Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

Mübariz  Yusifov

olmuşdur.  Ona  görə  də  Nizami  öz  əsərlərini  fars  dilində 

yazmışdır.  Hətta,  Səid  Nəfisi  türk  (Azərbaycan)  dilinin 

poeziyada  işə  yaramadığını  Äxistanm  adma  yox, 

elə 

Nizaminin öz adma bağlayır.1  Bəzi  ədəbiyyatda isə,  hətta,  N i­



zami  türküstanlı  kimi göstərilir.1

 2

Nizaminin  özü  «Yeddi  gözəl»  poemasında  özünün  türk 



(Azərbaycanın) olduğunu öz dili ilə bəyan edir:

Ağıl nə deyirəm,  anlayar məni,

Nələr axtanram,  o duyar məni.

Mənim şikayətim yoxluğdan deyil,

Ondandır,  ondandır,  bunu sən də bil.

Almaz türklüyümü həbəş ölkəsi.

Olmuş xoş dovğadan məhrum cümləsi.

Y G, 2004, 45.

Yəni  mənim  türk  (Azərbaycanlı)  olduğumu  Həbəşistana 

bənzər bu  cahil  ölkəsi  (cəhalət adamlan)  qəbul  etmirlər.  Tür­

klərin  (azərbaycanlıların)  milli  xörəyi  olan  dovğanı  yemirlər 

(şirin  və  dadlı  əsərlərimi  oxumurlar).  Görünür,  Nizaminin  öz 

dövründə  də  onun  Azərbaycanlı  olduğunu  qəbul  etməyənlər 

var  imiş.  Ancaq  burada  uzun-uzadı  sadalamaq  artıqdır  ki, 

müxtəlif  millərlərdən  olan  böyük  tədqiqatçılar  Nizamini 

Azərbaycanlı  bir  şair  və  mütəfəkkir,  dahi  söz  ustası  kimi 

tanıyırlar.  Buradaca  Nizaminin  milliyyətində  bəzi  çaşdmcı 

meyllər  haqqında  söhbət  açmaq  da  yerinə  düşər.  «Leyli  və 

Məcnun»da  Nizaminin  anasının  xatirəsi  ilə  əlaqədar  olan 

hissə belə başlanır:



Kürd qızı anam da bizi tərk etdi 

Bir ana qəlbiylə dynyadan getdi.

1 Divani-qəsaid və qezəliyyate-Nizami Gəncəvi (Müqəddimə  Səid Nəfisinindir.) 

Tehran,  1338 hicri), s. 45.

2 A.E.Крымский. Низами и его современники, с. 42; Məmməd Cəfər Cəfərov. 

Nizaminin fikir dünyası. Bakı,  «Yazıçı»,  1982, s.  171.

34

Nizamidə  azərbaycançılıq

Nə qədər ağlayıb yansa da ürək 

Anama dil  verən varmıdır görək?

L-M, 204,  54.

Əvvəla,  «Kürd  qızı  anam»  ifadəsinin  məntiqinə  nəzər 

salaq.  Kiminsə  anası  kürd  yox,  gürcü  də  ola  bilər,  rus  da, 

yəhudi  da,  alman  da,  fransız  da  və  s.  Məntiqə  sığmaz  ki,  hər 

kəs  öz  anasının  milliyyətini  qabardıb  ortaya  qoysun.  O  da  ol­

sun ki,  Nizami  belə  bir ifadə  işlədib  özündən  sonra  gələn  nə­

sillərdə  bir  çaş-başlıq  yaratsın.  Bu  inandırıcı  deyildir.  İkinci 

tərəfdən  əsər  Şirvanşah  Axsitana  həsr  olunmuşdu.  O  da  öz 

milli  kökünün  fars  olması  ilə  fəxr edirdi.  Bu  halda Nizami  elə 

anasının  fars  olduğunu  da  yaza  bilərdi.  Üçüncü  bir  tərəfdən, 

burada açıq-aşkar tərcümə naqisliyi görünür.

Əsərin farscasında həmin hissənin birinci misrası belədir:

Gər madəre mən Rəiseyi-kord 

Madər sefətane pişe mən mord 

Anam Rəisə kürd olsa da 

Qarşımda ana sifətində öldü

Rəiseyi-kord kürd qızı  anam  anlayışını  vermir.  «Rəiseyi 

kord»  əslində  «Kord  Rəisə»  deməkdir.  Söhbət  isə  «Kord» 

sözü üzərində gedir.  Beytin mənasını tərcümə edəndə «Kord» 

sözünün  «Kürd»  mənasında  anlaşılmasının  özündə  bir  daha 

məntiqsizlik  aydın  görünür.  Bu  nccə  məntiqdir  ki,  deyilir: 

«Əgər  anam  Rəiseyi  kürd  idisə  (yenə)  qarşımda  ana  sifətində 

öldü».  Digər tərəfdən  «Rəiseye-kord»  kürd  Rəisə  kimi  də  an­

laşılmır.  Deməli,  «Kord»  sözünün  özü  düzgün  mənada 

verilmir.  Ə.Səfərli  və  X.Yusifovun,  «Qədim  və  orta  əsrlər 

Azərbaycan  ədəbiyyatı»  dərsliyində  həmin  misranın  izahı  ilə 

əlaqədar deyilir:  «Nizaminin  anasının adı  Rəisə  şəklində  qeyd 

edilmişdir.  Son  vaxtlara  qədər  onun  kürd  olduğunu  yazırlar. 

Lakin  bizə  görə  Nizami  onun  kürd  olduğunu  yox,  igid 

olduğunu  yazmışdır.  Buradakı  «Kord»  sözü  Nizami  dövründə 

igid  mənası  verən  «qord»  sözü  ilə  eyni  cür  yazılır,  «kaf»  və

35



Mübariz  Yusifov

«gaf»  hərfləri  bir-birindən  seçilmirdi.  Ancaq  beytin  m ənası 

tələb  edir ki,  biz  onu  «qord»  şəklində  oxuyaq.  Sanki  Nizami 

anasının  igidliyi  ilə  anasayağı  ölməsini  qarşılaşdıraraq  təzad 

yaratmışdır».1 1

  Bu izahda diqqəti  çəkən məsələ «kaf» və «gaf» 

hərflərinin  yazılışıdır.  Doğrudan  da  ərəb  əlifbasında    ol­

madığından  «gaf»  işarəsi  də  yoxdur.  Farslar  ərəb  əlifbası 

qəbul  edərkən  «g»  səsini  lə  əvvəllər  «kaf»  ilə  yazmışlar. 

Sonralar  isə  «kaf»m  üzərinə  bir  xətt  çəkməklə  «gaf»  hərfi 

yaratmışlar.  Ayn-ayn  vaxtarda  «kaf»  ilə  «gaf»  paralel  də 

işlənmişdir.  Aşıq  Ələsgərin  «Üç  hərflə  adın  eylərəm  aşkar, 

biri  kafdır,  biri  lamdır,  biri  sad»  misralannda  «kaf»,  «lam», 

«sad» Kilas  yazılır.  «Gilas»  oxunur.  Bu  mənada,  «kord»  sözü 

Nizamidə  «kaf»  ilə  yazılmış  olsa  belə  «g»  başlanğıcı  ilə 

oxunmalıdır.  Çünki  əw əla,  məntiq  belə  tələb  edir,  ikincisi, 

Nizami 

mətnlərinin 



katiblər 

tərəfindən 

köçürülərək 

variantlığa  düçar  olması  da  istisna  deyildir.  Bu  halda  məntiqə 

əsaslanmaq  lazım  gəlir.  Qeyd  etmək  lazımdır ki,  «Fərhənge- 

farsi 


be 

rusi» 


(«Персидско-русский 

словарь» 

изд. 

«Советская  Энциклопедия»,  М,  1970,  с.  388)  lüğətində 



«gaf» başlanğıcı  ilə  yazılan  və q başlanğıcı  ilə  deyilən «qord» 

sözü  qeydə  alınmışdır.  Sözün  mənası  qəhrəman,  igid,  pəhlə­

van kimi göstərilir.  Buraya onu da əlavə etmək lazımdır ki,  bu 

beytdə  məğrur,  qoçaq, fədakar mənalarının  ifadəsi  də  istisna 

sayılmaz.  İndi  də  qayıdaq  beytin  mətniqinə.  Fars  dilindəki 

variantda  deyilirsə  «Gər  madəre-mən  Rəiseye-kord,  Madər 

sefətane pişe mən mord» bu belə anlaşılmalıdır:  «Əgər mənim 

anam  Rəisə  igid  (qoqaç,  mərd,  məğrur,  fədakar)  olsa  da 

qarşımda (pəhləvan,  qəhrəman kimi  yox) bir ana kimi  öldü».

Nizaminin  əsərlərində  belə  çaşdırıcı  məqamlara  rast 

gəlmək  olur.  Əlbəttə  ki,  bunlar Nizaminin  günahı  deyildi,  ilk 

növbədə  katiblərin  ya  laqeydliyi,  ya  da  qəsdən  çaşdıncılıq 

məqsədi  idi.  Nizami  əsərlərinin  ruhunda  Azərbaycançılığın 

güclü  və  qabarıq  olduğunu  duyan  katiblər  və  ya  İran

1 Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, «Maarif», 

1982,  s.  79-80.

36  2 ^ *

Nizamido  azərbaycançılıq

təmayüllü  şərhçilər  qəsdən  Nizaminin  milliyyətini  azdırmaq 

məqsədi  ilə belə çaşdırıcı üsullara əl atmışlar.

Məmməd  Cəfər Cəfərov  yazır ki,  «Başqa tədqiqatçılar­

dan da kimi si  şairin Bağdadda,  kimisi  «əfsanəvi»  Qumda ana­

dan  olduğunu  iddia  etmişdir.  Bu  «Qum  məsələsi»  də 

mübahisə  doğurmuşdur.  Biri  bu yerin  Şərqi  İranda,  digəri  isə 

Şamaxıda olduğunu göstərir.  Nizamini «Şirvanşahlar sarayının 

şairi»də  adlandıranlar  olmuşdur.  Şairin  həyatı,  yaşadığı  əsrin 

adamlarına  münasibəti,  əsərləri  haqqında  belə  uydurmalar 

çoxdur».1 A.E.Krımski  ingilis  müəllifi  Q.Auzliyə  əsaslanaraq 

onun  ingilis  dilində  yazdığı  və  guya  Nizamiyə  aid  olan  belə 

bir cümləni  misal  gətirir:  «В  Гяндже  он  словно  жемчужина, 

скрытая  на дне моря:  его  в Гяндже  мало ценят,  потому что 

он  родом  из  нагорий  г.  Кума».2  Bu  çaşdırıcı  informasiyadan 

istifadə  edən  bəzi  həvəskarlar cuşa  gəlib haradansa Nizamiyə 

aid olmayan belə bir quraşdırma beyti  ortaya atıblar:

Əz Qəhestane şəhr-e Qoməm

Ke dorr dər bəhr-e Gəncc qonəm

(Mən mirvari kimi Gəncə dənizində

Qərq olsam da dağda yerləşən Qum şəhərindənəm).

Bu beytə əsaslanıb Nizamini  Saxur,  Ləzgi və  digər mil­

lətlərə  aid  edənlər  də  var.  İran  alimi  doktor  Səid  Həmidi 

2010-cu  ildə  yazdığı  «Xəmseyi  Nizami  Gəncəvi»  («Nizami 

Gəncəvinin  Xəmsəsi»)  adlı  kitabda  özündən  əvvəl  Nizamini 

tədqiq  edən  alimlərdən  Vəhid  Dəstgirdi,  Səid  Nəfisi, 

M.Zərrinkubiyə  əsaslanaraq  yazır  ki,  Nizamidə  «Əhli-qum» 

məsələsi  yoxdur.  (Həmin  əsər,  s.  113).  Olsun  ki,  Nizami 

barədə  çaşdırıcı  fikir  yaradılması  məqsədi  ilə  hansısa 

əlyazmaya  belə  bir beyt  qəsdən  daxil  edilmişdir.  Çox  təəssüf 

ki,  Ziya  Bünyadov kimi  tanınmış  alim  də əsaslandığı  mənbəni 

göstərmədiyi  halda  bu  yanlışlığı  təsdiq  etməyə  çalışır:

1 Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası.  Bakı, «Yazıçı»,  1982, s.  171-172.

2 А.Е.Крымский.  Низами и его современники. Изд:  «Элм», Баку,  1981, с. 48.

37



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə