Azərbaycan Respublikası Prezidentinin



Yüklə 340,5 Kb.
səhifə1/2
tarix03.11.2018
ölçüsü340,5 Kb.
#77834
  1   2

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il “6” oktyabr tarixli 3072 nömrəli

Sərəncamı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasında kitabxana - informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə



Dövlət Proqramı
1. Ümumi əsaslar
1.1. Mövcud vəziyyət
Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsinı, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsinı, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli 562 nömrəli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” kimi mühüm sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının olduqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tənəzzülünə səbəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xeyli sayda kitabxanalar bağlanılmış, əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, mövcud ştat vahidləri ixtisar edilmişdir. 1990-cı ildə respublika üzrə kütləvi kitabxanaların kitab fondu 45,3 milyon, 2002-ci ildə 36,9 milyon, 2003-cü ildə 36,8 milyon nüsxəyə enmişdir. 2004-cü ildə isə bu göstərici 36,5. milyon, nüsxə təşkil etmişdir. Bunun əsas səbəbi Ermənistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması nəticəsində 9 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın tamamilə məhv edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habelə kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş kitabların çıxarılması olmuşdur.

Azərbaycan Respublikasında 12 mindən çox müxtəlif tipli kitabxananın daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar, o cümlədən 6 respublika əhəmiyyətli kitabxana, Bakı şəhərində 84 kitabxana və filialı, 72 şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) daxildir. Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərində 927 kitabxana və kitabxana filialını özündə birləşdirən 9 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 4 milyondan artıq kitab fondu məhv edilmişdir.

Azərbaycanşünaslığa dair qiymətli əsərlərin böyük hissəsi XIX əsrin əvvəllərindən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin kitabxanalarına aparılmışdır. Həmin əsərlərin əslinin, yaxud surətlərinin Azərbaycan kitabxanalarına qaytarılması zəruridir.

Respublikada ən mühüm sənəd və digər çap əsərlərinin sığorta fondunun yaradılmasına ehtiyac vardır. Belə fondlar sözügedən çap məhsullarının müxtəlif dövrlərdə sosial və təbii təsirlər nəticəsində tamamilə məhv olmasının qarşısının alınmasına, millətin tarixi yaddaşının qorunub saxlanılmasına xidmət edir.

Dünyanın qabaqcıl ölkələrində olduğu kimi (Fransada Pompidu, ABŞ-da Kennedi, Vaşinqton və s.), Azərbaycanda yaradılacaq Heydər Əliyev Mərkəzinin nəzdində də Heydər Əliyev Milli Kitabxana-İnformasiya Kompleksinin təşkili zəruridir.

Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların 90 faizi müasir tələblərə cavab vermir. Bir neçə kitabxana istisna olmaqla, kitabxanaların əksəriyyəti yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu qəza vəziyyətində olan uyğunlaşdırılmış və yardımçı binalarda fəaliyyət göstərir. Respublikanın rayonlarında kənd kitabxana filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir. Kənd və qəsəbə kitabxana filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan, oxu zalları təşkil etmək qeyri-mümkündür. Bu səbəbdən əhalinin 66,8 faizi kitabxanalardan istifadə edə bilmir. Mingəçevir, Şəki, Naftalan, Sumqayıt, Yevlax, Şirvan şəhər, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Qazax, Qobustan, Zaqatala, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Samux, Xaçmaz, Cəlilabad, Ucar, Kürdəmir və digər rayon kitabxanalarının müxtəlif sahələrə aid yeni nəşrlərlə təminatına, fondlarının mühafizəsinə, binalarının əsaslı təmirinə, avadanlıqla təmin edilməsinə və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına ciddi ehtiyac vardır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 29 müəssisədə orta hesabla 1-5 ədəd kompyuter vardır, 14 kitabxana (0,19%) İnternet xidmətindən istifadə edə bilir ki, bu təchizat da daimi və sürətli deyildir. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 4 kitabxanada (0.07%) kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinə başlanılmışdır. Tabeliyindən asılı olmayaraq, digər kitabxanalarda da (səhiyyə, təhsil, həmkarlar və s.) informasiya təminatı aşağı səviyyədədir.

Kitabxana-informasiya sahəsində həll olunmamış əsas problemlərdən biri də kitabxana fondlarının mühafizəsi və bərpası məsələsidir. Respublikada kitab fondlarının bərpa mərkəzləri yaradılmadığından, xüsusi əhəmiyyətli nəşrlər sıradan çıxır və mövcud fondlarda qoruna bilmir. Latın qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara köçürülməsi vacib və təxirəsalınmaz məsələlərdəndir. Fondlarda saxlanılan nadir kitabların rəqəmli daşıyıcılara köçürülməməsi səbəbindən sözügedən kitablar alim və tədqiqatçılar, geniş oxucu kütləsi tərəfindən az istifadə edilir, digər tərəfdən isə qiymətli nəşr nümunələrinin və nadir kitabların saxlanılma şəraiti müvafiq normalara uyğun gəlmədiyindən, onlar təhlükə altındadır. Belə kitablar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, BDU-nun Elmi Kitabxanasında, Milli Arxiv İdarəsinin kitabxanalarında və digər kitabxanalarda saxlanılır.

Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir. Ölkədə milli biblioqrafiyanın, milli formatın, elektron kitabxananın, toplu kataloqun, korporativ kitabxana şəbəkələrinin olmaması dünya informasiya məkanında layiqli təmsil edilməyə imkan vermir.

Bu gün elektron kataloqlar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası”, M.F.Axundov adına Azərbaycan Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatının kitabxanası, Azərbaycan Dillər Universitetinin kitabxanası, “Xəzər” Universitetinin Elmi kitabxanası, Qərb Universitetinin kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Şamaxı rayon və Gəncə şəhər mərkəzi kitabxanaları istisna olunmaqla, digər kitabxanalarda yoxdur.

Kitabxana fondlarının tələbata uyğun, sistemli və məqsədli komplektləş-dirilməməsi daim yeniləşən informasiya axınında oxucu kontingentinin itirilməsinə, bütövlükdə əhalinin mütaliəyə marağının azalmasına səbəb olur. Respublikanın ən böyük kitabxanalarında belə kitabsaxlayıcıların vəziyyəti (istilik, siqnalizasiya, ventilyasiya və s. kommunikasiyalar) mövcud normalara cavab vermir.

Kitabxanaların maddi-texniki bazasının zəifliyi, əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətində olması, xidmət və komplektləşdirmə işinin lazımi səviyyədə olmaması, kadrların peşə hazırlığının aşağı olması, kitabxana işinə dair ədəbiyyatın və dövri nəşrlərin kifayət qədər çap etdirilməməsi, beynəlxalq əlaqələrin zəifliyi bu sahənin inkişafına maneçilik törədən əsas amillərdir. Bütün bunlar ölkə əhalisinin informasiya təminatı sistemində ciddi problemlər yaradır.

“Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində mövcud problemləri sistemli həllinə yönəldilmişdir.

1.2. Dövlət Proqramının məqsəd və vəzifələri
Dövlət Proqramının əsas məqsədi “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq, kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir:

- informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlar, hüquqi qanunvericilik aktları, milli informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi;

- köklü islahatların aparılması, kitabxana - informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, idarələrarası koordinasiyanın təşkili;

- “İnformasiya cəmiyyəti”, “Biliklər cəmiyyəti” Azərbaycan modelinin qurulması prosesinə yardım göstərilməsi;

- kitab nəşri, yayımı və fond komplektləşdirmə işini tənzimləyən, maraqlı tərəflərin mənafeyini ifadə edən “müəllif-nəşriyyat-kitabxana-oxucu” mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi;

- elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın oxucuların istifadəsinə verilməsi;

- elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması;

- kompyuterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi;

- kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi;

- “Azərbaycanın kitab abidələri” dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi;

- əhalinin bütün təbəqələrinə kitabxana-informasiya xidməti səviyyəsinin yüksəldilməsi;

- kitabxanaların kadr təminatının yaxşılaşdırılması, bu məqsədlə fasiləsiz peşə təhsilinin təşkili və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;

- kitabxana-informasiya işinin təkmilləşdirilməsi üçün müasir idarəetmə sisteminin tətbiqi;

- maliyyələşmənin təkmilləşdirilməsi, sahə üzrə ayrılan vəsaitlərdən səmərəli istifadəni təmin edən yeni iqtisadi münasibətlər sisteminin tətbiqi;

- kitabxana-informasiya sahəsində idarəetmənin müasir iqtisadi münasibətlərə və sosial iqtisadi şəraitə uyğunlaşdırılması;

- kitabxana-informasiya sahəsinə ardıcıl olaraq müxtəlif mənbələrdən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, yeni xidmət növlərinin inkişafı, xüsusən də onların regionlarda təşkili, kitabxanalarda təsərrüfat fəaliyyətinin həyata keçirilməsi, büdcədənkənar gəlir və xərclərin bərpa olunması, onların həcminin artırılması, kitabxanaçıların əməyində stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi;

- Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası, Avropa Milli Kitabxanaları İttifaqı, ABŞ Kitabxana Assosiasiyası, Elektron Kitabxanalar istifadəçilərinin Beynəlxalq Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi;

- kitabxana işi sahəsində elmi-tədqiqat və elmi-metodiki fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndirilməsi;

- kitabxana binalarının təmiri, müasir tipli yeni kitabxana binalarının inşası;

- respublika kitabxana-informasiya şəbəkəsinin yeni dislokasiya xəritəsinin işlənilməsi və müasir tələblərə cavab verməyən kitabxanalarla bağlı müvafiq tədbirlərin görülməsi;

- Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsini təmin edən layihələrin işlənilməsi üçün dövlət və donor təşkilatların cəlb edilməsi;

- kitabxana-informasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri üzrə elmi araşdırmaların genişləndirilməsi və müvafiq nəşrlərin hazırlanması;

- kitabxanaların ictimai statusunun yüksəldilməsi, kitabxana-informasiya sahəsinə dövlət qayğısının gücləndirilməsi, habelə müxtəlif ictimai qurumlar, beynəlxalq təşkilatlar tərəfindən bu sahəyə diqqətin artırılması.


1.3. Dövlət Proqramının icrasının əsas istiqamətləri
Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə tutulur:

- kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi;

- kitabxanaların kompyuter və informasiya-proqram təminatı, respublika üzrə kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı;

- respublikanın milli–mədəni irsinin və informasiya ehtiyatlarının


qorunması və gələcək nəsillərə çatdırılması;

- kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi;

- kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi;

- kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri;

- yeni kitabxana binalarının tikilməsi, onların, eləcə də fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi;

- kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, genişləndirilməsi və beynəlxalq tədbirlərin təşkili;

- M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi.

1.4. Dövlət Proqramının maliyyə mənbələri
Proqramın maliyyə mənbələri aşağıdakılardır:


  • dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr.


1.5. Gözlənilən nəticələr
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcək:

- Azərbaycanda fəaliyyət göstərən ki­tаb­ха­nаların fоnd­lа­rı­nın ənənəvi və müasir informasiya daşıyıcıları ilə tаm kоmplеkt­ləş­di­ril­mə mexanizminin yaradılması və bu işin davamlı şəkildə inkişaf etdirilməsi;

- xü­su­si­lə də­yər­li, nadir və əhəmiyyətli kitab və sə­nəd­lə­rin su­rət­lə­ri­ndən rеspublikа sığorta fоn­dunun və Azərbaycan kitabının toxunulmaz fondunun təşkil edilməsi;

- respublikanın milli-mədəni irsinin qorunması, elektron informasiya daşıyıcılarına köçürülməsi və nəsillərdən-nəsillərə çatdırılması, qiymətli və nadir nəşrlərin dövlət reyestrinin hazırlanması;

- kitabxana fondlarında saxlanılan müxtəlif qrafikada nəşr olunmuş qiymətli əsərlərin əlifbalarının konvertizasiya olunaraq oxucuların istifadəsinə verilməsi, azərbaycanşünaslığa aid fondların zənginləşdirilməsi;

- fövqəladə hallara hazırlığın yaxşılaşdırılıması;

- dünya informasiya sistemlərində Azərbaycan kitabxana resurslarının təbliği və beynəlxalq informasiya mübadiləsinin həyata keçiriliməsi;

- əhalinin bütün təbəqələrinə kitabxana xidmətinin yaxşılaşdırılıması, bu xidmətin əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması, informasiya qıtlığının və rəqəmsal uçurumun aradan qaldırılıması;

- mövcud ştat vahidləri çərçivəsində, respublika kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi, kitabxanaların birləşdirilməsi və yenidən təşkili prosesinin həyata keçiriliməsi, qənaət edilmiş vəsait hesabına əhaliyə səyyar xidmətin göstəriliməsi;

- kitabxana sisteminin maliyyələşdirilməsinin təkmilləşdirilməsi məqsədi ilə bu sahəyə ayrılan vəsaitin yeni iqtisadi münasibətlərə uyğun rasionallaşdırılması, subyektiv amillərin aradan qaldırılması, təminat normativinin maliyyələşdirmə prinsipi ilə müəyyən edilməsi, büdcədənkənar gəlirlərin artırılması;

- respublikada fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının möhkəmləndiriliməsi və kitabxanaların müasir informasiya texnologiyaları ilə təmin edilməsi.

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il “6” oktyabr tarixli 3072 nömrəli

Sərəncamı ilə təsdiq edilmişdir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə

Tədbirlər Planını


Sıra №-si


Tədbirlərin adı


İcra müddəti

(illər üzrə)

İcraçı təşkilatlar

1

2

3

4




2.1. Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi

2.1.1.

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində qeyd edilən kitabxanaların məcburi nüsxələrlə təmin edilməsi mexanizminin yaradılması (ənənəvi və müasir)

2008-2009

NK,

MdTN,


AMEA,

TN,


VN

2.1.2.

Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədi ilə fondların ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi

2008-2013

MdTN,

AMEA,


AO

2.1.3.

Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədi ilə kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi

2008-2009

NK,

MdTN, YİHO,

ƏƏSMN,

AO


2.1.4.

İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının (onların müvəqqəti məskunlaşdığı ərazilərdə) bərpası

2009-2010

MdTN,
QMKİDK

İİN,


YİHO,

AO


2.1.5.

Bakı şəhərində mövcud kitabxanaların bazasında 9 mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması, şəhər və rayonlarda isə bir çox kitabxana filiallarının birləşdirilməsi

2009

NK,

MdTN,


YİHO

2.1.6.

Ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan, Tbilisi şəhər və digər milli kitabxanalarda saxlanılan ədəbiyyatın (o cümlədən dövrü mətbuatın) müəyyənləşdirilməsi və onların çatışmayan nüsxələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə layihələrin həyata keçirilməsi

2010-2011

MdTN,
TN,

XİN,


AMEA,

AO


2.1.7.

Oxuculara verilən ədəbiyyatın tematik – tipoloji uçotunun təşkili, fəal və qeyri-fəal istifadə edilən nəşrlərin müəyyənləşdirilməsi, oxucuların informasiya tələbatının ödənilməsinə yönəldilmiş sorğuların keçirilməsi və əldə edilmiş nəticələr əsasında fondların komplektləşdirilməsi

2008-2009

MdTN,

AMEA,


TKNDK

2.1.8.

Respublikanın bütün kitabxanalarının pasportlaşdırılması, respublika üzrə statistik göstəricilərin hazırlanması və nəşri, kitabxanalarda fondların komplektləşdirilməsinə dair monitorinqlərin keçirilməsi

2009

MdTN,

DSK,


TKNDK




2.2. Kitabxanaların kompyuter və informasiya-proqram təminatı, respublika üzrə kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin
yaradılması və inkişafı


2.2.1.

“Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması və oxucuların istifadəsinə verilməsi

2009

NK,

MdTN, RİTN, TN, AMEA



2.2.2.

Ulu öndər Heydər Əliyevin unikal dövlət və mədəni quruculuq təcrübəsinin, intellektual və mənəvi irsinin respublikanın və dünyanın rəqəmsal irs fondlarına daxil edilməsi

2008-2009

NK,

MdTN,


AMEA

2.2.3.

Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, kompyuterləşdirilmiş kitabxana infrastrukturunun, elektron informasiya resurslarının və müxtəlif sahələr üzrə elektron kitabxanaların yaradılması

2009-2010

MdTN,

RİTN,
AMEA,

TKNDK


2.2.4.

“Biliklər cəmiyyətinin Azərbaycan modeli” konsepsiyasının hazırlanması

2009

MdTN,
RİTN,

AMEA, AO


2.2.5.

Bakı şəhərində fəaliyyət göstərən kitabxanaların veb-saytlarının yaradılması, onların İnternetlə təchiz edilməsi, telefon xətti olmayan kitabxanalara telefon xəttinin çəkilməsi

2008-2009

MdTN,

RİTN,


YİHO,

AO


2.2.6.

Azərbaycan kitabxanalarının informasiya cəmiyyəti və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığının həyata keçirilməsi

2009-2010

NK,

MdTN,


TKNDK

2.2.7.

Mərkəzi kitabxanaların nəzdində əhalinin bütün təbəqələrinə pulsuz xidmət göstərən, müasir informasiya texnologiyaları ilə təmin olunmuş hüquq-informasiya mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)

2008-2009

MdTN,

YİHO,


AO

2.2.8.

Yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrinin kitabxanalarında müasir kompyuter texnologiyaları ilə təmin olunmuş informasiya resurs mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)

2009

MdTN, ƏN, TN,

AQUPDK,


YİHO

2.2.9.

“Azərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi”, “Azərbaycan muzeyləri”, “Qobustan”, “Azərbaycanın turizm gözəllikləri” adlı elektron kitabxanaların yaradılması (mövcud kitabxanaların bazasında şəbəkə və ştat sayı dairəsində)

2009-2010

MdTN,

RİTN,


AMEA

2.2.10.

Bir sıra rayon uşaq kitabxanalarında “Uşaq hüququ” informasiya mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)

2008-2009

MdTN,

AQUPDK,


YİHO

2.2.11.

Azərbaycanın elektron kitabxanaları üçün Rusiyanın LİBNET Mərkəzindən rus və digər xarici dillərdə olan yeni ədəbiyyatların biblioqrafik təsvirlərinin alınması

2009

MdTN,
XİN,

AMEA,


TKNDK

2.2.12.

Gözdən əlil insanların intellektual səviyyəsinin yüksəldilməsi məqsədi ilə respublika əhəmiyyətli və mərkəzi kitabxanaların nəzdində fəaliyyət göstərən informasiya mərkəzlərində xüsusi proqramlı kompyuterlərin quraşdırılması

2009-2010

MdTN,

ƏƏSMN,


YİHO,

AO



2.2.13.

“Kitabxana fondları-regionun inkişafının əsas informasiya resursu kimi” mövzusunda dəyirmi masaların keçirilməsi

2010-2011

MdTN,

AMEA,


TKNDK

2.2.14.

“Milli ədəbiyyat” müasir informasiya daşıyıcıları fondlarının yaradılması

2008-2011

MdTN,

YİHO,


AO

2.2.15.

İnternetin mövcud veb-saytlarında Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında informa-siyaların monitorinqi

2010

MdTN,

RİTN,


AMEA,

TKNDK


2.2.16.

Azərbaycan kitabxanalarının dünyanın ən böyük kitabxanalarının məlumat bazalarına daxil olmasının və onların resurslarından istifadənin təmin edilməsi

2009-2010

MdTN,

RİTN,


AMEA,

TKNDK


2.2.17.

İşğal olunmuş rayon kitabxanalarının vəziyyəti haqqında “Dağıdılmış sərvətlər, məhv olmuş kitabxanalar” adlı 3 dildə (Azərbaycan, rus, ingilis) materialların çap və elektron nəşrinin hazırlanması, veb-saytın yaradılması və internetdə yerləşdirilməsi

2010

MdTN,

RİTN,


QMKİDK,

YİHO,


AO


2.2.18.

Rusiya Dövlət Kitabxanasının dissertasiya mərkəzinə daxil olmaq üçün virtual oxu zalının təşkili

2009

MdTN,
AO

2.2.19.

“Azərbaycan kitabxanaları” veb-portalının yaradılması

2009

MdTN,

RİTN,


TKNDK

2.2.20.

Hüquq-informasiya mərkəzlərinin veb-portallarının yaradılması və onların informasiya təminatının təşkili

2010

MdTN,

RİTN,


TKNDK

2.2.21.

Lerik və Yardımlı rayon mərkəzi kitabxanalarında “Ətraf mühit”, “Uzunömürlülər” məlumat bazalarının yaradılması və kitabxanaların veb-saytına əlavə edilməsi

2010

MdTN,

ETSN,


ƏƏSMN,

AO


2.2.22.

Azərbaycanın regionları üzrə “Qədim Bakı və bakılılar”, “Qədim Şuşa və şuşalılar”, “Qədim Bərdə və bərdəlilər”, məlumat bazalarının yaradılması və internet şəbəkəsində yerləşdirilməsi

2011

MdTN,

YİHO,


AO

2.2.23.

Şəki-Zaqatala regionunda əhaliyə səyyar kitabxana xidmətinin göstərilməsi məqsədi ilə pilot layihələrinin həyata keçirilməsi

2009

MdTN,

RİTN,


YİHO,

AO


2.2.24.

Əhalinin operativ informasiya təminatı üçün tabeliyindən asılı olmayaraq, Bakı şəhəri və respublikanın digər şəhər və rayon mərkəzi, uşaq və gənclər kitabxanalarında yeni informasiya texnologiyalarının, habelə avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin tətbiqi və Azərbaycanda ən çox yayılan İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin sərlöhvə və sərlövhəaltı məlumatlarının Azərbaycan dilinə tərcüməsi

2009

MdTN,

TN,


İİN,

MN,


RİTN,

AMEA,


TKNDK

2.2.25.

Respublika kitab fondunun, elektron sənədlərin toplu kataloqunun yaradılması, sənədlərin tammətnli bazaya birbaşa keçid texnologiyasının tətbiq edilməsi

2011

MdTN,

RİTN,


AO

2.2.26.

“Azərbaycan ədəbiyyatı antologiyası: XIX-XX əsrlər” elektron məlumat bazasının və elektron nəşrinin hazırlanması

2010

MdTN


2.2.27.

Şəki şəhərinin Mərkəzi Kitabxanasında “Azərbaycanın ipək diyarı” məlumat bazasının yaradılması

2010

YİHO,

MdTN,


AO

2.2.28.

Bakı Musiqi Akademiyasının nəzdində mövcud ştat vahidləri çərçivəsində ictimai əsaslarla müasir multimedia tədris metodiki kompyuter mərkəzinin təşkili

2009

TN,

RİTN,


MdTN

2.2.29.

Şəhər (rayon) mərkəzi kitabxanalarında, iri yaşayış massivlərində və qəsəbələrdə fəaliyyət göstərən kitabxanalarda elektron kitabxanaların, elektron kataloqların məlumat və təhsil portallarının yaradılması və internetdə yerləşdirilməsi

2009-2010

MdTN,
RİTN,

TN,
TKNDK,

AO


2.2.30.

“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən nəşr olunan kitabların elektron kitabxanasının təşkili və İnternetdə yerləşdirilməsi

2008-2009

MdTN,

AO


2.2.31.

Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya ilə birgə elektron kitabxanalarının yaradılması və “Sərhəddə görüş” layihəsinin həyata keçirilməsi

2009-2010

MdTN,

XİN,
AO



2.2.32.

“Milli İnternet şəbəkəsinin hamisi-hifzedicisi (qoruyucusu)” simvolunun seçilməsi üzrə respublika müsabiqəsinin təşkili

2009

MdTN,

RİTN,


TN,

AO


2.2.33.

Kitabxanalarda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində kiçik qrantlar müsabiqəsinin təşkili

2009-2010

MdTN,

TN, RİTN,

AMEA,

TKNDK


2.2.34.

Regionlardakı kitabxanalar arasında “Ən yaxşı ictimai internet mərkəzi”, “Ən maraqlı veb-sayt” mövzusunda respublika müsabiqəsinin keçirilməsi

2008-2013

MdTN,

TN,


RİTN,

TKNDK


2.2.35.

Elektron kitabxanaların respublika müsabiqəsinin keçirilməsi

2009-2012

MdTN,

AMEA,


RİTN, TN,

TKNDK


2.2.36.

“Kitabxana-bələdiyyə informasiya mərkəzi kimi” layihələrinin həyata keçirilməsi

2008-2013

NK,

MdTN, ƏN (bələdiyyələrin iştirakının təşkilinə kömək göstərməklə)

AO


2.2.37.

Gözdən əlillərin informasiya təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi proqramların hazırlanması

2008-2009

MdTN, RİTN,

ƏƏSMN, YİHO, AO



2.2.38.

Azərbaycan kitabının milli biblioqrafiyasının hazırlanması və nəşri, dövlət kitabxanalarında mühafizə edilən XIX əsrin 20-ci illərində nəşr olunmuş ədəbiyyatın (kitab, qəzet və jurnalların) əlifbasının kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi və informasiya daşıyıcılarına köçürülməsi

2009-2010

MdTN,

AO


2.2.39.

Kitabxana fondlarında saxlanılan qramofon vallarının “Azərbaycanın səs irsi” adı ilə informasiya daşıyıcılarına köçürülməsi

2011

MdTN,

AMEA


2.2.40.

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar 1918-1920-ci illərdə nəşr edilən “Azərbaycan” qəzetinin mikrofilmləşdirilməsi və əlifbasının kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi

2008-2009

MdTN,

AMEA,


MAİ,

AO


2.2.41.

Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma Formatının (AZMARC) yaradılması və ölkə kitabxanalarında tətbiqi

2010

MdTN,

RİTN,


TKNDK

2.2.42.

UNİMARC formatının Azərbaycan dilinə tərcüməsi və nəşri

2009-2010

MdTN, TN, SMPDA,

AMEA, AO


2.2.43.

Azərbaycan Respublikasının kitab abidələrinin müəyyən edilməsi, informasiya daşıyıcılarına köçürülməsi və “Azərbaycanın kitab abidələri” adlı məlumat bazasının yaradılması

2010

MdTN,

TN,


AMEA,

YİHO,


TKNDK

2.2.44.

Regionlarda kiçik və orta biznesin informasiyaya olan tələbatını ödəmək üçün mərkəzləşdirilmiş kitabxana sistemlərinin bazasında kitabxanaların mövcud ştat vahidləri çərçivəsində və ictimai əsaslarla informasiya mərkəzlərinin yaradılması

2010-2011

MdTN,

RİTN, MN,

İİN, YİHO,

AO


2.2.45.

Yaradılan milli elektron resurslarının qeydiyyatı üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya registri” bölməsinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)

2009

AMEA,

MdTN,


RİTN,

AO


2.2.46.

“Heydər Əliyev Mərkəzi”ndə təşkil olunacaq kitabxanaya “Milli Kitabxana-İnformasiya Kompleksi” statusunun verilməsi

2009

NK,

MdTN


2.2.47.

Dünyanın böyük kitabxana mərkəzlərində saxlanılan diyarşünaslıq (ölkəşünaslıq) xarakterli qiymətli və nadir kitabların (əsli, yaxud surəti və elektron variantı) “Heydər Əliyev Mərkəzi”ndə toplanması ilə bağlı zəruri tədbirlərin təşkili

2009

NK,

MdTN,


XİN

2.2.48.

2009-cu ili kitabxanaların avtomatlaşdırılması ili elan edilməsi

2008-2009

MdTN

2.3. Azərbaycan Respublikasının milli–mədəni irsinin və informasiya ehtiyatlarının
qorunması və gələcək nəsillərə çatdırılması


2.3.1.

Xüsusi əhəmiyyətli çap sə­nəd­lə­rini, nadir kitabları, diyarşünaslığa aid nəşrləri qoruyub saxlamaq və nəsillərdən-nəsillərə ötürmək məqsədi ilə onların informasiya daşıyıcılarına köçürülməsi

2011-2012

NK, MdTN,

RİTN, AMEA, TKNDK



2.3.2.

“Ədəbiyyat” qəzetinin bütün nömrələrinin informasiya daşıyıcılarına köçürülməsi və qəzetin 1934-1950-ci illər üzrə çatışmayan nömrələrinin bərpası

2008-2010

MdTN,

AMEA, AYB-nin,

“Ədəbiyyat qəzeti” redaksiyasının tövsiyələri nəzərə alınmaqla


2.3.3.

Azərbaycanın kitab mədəniyyətinin qorunması və dünyaya tanıdılması məqsədi ilə layihələrin həyata keçirilməsi

2009-2012

MdTN,

TN, AMEA, XİN, AO



2.3.4.

Nazirlik, komitə və idarələrin kitabxanalarında saxlanılan Azərbaycan kitab abidələrinin inventarizasiyasının aparılması və uçotunun təşkili

2009-2010

MdTN,


MAİ,

AO


2.3.5.

Tarixi əhəmiyyət kəsb edən milli nəşrlərin mühafizəsini təmin etmək məqsədi ilə böyük kitabxanalarda depozitar fondların yaradılması

2010-2012

MdTN,


TKNDK

2.3.6.

“Kitab irsi Azərbaycanın milli sərvətidir” adlı layihənin həyata keçirilməsi, Sankt-Peterburq, Moskva, Kazan, Tbilisi, Paris, London, Drezden kitabxanalarının arxivlərində mühafizə olunan Azərbaycanla bağlı diyarşünaslıq nəşrlərinin müəyyən edilməsi və surətlərinin Azərbaycana gətirilməsinin təşkili

2009-2012

MdTN,


XİN,

AO


2.3.7.

Naxçıvan Muxtar Respublikasının kitab fondunun elmi ekspertizası və monitorinqi

2008-2009

MdTN,

AO


2.3.8.

Respublikanın regionlarında nəşr edilən yerli qəzetlərdə diyarşünaslığa dair materialların toplanması, qorunması məqsədi ilə onların biblioqrafik uçotunun aparılması, Əlifbanın kiril qrafikasından latın qrafikasına çevrilməsi, informasiya daşıyıcılarına köçürülməsi və zəruri materialların istifadəsinin təmin edilməsi

2008-2013

MdTN,


RİTN,

YİHO,


AO

2.3.9.

“Kitab xəzinəsi: qədim kitablar əlyazmaların uçotu və bərpası” adlı layihənin həyata keçirilməsi

2008-2009

MdTN,

TN,


AMEA, MAİ, AO

2.3.10.

“Azərbaycanın kitab yaddaşı” adlı layihənin həyata keçirilməsi və müvafiq məlumat bazasının yaradılması

2009-2011

NK, MdTN,

AMEA,


TKNDK, AO

2.3.11.

Nadir, qiymətli və aktual nəşrlərin informasiya daşıyıcılarına köçürülmə proqramının işlənib hazırlanması

2009

MdTN,

TN,


MAİ, AMEA,

RİTN, AO


2.3.12.

“Dirçələn fondlar” şüarı ilə milli kitab irsimizin mühüm tərkib hissəsi olan fondların aktivləşdirilməsi, kiril qrafika-sından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi və informasiya daşıyıcılarına köçürülməsi

2008-2012

MdTN,

AMEA,


TN,

RİTN,


YİHO,

AO


2. 4. Kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi,
onun forma və məzmunca yeniləşdirilməsi


2.4.1.

Respublikanın uşaq kitabxanalarında uşaqların informasiya tələbatı probleminin həlli məqsədi ilə monitorinqlərin keçirilməsi

2008-2010

MdTN,

RİTN,


TN, YİHO

2.4.2.

İslam Konfransı Təşkilatı dövlətlərinin kitabxanaları ilə informasiya mübadiləsinin həyata keçirilməsi

2008-2012

MdTN,

XİN,


AO

2.5. Kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi,
şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi


2.5.1.

Kitabxana işini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi

2008-2009

NK, MdTN,

AMEA,


AO

2.5.2.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasına Milli Uşaq Kitabxanası statusunun verilməsi

2009

NK,

MdTN


2.5.3.

Kitabxanaçıların təhsili, o cümlədən ixtisaslarının artırılması ilə bağlı zəruri tədbirlərin təşkili

2009-2013

MdTN,

TN,


YİHO,

AO


2.5.4.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərinin magistratura şöbələrində milli kitabxanaçı kadrların hazırlığının təşkili məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi

2008-2013

NK,

MdTN,


TN,

XİN


2.5.5.

“Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda respublika müşavirəsinin keçirilməsi

2009

MdTN,

TN, AMEA,

TKNDK


2.5.6.

Bakı şəhərində ilk kitabxana-qiraətxananın 115 illiyinə həsr edilmiş “İlk kütləvi kitabxanalar-tarixdən müasirliyə qədər” mövzusunda tədbirin keçirilməsi

2008

MdTN,

YİHO,


TKNDK

2.5.7.

Naxçıvan MR-da “Gənc peşəkarlar cəmiyyətə xidmət edir” mövzusunda gənc kitabxanaçıların forumunun keçirilməsi

2011

MdTN,

AO


2.5.8.

Tabeliyindən asılı olmayaraq kitabxanalar arasında müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi (“İlin nümunəvi Mər­kəz­ləş­di­ril­miş Kitabxa­na Sis­te­mi­”, “Ən yax­şı ki­tab­xa­na­çı”, “Yaradıcı təkamül müəssisəsi”, “İçərişəhər Azərbaycan mədəniyyətinin incisidir”, “İlin ən yaxşı kitabxanası” və s.)

2008-2013

MdTN,

YİHO,


AO


2.5.9.

Azərbaycan Respublikasının kitabxana mütəxəssisləri haqqında məlumat bazasının yaradılması və internetdə yerləşdirilməsi

2008-2013

MdTN,

TKNDK


2.5.10.

Azərbaycan Respublikasında kitabxanaçı kadrlara tələbatın öyrənilməsi və məzunların yerləşdirilməsi sisteminin yaradılması

2008-2013

MdTN,

TN,


YİHO,

AO


2.6. Kitabxana işi sahəsində elmi tədqiqatların aparılması,

kitabların hazırlanması və nəşri

2.6.1.

Respublika kitabxana şəbəkəsinin pasportlaşdırılması ilə əlaqədar illik statistik məlumat toplularının hazırlanması və nəşr edilməsi

2008-2013

MdTN,

TN, YİHO


TKNDK,

AMEA


2.6.2.

Dünya kitabxana standartlarının tərcüməsi və onların əsasında Milli Kitabxana standartlarının hazırlanması

2008-2013

MdTN,

SMPDA, TN,

AMEA,

TKNDK


2.6.3.

Avropa Şurasının sənədləri əsasında “Mədəniyyət siyasəti bu gün: strategiyanın seçilməsi və Avropa Birliyinin istiqamətləri” adlı materialların nəşr edilməsi

2009

MdTN,

XİN


AO

2.6.4.

Kitabxana-informasiya sahəsinə və kitabxanaşünaslığa dair elmi araşdırmaların aparılması və sosioloji sorğuların keçirilməsi

2008-2013

MdTN,

TN,


AMEA

2.6.5.

Milli kataloqlaşdırma qaydalarının, təlimatlarının tərtibi və nəşr edilməsi

2008-2009

MdTN, TN,

SMPDA,


AMEA,

AO


2.6.6.

“Ədəbiyyat qəzeti”nin biblioqrafik göstəricisinin tərtib edilməsi (qəzetin 75 illik yubileyi ilə əlaqədar)

2008-2009

AMEA, AYB-nin,

“Ədəbiyyat qəzeti”

Redaksiyasının tövsiyələri nəzərə alaraq


2.6.7.

Kütləvi kitabxanalar üçün Universal Onluq Təsnifatının uyğunlaşdırılmış variantının hazırlanması

2010

MdTN,

TN,


SMPDA,

AMEA


2.6.8.

Respublika əhəmiyyətli kitabxanaların veb-saytlarında Azərbaycanın turizm gözəlliklərinin təbliği və bu sahədə dünya kitabxanaları ilə informasiya mübadiləsinin həyata keçirilməsi

2008-2013

MdTN,

TKNDK


2.6.9.

Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildli kitabının biblioqrafik göstəricisinin və elektron nəşrinin hazırlanması

2008-2010

MdTN,

TN,


AMEA,

AO


2.6.10.

“Azərbaycan kitabxanaları XXI əsrin əvvəllərində” adlı sənədli filmin hazırlanması

2009

MdTN,

TKNDK, AO




2.6.11.

Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında ən çox istifadə edilən kitabların elektron nəşrinin hazırlanması və internetdə yerləşdirilməsi

2009-2010

MdTN,

TN,


RİTN,

TKNDK


Yüklə 340,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə