Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   2   3   4   5   6   7   8   9   ...   40

Mübariz  Yusifov

vilayətinin  şimal-qərb  hissəsinə  verilən  addır.  Deyləmilər 

deyəndə həmin ərazidə yaşayan  etnik təbəqə nəzərdə  tutulur. 

Ədəbiyyatda  Deyləm (Deyləmilər)  «cod saçlı qul» mənasında 

işlədilmişdir.  Deyləm,  həm  də  adı  göstərilən  ərazidə  şəhər 

adıdır.  Bütöv  Azərbaj'cana  sahib  olan  salarilər  Ərdəbildə 

möhkəmlənməklə  bütün  Ərminiyəyə,  Şirvana  və  Dərbəndə 

qədər  olan  ərazilərdə  yerləşmişlər.  Salarilər  dövləti  40  il 

müddətində 

yaşaya  bildi. 

Nəhayət, 

987-88-ci 

illərdə 

hakimiyyət  R əw adi  hakimi  Əbülheysin  ixtiyarına  keçdi. 

Rəvvadilər dövləti X əsrin sonlarından başlayaraq təqribən bir 

əsr  ərzində  Azərbaycanın  siyasi  səhnəsində  özünə  yer  tuta 

bilmişdir.  1116-17-ci  ildə  Rəvvadilər  sülaləsinin  hakimiyyəti 

başa  çatmışdır.  Azərbaycanda  X  əsrin  ortalarından  XII  əsrin 

sonunadək  bir  Şəddadilər  dövləti  də  mövcud  olmuşdur. 

Onların  hakimiyyət  coğrafiyası  Gəncə,  Naxçıvan,  Dvin  və 

Ani  ərazilərini  əhatə  etmişdir.  1130-cu  ildə  Şəddadilər 

hakimiyyəti 

Səlcuqilərin 

gəlişi 


nəticəsində 

süquta 


uğramışdır.1

XI  əsrin  əvvəllərində  oğuz  dəstələri  Cənubi  Qafqaz 

ərazisində  göründülər.  1018-1021-ci  Araz  çayını  keçən 

oğuzlar  cənub  istiqamətindən  Arran  torpaqlarına  gedərək 

Naxçıvan,  sonra  isə  Dəbil  ərazisinə  daxil  oldular.  1029-cu 

ildə  Gürcüstan  torpaqlarına  qədəm  basdılar.  1038-ci  ildə 

Toğrul  bəy  Səlcuqilər  sülaləsinin  ilk  hökmdarı  elan  edildi. 

1055-ci  ildə  böyük  soltan  Toğrul  Bağdada  gələrək  Abbasi 

Xəlifəsi  əl-Qaimin  (1031-1075)  öz  əlindən  soltanlıq  taxt- 

tacım  qəbul  etdi.  XI  əsrin  70-ci  illərinin  sonunda  bir  çox 

ölkələrlə  yanaşı  Azərğaycan  da  böyük  Səlcuq  imperiyasının 

tərkibinə  daxil  edildi.  İmperiyanın  yaradıcısı  və  əsas 

hərəkətverici qüvvəsi isə oğuz tayfası  idi.1

 2

Böyük  Səlcuq soltanlarının hakimiyyəti illərində  (1097- 



1157)  biri  digərindən  asılı  olmayan  ауп-ауп  soltanlıqlara 

parçalanmış  Səlcuq  dövləti  tənəzzülə  uğradı.  Bu  parçalanma

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  II cild.  Bakı, «Elm», 2007, s.  363-386.

2 Yenə orada, s.  387-393.



22

Nizamidə  azorbaycançılıq

Xəlifə 


əl-Müstəhzərin 

(1092-1118) 

vasitəçiliyi 

ilə


rəsmiləşdirildi.  Əlbəttə  ki,  Xəlifəyə  də  onun nüfuzu  altındakı 

torpaqlarda  böyük  və  güclü  bir  mərkəzləşmiş  dövlətin 

mövcudluğu  sərf  edə  bilməzdi.  İmperiyanın  bölünməsi  ilə 

Məlikşahın  oğlu  Börküyanq  soltan  elan  olundu.  İkinci  oğlu 

Məhəmməd  Təpər  Azərbaycan,  əl-Cəzirə  və  Diyarbəkrin 

məliki  oldu.  Üçüncü oğlu  Səncər isə Xorasan məliki  oldu.  Bu 

parçalanma 

daxili 


münaqişələrin 

başa 


çatması 

ilə


nəticələnmədi,  əksinə,  münaqişələr  getdikcə  daha  da 

kəskinləşməyə 

başladı. 

1160-cı 


ildən 

Atabəylər 

hakimiyyətinin  formalaşdırılması  baş  verdi.  Ancaq  Atabəylər 

dövründə  də  əvvəlki  vaxtlarda  olduğu  kimi  sabitlik  yox  idi. 

Ona  görə  onları  da  labüd  tənəzzül  gözləyirdi.  Nəticədə  onlar 

da  1221-ci  ildə  Azərbaycan  ərazisinə  təcavüz  edən  monqol­

lara qarşı dura bilmədilər və dövlətçilik süquta uğradı.1

Azərbaycanın tarixində baş verən bütün bu hadisələr və 

hakimiyyət  uğrundakı  çəkişmələr  mərkəzləşmiş  dövlət 

quruluşunun  yaradılmasına böyük bir maneçilik törədirdi.  Ona 

görə  də  ərəblər  dövründə  dövlətin  idarəçilik  sistemi  ərəb 

siyasətinə  tabe  edilirdi.  Cəlaləddin  özü  monqollardan  qaçmış 

olsa da Azərbaycanda yaranmış və ideoloji  cəhətdən milliliyə 

meylli  olmayan  qüvvələr  onun  da  qarşısında  duruş  gətirmək 

üçün  özlərində  qüvvə  tapa  bilmədilər.  Monqollar  dövründə 

isə  bütün  ölkənin  hər  yerində  ocaq  tüstüsü  yerinə  yaşayış 

məskənlərinin  od  tutub  yanması  baş  verdi.  Təkcə  Nizami 

dövründə  yox,  ondan  əvvəl  də  dövlətçilik  siyasətindəki 

pərakəndəlik milli birlik, həmrəylik və milli vətəndaşlıq ideo­

logiyasının  yaranmasını  nəinki  zərurətə  çevirdi,  əksinə,  belə 

bir  ideologiya  yaratmaq  təşəbbüsləri  sanki  beyinlərdən 

silinmişdi.  Ərazi bütövlüyü yox,  mərkəzləşdirilmiş dövlətçilik 

yox,  milli  şüurun  formalaşması  imkanlan  yox,  ideoloji  vahid­

lik yox,  xalqın birliyini  təcəssüm  etdirən  dil yox!  Belə  bir və­

ziyyətdə  mövcud  intellektual potensialın  da millilik  amalı yox 

idi.  İntellektual  potensial  mövcud  olsa  da  o Azərbaycana  yox,

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  II cild. Bakı, «Elm», 2007, s.  403-436.

23



Mübariz  Yusifov

Azərbaycanın 

üstündə 

gəzən 


yad 

əllərin 


tuşladığı 

istiqamətlərdəki  məkanlara  xidmət  edirdi.  Daha  dəqiq  desək, 

elm  və  mədəniyyət ərəblərə,  bədii  sənət və  ədəbi  yaradıcılıq 

farslara  və  fars  mədəni  irsinin  zənginləşdirilməsinə  xidmət 

edirdi.  Nizamidən  əvvəlki  vaxtlarda  olduğu  kimi,  Nizami 

dövründə də Azərbaycanda çox güclü elmi  və ədəbi-bədii  po­

tensial  mövcud  idi.  Bu  yaxşı  idi.  Çünki  bünövrədən 

Azərbaycan  xalqında  intellektual  potensial  güclü  olmuşdur. 

Ancaq  bu  faktdan  da  qaçmaq mümkün  deyil  ki,  dövrün  yetiş­

dirdiyi intellektlər Azərbaycan elminə, mədəniyyətinə,  ədəbi- 

bədii  sənətinin  inkişafına  xidmət  edə  bilməmişdir.  Səbəb 

budur  ki,  hakimiyyətdə  təmsil  olunan  qüvvələr  çörəyini 

yediyi,  suyunu  içdiyi,  nemətlərindən  bəhrələndiyi  xalqın 

mənafeyi  barədə  düşünməmişlər.  Azərbaycan  mənşəli  dövlət 

başçılarının  səhvi  onda  idi  ki,  onlar  özlərinin  hakimiyyətləri 

dövründə  milli  şüuru  oyatmaq  əvəzinə  vaxtlarını  sərvət 

toplamağa  və  eyş-işrət  məclisləri  qurmağa  sərf  edirdilər, 

özlərindən  sonrakı  dövr üçün heç bir əməli  iş  görə bilməMiş- 

dilər.  Ona  görə  də  onların  hakimiyyətləri  arasında  varislik 

yarana bilmədi.

Nizami  Gəncəvi  Azərbaycan  hakimlərinin  xalqın  milli- 

mənəvi  dəyərlərinə,  milli  şüurunun  formalaşdırılmasma, 

milli-mənəvi  sərvətin  gələcək  nəsillərə  onun  öz  dili  ilə 

çatdırılmasına etinasızlığını  və  laqeydliyini  «Xosrov  və  Şirin» 

poemasında  Xosrovun  dövlət  işlərini  atıb  key  məclisləri 

qurmasında,  «Yeddi gözəl» poemasında Bəhram şahın vaxtını 

yeddi  iqlimdən  gətirdiyi  qızlara  keçirdiyi  eyş-işrətlərdə  açıb 

göstərir.  Xosrovun  dövlət  işlərini  buraxıb  eyş-işrətə  qurşan- 

masının  nəticəsi  nə  oldu?  O  nə  ölkəsinin  əhalisinə  bir  xeyir 

verə  bilmədi,  nə  də  öz  övladma  tərbiyə.  Ailə  tərbiyəsini  gör­

məyən  övlad,  atasının  eyş-işrətlə  nəfəs  aldığından  başqa  bir 

tərbiyə götürə bilməyən oğul beynində eyiş-işrətdən başqa bir 

şey yarada  bilməmişdi.  Odur ki,  Xosrov  özü yaratdığı,  bünöv­

rəsini  əvvəldən  qoyduğu  faciənin  də  qurbanı  oldu.  Oğul 

atasının əhli-əyalına göz yetirdi  və  onun qətlinə  fərman verdi. 

Bunu Füzuli  çox yaxşı deyib:

24

Nizamidə  azərbaycançılıq

Deyil bihudə gər yağsa fələkdən başimə daşlar 

Binasın tişeyi ahim ilə viran etdiyimdəndir.

F,  I,  122, 4.

(Əgər  fələkdən  başıma  daşlar  yağırsa  səbəbsiz  yerdən 

deyildir.  Fələyin  binasını  ahımın  külüngü  ilə  viran  edib 

dağıtdığım üçündür).

Başqa sözlə,  Xosrov «nə əkmişdisə onu da  biçmişdi».

Bəhram  şah  isə  başı  yeddi  iqlimdən  gətirdiyi  qızlarla 

eyşə  qarşdığı  üçün  ölkənin  hakimiyyəti  xain  vəzir 

Rast 

Rövşənin əlinə keçmişdi.  Çin xaqanı  isə hakimiyyətdə boşluq 



görüb  ölkəyə  qoşun  çəkir.  Bəhram  nəhayət  ayılır,  işləri 

yoluna qoyur və marağada qeyb olur.  Bunlar ibrət idi.

Nizami  zahiri  bədii  bəzək-düzək  içində  Azərbaycan 

hökmdarlarının  diqqətini  öz  əsərlərindəki  şahların  işlərindən 

ibrət götürməyə çağırırdı.

Nizaminin  yaşadığı  dövrdə  də  elm  və  ədəbiyyat-sənət 

sahibləri  var  idi.  Demək  olmaz  ki,  onların  yaratdıqlarından 

Azərbaycana  xidmət  nümunəsi  yox  idi.  Ancaq  onların  bir 

çoxu  qorunmamışdır.  Qalanlar  isə  əsas  etibarı  ilə  ya  dövrün 

hökmdarlarına  ithafnamələr  və  ya  ərəb-fars  ideologiyasını, 

milli  dəyərlərini  zənginləşdirən  əsərlərdən  ibarət  olmuşdur. 

Nizami  dövründə  yaşamış  Fəxrəddin  Əbülfəzi  İsmayıl  ibn əl- 

Musanna  ət-Təbrizinin  yazdığı  «Tarixi  Azərbaycan»  («Azər­

baycan  tarixi»)  adlı  kitab  bizə  gəlib  çatmamışdır.  Çatsa  idi 

dövrün  haqqında,  həmçinin,  Azərbaycanın  tarixi  keçmişi  ba­

rədə  maraqlı  məlumat  əldə  etmək  mümkün  olardı.  Dövrün 

alim şəxslərindən biri Gəncəli  Əbu Həfz Ömər ibn Osman ibn 

Şüeyb  əl-Cənzinin  «Əl-hasil»  («Vücada gələn,  yaranan»)  adlı 

əsərinin  əlyazması  indi  də  Paris 

Milli 


kitabxanasında 

saxlanılır.  Bunlardan  başqa  dövrün  görkəmli  alimlərindən 

Tacəddin  Əbül  Fədail  Məhəmməd  ibn  əl-Hüseyn  ibn 

Abdullah  əl-Urməvinin,  Əmin  əd-Din  Müzəffər  ibn  Əbu

25



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə