Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   2   3   4   5   6   7   8   9   ...   40

Mübariz  Yusifov

apanlması  dövlət  idarələrində  işləyən  yerli  Azərbaycanlı  mə­

murlar  üçün  bu  dili  bilməyi  vacib  etmişdi.  Ərəb  dilini 

bilməyənlərə hətta,  adi vəzifələr də verilmirdi.  Tədricən ərəb 

dilinin  işğalçının  dili  olduğu  unuduldu.  Artıq,  bir-iki  əsrdən 

sonra  bu  dili  bilmək  mədəniyyət  göstəricisinə  çevrildi. 

Quranın  yalnız  yazıldığı  dildə  öyrənilməsi  də  ərəb  dilinin 

işlənmə  və  mənimsənilmə  arealını  genişləndirdi.  Hər  bir 

müsəlman  millətindən  asılı  olmayaraq  ərəb  dilini  öyrənməyə 

çalışırdı.  Ümumiyyətlə,  o  dövrdə  hər  bir  müsəlman  hər 

şeydən  əvvəl  dini  icmanın  üzvü,  ondan  sonra  isə  bu  və  ya 

digər  yerin  sakini,  hər  hansı  millətin  nümayəndəsi  idi.  Ona 

görə  də  milli-etnik  sərhədlər  getdikcə  zəifləyir,  yox 

dərəcəsinə  çatır,  dini  mənsubiyyət  isə  çox  işdə  əsas  amil  he­

sab  olunurdu.  Bəzən  mənşəcə  ərəb  olmayan,  lakin  əsərlərini 

ərəb  dilində  yazan  hər  hansı  alimin  və  ya  yazıçının  etnik 

mənsubiyyətini  müəyyənləşdirmək  və  üzə  çıxarmaq  çətin, 

hətta,  qeyri-mümkün  olurdu.  Belələrinin  Xilafətin  mənəvi 

həyatında  iştirakı  ümumi  ərəb-müsəlman  mədəniyyətinin 

inkişafına  səbəb  olur,  onlar  həm  ərəb,  həm  də  öz  milli 

mədəniyyətlərinin  nümayəndəsi  kimi  çıxış  edirdilər».1  Ancaq 

onu  nəzərə  almaq  lazımdır  ki,  qeyri-ərəb  alimləri  öz  əsərləri 

ilə  öz milli  mədəniyyətlərinin  nümayəndəsi  kimi  çıxış  etsələr 

də  onların  yaratdığı  əsərlər  ümumi  ərəb  kontekstində  əriyib 

gedirdi  və  bunlar  onlann  aid  olduğu  etnik  təbəqənin  milli 

sərvətinə  çevrilə  bilmirdi.  Aşağıda  adları  göstərilən  alimlərin 

yaratdığı  əsərlər,  zahirən  də  olsa  göründüyü  kimi,  islam 

mədəniyyətinin, islam ictimai  şüurunun inkişafına yönəlmişdi. 

Mənbələrdə  Əbubəkr  Məhəmməd  əl-Bərdəinin  adı  çəkilən 

«Kitab  əl-Mürşid  fil-fıqh»  («Fiqhə  dair  düzgün  yol  göstərən 

kitab»),  «Kitab  ər-rədd  alə  əl-müxalifın  fil-fıqh»  («Fiqhə

1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü.  Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s. 

284-285.

18

Nizamidə  azərbaycançılıq

müxalif  olanlara  cavab  kitabı»),  «Kitab  əl-cami  fi  üsul  əl- 

fiqh»  («Fiqhin  əsaslanna  dair  toplu»)  və  başqa  əsərləri  öz 

dövründə  məşhur  idi.  Bundan  başqa  ərəbdilli  mədəniyyətin 

Azərbaycanlı  nümayəndələrindən  Əbdüləziz  ibn  Həsən  əl- 

Bərdəi,  Əbusəid  Əhməd  ibn  Hüseyn  əl-Bərdəi,  Əbübəkir 

M əhəmməd  ibn  Abdullah  əl-Əbhəri,  Yəqub  ibn  Musa  əl- 

Ərdəbili,  Musa  ibn  İmran  əs-Səlmasi,  Əbu-bəkr  Əhməd  ibn 

Harun  əl-Bərdici  kimi  məşhur  şəxsiyyətlərin  adlarını 

göstərmək  olar.  Adlan  ərəb  kontekstinin  siyahısında  itib- 

batmış 


intellektlərin 

qat-qat 


çox 

olması 


da 

istisna 


sayılmamalıdır. 

Bu 


dövrdə 

ərəbdilli 

ədəbiyyatın 

zənginləşməsində  Azərbaycan  mənşəli  yaradıcılar  da  az 

olmamışdı.  Bunlann  bir  çoxu  öz  ərəb  quruluşlu  adlan  və 

əsərləri  ilə  ərəb  kontekstində  əriyib  getmişdir.  Məşhurlann 

isə ərəb  ədəbiyyatını  inkişaf etdirən yaradıcılar kimi  adlan bu 

və ya digər mənbələrdə saxlanılır.  Bunlardan tarixi mənbələr­

də adlan  çəkilən  Musa  Şəhəvatı,  İsmayıl ibn Yaşan Əbül Ab­

bas  əl-Əmanı  və  digərlərini  göstərmək  olar.  Tarixi  mənbələr­

də  deyildiyi  kimi,  onlar  burada  (Azərbaycanda)  böyümüş,  ilk 

təhsillərini 

doğma 

diyarda 


almış, 

öz 


xalqlannın 

mədəniyyətini,  o  cümlədən,  şifahi  xalq  ədəbiyyatının  heca 

vəznini 

tam 


mənimsəmişdilər. 

Onların 


poeziyasından 

dövrümüzə  çatan  nümunələr  sübut  edir  ki,  iki  mədəniyyətin 

sintezindən  qidalanmış,  ümummüsəlman  mədəniyyətinin  ilk 

poetik səhifələrini  yaradan  bu şairlər doğma heca vəzninin tə­

siri  ilə  ərəb  ədəbiyyatında  özünəməxsus  yeni  cığır  açmışlar. 

Bu,  həmçinin  sübut  edir  ki,  Azərbaycanın  da  daxil  olduğu 

xilafətin  söz  ustalan  sırasında  görkəmli  yer  tuta  bilmiş  Azər­

baycanlı  şairlər  vətəndən  uzaqda  yaşasalar  da  ərəb  dilində 

yazsalar  da  doğma  diyara,  doğma  mədəniyyətə  bağlı  olmuş, 

bunlardan  bəhrələnmişlər».1

1 Azərbaycan tarixi. Ш-ХП1 əsrin I rübü. Yeddi cilddə, П cild. Bakı, «Elm», 2007, s. 303.

19



Mübariz  Yusifov

Elə  buradaca  onu  demək  lazımdır  ki,  həmin  dövrdə 

Azərbaycandilli  mədəniyyət  öz  doğma  vətənində  qədim 

ənənələrin  varisliyini  davam  etdirərək  yazısız-pozusuz  öz 

nümunələrini  yaradırdı.  Bunların  içərisində  el  ozanlarının 

düzüb  qoşduğu  nağıllar,  dastanlar,  bayatılar,  şeirlər zaman-za­

man  yaşamaqda  davam  etmişdir.  Bunların  içərisində  dünya 

mədəniyyət  xəzinəsinin  qızıl  fonduna  daxil  olmuş  «Kitabi- 

Dədə  Qorqud»  müstəsna  yer  tutur.  Əgər  o  dövrdən  indiyə 

kimi  Azərbaycanda  yazılı  ənənələr mövcud olsaydı  və  davam 

etsəydi  xalqımızın  necə  mənəvi  sərvətlərə  malik  olduğu 

haqqında bütöv və aydın təsəvvür yaranardı.

Ərəblər  dövründə  Azərbaycan  dilinin  sıxışdınlması  ilə 

milli  mədəniyyətimizdə  bir  uçurum  baş  verdiyi  kimi,  bu 

ərazidə  xırda  dövlətlərin  yaranması  da  milli  birliyin  və  milli 

şüurun  əsrlər  boyu  ləngiməsinə  səbəb  olurdu.  Hələ  onu  da 

nəzərə  almaq  lazımdır ki,  çox  zaman  bu  qurumlara  rəhbərlik 

yerli adamlara yox, Xilafotin özündən olanlara həvalə edilirdi. 

Məsələn,  Yəzid  ibn  Məzdəkin  oğlanları  Əsəd,  Xalid  və 

Məhəmməd  Xilafətdə  özlərinə  böyük  nüfuz  qazandıqlan 

üçün  Şirvanda  yaradılmış  M əzdəkilər  dövlətinin  ауп-ауп 

vaxtlarda  hökmdarı  olmuşlar.  Yəzid  ibn  Məzdək  özü  799-cu 

ildən  801-ci  ilə  kimi,  Əsəd  802-ci  ilə  kimi,  Məhəmməd  isə 

803-cü ilə kimi  hakimlik etmişdir.  Xalid  ibn Yəzid isə  844-cü 

ilə  qədər  Azərbaycan,  Arran  və  Ərminiyə  hakimi  vəzifəsinə 

təyin  olunmuşdu.  Məzdəkilərin  Azərbaycandakı  hakimiyyəti 

1232-ci  ilə  kimi  davam  etdi.  Həmin  dövründən  Şirvan,  artıq, 

monqolların 

hücumuna  məruz 

qaldı 


və 

Şirvanşahlar 

dövlətinin müstəqilliyinə son qoyuldu.1

Ərəblər  Azərbaycanı  işğal  etdikdən  sonra  «Bab-ül- 

Əbvab»  (Qapılar qapısı)  adlandıqları  Dərbəndi  ələ  keçirdilər. 

IX  əsrin  ortalannadək  Dərbəndə  hakimlik  vəzifəsi  xüsusi

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  II cild. Bakı,  «Elm», 2007, s.  323-338.

20

Nizamidə  azərbaycançılıq

təyinatla  yerinə  yetirilirdi.  851-ci  ildə  isə  xəlifə  Azərbaycan, 

Arran  və  Ərminiyə  hakimi  olan  Məhəmməd  ibn  Xalid  ibn 

Yəzid  Əş-Şeybaniyə  həmin  ərazini  iqta  payı  kimi  bağışladı. 

Dərdənddə  yaradılmış  Əmirlik  qurumu  monqol  istilasına  qə- 

dərki  müddətdə  Xilafətin  tabeçiliyində  Xilafət  tərəfindən 

təyin olunan hakimlər tərəfindən idarə olunurdu.1

VIII  əsrin  əvvəllərində  Albaniyada  dövlətçiliyə  son 

qoyulsa  da  Mehranilər  sülaləsinə  mənsub  feodal  hakimlər 

Arsakda öz mülklərini  qoruyub  saxlamışdılar.  Beləliklə,  tarixi 

alban  vilayəti  olan  Arsakda  ərəblərə  cizyə,  vergi  və  xərac 

verməklə  knyazlıq  səviyyəsindəki  Sünik və  Arsak-Xaçm  adlı 

dövlətçilik  qurumu  formalaşdırıldı.  XII  əsrin  sonu,  XIII  əsrin 

əvvəllərində  Arsak ərazisində  təşəkkül  tapan Xaçın knyazlığı 

qədim  Albaniyanın  bir  hissəsi  idi.  1224-cü  ildə  Xarəzmşah 

Cəlaləddinin  hücumu  zamanı  Xaçına  hakimlik  edən  Həsən 

Cəlal  vergi  sayəsində  knyazlığı  dağılmaqdan  qurtarır.  Arsak- 

Xaçm knyazlığı  XV əsrə  qədər öz mövcudluğunu  saxlamaqda 

davam edir.2

Ərəblərin  Azərbaycanı  işğal  etməsi  ilə  yaranan 

dövlətçilik  qurumlarından  biri  də  Şəki  məlikliyi  olmuşdur. 

Xəlifə  I  Validin  dövründə  (705-715)  Albaniyanı  bir  dövlət 

kimi  ləğv  edən,  buranı  Xilafətin  canişinlikləridən  birinə 

çevirən  ərəblər  bölgədə  ağalığı  saxlamaq  üçün  Şəkini 

özlərinin  strateji  bazası  etdilər.  Şəki  məlikliyi  1207-ci  ildə 

Xarəzmşah Cəlaləddini ələ keçirdikdən sonra oraya Səfıəddin 

Məhəmməd  əl  Tuğranini  Şəki  və  Qəbələnin  vəsisi  (hakimi) 

təyin etdi.3

Azərbaycanın  siyasi  tarixində  qoyduqlan  ənənəyə 

müvafiq  olaraq  xırda  padişahlıqlar  mövcud  olmaqda  davam 

edirdi.  Bunlardan  biri  də  X  əsrdə  yaranmış  Sasanilər  dövləti 

idi.  Onlar özlərindən əvvəlki  Saciləri  əvəz  edirdilər.  Salarilər 

özləri  mənşəcə  Deyləmi  idilər.  Deyləm  İranda 

Qvilan

1 Azərbaycan tarixi.  III-VIII əsrin I rübü.  II cild.  Bakı, «Elm», 2007, s.  338-351.



2 Yenə orada,  s.  351-355.

3 Yenə orada, s.  355-363.

21



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə