Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   2   3   4   5   6   7   8   9   10   ...   40

Mübariz  Yusifov

Məhəmməd  ibn  İsmayıl  ibn  Əli  ət-Təbrizinin,  Əbül  Fazl 

Mahmud  ibn  Əhməd  ibn  Məhəmməd  əl-Ərdəbilinin, 

Kəmaləddin  əbu  Nəsr  Yunis  ibn  Mənsur  ibn  İbrahim  əş- 

Şirvaninin,  əbu  Zəkəriyyə  Yəhya  ibn  Əli  (Xətib  Təbrizinin) 

və başqalarının adlarını göstərmək olar.1

Bu  dövrdə  bir  çox  Azərbaycanlı  bədii  sənət  ustaları  da 

yetişmişdi  ki,  onların  əksəriyyəti  hökmdarların  sarayında  ya­

zıb  yaradır və  saray  ədəbiyyatı  nümunələrinin  zənginləşdiril- 

məsinə xidmət edirdilər.

Fars  dilində  yazılan  ədəbi-bədii  nümunələr  aydırdır ki, 

fars  dilinin  bədii  üslubunu,  fars  poeziya  incəliklərinin 

zənginləşməsinə xidmət etmişdir.

XII  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycanda  çox 

görkəmli  ədəbi-bədii  sənət  ustaları  yetişmişdi.  Onlardan 

Əbülüla  Gəncəvi,  Xaqani  Şirvani,  Fələki  Şirvani,  İzzəddin 

Şirvani,  Mücirəddin  Beyləqani  kimi  sənətkarlar  xüsusilə 

məşhur olmuşlar.  Şirvanşahlar sarayında hələ  X-XI  əsrlərdən 

fəaliyyət  göstərən  şairlər  məclisinə  böyük  istedad  sahibi 

Əbulüla  Gəncəvi  rəhbərlik  edirdi.  Əbülüla  Gəncəvi  Qətran 

Təbrizinin  yetişdirməsi  idi.  Şirvanşahlar  sarayında  böyük  nü­

fuz  qazanmışdı.  Əbülüla  Gəncəvidən  sonra  şairlər  məclisinə 

Əfzələddin  Xaqani  Şirvani  (1126-1199)  başçılıq  etmişdir. 

Doğrudur,  Xaqaninin  bu gün əlimizdə  ana dilində yazdığı  heç 

bir nümunə  qalmamışdır,  ancaq  onun  əsərlərində  Azərbaycan 

sözlərinin  işlədilməsinə  də  təsadüf  edilir.  Xaqaninin  bir 

beytində belə deyilir:

Məra dər parsi fohşi ke quyənd 

Be torki çərxeşan quyəd ki, sənsən

(Farsca  mənə  söyüş  desələr  çərxi  fələk  onlara  türkcə 

deyər ki,  sənsən).

Xaqaninin  divanında  da  çoxlu  Azərbaycan  sözlərinin 

işlədilməsinə  rast  gəlmək  olur.  Bunlara  aid  su,  tanrı,  vuşaq

1 Azərbaycan tarixi. Ш-ХШ əsrin I rübü.  II cild. Bakı, «Elm»,  2007, s.  517-524.

26

Nizamidə  azərbaycançılıq

V -


(uşaq),  çuxa,  qunduz,  xatun,  sürmə,  qara  qız,  dağ,  xan  və  b. 

nümunələri misal göstərmək olar.1

Xaqaninin  «Həbsiyyə»  adlı  qəsidələr  silsiləsində, 

«Töhfətül-İraqeyn»  (İki  İraqın  töhfəsi)  məsnəvisində  və 

«Mədain  xərabələri»  əsərlərində  fəlsəfi  fikirlərin  təcəssümü 

əsas yer tutur.

Şirvanşah III  Mənuçöhrün sarayındakı şairlərdən biri də 

Əbu  Nazim  Məhəmməd  Fələki  Şirvani  (1107-1147)  ol­

muşdur.  Onun bədii  yaradıcılığı  ilə  yanaşı «Ehkamun nücum» 

(«Ulduzlara  dair mühakimələr»)  adlı  elmi  əsərinin olduğu ba­

rədə də məlumatlar vardır.

Nizami  dövrünün  nüfuzlu  nümayəndələrindən  biri  də 

Məhsəti  Gəncəvidir.  O,  1089-cu  ildə  Gəncədə  doğulmuş, 

1182-83-cü  illərdə  öldüyü  təxmin  edilir.  Yaradıcılığı  əsas 

etibarı  ilə  qəzəl  janrına  aiddir.  Azərbaycanın  farsdilli 

poeziyasının  «qızıl  əsri»  kimi  tarixlərə  düşmüş,  dövrünün 

görkəmli  nümayəndələrindən  biri  də  Mücirəddin  Beyləqani 

olmuşdur.  Onun  doğulduğu  il  haqqında  dəqiq  məlumat  yox­

dur.  1190-cı  ildə Təbrizdə öldüyü təxmin edilir.

Dövrün  tanınmış  şairlərindən  biri  də  Qivami  Mütərrizi 

Gəncəvidir.  Doğulduğu tarix  dəqiq məlum  deyil.  1190-cı  ildə 

vəfat etdiyi  barədə  məlumatlar vardır.  Mənbələrdə  Nizaminin 

əmisi oğlu və ya qardaşı olduğu göstərilir.

Bu  qısa xülasələrdən aydın olur ki, Nizami mühiti  siyasi 

cəhətdən Azərbaycanın bütövlüyünün,  stabil dövlətçilik  quru­

munun  formalaşmadığı,  milli  şüurun  oyanmasına  təsir 

göstərən amillərin mövcud olmadığı bir mərhələyə aid idi.  El­

mi  əsərlər  ərəb  elminə  xidmət  edirdi,  ədəbi-bədii  nümunələr 

isə  fars  ədəbiyyatının  zənginləşdirilməsinə  yönəldilmişdi. 

Doğrudur,  o  zaman  fars  dili  şeir-sənət  dili  kimi  öz 

hüdudlarından  daha  geniş  bir  areala  hakim  kəsilmişdi.  Ərəb 

dili  isə  dini  ehkamların  təbliğindən  daha  artıq  ərəb  siyasi- 

ideoloji  dünyagörüşünün  yayılmasına  xidmət  edirdi.  Bu  bir 

həqiqətdir ki,  öz  zamanında ərəblər başqa xalqlar kimi  islamı

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  II cild.  Bakı, «Elm», 2007, s.  533.

' %%

21



Mübariz  Yusifov

Azərbaycan  xalqının  beyninə  zor  və  ya  xoş  vasitəsi  ilə 

yetirmişdilər.  Lakin  bundan  məqsəd  təkcə  o  deyildi  ki, 

insanlar islamın haqq  din olduğunu  dərk edə bilsinlər.  Burada 

daha qlobal  bir siyasət hökm  sürürdü ki,  islamlaşma  ideologi­

yası  altında  başqa xalqlar ərəblərin yaratdığı  imperiyaya  daxil 

olsun  və  bu  xalqlar  içərisindən  çıxan  intellektlər  ərəb 

dünyasının  «xidmətçilərinə»  çevrilsinlər.  Fars  dili  isə 

ədəbiyyatda  daha  əvvəllər  hökmran  mövqe  tuturdu.  Mənbə­

lərdə göstərildiyinə görə IX əsrin sonunda mərkəzi  Buxara və 

Səmərqənd  şəhərləri  olmaqla  Orta  Asiyada  yaranan  Samanil- 

ər  dövləti  ən  böyük  qüdrətə  çatmış  və  demək  olar  ki,  tam 

müstəqilliyə nail olmuşdu.  Tədricən Samanilər  İranın və Orta 

Asiyanın  bütün  vilayətlərini  özlərinə  tabe  etdilər.  Samanilər 

başda  olmaqla  İran  və  Orta  Asiya  xalqlarının  ərəb 

hökmranlığına  qarşı  apardıqları  mübarizənin  ən  mühüm 

nəticələrindən  biri  ərəb  dilinin  tədricən  sıxışdınlıb  aradan 

çıxarılması  oldu.  Onun  yerini  «farsiye-dari»  (saray  fars  dili) 

tutdu.  Bu  dil  Samanilər dövlətini  yaradan  xalqın  dili  idi  və  o, 

ölkənin  bütün  ərazilərində  rəsmi  dilə  çevrilmişdi.  İranın  və 

Orta Asiyanın hər tərəfindən istedadlı  alimlər,  şairlər,  ədiblər 

Samanilər  sarayına  axışırdılar.  Məşhur  Rudəki  başda  olmaqla 

görkəmli  söz  ustaları  bu  dövrdə  dünya  ədəbiyyatı  xəzinəsini 

zənginləşdirən  bir  sıra  qiymətli  əsərlər yaratdılar.  Bu  dövrdə 

yaranmış  əsərlər  içərisində  Rudəkinin  lirikası,  İbn  Sinanın 

elmi  əsərləri,  Firdovsinin  «Şahnaməsi»  böyük  şöhrət 

qazanmıdı.  X  əsrdə  Samanilər  hakimiyyəti  süquta  uğradı  və 

onun  yerinə  mənişəcə  türk  olan  Qəznəvilər  sülaləsi  gəldi. 

Qəznə  şəhəri  isə  bu  sülalənin yaratdığı  hakimiyyətin paytaxtı 

oldu.  Qəznəvilər hakimiyyətə  gəldikdən  sonra  da  fars  dili  öz 

mövqeyini  itirmədi.  Əksinə,  qəznəvilər  fars  dilini  qəbul 

edərək onun daha da çiçəklənməsinə,  bu dildə müstəqil  sənət 

abidələrinin  qələmə  alınmasına  şərait  yaratdılar.  Qəznəvilər 

dövründə  fars  dili  öz  əhatəsini  genişləndirərk  nəinki  İran  və 

Orta  Asiya  ərazisində,  həmçinin,  Azərbaycanda  və  Kiçik 

Asiyada  yayılmağa  və  genişlənməyə  başladı.  Demək  olmazdı 

ki,  türklərdə  bu  zaman  heç  bir  əsər yox  idi.  Əlbəttə  ki,  milli

28

Nizamidə  azorbaycançılıq

şüurun  canlanmasına  münbit  şərait  olan  yerlərdə  türkdilli 

ədəbiyüatm  da  yarandığı  müşahidə  edilirdi.  Bu  cəhətdən, 

Qırğızıstanda  Yusif Balasaqunlunun  yazdığı  «Qudatqu  bilik» 

(«Xoşbəxtliyə  aparan  bilik»)  adlı  böyük  poeması  buna 

nümunə  idi.  Ancaq  fars  dilinin  İran,  Azərbaycan,  Orta  Asiya, 

Hindistan  və  Kiçik  Asiya  kimi  geniş  bir  arealda  yayılması 

müqabilində  türkdilli  əsərlər  kölgədə  qalırdı.1  Eyni  zamanda, 

onu  da  nəzərə  almaq  lazımdır  ki,  Yusif Balasaqunlu  (1017- 

1077)  XI  əsrin  70-ci  illərinin  əvvəlində  yazdığı  «Qudatqu 

bilik»  adlı  əsərini  Firdovsinin  «Şahnamə»sinə  cavab  olaraq 

yaratmışdı.  Ona görə  də  onun  adı  həm  də  «Şahnameyi-türki» 

adlandırılırdı.1

 2 Görünür,  farsdilli poeziyanın geniş yayıldığı bir 

məqamda 

türkdilli 

əsərlərin 

şöhrət  tapmasına 

zəmin 

yaranmamışdı.  Ancaq onu da nəzərə  almaq lazımdır ki,  həmin 



dövrdə  türk  dillərinin  hər  hansı  birində  yaranmış  əsərlərin 

bədii  dəyəri,  ictimai  əhəmiyyəti  farsdilli  ədəbiyyatdan  daha 

üstün  sayılmalıdır.  Çünki  türk  dillərində  yaranan  əsərlər 

bütövlükdə  ümumtürk  milli  şüurunun  oyadılmasında  və 

canlandırılmasında müstəsna əhəmiyyət kəsb edə bilərdi.

Dövrün  ən  görkəmli  şəxsiyyətlərindən  biri  kimi  adı  öz 

zamanından  çox-çox  uzaqlara  gedib  çıxan  Nizami  də  əsas 

əsərlərini  fars  dilidə  yazıb  yaratmışdır.  Çünki  fars  dilində 

yazmaq,  bir növ asan  idi.  Bu mənada ki,  bu  dilin  bədii  üslubu 

zaman-zaman cilalana-cilalana gəlmişdi.  Ona görə də bu dildə 

poeziya  daha  ritmik  və  ahəngdar  səslənirdi.  Digər  tərəfdən 

fars  dili  geniş  arealda  yayıldığından  bu  dildə  yazılan  əsərlərə 

oxunaqlıq  baxımından  maraq  daha  artıq  idi.  Poetik  üslub  bu 

dili  o  dərəcədə  cilalaya  bilmişdi  ki,  təsvirin  özündə  xüsusi 

«standart»  ifadələr  formalaşmışdı  və  sabit  norma  əmələ 

gəlmişdi.  Bunun  sayəsində  yazılan  əsərlər  fars  dili  bilənlər 

üçün  asan  başa  düşülürdü.  Türk  dillərində  yazılan  əsərlər  isə 

bu  dillərin  hər  hansı  birində  yazılmalı  idi.  Başqa  ərazilərdə 

yaşayan  türkdilli  xalqların  isə  bu  əsərlərin  dilini  başa

1 Bax: Rüstəm Əliyev. Nizami Gəncəvi. Bakı, «Yazıçı»,  1991, s.  21-23.

2 Azərbaycan tarixi.  Ш-ХШ əsrin I rübü, II cild, Bakı, «Elm», 2007, s.  526.

29



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə