Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə1/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
  1   2   3   4   5   6   7   8   9   ...   66


s~
3~
ee
/ О
Azərbaycan  Respublikası Prezidentinin
Bakı^QOƏ
PREZİDENT KİTABXANASI


ВВК 633(0)3/ 
К  78  A'
Elmi redaktor:
Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq 
İnformasiyalaşdırılma Akademiyasmm 
Akademiki,  Tarix  elmləri  doktoru, Professor 
Abuzər Aiı  oğlu  Xələfov
Tərcümənin redaktoru:
Tərcümə edən:
Tərtibat və dizayner:
Tarix elmləri  namizədi,  dos. 
Nuru Zeynalabdin oğlu Məmmədov
Pərviz Firudin  oğlu Kazımi 
Yaqubova  Şəbinə Alik qızı
Samuel Noah Kramer. 
History begins at sumer.
ISBN 5-02-016729-0
© Kazımi P.F.  2009
Semiiel N. Kramer
TARİX ŞUMERDƏN BAŞLANIR.
İngiliscədən Rus dilinə Şumer 
poetik mətnlərin tərcüməsi 
F. L. Mendelsonun 
On söz  və şərhlər 
V.K. Afanasyevamndır.
Yəqin  ki,  mixi  yazılı  mənbələrlə  işin  mürəkkəbliyinin  əsas 
səbəbi  həmin  mixi  yazılı  fənlərin  bir  elm  kimi  kollegial  inkişaf 
ənənəsidir.  Fransua  Şampolyon  dünyaya  Misir  yazısının  sirlərini 
təkbaşına  açmışdır.  Lakin  mixi  yazılarının  sirlərini  açmaq,  dahi  olsa 
belə,  hər  fərdin  hünəri  deyildir.  Assiriyaşünaslıq  elminin  beşiyi 
başında  bir  neçə  tanınmış  dühaların  adlan  dayanmışdır.  Əgər  elmin 
dirçəlişi  ərəfəsində  alim  bu  və  ya  digər  sahənin  öyrənilməsinə 
başlayarkən  bu  işlə  tək  məşğul  olmağa  məcbur  idisə,  bu,  zənırətdən 
yaranırdı.  Bir  çox  onilliklər  ərzində  mixi  yazısı  öyrənilən  hər  bir 
ölkədə  bu  işlə  çox  az  adam  məşğul  olmuşdur.  Artıq  Kramer 
dövrünün  nəsli  -   Benno  Londsberger,  Adam  Falkenşteyn,  Torkild 
Yakobsen  və  başqaları  -   sıx  əməkdaşlıq  şəraitində  işləməyə 
çalışmışlar.  Onlar  başa  düşürdülər  ki,  ancaq  bu  üsulla  elmin 
inkişafına güclii təkan vermək  olar.  Bunu hamıdan yaxşı,  bəlkə də ən 
birinci  Kramer başa düşmüşdür.
Onun  mətn  üzərində  işdə,  xüsusilə  çətin  yerlərin  təfsirində 
iştirak  etmiş  həmkarlarını  həmişə  andığına  oxucu  yəqin  ki,  diqqət 
yetirəcəkdir.  Məsələn,  uGilqameş  və  Aqqa”  və  “Gilqameş  və 
Yaşayan  Dağ”  mətnlərinə  İsveç  əsilli  amerikalı  alim  I.  Yakobsen 
düzəlişlər  etmiş,  İnannm  yeraltı  dünyaya  düşməsi  və  bir  çox  başqa 
mətnləri  alman  A.  Falkenşteyn  tamamlamışdır.  Bu  hansı  qaydada 
həyata  keçilirdi9  Kramer  məqaləni  çapa  göndərməmişdən  əvvəl  onu 
Yakobsenə yaxud  Falkenşteynə  göndərirdi.  Beləliklə,  mətn  əlavələr, 
düzəlişlər,  dəqiqləşmələrlə,  bəzən  isə  dost  mütəxəssislərin  şərhlər 
formasında  təkzibləri  ilə  oxucuların  mühakiməsinə  təqdim  olunurdu.
3


Bu,  təkcə  elm  aləminə  məhəbbət  deyildi,  bu,  həm  də  xarakterik 
cəhət idi.
Növbəti  təbii  mərhələ  şagirdlərlə  birgə  iş  idi.  Oxucu  kitabın 
səhifələrində  bu  haqda  da  oxuya  bilər.  Kitabın  rus  dilində  ikinci 
nəşrinə  şərhlərində bir çox  adamların  və  professor Kramerin  ilk dəfə 
üzərində  çalışdığı  bir  çox  mətnlərin  adlan  çəkilir.  Oxucu  onlara 
diqqət yetirsə yaxşı  olardı,  çünki  onlar cavan  elmin  inkişafının  əyani 
surətdə  nümayişi  xatirinə  misal  gətirilmişdir.  Demək  olar  ki,  bütün 
nəşrlər  ya  şəxsən,  ya  da  öz  əsərləri  ilə  onlan  şumerşünashqla  tanış 
edən  ustada  və  müəllimə  minnətdarlıq  sözləri  ilə  başlayır.  Bu  və  ya 
digər  mətnin,  ifadənin  yəqin  ki  başqa  cür  oxunacağı  barədə  onun 
kitablarında  dəfələrlə  rast  gəlinən  Kramerin  qeydləri  sonradan 
peyğəmbərcəsinə  yozulurdu. 
O, 
vəziyyəti 
əvvəlcədən  aydın 
qiymətləndirir, tədqiqatçıların hansı istiqamətdə olduqlarını bilirdi.
Kramerin  otuz  il  əvvəl  “Şumer  lövhəciklərindən”  adı  altında 
işıq  üzü  görən  kitabının  rusca  ikinci  nəşrindəkı  dəyişikliklər  elmin 
təbii  inkişafıdır.  Şərhçinin  şəxsi  adlara  etdiyi  düzəlişlər,  bu  və  ya 
digər  deyimin  yeni  formada  təsviri,  poetik  abidələrin  yeni 
tərcüməsini  verməsi  qoy  oxucunu  təəccübləndirməsin.  Məsələn, 
hamının  adət  etdiyi  hakim  Urukaginiıı  adı  “Urunnimgina”  kimi 
oxumaq  təklif edilir.  Taxıl  və  heyvan  haqqında  əfsanədə  allah  deyil, 
ilahənin  olduğu  təsdiq  edilir.  Müəllifin  birinci  nəşrdə  təklif  etdiyi 
kimi,  allah  Enkinin  Kurla  vuruşması  mübahisə  mövzusuna  çevrilir. 
Kitab  Amerikada nəşr  olunduqdan  bir il  sonra  fransız  dilinə tərcümə 
olunur  və  ilin  ən  yaxşı  xarici  kitabı  adına  layiq  görülür.  O,  müəllif 
tərəfindən  dəfələrlə  yenidən  işlənmiş  və  ona  əlavələr  edilmişdir 
Oxucu  bu  barədə  Kramerin  özünün  rusca  birinci  nəşrə  ön  sözündə 
oxuya bilər.
Sonralar kitabın özünəməxsus həyatı  başlanmışdır  dünyanın 
bir  çox  dillərinə tərcümə  olunmuşdur.  Onun  müəllifinin  isə  öz  həyat 
yolu  davam  etmişdir -   o,  öz  əsəri  üzərinə  bir  daha  qayıtmadan  yeni 
əsərlər  yazmağa  başlamışdır.  Kitabı  əvvəlki  formada  yenidən  nəşr 
etmək,  ilk  növbədə,  onun  müəllifinə,  onun  daim  hərəkətdə  olan 
fikirlərinə  hörmətsizlik  olardı.  Çar  Ur 
Nammunun  məşhur 
qanunlarının  bu  gün  dünyada  ən  qədim  qanunlar  olduğu  hamı
4
tərəfindən  qəbul  edilmişdir. 
Lakin  həmin  qanunların  onun 
tərəfindən  tərtib  olunmadığı  haqqında  məlumat  şumerşünaslar  üçün 
fövqəladə  xəbərlərdən  birinə  çevrilmişdir.  Hələlik  bunu  tam 
əminliklə  sübut  etmək  mümkün  olmasa  da,  görünür  həmin  qanunlar 
Ur  -   Nammunun  oğlu  Şulqanın  hakimiyyəti  dövründə  yaranmış  və 
onların  tərtibçi  müəllifi  də  odur.  Professor Kramer  özü  1983-cü  ildə 
“Ur  -   Nammunun  qanunlarının  müəllifi  kimdir?”  adlı  kiçik  həcmli 
məqaləsində  bu  barədə  məsələ  qaldırmışdır.  Qanunlar  mətninin 
fraqmentləri  ilə  yeni  lövhəciklərin  tapıntısından  sonra  Kramer  50-ci 
illərin  sonlarında  çap  etdirdiyi  məqalələri  yenidən  nəzərdən  keçirir, 
palçıq lövhəciyi  çox diqqətlə  öyrənir və belə bir nəticəyə gəlir ki,  pis 
saxlanmış  bir işarə  onun  tərəfindən  düzgün  oxunmamışdır.  Ona görə 
də həmin  işarənin  ardınca gələn  boş yer başqa cür bərpa olunmalıdır. 
Alimin  tarixi  təfəkkürü  belə  işləyir  və  belə  də  inkişaf  etməlidir. 
Tarixi 
“dəqiqliklə” 
maraqlanan 
oxucu 
göstərilən 
faktkarın 
düzgünlüyünə  inanmalı  və  ona  tam  əmin  olmalıdır.  Biliyin  axtarışı 
bəzən  biliyin  özündən  daha  vacib  olur,  xüsusilə  o bizdən  xeyli  uzaq 
dövrə aid olanda.
Əgər  qədim  tarixin  faktları  dağınıq  və  qeyri-müəyyəndirsə, 
Kramerin  özünün  tərcümeyi-halı  bizə  daha  yaxşı  məlumdur.  O,  özü 
barədə  və  özünün  elmə  yolu  haqqında  hissə-hissə  çap  olunmuş 
xatirələrinin  səhifələrində  danışmışdır.  Həyatındakı  bir  sıra  hadisələr 
onun  elmi  yaradıcılığı  ilə  o  qədər  sıx  bağlıdır  ki,  onlar  alimin 
xarakter xüsusiyyətlərini  aydın  ifadə edir.  Onlarla  tanış  olmaq,  yəqin 
ki,  oxucu üçün də maraqlıdır.
Kramer 28  sentyabr  1897-ci  ildə Kiyev ətrafında  kiçik yəhudi 
yaşayış  məskəni  İaşkovda  anadan  olmuşdur.  Doğum  vaxtı  o,  yəhudi 
dilindən  tərcümədə  “sevinc”  mənası  verən  Simxa  və  Nuh  əyyamını 
yaşamış  və  əbədiyyət  qazanmış  əfsanəvi  patriarxın  şərəfinə  Noy 
adlarını  almışdır.  Onun  atası  doqquz-on  üç  yaşlı  uşaqlara  Talmudu 
öyrədirdi.  Bu,  yəhudilər  arasında  qəbul  olunmuş  ibtidai  təhsilin 
ikinci  mərhələsi  hesab  olunurdu.  Üç  uşağın  tərbiyə  edildiyi  ailə  çox 
dindar  idi.  İlkin  uşaqlıq  dövrünün  xatirələri  -   ibadət,  müqəddəs 
bayramların  sevinclə  gözlənilməsi.  Şərait  və  yaşayış 
çox  sadə, 
lakin  bütün  ailə  üzvlərinin  bir-birinə  məhəbbəti  və  inamı.  Sevdiyi
5


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə