

bəri  davam  edən  milli-psixoloji  bir  etiket  olmuşdur).  Belə  bir 

qərəzli  siyasətin  nəticəsidir ki,  sasanilər  dövründə  Xəzəryanı

14

Nizamidə  azərbaycançılıq

İran  vilayətləri  ilə  yanaşı  bütün  Cənubi  Qafqaz  vilayətlərini 

özündə birləşdirən  inzitabi  Adurbadaqan-Azərbaycan adı ərəb 

hakimiyyətinin  ilk  •  dövründə  Xilafətin  yalnız  Cənubi 

Qafqazda işğal  etdiyi  yerlərə verilən  inzibati  Ərməniyə  adı ilə 

əvəz  olundu.1  Bu  cür  inzibati  ərazi  bölgüsü  Nizami  vaxtında 

da  davam  etdiyi  üçündür  ki,  onun  əsərlərində  də  müəyyən 

hadisələrlə  əlaqədar  «Ərmən»  və  «Ərməniyyə»  adlarından 

istifadəyə  rast  gəlmək  olur.  Tarixi  məlumatlarda  bu  inzibati 

adla  əlaqədar  belə  bir  fikir  də  diqqətə  çatdırılır  ki,  VI  əsrdə 

imperator  I  Yustinanın  Qərbi  Ermənistanda,  yəni  coğrafi 

baxımdan  Ərəb  Ərməniyəsindən  fərqlənən  yerdə  həyata 

keçirdiyi  bu  inzibati  bölgü  (o  cümlədən,  bu  bölgünün  daha 

kiçik  vahidləri  olan  I-IV  Bizans  Ermənistanı  adları)  yalnız 

bilavasitə  ermənilərin  yaşadıqları  əraziyə  aid  idisə  «Ərəb 

Ərməniyəsi»  vilayətləri  indiki  azərbaycanlıların,  gürcülərin, 

ləzgilərin  və  başqalarının  yaşadıqları  və  ermənilərə  dəxli 

olmayan  Cənubi  Qafqaz  torpaqlarım  əhatə  edirdi.  Vaxtilə 



Bizansın  tabeliyində  olan  erməni  torpaqları  kimi  ənənəvi 

olaraq onlar da I-IV Ərminiyə adı  ilə dörd hissəyə bölünürdü.1

 2 

Görünür  Nizami  «Xosrov  və  Şirin»,  «İskəndəmamə» 



poemalarında  «Ərmən»lə  «Ərməniyə»  adlarını  işlədərkən 

Xosrov  və  İskəndər  dövrünün  inzibati  bölgüsünə  yox,  məhz 

ərəblər  vaxtındakı  inzibati  bölgüyə  əsaslanmışdı.  Ancaq 

həmin  torpaqlardakı  hökmdarların  mənşəcə  Azərbaycanlı 

olduğunu  qələmə  almaqla  Nizami  gələcək  nəsillərə  bildirirdi 

ki,  o  torpaqlarda  ermənilərə  aid  adın  göstərilməsinə 

baxmayaraq  erməni  hakimiyyəti  olmamışdı.  Bu,  əlbəttə  ki, 

tarixi  bir  həqiqətdir  və  Nizami  oxucuları  bunlara  diqqətlə 

yanaşmalı,  onlara  Nizami  baxımından  qiymət  verməlidirlər. 

Aydındır  ki,  ərəblər  dövründə  apanlan  belə  bir  namunasib 

bölgüdə  erməni  hiyləgərliyi  əsas  prinsip  olmuşdur.  Çünki 

həmin bölgü  heç bir reallığı  əks  etdirmir.  Bu mənada ki,  hələ 

indi  ermənilərin  kompakt  yaşadığı  ərazidə  heç  iki  milyon

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  Yeddi cilddə,  II cild. Bakı, «Elm», 2007, s. 

196-197.

2 Yenə orada, s.  197.

15



Mübariz  Yusifov

erməni  yoxdur.  (Əksəriyyəti  də  dolanışıq və rahatlıq üzündən 

xarici  ölkələrə  miqrasiya  etmişlər).  Necə  ola  bilər ki,  ərəblər 

dövründə  mövcud  olan  bir  ovuc  erməni  mənbələrdə  gös­

tərilən  böyük  əraziyə  yayılmış  olsunlar.  Buradan  görünür  ki, 

«Ərmən»  və  ya  «Ərməniyə»  adlan  həmin  ərazilərdə  yaşayan 

etnik təbəqəni  düzgün adlandırmır.

Tarixi 


mənbələrdə 

göstərilən 

bu 

məlumatlar 



inandırıcıdır  görünə  bilər  ki,  onlar  Xilafət  qoşunlannın  ələ 

keçirdikləri  və  müəyyən  inzibati  bölgü  daxilində  öz  köhnə 

adlarını  saxlayan  ərazilər  barədəki  erkən  ərəb  mənbələrinə 

məxsusdur.  Maraqlı burasıdır ki,  ərəblərəqədərki  Bizans  inzi- 

tabi  bölgüsü  haqqında  ətraflı  məlumat  verən  sinxron  erməni 

mənbələri  ərəblərin  bu  inzibati  bölgüsü  haqqında  heç  bir 

məlumat  vermir.  Çox  güman  ki,  bu  «məlumatsızlıq»  bütün 

bölgə 


ərazisinin 

süni 


şəkildə 

«Ərməniyə» 

adı 

ilə 


birləşdirilməsindən  irəli  gəlirdi.  Məhz  buna  görə  də  bu  dövr 

haqqında məlumat verən ərəb mənbələri  erməni  torpaqları  ilə 

birlikdə  ermənilərə  aid  olmayan  qonşu  torpaqları  da  əhatə 

edən  «Ərminiyə»  inzibati  vahidi  ilə  yanaşı  ərəblərəqədərki 

Sasani  inzibati  vahidi  «Azərbaycanın»  (Adurbadaqanm)  da 

adını  çəkirlər.  Beləliklə,  ərəblər  dövründə  «Ərminiyə»  ərazi­

ləri barədə ərəblərin özlərinin təqdim etdiyi məlumatlara görə 

həmin ərazilər aşağıdakı kimi bölünürdü:

I  Ərminiyə  bölgüsünə  ərəblərin  Arran  adi andırdı ql an 

qədim  Albaniya  torpaqları  və  644-cü  ildən  1122-ci  ilədək 

müsəlmanların  tabeliyində  olan  Tiflis  və  onun  ətrafları  daxil 

edilirdi.

II  Ərminiyə  adlandırdıqları  hissəyə  ərəb  inzibati  hakim 

dairələri 

Cürzanı 

(Gürcüstanın 

bir 

hissəsini), 



Tiflis 

yaxınlığında  Kür  çayı  sahilində  yerləşən  Suğdəbil  şəhərini, 

Dərbəndin  yaxınlığındakı  Bab  Feyruz  Qubad  şəhərini,  eləcə 

də Lanz vilayətini daxil edirdilər.

III-IV  ərəb  Ərminiyəsi  isə  ermənilərin  Dəbildən  Şim- 

şatadək  yaşadıqları  yerləri  əhatə  edirdi.  Beləliklə,  Xilafətin 

Cənubi  Qafqazdakı  I və II Ərminiyə inzibati  bölgüləri  şimalda 

Tiflis və Dərbənddən  Cənubda  Araz çaymadək,  qərbdə  Kiçik

16

Nizamidə  azərbaycançılıq

Qafqaz dağlanndan tutmuş  şərqdə Xəzər dənizinədək olan sa- 

sahəni  əhatə  edir  və  əsasən,  ərəblərin  Arran  adlandırdıqları 

qədim Albaniya torpaqlarını özündə birləşdirirdi.1

Ərəblər  dövründə  elmin  inkişafı  ilə  bağlı  bir  çox 

əsərlər,  tədqiqatlar,  şərhlər  də  meydana  çıxmışdı.  Bu  əsərlər 

ərəb dilində yazılmasına baxmayaraq Azərbaycan intellektinin 

formalaşmasına  da  güclü  təsir  edirdi.  Doğrudur,  ərəb  dilində 

yazan  alimlərin,  mütəfəkkirlərin  içərisində  Azərbaycan 

mənşəli  intellektlər də  az  olmamışdı.  Ancaq  demək olmaz ki, 

həmin 

intellektlər 



Azərbaycan 

ictimai 


şüurunun 

formalaşmasına  öz  təsirini  göstərə  bilirdi.  Əlbəttə  ki,  belə 

olmamışdı  və  onu  gözləmək  də  əbəs  işdir.  Çünki  həmin 

əsərlərin 

və 

tədqiqatların 



içərisində 

Azərbaycanlı 

intellektinin,  Azərbaycanlı  təfəkkürünün  öz xüsusi  çəkisi  olsa 

da  onlar  bütövlükdə  ərəb  dünyasının  elmi  potensialının 

inkişafına,  ərəb  ictimai  şüurunun  təkamülünə  və  ərəb  dili 

normalarının  inkişafına  xidmət  edirdi.  Mümkündür  ki,  o 

zaman  yaranan  əsərlərin  məzmununda  Azərbaycançılıq 

ideyalarının  izləri  mövcud  olsun.  Lakin  bu  ideyalar,  əvvəla, 

açıq-aşkar verilə  bilməzdi.  Onların ifadə olunması üçün xüsu­

si  rəmzlərdən  istifadə  edilə  bilərdi  ki,  bunu  da  əlbəttə,  anla­

maq  çətin  idi.  Bu  çətinlik  isə  Azərbaycançılıq  ideyalarının 

təbliğ edilməsi  işində çox ciddi bir maneə olardı.  Digər tərəfi, 

dövrün  elmi  ədəbiyyatı,  elmi  fikir  və  mülahizələri  birbaşa 

islam  təbliğatı,  islam  mədəniyyəti  və  islam  fəlsəfəsi 

bazasında  həyata  keçirilirdi.  Həmin  əsərlərdə  texniki  tərəqqi 

və  kəşflər  haqqında  irəliyə  doğru  nəinki  bir  addım,  heç  bir 

qarış  da  hərəkət  baş  verməsi  görünmürdü.  Milli  ictimai  şüur 

çox  zaman,  fanatizmdə,  ağılın,  təfəkkürün  kütləşdirilməsinə 

yönəlmiş  fəlsəfi  cərəyanların  cəfəngiyat  bataqlığında  itib- 

batırdı.


Tarixi  məlumatlarda göstərilir ki,  «Xəlifə Əbdülməlikin 

(688-705)  islahatları  nəticəsində  kargüzarlığm  ərəb  dilində

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm»,  2007, s. 

198.


*

x

ı 7 l

Respublikası  Prezidentinin 

İşlər idarəsi

PREZİDENT KİTABXANASI


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə