Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə27/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

qulluqçularının 
donuna 
girir 
-  
tarixdə 
ilk 
“allahlıq 
metamorfozasıdır!”  -   və  Ninli  üç  dəfə  mayalayır  ki,  öz  böyük 
qardaşları  Sini  əvəz  edib  onu  göyə  qaldırmağa  imkan yarada  biləcək 
üç yeraltı  səltənət allahı doğsun.
A Kiur -  ilahə Niniilin məbədi -  Qeyd.  tər.
Budur bir neçə  parça  (amma,  qeyd  etmək  lazımdır ki,  ayrı-ayrı 
sətrlərin  mənası  hələ  də  aydın  deyil  və  rəvayətin  bu  hissəsinin 
mənası  gələcəkdə ola bilsin ki,  başqa cür yozula bilər)
Enlil, qadağaları  pozan,  şəhəri  tərk et!
Nunamir, qadağaları  pozan, şəhəri  tərk et!
Enlil -  o özü talelər həll  edəndir,
Nunamir -  o özü talelər həll edəndir,
Enlil  gedir, Ninlil də arxasınca.
Nunamir gedir, qız təqib edir.
Enlil baş darvazaların gözətçisinə belə deyir:
- Ey mənim  qapıçım,  siyirtmələrin  qoruyucusu.
Hiylələr qoruyucusu,  siyirtmələr nəzarətçisi.
Sənin ilahən Ninlib bura gələcək 
Mənim harda olduğumu səndən  soruşanda 
Harda gizləndiyini  ona demə!
Ninlil  baş darvazaların gözətçisinə belə deyir.
Ey  mənim  qapıçım,  siyirtmələrin  qoruyucusu 
Hiylələr qoruyucusu, siyirtmələr nəzarətçisi 
Enlil,  sənin  hökmdarın,  hara getdi  o? 
qız ona belə deyir.
Enlil, baş darvazaların gözətçisi  əvəzinə ona belə deyir:
Mənim  ağam,  ey  gözəllər  gözəli,  onu  deməyə  icazə 
vermədi!
Enlil,  ey gözəllər gözəli, bu barədə deməyə icazə vermədi.
Söz deyildi,  iş görüldü.
Mənim bətnim  ağırdır,  bu  barədə susacaqsanmı  sən9 
Enlil, bütün ölkələrin hakimi,  doldurdu  qasığımı  mənim,
Enlil  sənin ağan,  mənsə sənin  sahibən.
Əgər sən mənim  sahibəmsənsə, sənə  toxunmağa icazə ver. 
Mənim  ağamın  toxumu,  mənim  bətnimdə parlayan  toxumu
112
Zuenin toxumu,  mənim bətnimdə parlayan toxumu.

Mənim  ağamın  toxumu  -   göyə,  mənim  toxumum  -   qoy 
yerə getsin!
Və Enlil  gözətçi  görkəmində yataqda onunla yatdı.
Onu öpdü o,  onu sığalladı o.
Kök qaldıraraq onu qucaqladı.
Nerqal-Meslamtenin toxumunu onun bətninə tökdü.
Sonra  Enlil  “Yeraltı  məmləkətin  çayına”  doğru  gedir  (Şumer 
Stiksinə).  Ninlil  onun  arxasınca  gedir  və  Enlilə,  “yeraltı  çay  adamı 
ilə”  Ninlil  arasında  həmin  səhnə  eynilə  təkrara  olunur.  Burada  Enlil 
“yeraltı  çay  adamı”  görkəmində  Ninazamn,  yeraltı  səltənətin  başqa 
allahının  toxumu ilə Ninlili  mayalayır.
Sonra  Enlil  Şumer  Haronunun,  ölü  daşıyanın  yanına  gedir. 
Həmin  səhnə  yenidən  təkrar  olunur.  Enlil  bu  dəfə  Ninlili  arabaçı 
obrazında üçüncü  allahın toxumu ilə mayalayır.  Onun adı  lövhəcikdə 
qalmamışdır.  Şübhəsiz,  qaranlıq  dünyada yaşamağa məhkum  edilmiş 
allahlardan  biri  haqqında  söhbət gedir.  Əfsanə  bolluq  və  çiçəklənmə 
bəxş  etmiş,  sözü  qanun  olan  böyük,  qüdrətli  allah  Enlilin  şərəfinə 
qısa himnlə bitir.
Bu  rəvayət  Şumer  allahlarının  antropomorf  xarakterini  aydın 
göstərir.  Onların  arasında  hətta  ən  müdrik  və  qüdrətli  olanlar  da  öz 
siması,  fikir və əməlləri  ilə  insana  oxşayırdılar.  İnsanlar kimi  allahlar 
da  planlar  qurur,  hərəkət  edir,  içir,  yeyir,  evlənir,  ailə  qurur,  böyük 
təsərrüfat  idarə  edirlər,  insana  xas  olan  zəiflik,  xəstəlik  onlarda  da 
var.  Bütünlükdə  onlar  həqiqətdən  yalanı,  ədalətdən  gücü  üstün 
tuturlar.  Lakin  onların  niyyəti  heç də həmişə sadə insana aid deyil.
Hesab  edilirdi  ki,  allahlar  “göy  və  yer  dağında,  günəş  çıxan 
yerdə”  yaşayır,  yaxud  onların  iştirakı  tələb  olunmayana  qədər 
kainatın  onlara  həvalə  olunmuş  hissəsində  olurlar.  Allahlann  fəzada 
hansı  vasitələrlə  hərəkət  etmələri  də  aydın  deyil.  Qalmış  mənbələrə 
görə  təsəvvür  etmək  olar  ki,  ay  allahı  böyük  qayıqda,  günəş  allahı 
cəng  arabasında,  yaxud  başqa  gümana  görə  piyada,  tufan  allahı  isə 
buludlar  üstündə  gəzirmiş.  Ancaq  belə  praktik  suallar  şumer 
mütəfəkkirlərini  o  qədər  də  məşğul  etmirdi.  Ona  görə  də  allahların 
bütün  Şumer  ərazisinə  səpələnmiş  öz  çoxsaylı  məbədlərinə,
113


müqəddəs  yerlərə  necə  daxil  olduqlarını  bilmirik.  Onların  venıəyi 
necə  yedikləri  barədə  də  heç  nə  danışılmır.  Güman  etmək  olar  ki, 
kahinlərin,  allahların  böyük  qayğı  və  hörmətlə  əhatə  olunan 
heykəllərlə  əlaqəsi  vardı.  Lakin  daşdan,  ağacdan,  yaxud  metaldan 
olan  heykəllərin  ətdən  və  qandan  olan  canlı  məxluq  simasım  necə 
aldıqları  məsələsi 
şumer  mütəfəkkirlərini 
heç 
vaxt  narahat 
etməmişdir. 
Həmçinin 
allahların 
ölməzlik 
və 
antropomorf 
xarakterləri  arasında  həlli  mümkün  olmayan  təzadlar  da  onları 
maraqlandırmamışdır. 
Allahların 
ölməz 
hesab 
edilməsinə 
baxmayaraq onlar qida qəbul  etməli  idilər,  xəstələnə,  ölüm  ayağında 
ola  bilərdilər:  onlar  döyüşürdülər,  yaralayırdılar,  öldürürdülər  və 
özləri  də nəinki yaralana, hətta ölə bilərdilər.
Şübhəsiz, 
Şumer  müdrikləri 
çoxsaylı 
teoloji 
incəliklər 
fikirləşir, 
özlərinin 
politeist 
dinlərinin 
natamam 
və 
daxili 
ziddiyyətlərdən  uğursuz  yaxa  qurtarmağa  çalışırdılar.  Saxlanılmış 
mənbələrə  görə  onlar  heç  vaxt  öz  baxışlarını  sistemləşdirməyə 
çalışmamışlar,  ona  görə  biz  heç  vaxt  onlar  haqqında  kifayət  qədər 
tam  təsəvvür yarada bilmirik.  Hər halda  öz  dinlərinin  ziddiyyətlərini 
aradan  qaldırmağa  yəqin  ki,  nail  ola  bilmədilər.  Şumerlərin  mənəvi 
intellektual  səviyyəsindən  indi  bizim  düşüncələrimiz  səviyyəsində 
meydana  çıxan  sualları  həll  etmək  heç  vaxt  onların  ağlına 
gəlməmişdir.
E.ə.  III  minillikdə  Şumerdə  ən  çoxu  adı  ilə  bir  neçə  yüz  aliah 
saymaq  olar.  Onlann  çoxu  bizə  təkcə  məktəblərdə  tərtib  edilmiş 
siyahılardan  deyil,  həm  də  son  yüzillikdə  tapılmış  lövhəciklərdə 
qalmış  hədiyyələrin və qurbanların  siyahısından  məlumdur.  Nəhayət, 
bir neçə  allahın  adına  “X-çoban,  “X  xeyirxah  ürəklə”,  “X-ə  bənzər”, 
“X-in  qulluqçusu”,  “X-in  sevgilisi”,  “X-dən  alınmış”,  və  s  (hər  bir 
halda  “X”-  hər  hansı  bir  allahın  adıdır)  kimi  uydurmalarda  rast 
gəlinir.  Bu  allahların  çoxu,  belə  deyək  ki,  ikinci  dərəcəli,  yəni  baş 
allahların  arvadları,  uşaqları,  yaxud  qulluqçularıdır.  Onlara  - 
insanlara  anoloji  adlar  verilmişdir.  Ola  bilsin  ki,  çox  adlar  bizim 
tanıdığımız allahların  ləqəbi,  yaxud vəsfidir,  amma bunu  ayırd  etmək 
çətindir.  Bir  şey  şübhəsizdir:  şumerlərdə  allahlar  çox  olmuş,  onlara 
həmişə qurbanlar kəsilmiş, daim  səcdə edilmiş və ibadət olunmuşdur.
114
Yüzlərlə  belə  allahların  içərisində  ən  baş  allahlar -   səma  allahı  An, 
hava  allahı  Enlil,  su  allahı  Enki,  böyük  allah  -   ana  Ninxursaq 
olmuşdur.  Bu  dörd allah adətən allahların siyahısının başında gəlir və 
əksərən  bir  yerdə  hərəkət  edirdilər.  Allahların  iclaslarında  və 
məclislərində onlara xüsusi yer ayrılardı.
Güman etməyə  əsas var ki,  şumerlərdə göy  allahı  An nə vaxtsa 
bütün panteonun baş allahı  sayılmışdır,  lakin bizə gəlib  çatmış və e.ə. 
təxminən  2500-cıı  ilə  aid  mənbələrdə  bu  rolu  hava  allahı  Enlil 
oynayırdı.
Anın  baş  müqəddəs  məkanı  şəhər-dövlət  Urukda  yerləşirdi. 
Uruk  Şumerin  siyasi  tarixində uzun  müddət başçı  rolunu oynamışdır. 
Bu  haqda  ikinci  dünya  müharibəsinə  qədər  alman  ekspedisiyasının 
Urukda  qazıntılar  zamanı  tapdığı  palçıq  lövhəciklər  danışır. 
Piktoqrafik  işarələrlə  doldurulmuş  bu  lövhəciklər  e.ə  3000-ci  ilə, 
yəni yazının  təzəcə kəşf olunduğu  dövrə aiddir.  Doğrudur,  Ana bütün 
Şumerdə  sonrakı  minilliklərdə  də  səcdə  edirdilər,  ancaq  o,  özünün 
başçı  rolunu  itirərək  ikinci  plana  keçmişdi.  Getdikcə  onun  adı  tərif 
himnlərində  və  əfsanələrdə  az  çəkilir,  onun  hakimiyyəti  və  qüdrəti 
böyük  dərəcədə Enlilə keçir.
Beləliklə,  mərasimlər keçirilən  vaxt,  əfsanələrdə  və ibadətlərdə 
adı  birinci  çəkilən  Enli!  Şumer  panteonunun  baş  allahı  oldu 
Şumerlərin  onu  baş  aliah  kimi  tanımaqlarına  məcbur  edən  səbəbləri 
biz  bilmirik,  ancaq  əlimizdə  olan  ən  qədim  sənədlərdə  o,  “allahların 
atası”,  “göyün  və  verin  çarı”,  “bütü  ölkələrin  hakimi”  adlandırılır. 
Çarlar  və  hökmdarlar  fəxr  edirdilər  ki,  bu  və  ya  digər  ölkənin 
hakimliyini  Enliin  özündən  alıblar,  Enlil  onlara  tərəqqi  və  düşmən 
üzərində  qələbə  göndərib  Məhz  Enlil  “çarın  adını  çəkirdi”,  “ona 
hökmdar əsası  təqdim  edirdi”  və “ona xeyirxah  nəzərlə baxırdı”
Daha  sonrakı  əsatirlərdən  və  himnlərdən  öyənirik  ki,  Enlil 
kainatın  quruluşunu  təyin  edən,  onun  daha  xeyirxah  qüvvələrini 
yaradan  səxavətli  yardıcı  -  allah  hesab  edilirdi.  Günü  o  yaratmış, 
insanlara  onun  yazığı  gəlmiş,  bütün  dənli  bitkilərin  və  ağacların 
yerdə  inkişafına  o  şərait  yaratmışdır  Ölkənin  çiçəklənməsinin  və 
bolluğunun  mənbəyi,  insanın  istifadə  etməyə  başladığı  ilk  kənd 
təsərrüfatı  alətləri  olan  toxanın  və  kotanın  ixtiraçısı  odur.  Mən
115


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə