Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə2/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   2   3   4   5   6   7   8   9   ...   66

qəhrəmanlar -   uşaqlıqdan  və  həmişəlik  oğlanın  təsəvvürünə  hakim 
olan  -   Moisey,  “ilk  qanunverici”,  psalmalann  yaradıcısı  -   David, 
xüsusilə  müdrik-çar,  ənənəyə  görə  ölməz  şah  əsər  -   Nəğmələr 
Nəğməsi  yaradıcısı 
Solomon.  Təhsil  almağa  dörd  yaşından 
başlamışdır.  Böyük  qardaşı  onun  əlindən  tutaraq  idiş  və  qədim 
yəhudi  dilində  ibadət,  həmçinin  Bibliya rəvayətləri  öyrədən  müəllim 
-   rebenin  yanma  aparmışdır.  İlk  başlanğıcdan  oğlan  özünü 
qabilliyyətli,  əməksevər  şagird  kimi  göstərmişdir.  Professor  Kramer 
xatırlayır ki,  artıq  səkkiz yaşında “mən  oxumağı  və tərcümə  etməyi, 
Bibliyadan  böyük  parçalan,  hətta  ona  şərhləri  əzbərdən  bilirdim” . 
Onun  fıloloji  təhsili,  gələcək yaradıcılığa  ilkin  peşəkar hazırlığı  belə 
başlamışdır.  Ancaq  o zaman nə onun  özünün,  nə  də doğmalarının bu 
barədə təsəvvürləri belə yox idi.
1905-ci  ildə  yəhudi  talanlanndan  qorxan  ailə  Rusiyanı  tərk 
edərək  Amerikaya  köçür.  Onlar  Filadelfıyada  məskən  salırlar. 
Burada  Kramerin  atası  Talmuddan  dərs  deməyə  davam  edir,  gəlmə 
yəhudi uşaqlanm  öyrədir.  O, kiçik oğlunun təhsilinə diqqətlə yanaşır. 
Sonrakı  illər Kramer qədim  yəhudi  qrammatikası  və  tarixi  sahəsində 
biliklərini  xeyli  dərinləşdirir.  Larin  Amerikaya  çatan  kimi  o,  ingilis 
məktəbinə  daxil  olur  və  doqquz  yaşlı  oğlanın  ingilis  dilli  əhatəyə 
girişi,  yeni  mədəniyyətlə  tanışlığı  başlayır.  Elə  onda  da  Simxa  adı 
amerikanlı  qulağında daha yaxşı  səslənən Semə,  Semuelə çevrilir.
Demək  olar  ki,  bütün  qədim  şərq  mədəniyyətləri  çoxdilli 
yaxud ikidilli  qaydada meydana gəlmişdir.  Şumerdə eramızdan əvvəl 
111  minillikdə  şimalda  -   xurrit  və  akkad,  cənubda  -   amorey,  akkad 
(şumer  dili  yaddan  çıxmamış,  məktəblərdə  öyrənilir)  dilləri,  Kiçik 
Asiyada  -   xatt,  hindavropa.  xett,  xurrit,  birinci  minillikdə  -   luviy 
başqa  bir  çox  dillərlə  yanaşı  mövcud  olmuşdur.  Uzaq  qədim  dövrlə 
əlaqədar tərcüməçilərə  ehtiyac  duyulurdu,  ancaq  hər  bir  adam  az  da 
olsa  minimum  iki  dildə  danışırdı.  İlkin  yaş  mərhələsində  iki  dil 
uşaqda  fıloloji 
düşüncə  tərbiyə 
edir, 
onun  dünyagörüşünü 
genişləndirir,  yaddaşını  inkişaf  etdirir,  uşaq  ağlını  daha  çevik, 
düşüncəli  edir.  Və  yad  mədəniyyətə  hörmət  öyrədir.  Əlbəttə, 
uşaqlıqdan  müxtəlif  dillərin  ənənələrinə  bələd  olan  adama  çoxüzlü
6
qədim  şərq  mədəniyyətinə  daxil  olmaq,  onu  mənimsəmək  daha 
asandır.
Öz  təhsilini  davam  etdirmək  qərarına  gələn  Kramer  ibtidai 
məktəblər  üçün  müəllim  hazırlayan  Filadelfiya  Pedaqoji  məktəbinə 
daxil  olur.  Elə  bu  vaxt  onun  fəlsəfə  və  ədəbiyyata  ciddi  marağı 
başlayır.  O  özünü  yazmaqda  sınayır,  ancaq  tezliklə  qərara  gəlir  ki, 
ədəbi  talantı  yoxdur  və  başqa  məşğuliyyət  tapmalıdır.  Özünə  qarşı 
son  dərəcə  tələbkar  və  həmişə  özünə  tənqidi  yanaşan  Kramer  qeyd 
edir 
ki, 
məhz 
bu 
illərin 
axtarışları 
ona 
öz 
imkanlarını 
qiymətləndirməyə  imkan  yaratmışdır.  Bununla  belə,  o,  otuz  yaşına 
çatırdı.  Kramer başa  düşməyə başlayır ki,  artıq  hazır ixtisas sahibidir. 
Bu,  onun  fıloloji  hazırlığına uyğun gələn  qədim yəhudi  dilini  bilməsi 
idi.  Onu  təkmilləşdirmək,  özünün  kebraist  təhsilini  başa  çatdırmaq 
məqsədilə  o,  Filadelfıyada  qədim  şərq  dilləri  tədris  olunan  xüsusi 
kollecə  daxil  olur  və  birinci  dərəcəli  mütəxəssislərin  yanma  düşür. 
Misirşünaslıq  onun diqqətini  çox  cəlb  edir.  İki  il  onunla ciddi  məşğul 
olur,  eyni  zamanda  özünün  kebraistika  üzrə  biliyini  dərinləşdirir. 
Nəhayət  o,  mixi  fənləri  üzərində  dayanır.  Kramer  Pensilvan 
universiteti  Şərq  şöbəsinin  aspiranturasına  daxil  olur.  O  zaman 
universitetdə  qədim  şərq  mədəniyyətinin  gözəl  biliciləri  Georq 
Barton,  Alan  Montqomeri  kimi  alimlər  çalışırdı.  Kramer  o  vaxt  çox 
gənc,  tez  bir  zamanda  Bibliyaşünaslıq,  mixi  yazılı  ədəbiyyat, 
arxeologiya  sahəsində  görkəmli  mütəxəssis  olan  Efraim  Şpeyzerlə 
işə  başlayır 
Doktorluq 
(bizim 
namizədlik)  dissertasiyasının 
mövzusunu  seçməkdə  də  ona  Şpeyzer  kömək  etmişidr.  Kramer 
Şimali 
İrakda  təzə  müəyyən  edilmiş  xurrit  yaşayış  yerinin 
Nuzisindən  mixiyazılı  lövhəciklərin  arxivi  üzərində  işə  başlayır 
Ancaq  mətnlər  akkad  (semit)  dilində  yazılmışdı.  Kramer  öz 
tədqiqatını  felə  həsr edir.  O,  dissertasiyasını  1930-cu  ildə tamamlayır 
və  1931-ci  ildə çap etdirir.
Elə  bu  illərdə  onun  Kişik  və  Ön  Asiya  ilə  tanışlığı  başlayır. 
İstanbula,  Bağdada  səfərlər.  Asiya  və  Avropa  muzeylərində 
mixiyazılı  lövhəciklərin  kolleksiyaları  ilə  tanışlıq.  Şərqdə  arxeoloji 
ekspedisiyalarda  iştirak,  şumer  Noyun,  Ziusuduranın  doğulduqları
7


qədim  Şurrupak  şəhərində  təzəcə  tapılmış  mətnlərin  oxunmasına 
cəhdlər.
Kramer,  şumeroloq,  Şumer  ədəbiyyatı  yönümündə  özünün 
son seçimini  edənə qədər beş il müddətinə assiroloq işləmişdir.
Assirologiyamn  bir sahəsi  olaraq  şumerologiya müstəqil  fənn 
kimi  iyirminci  əsrin  20-30-cu  illərində  ayrılmışdır.  Kramer,  onun 
yaradıcıları,  görkəmli  alimlər  Fransua  Türo-Danjeni  və  Anton 
Daymeli  yüksək qiymətləndirir,  Çikaqoda  Şərq  İnstitutunda işləməyə 
başlayarkən,  Assiriya  lüğəti  üzərində  aparılan  işdə  iştirak  edərkən 
onu  şumerologiyaya  gətirən  öz  müəllimləri  Amo  Pyebei  və  Edvard 
Kyeranm adlarım böyük hörmətlə çəkir.
1923-cü  ildə  Edvard  Kyera  mixiyazılı  mətnlərin  ən  iri 
külliyatlarından  biri  saxlanılan  İstanbul  muzeyində  mətnlərin 
surətlərini  çıxarmışdır.  Sonralar Kramer də  uzun  illər bu  işlə  məşğul 
olmuş  -   qədim  Şumer şəhəri  Nippurda  qazıntılar zamanı  tapılmış  50 
böyük ədəbi  kompozisiyanın surətini  çıxarmışdır.
1923-1927-ci  illər ərzində Kyera 270 mixiyazılı  lövhəciyin  və 
ədəbi  mətn  fraqmentlərinin  gözəl  surətlərini  çıxarmışdır.  Bütün 
dünya  alimləri  indiyə  qədər  onlardan  istifadə  edirlər.  O,  həmçinin 
şumer  işarələrinin  birinci  lüğəti  üzərində  çalışmışdır  Kyeranm 
“Onlar  palçıq  üzərində  yazırdılar”  adlı  populyar  kitabı  işıq  üzü 
görəndən  50  il  sonra  1984-cü  ildə  rus  dilində  nəşr  edilmişdi.  Bu 
istedadlı,  böyük gələcək  vəd  edən  alimin  işini  vaxtsız  ölüm  yarımçıq 
qoydu  Kramer  bələ  kifayət  qədər  təcrübəyə  və  adətlərə  malik 
olmamışdan  öz  həmkarının  və  müəlliminin  işini  davam  etdirmişdir 
Artıq  1934-cü  ildə  Kyeranm  üzərində  çalışdığı  mixiyazılı  Şunıeı 
ədəbi  mətnlərinin iki  cildini  çapa hazırlamışdır.
Kramer  özünün  i!k  məqalələri 
“ İlahə  İnannamn  enməsi 
haqqında  rəvayəf’i  1937-ci  ildə,  “Gilqavnış  və  Xuluppu  ağacı 
haqqında hekayə”ni  isə  1938-ci  ildə  dərc  etdirmişdir.  Həmin  vaxtdan 
əlli  il  ərzində o,  fasiləsiz  çap olunur  Kramer bu  müddət ərzində 200- 
dən  çox  əsər  yazmışdır,  onlardan  27-si  monoqrafiyadır.  Bunlardan 
başqa,  bir  sıra  işlər  nəşriyyatlarda  çap  növbəsi  gözləyir,  başqaları 
haqqında artıq elan verilmiş,  digərləri  çapa hazırlanır.
8
Lakin  ən  hərarətli  minnətdarlıq  sözləri  ilə  Ario  Pyebelə 
müraciət  olunur.  Kramer  vurğulayır  ki,  Şumer  dilini  öyrənməkdə 
məhz  ona  borcludur.  Ario  Pyebei  Şumer  qrammatikası  üzrə  özünün 
məşhur  fundamental  əsərini  nəşr  etdirmişdir.  Bu  əsər  şumer  dili 
tarixinin  bütün  dövrlərində  şumer  yazılarının  son  dərəcə  diqqətlə 
öyrənilməsi  əsasında  yaranmış  və  uzun  illər  mütəxəssislərin  bilik 
mənbəyi  olmuşdur.  Əslən  alman  olan  Pyebei  Şumer  abidələrini  çap 
etdirdiyi 
Çikaqo 
Şərq 
institutunda 
möhkəmlənənə 
qədər 
Almaniyanın  və  Amerikanın  universitetlərində  çalışmışdır.  Şagirdin 
böyük  müəllimə  heyranlığı  tədricən  dostluğa  çevrilir.  Ancaq  bu 
dostluq  ağır  sınaqlara  məruz  qalmışdır.  Almaniyada  faşistlər 
hakimiyyətə  gələndə  və  sonralar  ikinci  Dünya  müharibəsi  illərində 
Pyebelli  millətçilik,  hətta  profaşist əhval-ruhiyyəsi  ağuşuna almışdır. 
Bu  əhval-ruhiyyənin  nə  qədər  dərin  olduğunu  və  səbəbini  demək 
çətindir:  vətəndən  ayrı  düşməsi  və  heç  olmasa  onun  taleyinə  şərik 
olnıaqmı,  qədim  dövrə başı  qarışdığından reallığı  başa düşməməsimi, 
həqiqətdə  düzgün  mövqe  seçə  bilməməsimi...,  kim  bilir.  Kramerin 
özü  onların  həyatının  bu  dövrünü  dərin  təəssüf hissi  ilə  təsvir  edir: 
“...biz  bir-birimizlə  danışmır 
və  salamlaşmırdıq,  üz-üzə  gələndə 
yana 
baxıb 
səssiz-səmirsiz 
yan 
keçirdik...” 
İkinci 
Dünya 
müharibəsindən  sonra  onların  münasibətləri  bərpa  olunur.  Müəyyən 
səbəb olmasa,  bəlkə də,  heç bunu yada salmaq  lazım  gəlməzdi.  1956- 
cı  ildə  Kramerin  “Şumer  lövhəciklərindən”  kitabının  birinci  variantı 
çapdan  çıxanda  titul  vərəqində  belə  bir  ithaf var  idi:  ’’Şumerologiya 
metodunun  ustasına,  müəllimimə  və  həmkarıma”.  1957-ci  ildə 
Pyebei  ölməmişdən  qabaq  özünün  “ari  olmayan”  şagirdinin 
alicənablığını  qiymətləndirə  bilmişdi  Sonrakı  nəşrlərdə  isə  belə 
yazılırdı  “Müəllimin xatirəsinə...”
Ömrünü  qədim  dövrün  öyrənilməsinə  həsr  etmiş  adamın 
maddi  vəziyyətinin  normal  olduğundan  danışmağa  dəyməz:  dövlət 
üçün  bilavasitə  real  xeyir  gətirməyən  məşğuliyyət  hörmətli  və  vacib 
deyil,  ancaq  böyük  xərc  tələb  edir,  az  adamı  maraqlandırır;  başqa 
şəhərlərə  və  ölkələrə 
ezamiyyətlər, 
arxeoloji 
ekspedisiyalar. 
Tədqiqatçının  yolu  çox  vaxt  yarımaç,  ixtisası  üzrə  işsiz  vəziyyətdə 
başlayır.  Kramer özünün  yaradıcı  işə  hüququnu təsdiq  edənə,  hörmət
9


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə